Müasir Azərbaycan: sosial rifah dövləti

 

Tarixən hər bir dövlətin ən mühüm vəzifələrindən biri öz vətəndaşlarının sosial rifah halını təmin etmək, qorumaq və yüksəltmək olmuşdur. Antik yunan filosoflarından biri olan Demokrit deyirdi ki, dövlətin əsas vəzifəsi ədaləti təmin etmək və əhalisinin sosial həyatını yaxşılaşdırmaqdır. Quruluş və idarəetmə tiplərindən asılı olmayaraq bütün dövlətlərin daxili siyasətində əsas istiqamətlərdən biri sosial siyasətdir. Məhz sosial siyasətin məqsədləri, həyata keçirilmə reallığı, dövlətin iqtisadi imkanlarının vətəndaşlar arasında ədalətli bölüşdürülməsi həmin dövlətin və hökumətin mahiyyətini müəyyən edən əsas parametrlərdən biri kimi çıxış edir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf strategiyasını müəyyən edərkən sosial siyasəti daxili siyasətimizin prioritet istiqaməti kimi qeyd etmiş və bu siyasi xətt indi də uğurla həyata keçirilməkdədir.

 

Müəllifi ümummilli lider Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşlarımızın sosial rifahına hüquq və azadlıqların qorunmasının mühüm tərkib hissəsi kimi böyük önəm verilir və dövlətin ali məqsədinin hədəfi kimi vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi ön plana çəkilir. Konstitusiyamızın 16-cı maddəsində (Sosial inkişaf və dövlət) göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur".

Öz müstəqilliyini yenicə elan etmiş ancaq dövlətini qura bilməmiş Azərbaycanın ən ağır, ən böhranlı anında - 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə dövlət rəhbərliyinə qayıdan, ölkəni vətəndaş qırğınından, ümummilli böhrandan, xaosdan, iqtisadi tənəzzüldən qurtaran Heydər Əliyev ilk gündən elan etdiyi "Xalq dövlət üçün deyil, dövlət xalq üçündür" prinsipini dövlət quruculuğu prosesinin hər addımında həyata keçirən bir müdrik lider, xalqın xilaskarı və millətin atası kimi dövlətimizin sosial mahiyyətini müəyyənləşdirdi.

Ötən əsrin doxsanıncı illərinin birinci yarısı Azərbaycan tarixinin ən ağır dövrlərindən biridir. Həmin illəri xarakterizə edərkən Prezident İlham Əliyev deyirdi: "Ölkə 1991-93-cü illərdə, demək olar ki, total böhran yaşayırdı. İqtisadi, siyasi, hərbi böhran Azərbaycanı çox ağır vəziyyətə salmışdı və daxili çəkişmələr, özbaşınalıq, anarxiyaxaos, demək olar ki, Azərbaycanın gələcəyini də şübhə altına qoyurdu. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra vəziyyət sabitləşməyə başladı, bütün xoşagəlməz halların qarşısı alındı və Azərbaycan uğurlu inkişaf yoluna qədəm qoydu". Azərbaycanın dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılan bütün istiqamətlərdə - siyasi, hüquqi, iqtisadi, sosial - islahatların başlıca məqsədi Azərbaycanın dövlətçiliyini möhkəmləndirmək, milli maraqları həyata keçirmək ölkənin iqtisadi resurslarının vətəndaşlar arasında ədalətli paylanmasını, sosial rifahın əl çatan olmasını təmin etməkdən ibarət idi.

Müstəqil Azərbaycanın sosial-iqtisadi uğurlarının təməl daşlarından biri olan 1994-cü ilin 20 sentyabrında dünyanın aparıcı neft şirkətinin yaratdığı konsorsiumları ilə bağlanan "Əsrin müqaviləsi" və bu kontraktın reallaşması nəticəsində əldə olunan iqtisadisiyasi dividentlər ilk növbədə Azərbaycan xalqının sosial rifahının günbəgün yaxşılaşmasına yönəldi - bu sosial siyasətin ədalətlilik meyarına çevrildi. Doxsanıncı illərin sonlarında ölkədə iqtisadi tənəzzül dayandırıldı və ümummilli lider Heydər Əliyevin böyük siyasi uzaqgörənliklə müəyyən etdiyi çoxşaxəli islahatların nəticəsində davamlı iqtisadi sabitlik, 2003-cü ildən isə iqtisadi inkişaf dövrü başladı.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursunu möhtərəm Prezidentimiz cənab İlham Əliyev yeni dövrün çağırışlarına uyğun olaraq çox uğurla davaminkişaf etdirməkdədir. Sosial-iqtisadi inkişaf sahəsində balanslaşdırılmış və saxələndirilmiş siyasət yürüdən Azərbaycan, dəyişən zamanın böhranlar burulğanından uğurla çıxdı. 2008-2009-cu illərin qlobal maliyyə-iqtisadi böhranını ağır itkilərlə yaşayan dünya birliyi ölkələri bu böhrandan ən az zərərlə çıxan Azərbaycan Respublikasının daxili siyasi kursunu - inkişafın Azərbaycan modelini etiraf etməkdə və öyrənməkdədir. İnkişafın Azərbaycan modelinin uğurunu göstərən əsas cəhətlərdən biri ölkənin ümumdaxili məhsulun artım tempinə görə 2005-ci ildən başlayaraq sıçrayışlı dövr yaşaması, bir neçə il ərzində isə ÜDM - artım tempinə görə dünyada lider dövlətə çevrilməsi oldu. Son on ildə Azərbaycanda adambaşına düşən ümumdaxili məhsul 7.5 dəfə, dövlət büdcəsinin xərclər hissəsi isə 21 dəfə yüksəlmiş, bu illər ərzində ölkədə orta illik iqtisadi artım tempi 15.6 faiz təşkil etmişdir. Məhz sosial rifaha ünvanlanmış islahat və balanslaşdırılmış inkişaf kursu nəticəsində Azərbaycan postsovet ölkələri arasında ilk olaraq bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü uğurla başa çatdırmış oldu.

Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti cənab İlham Əliyev postsovet dövrünün ən əlamətdar bəyanatlarından birini verdi: "Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Nəzərə alaq ki, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesablamalara görə, Azərbaycan postsovet məkanında iqtisadi islahatlariqtisadi inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə keçid dövrü başa çatıbdır".

Sosial-iqtisadi inkişafın Azərbaycan modelinin xarakterik cəhətlərindən biri də qarşıya qoyulan məsələlərin proqramlar çərçivəsində həllinə nail olmaq, ayrı-ayrı sahələrin inkişafının cari və uzunmüddətli proqramlarla təmin edilməsi siyasətidir. Belə proqramlar içərisində yoxsulluğun azaldılması ilə bağlı qəbul edilmiş proqramlar və regionların sosial inkişafı ilə bağlı qəbul edilmiş proqramlar, habelə investisiya proqramları, məşğulluq, təhsil, səhiyyə, sosial təminat və s. sahəvi proqramlar insanların sosial rifah halının yüksəldilməsinə birbaşa ünvanlanmış çox mühüm fəaliyyət kimi qiymətləndirilməlidir.

Yoxsulluğun azaldılması sahəsində 2001-ci ildən başlayan ardıcıl mübarizə tədbirləri olduqca qiymətli nəticələr əldə etməyə imkan vermişdir. Bu proqramlar çərçivəsində ölkə üzrə yoxsulluğun səviyyəsi 2000-ci ildəki 49 faizdən 2011-ci ildə 7.6 faizə düşmüşdür. Yoxsulluqla mübarizənin uğurlu nəticələri həm də, demoqrafik proseslərin müsbət saldosunda (doğum-ölüm nisbəti, orta ömür uzunluğu, miqrasiya, nigahboşanmalars.), urbanizasiya prosesinin sabitləşməsində, əhalinin pul gəlirlərinin artmasında, təhsil və səhiyyə xidmətlərinə əlçatanlığın yüksəlməsində, yaşayış minimumunun, orta aylıq əmək haqqı və pensiyaların artımının inflyasiyanı üstələməsində və s. parametrlərdə özünü əyani şəkildə göstərməkdədir.

2004-cü ildən başlamış və artıq ikinci mərhələsi uğurla davam edən regionların sosial - iqtisadi inkişafı proqramları bütövlükdə, ölkəmizin qüdrətinin artmasına, o cümlədən Azərbaycan əhalisinin sosial rifahına yönələn və konkret nəticələr verən çox mütərəqqi layihədir. Məhz bu proqramlar çərçivəsində iqtisadiyyatın şaxələnməsi siyasəti təmin edilmiş, qeyri-neft sektorunun inkişafı regionların ictimai-sosial həyat səviyyəsini yüksəltmiş, aqrar sahə, emal sahəsi, turizm, sanator-kurort işibu kimi istiqamətlərin formalaşmasına güclü təkan vermişdir. Bu proqramın uğurlu icrası sahəsində ötən il qeyri-neft sektorunda artım tempi 10 faizdən çox olmuşdur. Artıq neçə ildir ki, Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə "aşağı gəlirli ölkələr" sırasından, "orta gəlirli ölkələr" sırasına keçmişdir.

Bu il fevralın 28-də "Baku Expo" Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev Azərbaycanın inkişafının yaxın hədəfələrini müəyyən etmişdir: " Hədəf ondan ibarətdir ki, növbəti 10 ildə - 2013-2023-cü illərdə Azərbaycan əhalisi yüksək gəlirli ölkəyə çevrilməlidir. Növbəti 10 il ərzində qarşıya hədəf qoymalıyıq ki, ümumi daxili məhsul 2 dəfə artsın. Bu, çox böyük, çox çətin hədəfdir. Nəzərə alsaq ki, ümumi daxili məhsulumuz artıq 3 dəfə artmışdır, indi 3 dəfə artmış iqtisadiyyatı daha 2 dəfə artırmalıyıq".

Çox yüksək, çox çətin yetişiləsi, fəqət tamamilə real bir hədəfdir. Onu da qeyd edək ki, 1950-ci ildən sonra bu hədəfə, yəni yüksək gəlirli ölkələr sırasına 13 ölkə çatmışdır. Azərbaycan bu niyyəti qarşısına qoyan və reallaşdırmağa ən yüksək şansı olan 14-cü ölkədir.

Əhalisi yüksək gəlirli ölkələr üçün əsas göstəricilərdən biri əhalinin yüksək həyat səviyyəsi, digəri isə insan inkişafı indeksidir. Dünyanın nüfuzlu nəşrlərindən biri sayılan "İnternational Living" jurnalının 2011-ci il üçün açıqladığı həyat keyfiyyəti indeksi üzrə reytinq cədvəlinə görə Azərbaycan 100 ballıq şkala üzrə 56 balla 200 dövlət arasında 106-cı yeri tutub, başqa sözlə 2010-cu ildəki 139-cu yerdən 33 pillə irəliləyibdir. Məhz bu yüksək inkişaf tempini nəzərə alan beynəlxalq ekspertlər yaxın 10 ildə Azərbaycanın inkişaf etmiş 15 ölkədən birinə çevriləcəyini tamamilə real sayırlar.

İnsan inkişafı indeksi göstəricisinə görə Azərbaycan 2005-ci ildəki 101-ci yerdən 2010-cu ildə 34 pillə irəliləyərək 67-ci yerə çıxmışdır. Postsovet ölkələri arasında Azərbaycan Respublikası insan inkişafı indeksinin illik artımına görə 1.77 faizlə birinci yeri tutur. İnsan indeksi inkişafı potensialı reytinqini müəyyən edən bütün göstəricilərdə Azərbaycan son beş ildə çox böyük uğurlar əldə etmişdir. Onlardan bəzilərinə nəzər salaq: - Sağlamlıq, orta ömür uzunluğu: Azərbaycanda 2008-2011-ci illər ərzində 400-dən çox səhiyyə obyekti, yenidən qurulmuş, əsaslı təmir olunmuş, yeniləri tikilmiş və ən müasir avadanlıqla təchiz edilmişdir. Səhiyyəyə dövlət büdcəsindən ayrılan xərclər dəfələrlə artmışdır, xəstələnmə halları azalmış, insanın orta ömür uzunluğu artmışdır. Heydər Əliyev FondununFondun Prezidenti, ölkənin birinci xanımı, Millət vəkili Mehriban Əliyevanın yaxından dəstəyi və təşəbbüsü ilə səhiyyə ilə bağlı çox geniş humanitar aksiyalar həyata keçirilmiş, peyvəndləmənin miqyası genişlənmiş, anauşaq ölümü minimuma endirilmişdir. - Təhsil, insan inkişafı indeksinin əsas göstəricilərindən biri təhsil almağa əlçatanlıq, şagirdlərin təhsilalma müddəti və yaşlı əhalinin təhsilalma imkanlarının ölçüsüdür. Azərbaycanda təhsilə hərtərəfli dövlət qayğısı sayəsində, yuxarıdakı parametrlərin hər biri insan inkişafı potensialının ölkəmizdə yüksək olmasına geniş imkanlar açır. Son bir neçə ildə Heydər Əliyev Fondunun yaxından iştirakı ilə Azərbaycanda 2000-ə qədər təhsil müəssisəsi tikilib, yaxud əsaslı təmir edilib. Təhsilin maddi-texniki bazası gücləndirilib.

Təhsil sahəsindəki islahatlar 20-yə qədər Dövlət proqramlarını əhatə edir. Təhsilin keyfiyyətinin yüksəldilməsi və dövrün çağırışlarına cavab verə bilməsi üçün ən müasir metodologiya uğurla tətbiq edilir. Prezident İlham Əliyevin sərəncamı ilə 2007-2015-ci illər üçün Respublikadan kənar təhsil alan tələbələrin dəstəklənməsi üzrə Dövlət Proqramı qəbul olunubbu proqram üzrə 5000 gəncin dünyanın aparıcı universitetlərində təhsil xərcləri dövlət tərəfindən ödənilir.

Ümumi daxili məhsulun artım indeksi, layiqli həyat şəraitinin təmin edilməsi insan inkişafı indeksinin əsas göstəricilərindən biri kimi çıxış edir. Ümumi daxili məhsul 2003-cü ildə 7.1 milyard manat təşkil edirdisə 2011-ci ildə 50.1 milyard manat təşkil etmiş, başqa sözlə 7 dəfədən çox artmışdır. Azərbaycanda hal-hazırda adam başına düşən ümumi daxili məhsulun həcmi 7 min ABŞ dollarından çoxdurbu rəqəmin artırılması üçün ölkəmizin geniş imkanları və böyük potensialı vardır. Azərbaycanın dövlət büdcəsi dinamik olaraq artmaqdadır. Büdcəmizin xərc hissəsi əgər 2000-ci ildə hələ 1 milyard dollara çatmışdırsa (892 milyon ABŞ dolları), 2012-ci ildə bu rəqəm 21 milyard ABŞ dolları təşkil etmiş, başqa sözlə, 25 dəfədən çox artmışdır.

Ölkəmizdə vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşması orta aylıq əmək haqqının dinamikasında da özünü göstərir. Son on bir ildə Respublika üzrə orta aylıq əmək haqqı on dəfəyə yaxın artaraq 44.3 manatdan 380 manata yüksəlmişdir. Əhalinin sosial rifahı halının yüksəlməsi minimum əmək haqqının dinamikasında özünü daha qabarıq şəkildə göstərir. Minimum əmək haqqı 2000-ci ildə 1.1 manat təşkil edirdisə, bu göstərici ötən il 93.5 manat təşkil etmişdir.

Pensiyaların orta aylıq məbləğinin artım dinamikası, orta aylıq əmək haqqı və orta aylıq pensiya nisbəti də son illərdə müsbət istiqamətdə sürətli şəkildə dəyişməkdədir. Orta aylıq pensiya 2000-ci ildə 117 manat yüksəlmiş, başqa sözlə, 10 dəfədən çox artmışdır. Pensiya sahəsindəki uğurlu islahatlardan danışarkən 2011-ci ildə cənab Prezident İlham Əliyevin tapşırığı ilə 2006-cı ildən qabaq pensiyaya çıxanlarla, 2006-cı ildən sonra pensiyaya çıxanların pensiyaları arasındakı uyğunsuzluğun aradan qaldırılması sahəsindəki işləri mütləq qeyd etmək lazımdır. Bu tədbirlərin reallaşması nəticəsində 800 min nəfərin pensiyası yenidən hesablandı və orta hesabla 40 faiz artırıldı.

İnsan inkişafı indeksinin mühüm bir hissəsi də mədəniyyət və ictimai fəaliyyətə əlçatanlıq imkanlarının olmasıdır. Mədəniyyətin inkişafı, milli-mədəni irsimizin qorunması və təbliği sahəsində son illərdə istər dövlətimiz, istərsə də Heydər Əliyev Fondu tərəfindən çox böyük işlər görülmüşuğurlu nəticələr əldə edilmişdir. Təkcə muğam sənətinin tanınması və beynəlxalq miqyasda təbliğin və 2011-ci ildə "Eurovision" musiqi yarışmasında Azərbaycanın qələbəsi bu sahədəki işlərimizin nə səviyyədə olmasının bariz nümunəsidir.

Sosial rifah halının daha bir göstəricisi, insanların ictimai fəaliyyəti üçün yaradılmış imkanlarfikir, söz, ifadə azadlığının vəziyyəti ilə ölçülür. Demokratik dəyərləri həmişə yüksək tutan, hüquqi dövlət prinsiplərinə daim hörmətlə yanaşılan respublikamızda hal-hazırda 3000-dən çox Qeyri Hökumət Təşkilatı, 40-dan çox siyasi partiya fəaliyyət göstərir, 4500-dən artıq media orqanı qeydiyyatdan keçmişdir, Milli Məclisdə on siyasi partiya təmsil olunmaqdadır.

Respublikamızda sosial rifah dövləti qurulmaqdadır. Azərbaycanın hər cür real imkanları var ki, yaxın on ildə dünyanın ən çox inkişaf etmiş dövlətləri sırasına daxil olsun.

 

 

Musa QULUYEV,

Milli Məclisin deputatı,

YAP Siyasi Şurasının üzvü

 

Xalq qəzeti.- 2012.- 9 may.- S. 8.