Zərdabın bərəkətli baharı

 

Şirvanla Qarabağın yolayırıcında yerləşən, Kürün layla çaldığı Zərdab ilin bütün fəsillərində gözəldir. Ancaq etiraf edək ki, aprel - may ayları bu bölgənin özgə büsatı var. Bahar, bəlkə də, heç yerə Zərdabdakı kimi erkən qədəm basmır. Min bir rəngə çalan güllər, çiçəklər, sanki, dil açıb danışır. Kür, Türyançay bahar nəğmələrini oxuyur. Kənd də, kəndli də yaz qayğılarıyla yaşayır. Hamı tarlaya, bağ-bostana, üstünə çıxır...

 

Zərdaba budəfəki gəlişimiz bax, belə bir ilıq bahar gününə təsadüf etdi. Kəndlərə getdik, müxtəlif kollektivlərdə olduq, adamlarla görüşdük. Hal-əhval tutduq, işlərin gedişi ilə maraqlandıq. Gördüklərimizə, müşahidə etdiklərimizə əsaslanıb deyə bilərik ki, bu il Zərdab rayonunda həyatın bütün sahələri üçün inkişaf və irəliləyiş ili olacaqdır. Bunun üçün indidən möhkəm təməl, etibarlı bünövrə yaradılmışdır.

Yeri gəlmişkən qeyd edək ki, son illər Zərdabda inkişaf və irəliləyiş dinamik xarakter almış, genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Bunu aşağıdakı rəqəmlər də sübut edir. Təkcə ötən il rayon iqtisadiyyatının əsas sahələrində 84,3 milyon manatlıq məhsul istehsal olunmuşdur. Bunun 41,8 faizi kənd təsərrüfatı, 15,7 faizi ticarət və xidmət, 39,3 faizi tikinti, 15,7 faizi sənayenin payına düşmüşdür. Həyata keçirilən tədbirlər nəticəsində keçən il rayon üzrə 505 daimi yeri yaradılmışdır.

"Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası çərçivəsində və daxili imkanlar hesabına 2011-ci ildə rayon ərazisində geniş quruculuq və abadlıq işləri həyata keçirilmişdir. Ümumi sahəsi 4,5 hektar olan Heydər Əliyev və Gənclər mərkəzləri, Veteranlar və Yaradıcılıq evlərinin tikintisi başa çatdırılmışdır. Heydər Əliyev muzeyinin keçmiş binasında yenidənqurma işləri aparılaraq, obyekt Uşaq və Ailələrə Dəstək Mərkəzinə verilmişdir. Bundan başqa, Qarabağ əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası, 14 Qarabağ əlilinə fərdi yaşayış evləri, Fövqəladə Hallar Nazirliyi rayon yanğından mühafizə hissəsi üçün inzibati bina tikilib istifadəyə verilmişdir. Şəhərin "32 hektar" adlanan hissəsində Fövqəladə Hallar Nazirliyinin xətti ilə 75 evdən ibarət qəsəbə salınmışdır. Hazırda rayon baytarlıq idarəsinin inzibati binasında son tamamlama işləri aparılır.

Rayonun sosial-iqtisadi inkişafının genişləndirilməsi məqsədilə respublika Prezidentinin 11 may 2011-ci il tarixli sərəncamı ilə ayrılmış 2 milyon manat vəsait hesabına 16 mənzilli 5 binanın dam örtüyü dəyişdirilmiş, 4 yaşayış binasında əsaslı təmir işləri aparılmışdır. Şəhərin "dördyol" ərazisində elektron idarəetmə tipli giriş qapısı quraşdırılmış, Heydər Əliyev parkının giriş qapısı tikilmiş, küçələrin işıqlandırma sistemi yenidən quraşdırılmışdır və s.

Bütövlükdə 2011-ci il ərzində rayonda 17,2 milyon manatlıq əsaslı tikinti-təmir və abadlıq işləri aparılmışdır. İnkişaf və yüksəliş dinamikası cari ilin ötən ayları ərzində də artmaqda davam etmişdir. Belə ki, birinci rübdə rayon iqtisadiyyatının əsas sahələrində 11 milyon manatlıq məhsul istehsal olunmuşdur. Bunun 52,6 faizi kənd təsərrüfatının, 12,4 fazi tikintinins. payına düşmüşdür. 109 daimi yeri açılmışdır.

Zərdab ənənəvi kənd təsərrüfatı rayonudur. O da fərəhlidir ki, son illər istər əkinçilik, istərsə də heyvandarlıq məhsulları istehsalı artan sürətlə getmiş, bir sıra emal müəssisələri tikilib istifadəyə verilmişdir. Rayonda 2012-ci ilin məhsulu üçün 15481 hektar sahədə taxıl əkini aparılmışdır. Sahələrin hazırkı vəziyyəti göstərir ki, bu il taxıl istehsalı əvvəlki illərdən xeyli çox olacaqdır. Hazırda taxıl biçininə hazırlıqla əlaqədar bütün işlər başa çatdırılmışdır. Heyvandarlıq məhsulları istehsalına gəlincə deyək ki, ötən ilin eyni dövrünə nisbətən ət, süd, yumurta istehsalı xeyli artıq olmuşdur.

Quşçuluğun inkişaf etdirilməsi məqsədilə " Turac - 2008" Məhdud Məsuliyyətli Cəmiyyəti rüb ərzində əhaliyə 5110 baş cücə satmışdır.

Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti də gücləndirilmiş, maddi-texniki baza möhkəmləndirilmiş, intizam və tələbkarlıq artırılmışdır. Təkcə bir faktı deyək ki, son 7 il ərzində rayon üzrə tikilmişya əsaslı şəkildə təmir edilmiş tədris müəssisələrinin sayı əvvəlki 50 ildəkindən çox olmuşdur. 30 il ərzində cəmi 2 məktəb tikildiyi halda son 5 ildə 16 məktəb inşa olunmuşdur. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında Ağabağı kənd məktəbi tikilib istifadəyə verilmişdir. "32 hektar" adlanan ərazidə orta məktəb, Qoruqbağı kəndində uşaq bağçası üçün binalar artıq hazırdır. Pərvanlı, Lələağacı və Aşağı Seyidlər kəndlərində isə məktəb binalarının tikintisinə başlanılacaqdır.

Rayonda sabahımız olan gənclərlə aparılan sahəsində zəngin və maraqlı təcrübə qazanılmışdır. "Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə Dövlət Proqramı"nın qarşıya qoyduğu vəzifələrə uyğun olaraq gənclərlə bağlı həyata keçirilən tədbirlərin əhatəsi genişləndirilmiş, gəncliyi narahat edən məsələlərin həll olunması, fəal həyat mövqeyinin formalaşdırılması, onlarda təşəbbüskarlıq, yaradıcılıq, vətənpərvərlik hisslərinin genişləndirilməsi üçün müxtəlif tədbirlər hazırlanıb həyata keçirilmişdir. Ötən il gənclərin ümumrayon toplantısı keçirilmişdir. Rayon icra hakimiyyətində fəal gənclərlə müntəzəm olaraq görüşlər, əyləncəli proqramlar təşkil edilmişdir. Ölkə Prezidenti İlham Əliyevin 6 may 2011-ci il tarixdə rayona səfəri zamanı verdiyi tapşırıqlara uyğun olaraq Gənclər mərkəzi tikilib istifadəyə verilmişdir.

Hələ də müharibə vəziyyətində olan ölkəmiz üçün gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsi, onlarda doğma torpağa bağlılıq, onu qorumağı bacarmaq, Azərbaycanımızla fəxr etmək, xalqımızın şərəf və ləyaqətini hər şeydən uca tutmaqbaşqa mənəvi meyarlar olduqca vacib və əhəmiyyətlidir. Təsadüfi deyildir ki, Zərdab rayonunda bu istiqamətdə ardıcıl və sistemli qurulmuşdur. Rayon gənclərinin Quba kütləvi məzarlığına, Milli Qəhrəman Mübariz İbrahimovun məzarına və doğulduğu evə səfərləri təşkil olunmuşdur. Çağırış yaşlı gənclərin döyüş bölgəsində yerləşən "N" saylı hərbi hissəyə aparılması, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstü önündən hərbi xidmətə yola salınması və s. məhz belə təsirli və yaddaqalan tədbirlərdəndir. "Şahin" və "Cəsurlar" hərbi idman oyunlarının imkanlarından da səmərəli istifadə olunmuş, qalib komandalar respublika turunda uğurla çıxış etmişlər.

Ötən ilin may ayında rayon icra hakimiyyəti Müdafiə Nazirliyi ilə birlikdə hərbi-vətənpərvərlik bayramı təşkil etmişdir. Tədbirdə görkəmli hərbçilər, rayondan kənarda yaşayan tanınmış ziyalılar, respublikanın bir qrup incəsənət xadimi iştirak etmişdir. Bu münasibətlə polkovnik Abdulla Qurbaninin "Zərdabda hərbi-vətənpərvərlik bayramı" kitabı da çapdan çıxmışdır.

Əldə edilmiş bütün bu uğurlar, əlbəttə, ilk növbədə Prezident İlham Əliyevin gündəlik diqqət və qayğısının bilavasitə nəticəsidir. Ölkə başçısının regionlara, o cümlədən Zərdab rayonuna tarixi səfərləri əhali arasında böyük ruh yüksəkliyinə səbəb olmuş, işlərin gedişini sürətləndirmiş, adamların sabaha olan inamümidini daha da artırmışdır.

Digər tərəfdən, Zərdab Rayon İcra Hakimiyyətinin, onun yerli strukturlarının üslub və metodları, təşkilat- idarəetmə məsələləri daha da təkmilləşdirilmişdir. Vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına vaxtında baxılması sahəsində zəngin təcrübə, toplanılmış, sistemli qurulmuşdur. Bu barədə danışarkən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin yerlərdə keçirdiyi səyyar qəbulları, görüş və söhbətləri ayrıca qeyd etmək lazımdır. Təkcə keçən il yerlərdə 48 səyyar qəbul keçirilmişdir. Həmin görüşlərdə 4718 vətəndaş qəbul edilmiş, irəli sürülən təklif, arzu və qeydlərin, demək olar ki, hamısı yerinə yetirilmişdir.

Zərdab özünün daha bir bərəkətli baharını yaşayır. Rayonda sağlam mənəvi-psixoloji mühit, yaradıcı və mütəşəkkil ab-hava mövcuddur. İşlərin gedişi ilə yaxından tanışlıq belə deməyə əsas verir ki, bu il həyatın bütün sahələrində Zərdab rayonu üçün daha böyük inkişaf və irəliləyiş ili olacaqdır. Zərdablılar bunun üçün ölkə Prezidenti İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirir, bu diqqət, qayğı və etimadı konkret əməli işlə doğrultmaq əzmi ilə çalışırlar.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2012.-9 may.- S. 14.