Nəsimi rayonunda Şuşanın
işğalının 20-ci ildönümü
ilə əlaqədar tədbir keçirilib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Şuşa şəhərinin
Ermənistan silahli qüvvələri tərəfindən
işğalının 20-ci ildönümü haqqında"
9 aprel 2012-ci il tarixli sərəncamının icrası məqsədilə
Nəsimi rayonunda tədbirlər planı təsdiq
edilmişdir.
Həmin
planın icrası ilə əlaqədar rayonun məktəbəqədər,
ümumtəhsil, mədəniyyət müəssisələrində,
idarə və təşkilatlarında tədbirlər
keçirilmişdir. Həmin tədbirlərin yekunu olaraq rayon
icra hakimiyyətində yığıncaq keçirilib.
Tədbiri
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib
Məhəməliyev açmışdır. O bildirmişdir
ki, 1992-ci il mayın 8-də Azərbaycanın əzəli
torpağı, milli mədəniyyətimizin mərkəzlərindən
biri, musiqimizin beşiyi Şuşa erməni qəsbkarları
tərəfindən işğal edilmişdir.
Şuşanın işğalına o zamankı dərin
siyasi-iqtisadi böhran, Milli Ordumuzun formalaşmaması səbəb
olmuşdu. Təpədən dırnağadək
silahlanmış erməni silahlı qüvvələrinə
qarşı azsaylı könüllü
özünümüdafiə qüvvələri
döyüşürdü. Onların qəhrəmancasına
müqavimət göstərmələrinə baxmayaraq,
qüvvələrin bərabər olmaması şəhərin
itirilməsi ilə nəticələndi. Lakin biz
hamımız əminik ki, Şuşa da daxil olmaqla erməni
tapdağı altında olan bütün torpaqlarımız
tezliklə azad ediləcək və ədalət bərpa
olunacaqdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
bu istiqamətdəki fəaliyyəti və qətiyyəti bu
inamı gündən-günə artırır.
Nəsimi
Rayon İcra Hakimiyyəti başçısının
müavini Zahid Xəlilov məruzə ilə
çıxış etdi. O, Şuşanın tarixi, işğal
ərəfəsində Azərbaycanda yaranmış
ictimai-siyasi vəziyyət, şəhərin tutulması
zamanı yaşanan hadisələr barədə ətraflı
danışdı. Natiq bildirdi ki, Azərbaycanın incisi olan
Şuşanın inkişafınıın ən yüksək
mərhələsi ümummilli liderimiz Heydər Əliyevin
ölkəmizə birinci dəfə rəhbərlik etdiyi
dövrə təsadüf edir. 1977-ci ildə Heydər Əliyevin
təşəbbüsü ilə qəbul edilmiş
"Şuşa şəhərinin tarixi hissəsini tarixi
memarlıq qoruğu elan etmək haqqında" qərarından
sonra şəhərdə quruculuq işləri vüsət
almış, Molla Pənah Vaqifin məqbərəsi
ucaldılmış, Üzeyir bəy Hacıbəylinin,
Xurşudbanu Natəvanın, Bülbülün ev muzeyləri
yaradılmışdır.
Erməni
qəsbkarlarının Şuşanı işğal etməsi
nəticəsində 22 ümumtəhsil məktəbi, 7 məktəbəqədər
müəssisə, mədəni-maarif texnikumu, 8 mədəniyyət
evi, 14 klub, 20 kitabxana, 3 muzey, turist bazası, sanatoriya, Şərq
musiqi alətləri mərkəzi, avtobaza və digər mədəniyyət
ocaqları, inzibati binalar dağıdılmışdır.
İşğal zamanı 195 soydaşımız həlak
olmuş, 165-i yaralanmış, 121-i itkin
düşmüşdür. Lakin biz tam əminik ki, gözəl
Şuşamız və işğal olunmuş bütün
torpaqlarımız azad olunacaq və şəhidlərimizin
qisası alınacaqdır.
133
nömrəli orta məktəbin direktoru Füzuli Həsənov,
19 nömrəli orta məktəbin direktoru Məmməd Qəmbərov
və başqaları çıxış etdilər. Nəsimi
Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev
tədbirə yekun vurdu.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2012.- 8 may.- S. 10.