Suraxanı ümummilli liderin ad gününü qeyd edir

 

Dünən Suraxanı rayonundakı Heydər Əliyev parkında Gül bayramı keçirildi. Rayon icra hakimiyyəti başçısı İlqar Abbasov, Milli Məclisin deputatları Ağacan Abıyev Sevinc Fətəliyeva, RİHB yanında şuranın üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli liderin parkda ucalan abidəsini ziyarət edərək abidənin önünə tər güllər qoydular. Sonra tədbir iştirakçıları parkda düzənlənən gül kompozisiyaları əl işləri ilə tanış oldular.

 

Heydər Əliyev parkında yaradılan müxtəlif gül kompozisiyaları, pannolar, şəkil plakatlar, əl işlərindən ibarət sərgilər toplaşanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin dili ilə maraqla baxmağa vadar edirdi. Rayonun bütün idarə təşkilatları, ümumtəhsil məktəblərinin kollektivləri, uşaq-tərbiyə müəssisələrinin nümayəndələri aylardan bəri gördükləri işləri burada sərgiləmişdilər. Ümumilikdə, rayonun 34 məktəbi, 28 uşaq-tərbiyə müəssisəsi əvvəlcədən keçirilmiş baxışda seçilmiş ən yaxşı sənət, əl işi rəsm, gül kompozisiyalarından ibarət nümunələri münsiflər heyətinin ixtiyarına vermişdi.

Gül bayramı ümummilli liderimiz Heydər Əliyevin 89 illiyinə həsr olunduğu üçün nümayiş etdirilən hər bir buketdə, gül çələngində, əl işlərinin mövzu kompozisiyasında sevimli rəhbərə məhəbbət, onun ruhuna ehtiram səmimiyyət hissləri qabarıq gözə çarpırdı. Hər bir çalarda, hər bir rəng koloritində, hər ilmədə, hər naxışda bir istək, bir arzu, bir məna formalaşmışdı - ulu öndərə sonsuz qayğı ehtiram! Tamaşaçı seyr edir, onu maraqlandıran mövzularda suallar verirdi, qiymətləndirmək işi isə münsiflər heyətinin üzərinə düşürdü. Qaliblərə xüsusi mükafatlar təqdim olunacaqdır.

Gül bayramında tanınmış incəsənət ustaları rayon mədəniyyət saraylarının bədii kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etdilər.

Sonra rayondakı Heydər Əliyev Mərkəzində icra hakimiyyətinin YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev müasir Azərbaycan" mövzusunda elmi-praktik konfrans keçirildi. İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyev haqqında filmə baxdılar. Sonra konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, tarix boyu elə şəxsiyyətlər, elə siyasətçilər yaşamışlar ki, onlar təkcə öz dövrlərinin deyil, həm çox-çox illər sonranın da insanı olmuşlar. Gələcəyi görmək, rəhbəri olduğu ölkəni, onun vətəndaşlarını işıqlı gələcəyə aparmaq yönündə fəaliyyətləri onları daha da əfsanələşdirib, xalqın sevilən şəxsiyyətinə çevirib. Azərbaycan xalqının umummilli lideri Heydər Əliyev məhz belə nadir şəxsiyyətlərdəndir.

Konfransda Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova "Heydər Əliyev Müasir Azərbaycan" mövzusunda məruzə ilə çıxış etdi.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məslisin deputatları Sevinc Fətəliyeva, Ağacan Abıyev, Rəfael Cəbrayılov, Musa Quliyev, İlham Məmmədov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Suraxanı rayon gənclər təşkilatının sədri Zəkiyyə Musayeva dahi Heydər Əliyev haqqında ürək sözlərini bildirdilər. Göstərildi ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə, ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıdaraq, ilk növbədə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmışdır. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi təxirəsalınmaz addımlar atmışdır. Ölkədə dövlət quruculuğu işinin aparılması ictimai-siyasi sabitliyin bərqərar olması, iqtisadi maliyyə sabitliyinin möhkəmlənməsi üçün çox ciddi siyasətin həyata keçirilməsinə nail olmuşdur. İctimai-siyasi sabitliyi qorumaq üçün qanunçuluğun yüksək səviyyədə təsbit olunması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir.

Konfransda xüsusi vurğulandı ki, 2003-cü ilin oktyabrından ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev ulu öndərin siyasətini yeni dövrün tələblərinə uyğun, böyük uğurla həyata keçirir.

Konfransı RİH başçısı İlqar Abbasov bu sözlərlə yekunlaşdırdı: Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək uğurla davam etdirilməsi Azərbaycanın tərəqqi yolunda sürətlə irəliləməsini reallaşdırır.

Tədbirdə Yeni Azərbaycan Partiyasına qəbul edilmiş bir qrup gəncə partiyanın üzvlük vəsiqəsi verildi.

Sonda 97 saylı tam orta məktəbin şagirdlərinin ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə hazırladıqları ədəbi-bədii kompozisiya göstərildi.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 6 may.- S. 7.