Saxta erməni iddiaları və soyqırımı həqiqətləri

 

I Dünya müharibəsi zamanı Osmanlı imperiyasında 1915-ci ildə baş verən hadisələrin statusu həm türk, həm də erməni tərəfi üçün həll olunmayan problemli məsələ kimi qalmaqdadır. Erməni ekspertlərinin fikrincə, həmin hadisələr soyqırım kimi qiymətləndirilməlidir, türk tərəfi isə öz növbəsində həmin versiyanı əsassız hesab edir. Bu məqalənin məqsədi münaqişənin tarixi faktlarının tədqiqatı deyil, bu hadisələrin soyqırım kimi tanınması üçün erməni tərəfinin aramsız bəyanatlarının beynəlxalq hüquq normaları əsasında əsassız olduğunu müəyyənləşdirmək cəhdidir. Bunun üçün 20-ci əsrin əvvəlində Osmanlı İmperiyasında baş vermiş hadisələrin bəzi təfsilatlarını araşdırmaq, həmçinin soyqırım (genosid) haqqında beynəlxalq məhkəmə işlərinin təcrübəsini öyrənmək labüddür.

 

1915-ci il hadisələrinin tarixi zəminləri

 

XX əsrin əvvəlində Osmanlı imperiyasının daxili vəziyyəti qeyri-sabit idi. Onun ərazisində türklərdən başqa ərəblər, yunanlar, asurililər, ermənilər və digər xalqlar da yaşayırdı. Mərkəzi hakimiyyətin siyasətindən narazı olan həmin milli azlıqlar imperiyanın bütün ərazisi boyunca narazılıqlar ifadə edir, üsyanlar qaldırırdı. Osmanlı dövləti Birinci dünya müharibəsinə daxil olandan az sonra bir neçə cəbhədə müharibə aparmağa məcbur edildi. Həmin cəbhələrdən biri Rusiya imperiyası ilə Qafqaz regionu uğrunda ağır döyüşlərin getdiyi Şərq cəbhəsi idi. 1914-cü ilin dekabr ayında türklər Şərq cəbhəsində ən iri əməliyyat olan Sarıqamış əməliyyatını başladılar və 1915-ci ilin yanvar ayında məğlubiyyətə uğradılar. Bu məğlubiyyətdən sonra türklər arxaya çəkildilər və türk-alman alyansı Cənubi Qafqaza, İranaFars körfəzinə çıxışa olan iddialarından məhrum edildi. Həmin regionların Antanta ilə qeyri-bərabər mübarizə aparan türk-alman alyansı üçün əhəmiyyəti haqqında çox danışmağa ehtiyac yoxdur.

Rusiya ordusunun qələbəsinə döyüş zamanı rusların tərəfinə keçən erməni könüllülərinin xəyanəti xeyli dərəcədə kömək etdi. Ermənilərin digər hissəsi isə Şərqi Anadoluda döyüşlərdən sonra geri qayıdan türk ordusuna qarşı partizan müharibəsi aparırdı. Ermənilərin həmin hərəkətləri türklər arasında bütövlüklə erməni xəyanəti haqqında mülahizələrə gətirib çıxartdı. İstanbula gələn Ənvər Paşa "Tanin" qəzetinin sahibinə və Osmanlı parlamentinin vitse-spikerinə bildirdi ki, məğlubiyyət erməni xəyanətinin nəticəsi oldu və şərq vilayətlərindən ermənilərin deportasiyasının zamanı çatıb. Deportasiyaların birinci fazası 1915-ci il aprel ayında ermənilərin ZeytundanDördyoldan çıxarılması ilə başlandı. 24 apreldə isə erməni xəyanətinin ideya rəhbəri olan İstanbulun erməni elitası deportasiya olundu.

Van üsyanlarından sonra deportasiyaların əsas fazası başlandı və buna əsasən sərhəd rayonlardan bütün ermənilər köçürülməli idi. 1915-ci ilin may ayının 26-da Tələt Paşa 30 mayda Məclis tərəfindən təsdiq edilmiş hərb zamanı hakimiyyətə qarşı çıxış edənlərlə mübarizə haqqında "Deportasiya haqqında qanun" təqdim etdi. Ermənilər əsasən Osmanlı imperiyasının həmin vaxtda mülkiyyəti olan Mesopotamiya, Yaxın Şərq və Şimali Afrikaya köçürüldülər. Həmin regionların seçiminin əsas məqsədi erməniləri döyüş zonalarından uzaq saxlamaq idi. Sözsüz ki, aparılan deportasiya prosesləri zamanı ermənilərin bir qismi həlak oldu. Müxtəlif mənbələrə əsasən qurbanların sayı 200 mindən yuxarı hesablanır. Bəzi erməni mənbələrində isə ölənlərin sayı 2 milyon nəfərdən çox qeyd edilir!

Lakin analoji itkilərə imperiyanın həm dinc türk, həm də kürd sakinləri də məruz qalmışdır. Bunu Rusiyadan hərbi əsirlərin repatriasiya işləri üzrə Millətlər Liqasının ali komissarı, əfsanəvi qütb tədqiqatçısı Frityov Nansen təsdiqləyirdi: "1916-cı ilin yanvar ayında şiddətli təlaşlar və qorxularda olan türklər soyuq qışda şərqə hərəkət edirdilər. Onların çoxu inanılmaz əzablar və itkilərdən dağ rayonların keçilməz yollarında həlak olurdular".

 

Genosid cinayəti

 

Soyqırım (genosid) Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının (RBCT) Kambanda işində "cinayətlərin cinayəti" kimi qiymətləndirilmişdir. Əgər soyqırıma xas olan cinayəti dövlət törətmişsə, o zaman digər beynəlxalq cinayətlərdə olduğu kimi, məsuliyyətə yalnız fərdi şəxslər deyil, həm də dövlət cəlb edilə bilər. Bosniyalıların soyqırımı işində Bosniya onun müsəlman əhalisini məhv etmək təşəbbüsündə olmuş Serbiyaya qarşı 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş "Genosid cinayətinin qarşısını alınması və cəzalandırılması haqqında" (GCQACK) konvensiyanın müddəalarının pozulması barəsində Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) qarşısında iddia qaldırmışdı. BƏM təsdiq etdi ki, həmin konvensiya dövlətin üzərinə yalnız genosidin qarşısının alınması və cəzalandırması vəzifəsi deyil, həm də həmin cinayətin həyata keçirilməsindən "çəkinmə" öhdəliyini qoyur. GCQACK 2-ci maddəsində müəyyən edilmiş genosid cinayətinin standart təyini keçmiş YuqoslaviyaRuanda üzrə Beynəlxalq Cinayət Tribunalın statutunda, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunda eyni ilə qəbul edilib:

- Genosid hər hansı milli, etnik, irqiya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədi ilə törədilən aşağıdakı hərəkətlərdən biridir:

a. bu cür qrup üzvlərinin öldürülməsi;

b. bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi;

c. qəsdən hər hansı bir qrupun tamya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması;

d. bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi;

e. bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi.

 

Genosidin tarixi anlayışı

 

Genosidin tərifi Xolokostaya (yəhudilərin faşistlər tərəfindən kütləvi məhv edilməsi) əks-səda kimi yarandı, lakin "Genosid" termini Polşa hüquqşünası Rafael Lemkin tərəfindən 1944-cü ildə ilk dəfə istifadə edilmişdir. Nürnberq Tribunalında (NT) belə ittihamlar irəli sürülmüşdü: "Onlar müxtəlif millətlərdən olan insanların, xüsusən də yəhudilərin, polşalıların və qaraçıların qəsdən və sistemli genosidini həyata keçirtdilər". Lakin burada genosid tərkibi yox idi, çünki həmin tribunalın yurisdiksiyasında genosid cinayət kimi göstərilməyib. Tribunalın təqsirləndirici aktlarında "genosid" sözü hüquqi termin kimi yox, ancaq təsviri ifadə kimi istifadə edilir. Kambanda RBCT-də deyilmişdi ki, tərkibi üzrə NT-da araşdırılmış cinayətlər genosidə çox oxşar idilər. Amma onlar genosid cinayət kimi tərif edilə bilmirdi, çünki həmin cinayət genosid kimi sonralar müəyyən edilmişdir.

Ermənistan hökuməti türkləri hüquqi cəhətdən genosidə görə təqsirləndirə bilməz, çünki həmin zaman genosid beynəlxalq cinayət kimi müəyyən edilməmişdi. Hətta hamı tərəfindən qəbul edilmiş yəhudilərin nasistlər tərəfindən məhv edilməsi yəhudilərin genosidi yox "Xolokost" kimi qəbul edilmişdir. NT və onun varisləri tərəfindən araşdırılmış bütün cinayətlər "müharibə ilə bağlı" kimi müəyyən edilmişdir. Məhz bu məhdudiyyətə görə genosidi ayrıca beynəlxalq cinayət kimi tanımaq vacib idi.

Bu boşluq BMT-nin Baş Assambleyasının 260-cı qətnaməsi ilə 1946-cı ildə doldurulmuşdur. İki il sonra GCQACK qəbul edilmiş və 1951-ci ildə qüvvəyə minmişdir. Həmin ildə də BƏM bildirdi ki, həmin konvensiyanın müddəaları soyqırım barəsində beynəlxalq ənənəvi hüququ təsdiq edir. Lakin həmin konvensiyanın 6-cı maddəsində səlahiyyətli beynəlxalq məhkəmələr tərəfindən genosid işlərinə baxılmağın mümkünlüyü barəsində deyilsə də, keçmiş YuqoslaviyaRuanda üzrə xüsusi tribunalların yaranmasına qədər bu baş vermədi. Genosidin cinayət kimi ilk təfsiri RBCT tərəfindən 1998-ci ildə Akayesu işində ifadə edilmişdiriki ildən sonra Ruandanın keçmiş baş naziri D.Kambanda ömürlük həbs cəzasına məhkum edilmişdir.

 

Qorunan qruplar

 

Genosid bütün qrup insanların məhv edilməsi deyil, yalnız milli, irqi, etnikdini qrupların məhv edilməsidir və bu siyahı qapalıdır. Konvensiyanın danışıqları zamanı həmin siyahıya sosialsiyasi qrupları da daxil etmək üçün bir neçə uğursuz təşəbbüs də irəli sürülmüşdü. Həmin təşəbbüslərdən ən gözə çarpanı Akayesu işində RBCT tərəfindən cəhd edilib. GCQACK-nın ilkin hazırlanmış sənədləri düzgün şərh olunmadıqda, kollegiya sübut etmək istəyirdi ki, konvensiyanın müəlliflərinin niyyəti istənilən daimi insan qruplarını "müdafiə etmək" idi. Lakin heç bir sübüt yoxdur ki, GCQACK-nın 2-ci maddəsində olan siyahı tamam deyil. Əksinə bütün sübutlar təsdiq edir ki, tərtibçilərin niyyəti bu siyahını qapalı etmək idi.

2003-2004-cü illərdə Sudanda silahlı münaqişənin tədqiqatı üçün BMT Təhlükəsizlik Şurasının tələbi ilə yaradılmış Darfur Komissiyası təsdiq etdi ki, konvensiyanın bu cür interpretasiyası (qapalı siyahı) beynəlxalq ənənəvi hüququn bir hissəsi kimi tanınmışdır.Krstiç işində keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı (YBCT) həmin o 4 qrupun konvensiya tərəfindən yeganə "müdafiə olunan" qruplar olması fikrini təstiq etmişdir. Məşhur hakim A.Kasses iddia edir ki, konvensiya yalnız insanların könülsüz şəkildə və adətən, doğularkən aid olduqları qrupları nəzərdə tutur. Beynəlxalq Cinayət Məhkəməsi (BCM) öz ilkin təcrübəsində konvensiyanın bu cür interpretasiyasını təstiq etmişdir. Ermənilər, Osmanlı İmperiyasının ərazisində yaşayan milli azlıqlar kimi, heç şübhəsiz, bu konvensiyada nəzərdə tutulmuş "müdafiə olunan qrupu" təşkil etmişlər.

 

Milli, etnik, irqi dini qruplar

 

Təəssüf ki, bu qrupların hər birinin ümumi qəbul edilmiş tərifi yoxdur. RBCT Akayesu işində hər qrupu ayrılıqda müəyyən etməyə cəhd etmişdir. Lakin bir dildə danışan ümumi mədəniyyətə malik insan qrupunu etnik qrup kimi izah edərək, məhkəmə Tutsinin GCQACK tərəfindən "müdafiə olunan" qrupa aid olduğunu müəyyən etməkdə çətinlik çəkmişdir. Həmin şərhə əsasən, Tutsini Rutudan ayırmaq çox böyük çətinlik törətmişdir. Krstiç işində YBCT tərəfindən başlanmış yanaşma daha praktikdir. YBCT fikrincə, qəbul etmək lazımdır ki, bu insan qruplarının siyahısı o şərtlə qətidir ki, bu 4 qrupun ayrıca müxtəlif mənaları yoxdur konvensiyanı tərtib edənlər beləliklə vahid fenomen - "milli azlıqlar"ı xarakterizə etmək niyyətində idilər. YBCT fikrincə, bu qrupların elmi-obyektiv amillər əsasında bölüşdürülməsi cəhdi konvensiyanın niyyəti məqsədlərinə uyğun olmayacaqdır.

 

Maddi elementlər, qadağan edilmiş əməllər

 

GCQACK-nın 2-ci maddəsində göstərilən hərəkətlərə görə şəxs ittiham edilə bilər soyqırımı törətdiyi üçün cinayət işi açıla bilər.

Qətl. Maddənin bu yarımbəndində həll olunmalı bəzi interpretativ problemlər meydana çıxmışdır. Məsələ ondadır ki, konvensiyanın ingilis versiyasında daha neytral olan həmçinin qəsdsiz qətlləri ifadə edən "killing" (qətl) ifadəsindən istifadə edilir. Konvensiyanın fransız versiyasında daha konkret "meutre" (qəsdən öldürmə) ifadəsindən istifadə edilir. Kayişema işində RBCT bu məsələni, GCQACK-ın müxtəlif variantlarında istifadə edilmiş bu iki ifadə arasında heç bir fərqin olmamasını müəyyən etməklə həll etmişdir. 1915-ci ildə baş vermiş hadisələr zamanı "mühafizə edilən qrupun" məhv edilməsi niyyəti ilə qətllərin yerinə yetirilib-yetirilməməsi ilə bağlı məsələ tarixçilər üçün hələ mübahisəlidir.

Ağır bədən xasarətləri əqli qabiliyyətə ciddi zərər yetirilməsi. Genosidin ölüm səbəbi kimi geniş anlayışına baxmayaraq konvensiyanın müəllifləri bu maddənin daxil edilməməsi qədər bu cinayətin anlayışında məhdud olmamışlar. İçmann işində Yerusəlim Dairə Məhkəməsi təsdiq etmişdir ki, ciddi bədən zədələnmələri psixiki pozulmalar "insanların əsarət altına salınması, ac qalması insan kimi yaşama hüquqlarından məhrum edilməsi tənəzzül etməsi ilə nəticələnən şəraitlərdə getto həbs düşərgələrində saxlanması" yolu ilə yetirilə bilər. Akayesu işində RBCT əlavə etmişdir ki, seksual zorlama zorakılıq da genosidə səbəb ola bilər. BCM-nin cinayət tərkibi elementləri (The ICC Elements of Crime) yuxarıda qeyd olanları təsdiq edir.

Osmanlı imperiyasının deportasiya siyasəti, nasistlər tərəfindən tikilmiş düşərgələr kimi, ölümə səbəb olan şəraitlərdə ermənilərin saxlanması məqsədi ilə həbs düşərgələrinin təşkil edilməsini nəzərdə tutmamışdır. Türklər imperiyanın digər ərazilərinə məcburi köçürülmə ilə bağlı zəruri siyasəti həyata keçirirdilər. Belə həbs düşərgələrinin Mərkəzi Anadolunun boş çöllərində yaradılması mümkünlüyünə baxmayaraq, ermənilərin Mesopotamiya kimi məskun regionlara köçürülməsi humanist addım idi.

Tam ya qismən fiziki məhvi nəzərdə tutan həyat şəraitlərinin yaradılması: BCM-nin cinayət tərkibi elementləri "həyat şəraitləri" ifadəsini - yemək, su, tibbi xidmət ya sistemli evdən qovulma kimi yaşayış üçün lazımi vasitələri daxil edən bu siyahıyla məhdudlaşmayan insan həyatı üçün gərəkli şəraitlər kimi şərh edir. Əhalinin məcburi köçürülməsi həmişə konvensiyanın bu bəndi əsasında qaldırılırdı. Məcburi köçürülməyə cinayət tərkibi əlamətləri daxildirmi? Erməni məsələsində məhz bu bənd əsasən genosidi təşkil edən məsələ kimi qaldırılır. Bosniyalıların genosidi işində bu məsələ, həmçinin "etnik təmizləmə" kimi məlum olan, qaldırılmış bu işə cəlb olunmuş xüsusi hakim - Lauterpaxt (Cidge Lauterpacht) hesab etmişdir ki, məcburi köçürülməyə genosid tərkibi əlamətləri daxildir. Lakin, nüfuzlu hüquqşünasların əksəriyyəti onun nöqteyinin tərəfdarı olmamışdır!

 

 

(ardı var)

 

Orxan HACIYEV,

"Queen Mary, University

of London" universitetinin

beynəlxalq hüquq fakültəsinin

magistri

 

Xalq qəzeti.- 2012.- 31 mart.- S. 6.