1995-ci il mart dövlət çevrilişi cəhdinin iflasa uğraması Azərbaycan dövlətçiliyinin böyük qələbəsi idi

 

Mən bütün Azərbaycan xalqını milli birliyə, milli həmrəyliyə dəvət edirəm. Əminəm ki, mənim səsimə milyonlarla adam səs verəcəkdir. Mən əminəm ki, xalq Azərbaycan dövlətçiliyini, Azərbaycan Prezidentini müdafiə edəcəkdir.

 

Ümummilli lider Heydər ƏLİYEVİN 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətindən

 

1995-ci ilin mart hadisələri milli dövlətçiliyimiz üçün ciddi təhlükə idi. Ona görə də həmin günlərdə dünyanın aparıcı ölkələri çox ciddi narahatlıq ifadə olunan bəyanatlarla çıxış edirdilər. Həmin bəyanatlardan bir neçəsinə diqqət çəkmək istərdik.

 

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin 16 mart 1995-ci il tarixli bəyanatında Cavadov qardaşlarının törətdiyi əməllərdən narahatlıq ifadə olunur və deyilirdi: "Bu hadisələr regiondakı sülh və sabitliyə təhlükə yaradır. Biz bu böhrana cəlb olunmuş bütün tərəflərə müraciət edib onları təmkinli olmağa və vəziyyəti sülh yolu ilə həll etməyə çağırırıq".

Qeyd edək ki, ABŞ hökuməti adından verilən bu bəyanatın tarixini yuxarıda yada saldıq - 16 mart, 1995-ci il. Ancaq Azərbaycan Prezidenti Heydər Əliyev martın 13-dən 15-dək hər gün adıçəkilən münaqişənin sülh yolu ilə həll edilməsi üçün bütün mümkün variantlardan istifadə etmiş, hətta, Cavadov qardaşlarının atası ilə rəsmi şəkildə danışıqlar aparılmasını da təmin etmişdi. Bəs qarşı tərəf neylədi? Heç bir danışığa getməyəcəyini, məsələni məhz özlərinin istədiyi kimi həll edəcəyini bildirən Cavadov qardaşları Prezident Sarayına və digər dövlət orqanlarının binalarına hücum etmək kimi absurd bir qərar qəbul etdilər.

Başqa bir bəyanata diqqət yetirək. Rusiya Federasiyası Dövlət Dumasının bir qrup deputatının yenə 1995-ci il martın 16-da Azərbaycanda yaşanan mart hadisələri ilə bağlı bəyanatında deyilirdi: "Son aylar Azərbaycan Respublikasında vəziyyət yenidən kəskinləşmişdir. XTPD-nin onunla əlaqədə olan cinayətkar mafiya strukturlarının konstitusiyaya zidd hərəkətləri respublikanı vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdır. Qanuni yolla seçilmiş prezidentin parlamentin yeritdiyi siyasi xətt təhlükə qarşısındadır... Azərbaycan Respublikasındakı hadisələr nəinki Qarabağ probleminin həlli, qeyri-insani şəraitdə yaşayan bir milyondan artıq qaçqın köçkünün taleyi üçün ən mənfi nəticələr verə bilər, həm Rusiya ilə Azərbaycan arasındakı siyasi iqtisadi əlaqələrə bütövlükdə regionun taleyinə təsir göstərər". Sergey Baburin başda olmaqla 5 nəfər rusiyalı deputatın imzaladığı həmin bəyanatdan seçdiyimiz sitatın iki məqamına diqqət yönəldək. Əvvəla, bəyanatda qiyamçıların cinayətkar mafiya strukturları ilə əlaqədə olması açıq-aydın ifadə olunur ölkənin vətəndaş müharibəsi həddinə çatdırılmasından nigarançılıq bildirilir. İkinci, deputatlar bu problemin təkcə Azərbaycan, Qafqaz hətta, Rusiya - Azərbaycan siyasi-iqtisadi münasibətlərinin gələcəyi üç- ün təhlükəsindən deyil, eləcə bütövlükdə regionun taleyi üçün pis nəticələr verəcəyindən danışırlar. Deməli, rusiyalı deputatlar həm Azərbaycanda dövlət çevrilişinə cəhd edənləri yaxşı tanıyırlar, həm respublikamızın o vaxtkı rəhbərliyinin bütövlükdə regionun taleyi üçün qədər önəmli şəxs olduğunu layiqincə qiymətləndirirdilər. Təsadüfi deyil ki, bəyanatın sonunda qətiyyətlə bildirilirdi: "Təmsil etdiyimiz parlamentin adından Azərbaycan rəhbərliyinin fəaliyyətini tam dəstəkləyirik".

Azərbaycana məktub ünvanlayan Türkiyə Prezidenti Süleyman Dəmirəl yazırdı: "Azərbaycanda həftənin əvvəlindən bəri sabitliyin pozulmasına yönəlmiş cəhdlərin martın 17-də qarşısının alınması xəbərindən məmnun oldum. Bu böhrandan qardaş qanı axıdılmasına yol verilmədən çıxılması ən böyük diləyimiz idi".

İslam Konfransı Təşkilatının Baş katibi, doktor Həmid əl-Qabidin 1995-ci il martın 21-də Azərbaycan Prezidenti Heydər Əliyevə ünvanladığı məktubunda ölkəmizdə gedən proseslər yetərincə ayıq təfəkkürlə qiymətləndirilir Heydər Əliyev siyasətinə dəstək nümayiş etdirilirdi: "Aldadılmış bəzi ünsürlərin göstərdiyi, lakin baş tutmayan çevriliş cəhdinin gedişini bütün dünya narahatlıq hissi ilə izləmişdir... Çevriliş cəhdi kimi kədərli hadisə hökumətin başladığı faydalı işlərin həyata keçirilməsinə əsla mane olmamalıdır. Mən əminəm ki, Allah-Təalanın köməyi ilə Siz bu işdə mütləq müvəffəqiyyətə nail olacaqsınız".

Azərbaycanda yaşanan mart hadisələrinin beynəlxalq aləmdəki əks-sədası barədə daha geniş təsəvvür yaratmaq üçün ən mötəbər mənbə həmin il martın 17-də Prezident Heydər Əliyevin yanında keçirilmiş müşavirənin materialları idi. Müşavirədə geniş çıxış edən ulu öndər demişdi: "Son günlərdə respublikamızda yaranmış vəziyyət Azərbaycanın beynəlxalq aləmdəki imicinə, nüfuzuna çox mənfi təsir göstərməyə başladı. Ayrı-ayrı ölkələr öz diplomatik missiyalarına göstəriş verdilər ki, onların əməkdaşları buradan çıxıb getsinlər. Bəzi ölkələrdən buraya gəlməyə hazırlaşan adamlar öz səfərlərini dayandırdılar. İş adamları fikirləşməyə başladılar ki, burada aparmaq, investisiya qoymaq bəlkə bundan sonra təhlükəlidir. Bizdə sabitliyin pozulması Azərbaycanın ətrafında olan ölkələri narahat edirdi".

Elə bu qısa yazını da ulu öndərin həmin müşavirədə söylədiyi yekun sözündən seçdiyimiz sitatla yekunlaşdırmaq istəyirik: "Mən hesab edirəm ki, bu gün biz irəliyə daha inamla, nikbinliklə baxa bilərik. Qarşımızdakı planların həyata keçirilməsi üçün daha sərbəst fəaliyyət göstərə bilərik əminəm ki, bizim gələcəyə doğru yolumuz uğurlu olacaqdır".

Bəli, bizim gələcəyə doğru uzanan yolumuz uğurlu oldu bu gün dünya ictimaiyyəti bizim möhtəşəm nailiyyətlərimizi səmimi şəkildə, səxavətlə ürək açıqlığı ilə etiraf edir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2012.- 17 mart.- S. 6.