Nəsimi rayonunda
Gül bayramı
Hər il Azərbaycanın
hər yerində ümummilli liderimiz Heydər Əliyevin
doğum günü böyük təntənə ilə qeyd
edilir. Bir neçə ildir ki, bu əlamətdar hadisə ilə
əlaqədar paytaxtımızda gül bayramları
keçirilir.
Bu il Nəsimi rayonunda keçirilən Gül bayramı öz möhtəşəmliyi ilə seçilirdi. S.Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda keçirilən tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq hamını bayram münasibətilə təbrik etdi. O bildirdi ki, şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə və canından əziz bildiyi Vətəninin çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini Azərbaycan xalqı həmişə uca tutur. Xalqımız hər il öz xilaskarının doğum gününü belə gözəl bayramla qeyd edir və bu bayram Heydər Əliyev şəxsiyyətinə doğma xalqının məhəbbət və minnətdarlıq təntənəsinə çevrilir.
Həmin gün parkda nümayiş etdirilən gül kompozisiyaları, tətbiqi sənət nümunələri, rəsm, panno və müxtəlif əl işləri hamını riqqətə gətirirdi. Həmin işlər arasında 54, 23, 19, 152 nömrəli orta məktəblərin, "Qərənfil" uşaq bağçasının, 16, 108 və 96 saylı körpələr evi-uşaq bağçalarının kompozisiyaları tamaşaçılarda xüsusi maraq doğururdu. Bu əl işləri onları yaradanların böyük istedadını göstərirdi. 5 nominasiya üzrə sərgilənən işlərə Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyası tərəfindən baxış keçirildi.
Nəsimi rayonunun təhsil müəssisələri
və H.Sarabski adına Mədəniyyət evi kollektivləri,
respublikamızın tanınmış müğənniləri
tərəfindən böyük konsret proqramı
nümayiş etdirildi. Bir-birini əvəz edən gözəl
mahnı və rəqslər hamıda əsl bayram təəssüratı
yaradırdı. Milli Məclisin deputatları Məlahət
İbrahimqızı və Ziyad Səmədzadə tədbirdə
iştirak edirdilər. Ümummilli liderimiz Heydər Əliyevə
dərin xalq məhəbbəti və ehtiramının təzahürü
olan bu möhtəşəm bayram hamıya xoş hisslər bəxş
etdi.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2012.- 6 may.- S. 7.