Prezident İlham ƏLİYEV:
Məqsədimiz Azərbaycanı yüksək gəlirli inkişaf etmiş ölkəyə
çevirməkdir
Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin
uzaqgörən siyasəti və yorulmaz fəaliyyəti nəticəsində
dünya iqtisadi və siyasi sisteminə inteqrasiya sahəsində
böyük uğurlar qazandı. Bu inkişaf ulu öndərin
ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən
böyük müvəffəqiyyətlə davam etdirilərək
Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin
daha da möhkəmləndirilməsi təmin olundu. Ölkəmizin
həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə
böyük uğurlar qazanması bir daha təsdiqlədi ki,
qüdrətli siyasi xadim Heydər Əliyev tərəfindən
əsası qoyulmuş iqtisadi və siyasi inkişafın Azərbaycan
modelinin alternativi yoxdur.
Ötən
illərdə dünyanı bürümüş çox təhlükəli
iqtisadi və maliyyə böhranının ölkəmizə
ciddi zərər vura bilməməsi Azərbaycanın
bütövlükdə regionda lider dövlət olduğunu təsdiqlədi.
Ümumilikdə ölkəmizin iqtisadi, siyasi və mədəni
sahələrdəki nailiyyətləri dünyanın ən
nüfuzlu iqtisadçıları, həmçinin siyasi xadimləri
tərəfindən də yüksək qiymətləndirilir.
Azərbayacan postsovet ölkələri arasında öz
inkişafına görə diqqəti daha çox cəlb edən
dövlətdir.
Son səkkiz ildə Azərbaycanın iqtisadiyyatı üç dəfə artmış, yoxsulluq 49 faizdən 7,6 faizə, işsizliyin səviyyəsi 5,3 faizə enmişdir. Keçmiş Sovet İttifaqı məkanında Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə ilk yeri tutur. Ölkəmizdə güclü sosial siyasət həyata keçirilir, müasir sosial infarstruktur yaradılır, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli layihələr hazırlanıb həyata keçirilir. Hazırda 500 mindən artıq vətəndaş aylıq əsaslarla dövlətdən maliyyə dəstəyi alır. Son bir neçə ildə iki mindən artıq orta məktəb, 400-dən artıq yeni xəstəxana, 34 olimpiya idman mərkəzi tikilib. Təbii ki, bütün bu uğurlara güclü, qüdrətli iqtisadi imkana malik dövlətlərdə imza atıla bilər. Hazırda Azərbaycan məhz belə dövlətlərdəndir.
Azərbaycanın xarici siyasət sahəsində qazandığı nailiyyətlər barəsində də inamla danışmaq olar. Müstəqilliyimizin 20 illik tarixini qeyd etdiyimiz ərəfədə ölkəyə yayılan şad bir xəbər hər bir azərbaycanlıda qürur hissi yaratdı. Azərbaycan dünyada mötəbər qurum kimi tanınan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu seçkilərdə dünyanın 155 dövləti Azərbaycana dəstək verdi. Bu fakt bir daha təsdiqlədi ki, artıq dünya ictimaiyyəti ölkəmizə etimad göstərir, inanır və hörmətlə yanaşır. Azərbaycan Təhlükəsizlik Şurasına iki illik üzvlük müddətində iki dəfə bu nüfuzlu təşkilatın iclasına sədrlik edəcək. Dövlətimizin başçısı Azərbaycanın dünya birliyində nüfuzunun getdikcə artmasından söhbət açarkən BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizi yüksək qiymətləndirərək deyib: "BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük təntənəmizdir, zəfərimizdir. Bizi 155 ölkə dəstəklədi. Budur, dünya ictimaiyyəti. Dünya ictimaiyyəti hansısa regional təşkilat deyildir. Dünya ictimaiyyəti BMT-dir. BMT də bizi dəstəkləyir."
Azərbaycanın bütün sahələr üzrə qazandığı uğurlar və qarşıda duran vəzifələrin həyata keçirilməsi istiqamətində görüləcək işlər barəsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial - iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə daha ətraflı məlumat verildi. Azərbaycan Prezidentinin geniş və əhatəli nitqində ölkəmizin həm daxili, həm də xarici siyasət sahəsində qazandığı uğurlar, bütün sahələr üzrə inkişaf dinamikası öz təsdiqini tapdı. Əhalinin pul gəlirləri 14 faiz artmış, inflyasiya 3,1 faiz olmuş, 20 mindən artıq yeni iş yeri yardılmışdır. Bu onu göstərir ki, dövlət büdcəmiz ildən - ilə artır. Yeri gəlmişkən qeyd edək ki, bu ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur. Bu, hər bir azərbaycanlı ailəsinin həyat səviyyəsinin getdikcə yüksəlməsi deməkdir. Artıq insanları narahat edən problemlər tədricən aradan qaldırılır.
Neçə illər idi ki, əhalinin sovet dövründən banklarda qalmış əmanətlərinin qaytarılması barədə fikirlər səsləndirilir, insanları narahat edən bu problemin aradan qaldırılmasının yolları axtarılırdı. Bundan ötrü milyardlarla vəsait tələb olunurdu. Sovet dövründən qalmış əmanətlərin qaytarılması üçün ən azı Ermənistan kimi dövlətin ümumi büdcəsinin 50 faizi qədər vəsait tələb olunurdu. Ölkəmizdə həyata keçirilən islahatlar, iri infrastruktur layihələrin reallaşdırılması iqtisadiyyatımızı daha da möhkəmləndirdi. Təbii ki, bu uğurlar xalqın həyat səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərməli idi. Biz sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesinin artıq reallaşdığını gördükcə ölkəmizin iqtisadi qüdrətinin getdikcə artmasına tam əmin oluruq.
Möhtərm Prezidentimiz
İlham Əliyev aprelin
16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında sovet dövründən qalan
əmanətlərin qaytarılması təşəbbüsünə
toxunaraq dedi:
"Bu, çox ədalətli
və müsbət təşəbbüsdür. Mən hesab edirəm ki, müstəqil
Azərbaycan dövləti sovet
dövründə yığılan əmanətlərə cavabdehlik, məsuliyyət daşımır. Buna baxmayaraq, Azərbaycan dövlətinin güclü sosial siyasətini
və yenə də deyirəm, insan amilinin diqqət mərkəzində olduğunu bir daha nəzərə alaraq
qərar verildi və mənim tərəfimdən
sərəncam imzalandı ki,
batmış əmanətlərə görə kompensasiya ödənilsin. Deyə bilərəm
ki, bu, çox
əhəmiyyətli kompensasiyadır. Postsovet
məkanında bir neçə ölkədə
buna oxşar təşəbbüslər
irəli sürülüb. Ancaq Azərbaycandan başqa
heç bir yerdə cəmi
iki il ərzində bu məbləğ qaytarılmayıb. Biz kompensasiya üçün təxminən bir milyard manat
həcmində vəsait nəzərdə tutmuşuq
və iki il ərzində
bu vəsaitin insanlara
verilməsi prosesi təşkil edilməlidir.
Onu da qeyd
etməliyəm ki, mən adətən başqa ölkələrlə müqayisə
aparmağı o qədər də istəmirəm.
Çünki hesab
edirəm ki, bu, o qədər də düzgün
addım olmaz. Yəqin fikir vermisiniz, baxmayaraq ki, Azərbaycan,
demək olar, bütün
göstəricilərinə görə bir
çox ölkələrdən üstündür, heç
vaxt mən müqayisə üçün,
yaxud da ki, uğurlarımızı daha
da qabarıq göstərmək üçün kiminsə problemlərini
üzə çıxarmıram, hesab edirəm
ki, bu, qeyri-etik
davranışdır. Ancaq ümumi
sözlərlə deyə bilərəm ki,
heç bir yerdə bizim qədər yüksək əmsal tətbiq
edilmir. Müqayisə üçün
deyə bilərəm ki, bizdə bu barədə kifayət qədər məlumatlar
verilib, mətbuatda da
dərc edilib. Bir daha xatırlatmaq istəyirəm ki, hələ 1992-ci ildə milli
valyutaya keçid
dövründə on sovet
rublu bir Azərbaycan
manatı nisbətində əvəz olunub
- birə on. 2006-cı il
yanvarın 1-də manatın denominasiyası həyata keçirilib. Beləliklə, beş
min Azərbaycan manatı - köhnə manat bir yeni
manata bərabər olub.
Buna baxmayaraq,
hazırda min rublu olan əmanətçiyə 150 manat, yaxud da
ki, 180 dollara yaxın kompensasiya ödənilir. İki min rublu
olan 300 manat, yaxud da ki,
400 dollar alacaq. Bu cədvəli davam etdirmək olar. Yəni, bu özlüyündə onu göstərir ki, ən yüksək
əmsal və ən qısa dövr Azərbaycandadır.
Bu, bir daha
Azərbaycan dövlətinin
həmin məsələyə
nə qədər həssas olduğunu göstərir".
Məlum olduğu kimi, Azərbaycan müharibə
şəraitində yaşayan
dövlətlərdəndir. Mənfur qonşularımız
torpaqlarımızın 20 faizini
işğai etmiş,
bir milyondan artıq soydaşımız
qaçqın və məcburi köçkün
şəraitində yaşayır.
İşğal altında qalmış
torpaqlarımızın azad
olunması istiqamətində
Azərbaycan Prezidentinin
həyata keçirdiyi
siyasət artıq dünyanın əksər
dövlətləri və
nüfuzlu beynəlxalq
qurumları tərəfindən
dəstəklənir. Artıq Ermənistan beynəlxalq aləmdə işğalçı
dövlət kimi tanınır. Dağlıq Qarabağ münaqişəsinin
həllində zaman Azərbaycanın xeyrinə
işləyir. Dövlət
başçısı giriş
nitqində də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
ilə əlqədar mövcud vəziyyətdən
söhbət açdı
və əminliklə
bildirdi ki, Azərbaycanın ərazi
bütövlüyü tam bərpa
ediləcək: "Bizim
prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü
qeyd-şərtsiz bərpa
edilməli, işğalçı
qüvvələr torpaqlarımızdan
geri çəkilməlidir.
Beynəlxalq birlik tərəfindən
tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa
ediləcək. Mən buna
şübhə etmirəm.
Biz həm iqtisadi
sahədə, həm beynəlxalq aləmdə güclənirik. Hərbi potensialımız
da güclənir.
Bu sahəyə daim böyük diqqət göstərilir və göstəriləcək.
Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda böyük həcmdə hərbi texnika, silah, sursat alırıq və alacağıq".
Aərbaycanın gündən - günə
mətnləşən və
qüdrətlənən nizami
ordusu da torpaqlarımızın işğaldan
azad olunacağına
tam əminlik yaradır.
Bütün silahlı
qüvvələr bu gün istənilən vəzifəni - ölkəmizin
bütün maraqlarını
müdafiə etmək
üçün hazırdırlar,
buna qadirdirlər. Lakin Azərbaycan tərəfi münaqişəni
qan tökülmədən,
sülh, danışıqlar
yolu ilə həll etməyin tərəfdarıdır. Biz hər
an, hər gün qələbəyə yaxınlaşırıq.
Hər gün Ermənistan daha böyük tənəzzülə
uğrayır, Azərbaycan
daha da güclənir.
Nazirlər Kabinetinin iclasında həmçinin
diqqətə çatdırıldı
ki, Azərbaycanda söz və mətbuat azadlığının
təmin olunması, insanların öz fikirlərini sərbəst
ifadə etmələri
üçün hər
cür şərait yardılıb. Bəzi müxalif qüvvələrin
kimlərinsə təhriki
ilə Azərbaycanın
beynəlxalq aləmdə
yüksələn nüfuzuna
xələl gətirmək
üçün etdikləri
bütün cəhdlər
iflasa uğrayır. Çünki mitinq həvəskarı olan radikal müxalifət üçün onların
özlərinə layiq
yerlər ayrılmış,
hətta belələrinin
təhlükəsizliyi dövlət
tərəfindən tam təmin
olunur. Hazırda elə ölkələr
var ki, orada hər gün, hər həftə nümayişə
çıxan insanlar döyülür, əzilir, həbs
olunurlar. Bizdə isə hər hansı bir aksiya keçirmək
istəyənlər onlar üçün ayrılmış ərazidə
öz fikirlərini sərbəst ifadə edirlər. Bu
yaxınlarda müxalifət nümayəndələrinin
keçirdikləri icazəli aksiya bir daha təsdiqlədi ki,
Azərbaycanda demokratiya, söz azadlığı, vicdan
azadlığı və sərbəst toplaşmaq
azadlığı vardır.
Hazırda ölkəmiz beynəlxalq səviyyəli böyük bir mədəni tədbirin keçirilməsi ərəfəsindədir. İndi bütün dünyanın diqqəti ölkəmizə cəlb olunub. "Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkəmizin dünya birliyində nüfuz sahibi olmasından vəbər verir. Avropanın mühüm mədəni tədbirinin ölkəmizdə reallaşması Azərbaycan həqiqətlərinin, ölkədəki real vəziyyətin müəyyən daxili və xarici maraqlı dairələrin süzgəcindən keçməklə deyil, obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaq. Azərbaycanda mühüm ictimai - siyasi, iqtisadi və mədəni əhəmiyyətə malik hadisələrin, böyük beynəlxalq tədbirlərin keçirilməsinə mane olmaq mümkün deyil. Çünki Azərbaycan sürətlə inkişaf edir, dünya birliyinə inteqrasiya olunur və iqtisadi cəhətdən daha da qüdrətlənir. Belə bir ölkə qarşısına qoyduğu məqsədə nəyin bahasına olursa - olsun nail olmalıdır. Bu gün Azərbaycan məhz belə dövlətlərdəndir.
Azərbaycan Prezidenti gələcək planlar, qarşıda duran vəzifələr barədə məlumat verərkən dedi: "O ki qaldı bizim gələcək planlarımıza, bir daha demək istəyirəm ki, biz inamla qabağa gedirik. Bizə qarşı təxribatlar bundan sonra da olacaqdır. Bizə qarşı informasiya mübarizəsi bundan sonra da aparılacaq. Bu, bizi narahat etmir. Sadəcə olaraq, biz bu barədə danışmalıyıq, öz tədbirlərimizi görməliyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etməliyik."
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 1 may.- S. 1.