Azərbaycan 2020: inkişafın yeni hüdudlarının təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur

 

Gələcəyə baxış

 

Azərbaycanda müşahidə olunan sürətli inkişafın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu inkişaf ölkə həyatının ən müxtəlif sahələrində kəmiyyət göstəricilərinin dəyişməsində ifadə olunur. Doğrudur, hər bir inkişaf ilk öncə məhz kəmiyyət dəyişikliklərinə səbəb olur. Bu, inkişaf adlandırılan ictimai hadisənin əsas əlaməti sayılır. İqtisadi göstəricilər artmadan iqtisadi inkişafdan, rifah göstəriciləri artmadan rifahın yüksəlməsindən və s. danışmaq mümkün deyil. Bu mənada Azərbaycanın inkişafı fenomeni də hər şeydən əvvəl statistikada özünü göstərməkdədir və müəyyən mənada bunu inkişafın özünütəsdiqi kimi qiymətləndirmək olar.

Azərbaycan nümunəsində diqqəti cəlb edən digər cəhət haqqında da söhbət açıla bilər. Bunu mən inkişafın hiperdinamikası adlandırardım. Azərbaycanda iqtisadi və digər sahələrdə inkişafın məhz belə parametrlərə malik olduğunu sübuta yetirən kifayət qədər təsirli faktlar mövcuddur. Yalnız bir neçə misalla irəliyə sürülən iddianın həqiqiliyi öz təsdiqini tapa bilər. Düşünürəm ki, son 8 il ərzində Azərbaycanın iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin 16 dəfə, investisiya xərclərinin 10 dəfələrlə, maaşlar və pensiyaların bir neçə dəfə artması faktlarını sadalamaq tamamilə yetərlidir.

Azərbaycanın XXI əsrin birinci onilliyinə təsadüf edən inkişaf mərhələsinin fərqləndirici cəhəti ondan ibarətdir ki, bu inkişaf, dünyanın əksər inkişaf edən ölkələrinin nümunəsindən fərqli olaraq, faizlərlə deyil, dəfələrlə ölçülür. Əlbəttə, inkişafın böyük sürəti iqtisadi göstəriciləri kəskin şəkildə yüksəltməklə yanaşı, həyatın digər sahələrində də ciddi dəyişikliklərin əsaslarını yaratmaya bilməzdi.

Mənim bu məqamda xüsusi olaraq vurğulamaq istədiyim dəyişklik meylləri həyat standartları sferasını əhatə edir. Haqqında söhbət açdığımız sürətli iqtisadi artım fonunda qeyri-adi sosial inkişaf müşahidə olunmaqdadır. Bunun ən bariz ifadəsini, ilk növbədə, yoxsulluq dərəcəsinin təxminən 7 dəfə, başqa sözlə 49 faizdən 7 faizə qədər azalmasında görmək mümkündür. Təbii ki, bu, maaşların, pensiyaların, əhalinin gəlirlərinin artımının xüsusilə yüksək dinamikasından irəli gəlir. Lakin son illərin sosial sferaya aid olan gerçəkliyi təkcə sadalanan rəqəmlərdən ibarət deyil. Daha əhəmiyyətli məqam həyatın səviyyəsi ilə yanaşı, həyat keyfiyyətinin dəyişməsidir. Artıq qəti şəkildə Azərbaycanda həyatın yeni standartlarının meydana gəldiyini qeyd etmək olar və hətta bunu qeyd etmək zəruridir. Zəruridir ona görə ki, haqqında söhbət açdığımız standartlar təkcə əldə olunan nailiyyət kimi əhəmiyyət kəsb etmir, həm də gələcək fəaliyyətlə bağlı yeni vəzifələr irəli sürür.

Ulu öndər Heydər Əliyev siyasi strategiyasının təzahürü nəticəsində inkişafın yüksək dinamikasının yaratdığı yeni həyat standartları, əvvəla insanların öz həyatına, həyatın mənasına yeni baxışlarını və onlara uyğun yeni tələbatları sistemini formalaşdırır, digər tərəfdən isə, sosial siyasətin artıq yeni dövrün xüsusiyyətlərinə uyğunlaşması gərəkliyi meydana çıxmış olur. Bir növ, klassik siyasi iqtisadi fundamental qanunlarından olan, ödənilmiş tələbatların yeni tələbatlar meydana gətirməsi gerçəkliyi müasir Azərbaycanın timsalında özünü qabarıq şəkildə göstərməyə başlayır. Vətəndaşın sosial subyekt kimi özünü yenidən dərk etməsi prosesi baş verir. Cəmi bir neçə il bundan əvvəl özünü kasıb bir dövlətin vətəndaşı sayan insan artıq sürətli inkişaf, qlobal yeniləşmə və modernləşmə, əzəmətli infrastruktur layihələri fonunda həyatını fərqli meyarlar vasitəsi ilə dəyərləndirir. Başqa sözlə, dəyərləndirmə meyarı olaraq təkcə insanın şəxsi imkanları deyil, həm də, bəzən isə hətta daha çox, formalaşmış yeni həyat standartları çıxış edir ki, bunun özüsosial siyasətin qarşısında tamamilə yeni vəzifələr qoyur.

Fərdin həyatının yenidən qiymətləndirilməsi mexanizminin Azərbaycanda qəti şəkildə işə düşməsi, heç şübhəsiz, ölkənin inkişafının ən mühüm nailiyyəti sayılmaq haqqına sahibdir. Bu ondan xəbər verir ki, vətəndaşların yeni nəsli meydana gəlməkdədir və bu nəsil həm vətəndaş məsuliyyətinə, həm də həyatda öz yerinə, həyatının mənasına tam fərqli meyarlarla yanaşır. Beləliklə, həyat standartlarının dəyişməsi prosesi baş verir, həyatın dəyərləndirilməsi zamanı həyat səviyyəsi ilə yanaşı həyatın keyfiyyəti anlayışı da dəyərləndirici meyar rolunda çıxış edir. "İşləmək və yaşamaq" həyat modeli ardıcıl olaraq "rahat yaşamaq, mənalı işləmək" modeli ilə əvəzlənir.

Azərbaycanın gələcək inkişaf perspektivlərinə ciddi təsir göstərmək qüdrətində olan reallıqları sırasında demoqrafik dəyişikliklərinin mühüm rol oynadığını ayrıca qeyd etməyə dəyər. Hesab edirəm ki, demoqrafik dəyişiklikləri, sadəcə, əhali artımı kimi qiymətləndirmək düzgün olmazdı. Onun mənası, xüsusilə də sosial-iqtisadi proseslərə təsiri imkanları daha geniş və çoxşaxəlidir. Demoqrafik inkişafın böyük tempini nəzərə alsaq, onun gələcək inkişaf konsepsiyasında nə qədər əhəmiyyətli rol oynadığını başa düşmək çətin deyil.

Son iyirmi il ərzində Azərbaycan əhalisi 2 milyon nəfər artaraq 9 milyondan artıq olub. Bu, əhalinin 30 faiz artımı deməkdir. Deməli, hər 10 ildə əhali təxminən 15 faiz, ildə isə, 1,2-1,3 faiz artmışdır. Əgər bu meyl saxlanılarsa, 2020-ci ildə əhalinin 10 milyonluq həddi aşacağı şübhəsizdir.

Əlbəttə, Azərbaycanda sürətli sosial-iqtisadi yüksəliş fonunda əhalinin məlum artım dinamikası fərqli rəqəmlərlə ifadə olunur. Elə bunun sayəsidir ki, iqtisadi artım əhali artımını dəfələrlə qabaqlayır. Məsələn, son 10 ildə əhali cəmisi 15 faiz artdığı halda, iqtisadi artım 3 dəfə təşkil edib. Fərq təxminən 13 dəfəyə bərabərdir ki, bu da sosialiqtisadi həyatın strukturunda yuxarıda qeyd etdiyimiz müsbət meyllərin əsasını təşkil etmişdir.

Lakin müqayisəli şəkildə deyil, mütləq artım baxımından yanaşdıqda, həm son 20, həm də 10 ilin demoqrafik inkişafı kifayət qədər ciddi rəqəmlərlə ifadə olunur ki, sonuncunun nəticəsi təkcə əhalinin demoqrafik strukturuna deyil, habelə sosialiqtisadi strukturuna əhəmiyyətli təsir etmək gücünə malikdir.

Yüksək demoqrafik dinamika əhalinin tərkibində bir sıra struktur dəyişikliklərini şərtləndirir. Bunlardan ikisi ayrıca qeyd olunmağa layiqdir. Birincisi, əhalinin tərkibində gənclərin xüsusi çəkisi artır. Müxtəlif hesablamalara görə 35 yaşına qədər vətəndaşlar əhalinin 60 faizdən çoxunu təşkil edir. İkincisi isə, əhali artımının sürəti kənd yerlərində daha yüksək olduğundan, kənddən şəhərə axının ciddi rəqəmlərlə ifadə olunmasına baxmayaraq, kənd və şəhər əhalisinin nisbətində o qədər də kəskin fərq müşahidə olunmur. Bu günə qədər ölkə əhalisinin təxminən 45 faizi kənddə yaşayır. Müvafiq surətdə, urbanizasiya problemi tam həll edilməmiş qalır ki, bunun da mühüm, həm sosial, həm iqtisadi, həm də mədəni aspektləri mövcuddur.

Beləliklə, səthi şəkildə olsa da, nəzərdən keçirilən reallıqlar 2020-ci ilə hədəflənmiş inkişaf konsepsiyasının başlıca qayəsini başa düşməkdə, həyata keçirilməsi vacib olan islahatların istiqamətlərini müəyyənləşdirməkdə zəruri açar rolunu oynaya bilər.

Hər şeydən əvvəl, 2020-ci ilə yönəlmiş islahatların əsas məqsədini aydın şəkildə ifadə etməyə çalışaq. Aparılan dəyərləndirmələrin ortaya qoyduğu reallıq ondan xəbər verir ki, içində yaşadığımız onilliyin başlıca məqsədi iqtisadi inkişafın davamlılığının təmin edilməsi əsasında yeni standartlara uyğun rifaha və həyat keyfiyyətinə nail olması sayıla bilər. Bu məqsəd hər şeydən əvvəl Azərbaycan dövlətinin konstitusion öhdəliklərindən, ideoloji baxışlarından ümummilli lider Heydər Əliyevin daxilixarici siyasətinin uğurlu davamından və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətindən irəli gəlir.

"Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının hazırlanması zərurəti məhz bu həqiqətin dərk edilməsindən və dəyərlənməsindən qaynaqlanır. Sözügedən konsepsiyanın hazırlanması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda qeyd edilir: "Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşması, sosial sahədə öncələyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır".

Yeni Azərbaycanın yeni hədəfləri: bəzi istiqamətlər

Azərbaycanın dövlət məfkurəsinin başlıca məqsədinin insan olması sübuta ehtiyac duyulmayan reallıq kimi qavranılmaqdadır. İnsan, onun həyatı, rifahı o ali kateqoriyalardandır ki, onlar Azərbaycan dövlətinin ən yüksək dəyərləri olaraq qəbul olunur. Bu səbəbdən ölkəmizdə dövlət siyasəti əhalinin yüksək rifahının təmin edilməsi kimi ali məqsədin reallaşmasına yönəldilmişdir.

Müstəqil dövlətçilik praktikasının 20 ili ərzində, məhz ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda insan rifahının təmin edilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyü göz önündədir. Iqtisadi islahatlar, sahibkarlığın inkişafı, təşəbbüskarlığa geniş meydan verilməsi bir yandan, dövlətin sosial siyasətinin yaratdığı imkanlar isə, digər yandan insanların rifahının əhəmiyyətli dərəcədə yüksəldilməsini mümkün etmişdir. Xüsusilə də Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkəyə daxil olan böyük neft vəsaitlərinin ağıllı istifadəsi özünün mühüm təsdiqini təsirli sosial siyasətdə, insanların həyat səviyyəsinin yüksəlməsinə yönəlmiş dövlət layihələrində tapır. Rifah sahəsində əldə olunan nəticələrin xüsusi mənası və dərəcəsi yüksəlişin faizlə deyil, dəfələrlə olmasında ifadə olunur. Adambaşına düşən ümumi daxili məhsulun bir neçə dəfə artması, dövlət sektorunda maaşların və pensiyaların dəfələrlə hiss olunan dərəcədə yüksəldilməsi, vətəndaşların bütünlükdə real gəlirlərinin çoxalması sosial rifah sahəsində ümumi mənzərənin köklü surətdə dəyişməsini təmin etmişdir. Deyilənin bariz ifadəsi əhalinin istehlakının dinamikasında özünü əyani şəkildə biruzə verməkdədir.

Beləliklə, müdrik siyasi xadim Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanın nail olduğu iqtisadi göstəricilər ona XXI əsrin ikinci onilliyini iqtisadi cəhətdən inkişaf etmiş ölkə kimi başa vurmağa real imkan yaradır. Hesab edirəm ki, ən ümumi hədəf olaraq bu, növbəti onilliyin başlıca vəzifəsi sayılmalıdır. Qarşıya belə bir vəzifənin qoyulması təbii olaraq sosial inkişaf sahəsində dəqiq hədəfləri müəyyənləşdirməyə yardım edir.

Qeyd edildiyi kimi, Azərbaycan cəmiyyətinin sosial rifah sahəsindəki mənzərəsi onun inkişaf etmiş cəmiyyətlərə əhəmiyyətli dərəcədə yaxınlaşmasından xəbər verir. Deməli, yaşadığımız onilliyin bu sahədə əsas hədəfi inkişaf etmiş ölkələr səviyyəsinə çatmaqdan, sosial rifah cəmiyyəti qurmaqdan ibarət olmalıdır.

İnkişaf etmiş ölkələrin sosial cəmiyyət modeli uzun illər ciddi siyasielmi müzakirələrin predmeti olmuşbu gün də olmaqdadır. Əsas etibarı ilə inkişaf etmiş cəmiyyətlərin sosial modeli kimi qəbul olmuş istehlak cəmiyyəti son illərin iqtisadi böhranlarının təsiri altında ciddi sarsıntılara məruz qalmaqdadır. Növbəti illərdə istehlak cəmiyyəti anlayışının əsaslı surətdə elmisiyasi dairələrin təftişinə məruz qalacağı şübhəsizdir. Bir sıra hallarda əsassız istehlakçı sosial həyat modelinin indiki iqtisadi böhranlara səbəb olması və nəticə etibarı ilə bəzi ölkələrdə sosial gərginliklərə və qarşıdurmalara gətirib çıxarması sübuta yetirilməkdədir.

Düşünürəm ki, Azərbaycanın sosial cəmiyyət modeli formalaşdırılarkən, istehlak cəmiyyəti konsepsiyasının həm üstünlükləri, həm də üzə çıxan ziddiyyətləri nəzərə alınaraq daha mütərəqqi modelin hazırlanmasına cəhd göstərilməlidir. Bu zaman, birincisi, insanın layiqli həyatının təmin edilməsi üçün zəruri şəraitin yaradılması, ikincisi isə, iqtisadi faktor mütləq şəkildə nəzərə alınmalıdır ki, müəyyən mərhələdən sonra hazırda bəzi ölkələrin üzləşdiyi ziddiyyətlər üzə çıxmasın və nəticə etibarı ilə sosial sahədə "kəmərsıxma" tədbirlərinə əl atmağa ehtiyac qalmasın. Belə bir model kimi "rifah cəmiyyəti" anlayışından istifadə olunması təklif edilə bilər.

"İstehlak cəmiyyəti" ilə "rifah cəmiyyəti" arasında fərqi hər şeydən əvvəl sonuncunun daha etibarlı dəyərlərə və iqtisadi qanunlara söykənməsində görmək mümkündür. "Rifah cəmiyyəti" də "istehlak cəmiyyəti" kimi insanı, onun sağlam tələbatlarını və maraqlarını cəmiyyətin ali məqsədi sayır, bütün resurslar və səylər ilk növbədə onların ödənilməsinə yönəlir. Fərq isə ondan ibarətdir ki, bu məqsədlərə çatmaq iqtisadi qanunlardanimkanlardan ayrılıqda təsəvvür edilmir, deməli yüksək rifahın təmin edilməsi qəti şəkildə iqtisadi inkişafareal imkanlara bağlanılmış olur.

Bu mənada "rifah cəmiyyəti" anlayışı bir-biri ilə sıx bağlı olan, qarşılıqlı münasibətləri səbəb-nəticə əlaqələri ilə təyin edilən iki qütbə sahibdir. Birinci qütb insan, onun dərk edilmiş tələbatları və maraqlarını ehtiva edən rifah, ikinci qütb isə iqtisadi qanunauyğunluqlarimkanlar sistemi şəkilində qavranılır. "Rifah" sosial hadisəsi stimulverici səbəb kimi iqtisadi imkanların yaradılması üçün fəaliyyəti təmin edir, yaradılmış iqtisadi imkanlar isə rifahın reallaşmasının real əsası rolunu oynayır. Iqtisadi imkanlarsız real rifahın təmin edilməsi mümkün olmadığı kimi, insanın rifahına xidmət göstərməyən iqtisadiyyat da hər cür sağlam məntiqdən və dərk edilmiş ictimai mənadan məhrumdur.

"Rifah cəmiyyəti" mücərrəd anlayış olmayıb, real parametrlərə sahib olması ilə seçilməlidir. Onun reallaşması uğurları hər şeydən əvvəl həmin parametrlərin dəqiq müəyyən edilməsindən və düşünülmüş xarakter kəsb etməsindən asılıdır.

Rifah cəmiyyətinin əsas qayəsi insanın layiqli həyatının təmin edilməsindən ibarət olduğundan, təbii ki, sözügedən konsepsiya çərçivəsində "layiqli həyat" anlayışı da öz təsvirini tapmalıdır. Düşünürəm ki, izahı çox vacib olan bir məsələyə də toxunulmasına gərək var. Bu da belə bir suala cavab axtarılmasından ibarətdir ki, dövlət rifah cəmiyyətinə xas olan "layiqli həyat"ın təmin edilməsində hansı rolu oynamalıdır. Dövlətin hər şeyi öz üzərinə götürüb yerinə yetirə bilmədiyi sosializmya sovet sistemindən fərqli olaraq, müasir Azərbaycan cəmiyyətində dövlət insanın bütün həyatını tənzimləmək və bütün təlabatlarını ödəmək rolunu öz üzərinə götürmür. Əksinə, bu cəmiyyətdə daha çox liberal dəyərlərə istinad edilərək insanın sərbəstliyinə və təşəbbüskarlığına meydan açılır.

Əlbəttə, irəli sürülən tezis heç də dövlətin "rifah cəmiyyəti"ndə rolunu heçə endirmək məqsədi güdmür. Bu, həm də ona görə mümkün deyil ki, əvvəla, Azərbaycan Respublikasının Konstitusiyası dövlətin üzərinə mühüm sosial vəzifələr qoyub, ikincisi isə, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasət geniş əhatəsi və ciddi layihələri ilə insanların rifahının təmin edilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin islahatların, o cümlədən siyasi islahatların daha da dərinləşdirilməsi haqqında bəyanatları, məhz bunları nəzərdə tuturhesab edirəm ki, yaşadığımız onilliyin islahatlar paketində qeyd olunanlar əhəmiyyətli yer tutacaq.

Beləliklə, rifah cəmiyyətinin qurulması üçün ilkin şərtlərin yaradılması məsələsinə aydınlıq gətirilməsi zamanı çatdı. Yəqin ki, ən əsas şərtin müxtəlif mənbələr və iqtisadiyyatın bir çox sahələrinin sürətli ahəngdar inkişafı hesabına adambaşına ümumi daxili məhsulun iki dəfə artırılması hesab olunmalıdır. İlkin mənbə kimi karbohidrogen ehtiyatlarından əldə edilən gəlirlər nəzərdən keçirilə bilər. Lakin ÜDM-nin təxminən 100 milyard ABŞ dolları həddinə çatdırılmasında bu mənbə yetərli deyil, digər tərəfdən isə nəzərə almaq lazımdır ki, bu gəlirlər dünya enerji bazarında konyukturadan asılı olaraq yüksək qeyri-sabitliyini qoruyub saxlayır.

İkinci mühüm mənbə qismində iqtisadiyyatın modernləşməsi, yəni müasir istehsal sahələrinin yaradılması nəzərdən keçirilə bilər. Bu, Azərbaycanda iqtisadi islahatların yeni mərhələsini nəzərdə tutur ki, sonuncunun ən vacib nəticələrindən biri iqtisadiyyatın əhəmiyyətli struktur dəyişiklikləri olacaqdır. Hazırda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, xüsusilə də dünyanın aparıcı iqtisadi qurumları tərəfindən Azərbaycanın dərin iqtisadi islahatların həyata keçirdiyi ölkə kimi tanınması sözügedən prosesin aktiv fazada olmasından xəbər verir.

Doğrudur, son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda təxminən 1 milyon yeni yerlərinin açılması vəziyyəti ciddi şəkildə dəyişdirmişdir. 7-8 il bundan əvvəlki dövrlə müqayisədə indi ÜDM-də payı olan vətəndaşların sayı xeyli artmış, iqtisadiyyatın və ÜDM-nin strukturunda əhəmiyyətli dəyişiklik baş vermişdir. Bununla belə bu sahədə istifadə olunmamış imkanlar, yuxarıda qeyd edildiyi kimi, yetərincədir.

Əvvəl ondan başlayaq ki, Azərbaycanın əhalisi, artıq qeyd etdiyimiz kimi, sürətlə artır. Bu günün qeyd edilən meyli ondan ibarətdir ki, hər 10 ildə əhali təxminən 1 milyon nəfər artır. Deməli, Azərbaycanın əmək resursları sferasında hər 10 ildə 1 milyon nəfər artım müşahidə olunur. Başqa sözlə desək, resursların illik artımı 100 min nəfərə bərabərdir. Buradan belə bir mühüm nəticə çıxır ki, ildə təxminən 100 min, 10 il ərzində isə 1 milyona yaxın yerlərinin açılması sosial-iqtisadi inkişaf strategiyasının qaçılmaz tələbidir. Həmin tələbin yerinə yetirilməməsi bir yandan izafi qüvvəsinin meydana gəlməsinə səbəb olacaq, digər tərəfdən isə işçi qüvvəsinin tam şəkildə milli dəyərin yaradılması prosesində iştirakı təmin edilməmiş qalacaq.

Azərbaycanda əhalinin təxminən 45 faizi kənd yerlərində yaşayır. Sovet təssərrüfat ukladının sındırılması ilə kənd yerlərində həm iqtisadiyyatda, həm də əmək resurslarından istifadə olunmasında ciddi struktur dəyişiklikləri baş vermişdir. Kənd yerlərində ictimai əməyə cəlb edilməmiş əmək resursları şəhərlərə nisbətdə daha çoxdurbu fərq artmağa meyillidir. Əsas iki səbəbi göstərilə bilər: a) kənddə iqtisadiyyatın struktur dəyişiklikləri nəticəsində izafi qüvvəsinin meydana gəlməsi; b) kənd yerlərində əhali artımı tempinin daha yüksək olması. Nəticədə, kənd özünün mövcud istehsal imkanları ilə kəndin bütün əmək resurslarından səmərəli istifadə olunmasını qeyri-mümkün edir. Kənddən şəhərə əhali axını obyektiv zərurətə çevrilir. Azərbaycanda bu proses hazırda kənd əhalisinin müəyyən hissəsinin, xüsusilə də gənclərin, əsas etibarı ilə Bakıya köçməsi şəklində baş verir. Az sayda xaricə miqrasiya da müşahidə olunmaqdadır. Lakin sonuncu az-çox əhəmiyyəti olan problem kimi qeydə alınmır. Əsas problem kənddən Bakıya istiqamətlənən miqrasiya sayılır və etiraf olunmalıdır ki, onun getdikcə geniş miqyas alması elmisiyasi dairələrdə intensiv müzakirələrə səbəb olur. Əksər hallarda isə tənzimləyici tədbir kimi əhalinin kənddə qalmasını stimullaşdıran addımların atılması tövsiyyə edir.

Beləliklə, kənddən şəhərə müşahidə olunan miqrasiya meyli ən azından qarşıdakı onillik ərzində saxlanılacaq. Bu isə öz növbəsində yeni yerlərinin yaradılması prosesinin strukturunda zəruri dəqiqləşdirilmələrin aparılmasın şərtləndirir. Nəticə: a) şəhər yerlərində yerləri daha intensiv şəkildə açılmalıdır; b) Bakı şəhərinin sıxlaşmasının qarşısının alınması üçün yeni yerlərinin əsas ağırlığı digər şəhərlərin üzərinə köçürülməlidir; c) bütün ölkə üzrə iqtisadi inkişafın tarazılığını və əmək resurslarından daha səmərəli istifadə edilməsini təmin etmək üçün bütün bölgələri əhatə edən regional iqtisadi mərkəzlərin yaradılmasını nəzərdə tutan məskunlaşma konsepsiyası hazırlanmalıdır. Bu konsepsiya, heç şübhəsiz 2020-ci ilə ünvanlanmış inkişaf strategiyasının əsas tərkib hissələrindən biri olmaq haqqına sahibdir.

Nəhayət, yaşadığımız onilliyin əsas hədəfləri içərisində önəmli yer tutan təhsilə diqqət yetirək. Ulu öndər Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyi dövründə elm və təhsilin inkişafına xüsusi önəm verməsi nəticəsində təhsil müasir cəmiyyətin mühüm mənəvi və iqtisadi potensialı, tükənməyən, əksinə daim artan maddi resursuna çevrilib. Bir universitet təhsilli insanın milli dəyər yaratmaq əmsalı, unversitet təhsili olmayan vətəndaşın eyni əmsalından xeyli yüksəkdir. İstehsalın müasirləşməsi, ictimai ahəngdarlığın təmin edilməsi və bu kimi müsbət məqamlar da nəzərə alınsa, təhsilin cəmiyyətin həyatında müstəsna rolunu başa düşmək çətin deyil. Bu baxımdan, təhsilin inkişafı, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi ölkənin iqtisadi potensialının artmasının ən perspektivli sahələrindən sayılmalıdır.

Qeyd edilməlidir ki, bu sahədə istifadə olunmamış böyük imkanlar mövcüddür. Azərbaycanda məktəbi bitirən gənclərin təxminən 25-30 faizi universitet təhsilinə cəlb oluna bilir. 2020-ci ilə ünvanlanmış inkişaf konsepsiyası çərçivəsində ona nail olunmalıdır ki, gənclərin universitet təhsilinə cəlb olunmaq dərəcəsi 45-50 faizə çatdırılsın, yüksək təhsil və mədəniyyət Azərbaycan cəmiyyətinin mövcud mənzərəsinin ayrılmaz ünsürü kimi özünə möhkəm yer tutmaqla, onun inkişafına əhəmiyyətli tövfəsini verə bilsin.

Heydər Əliyevin memarı olduğu yeni Azərbaycan müstəqilliyinin 20 ili ərzində böyük inkişaf mərhələsini yaşayaraq növbəti onillikdə daha əzəmətli yüksəlişə hazırlaşır. Bu yüksəlişə onu istinad etdiyi dəyərlər və siyasətə xalqın dərindən inamı və dəstəyi səfərbər edir. Şübhə yoxdur ki, indiyədək qarşısına qoyduğu bütün əzəmətli vəzifələrin öhdəsindən layiqincə gələn Azərbaycan cəmiyyəti növbəti hədəflərə doğru irəliləyişində zəruri nailiyyətləri qazana biləcək. 2020-ci ilin Azərbaycanında yaşamaq daha rahat, işləmək daha mənalı olacaq. Azərbaycan xəyalların gercəkləşdiyi ölkələr sırasında özünə layiqli yer tutacaq.

 

 

Əli ƏHMƏDOV,

Yeni Azərbaycan Partiyasının

sədr müavini - icra katibi,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2012.- 5 may.- S. 3.