Uğurlu inkişaf strategiyası

 

Azərbaycanın ən yeni tarixi şəxsiyyətin və liderin ictimai-dövlət həyatındakı rolunun əsrlər dəyişdikcə nəinki azalmadığı, hətta effektiv çalarlar qazanaraq praqmatik məzmun və mahiyyət kəsb etdiyini bir daha təsdiqləyir. Təbii ki, politoloji anlamda lider dediyimiz şəxs tarixi inkişafın obyektiv qanunauyğunluqlarını dərindən dərk edən, cəmiyyətin dinamik güclərini vahid ideya ətrafında səfərbər edərək addım-addım hədəfə çatmağı bacaran, stratejiproqressiv düşüncə tərzinə malik rəhbər modelini ehtiva edir. Belə rəhbərin fəaliyyəti möhkəm sosial-iqtisadiideoloji bazaya, elektoratın sonsuz inamına söykənən bir sistemə malikdirsə və bütün bu komponetlərin məcmusu qüdrətli liderə transformasiya edirsə, daha əzəmətli və uzunömürlü olur. Ümummilli lider Heydər Əliyev məhz belə liderdir.

 

Əsrimizin ilk prezident seçkilərində xalqımızın iradəsinə arxalanan, siyasətini milli maraqlarımızın tam təmin olunması üzərində quran, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyası bu gün Azərbaycanın adını dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmaqdadır. Azərbaycanın dünyadakı rolunun yüksəlməsi ilə müşayiət olunan bu inkişaf daxilixarici siyasi kursumuzda möhtəşəm uğurlarla, nəhəng abadlıq və quruculuq işləri və dünyada bənzəri olmayan sıçrayışlı iqtisadi inkişafla yadda qalıb.

Azərbaycanın hərtərəfli və dinamik inkişafı, yeni yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisinə nail olmaq, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli, diasporlobbiçilik fəaliyyətinin gücləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı bu qlobal strateji xəttin prioritet istiqamətləridir.

Azərbaycan xalqı cənab İlham Əliyevi prezident seçməklə bir daha Heydər Əliyev siyasi kursuna inamını, etibarını ifadə etdi. Ötən illər xalqın öz inamında yanılmadığına, bu tarixi seçimin Azərbaycanın taleyində nə qədər böyük rol oynadığını əyani şəkildə təsdiqlədi. Prezidentliyinin ilk günlərindən özünü görkəmli dövlət xadimi kimi təsdiqləyən İlham Əliyevin siyasi-psixoloji portretinin əsasını təşkil edən komponentlər onun Azərbaycan siyasi arenası üçün son dərəcə uğurlu dövlət başçısı olduğunu sübut etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin idarəçilik məktəbindən bəhrələnərək bu məktəbin daha da təkmilləşdirilməsinə təkan vermiş, onu müasir tələblər səviyyəsinə qaldırmışdır. Ümummilli liderimizin xalqın etimadına və dəstəyinə arxalanaraq apardığı uğurlu daxili siyasət təcrübəsindən faydalanan cənab İlham Əliyev həmin yolu məharətlə davam etdirir. Onun bölgələrə səfərləri, ictimaiyyətin, sadə peşə adamlarının və əhalinin müxtəlif təbəqələri ilə görüşləri buna nümunədir. Mütəmadi keçirilən belə görüşlər zamanı dövlətimizin başçısı xalqla təmasda olmaqla onların problem və qayğılarını öyrənir, əhalini narahat edən məsələlərin həlli ilə bilavasitə özü yaxından tanış olur. Prezident özünün əsas vəzifələrini açıqlayarkən bəyan edib ki, bizim əsas arzu və istəyimiz insanlarımızın daha firavan yaşamasını təmin etməkdir. Odur ki, görülən bütün işlər məhz qüdrətli Azərbaycan dövləti və xalqı naminədir.

Ümummilli liderimiz Heydər Əliyevin apardığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni güclü təkan verməklə, cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərini özündə əks etdirib. Azərbaycan dövlətinin daxilixarici siyasəti dünyada gedən geosiyasiiqtisadi proseslər və bu sahədəki beynəlxalq təcrübə nəzərə alınaraq müəyyənləşdirilib.

Qloballaşma, sivilizasiyalararası dialoq, ümumbəşəri dəyərlərin tərkib hissəsi olan demokratik prinsiplər, eləcə də cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələn məsələlər Heydər Əliyevin yürütdüyü siyasətin nəzəri bazasını və konseptual əsaslarını təşkil edib. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxilixarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslərə, həm də Azərbaycanın dünyada daim möhkəmlənən mövqeyi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasət düzgün istiqamətdədir.

Ulu öndərimizin möhkəm təməllər üzərində həyata keçirdiyi müstəqil dövlət quruculuğu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox uğurla davam etdirilir. Müstəqil dövlət quruculuğunun əsas amillərindən biri olan dövlətin iqtisadi qüdrətinin artırılması, əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı fərmanlar, onun sərəncamı ilə təsdiq olunmuş regional inkişafa dair Dövlət Proqramı ölkəmizin hərtərəfli inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, 2003-cü il prezident seçkilərindən sonra iqtisadi siyasətin yeni prioritetləri, inkişaf perspektivləri müəyyənləşdirilmişdir. Bu istiqamətdə qlobal konsepsiya işlənib hazırlanmış, konkret dövlət proqramları qəbul olunmuşdur. Uğurlarımız isə göz qabağındadır. Ötən doqquz il ərzində iqtisadiyyatımızın artım tempi dünyada analoqu olmayan səviyyəyə yüksəlmişdir.

Dövlətimizin başçısı neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın inkişafını ən ümdə məsələ kimi, prioritet vəzifə kimi qarşıya qoyub. Son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Regional sosial-iqtisadi inkişaf dövlət proqramı bütün bölgələrin, hətta ən ucqar kəndlərin belə tərəqqisi, müasir infrastrukturun formalaşması üçün bütün zəruri məqamları özündə əks etdirən mühüm sənəddir. Beş illik dövlət proqramının demək olar ki, 4 ilə yerinə yetirilməsi sayəsində bölgələrimizin siması büsbütün dəyişib, şəhərlə kənd arasında kəskin fərqlər aradan qaldırılır. Son illərdə yüz minlərlə yeni yerlərinin açılması, yoxsulluq səviyyəsinin kəskin aşağı düşməsi rayon və kəndlərimizdə minlərlə sənaye və emal müəssisələrinin, yüksək standartlara cavab verən təhsil və səhiyyə ocaqlarının, xidmət obyektlərinin inşası uğurlarımızın yalnız bir hissəsidir.

Sahibkarlığın inkişafına güclü dövlət dəstəyi məhz ulu öndər Heydər Əliyevin diqqət və qayğısından bəhrələndi. Bunun sayəsində Azərbaycanda yerli adamlarının fəaliyyəti son illər genişlənib. Hazırda onlara güzəştli kreditlərin verilməsi ilə yanaşı, sahibkarlara texniki yardımların göstərilməsi, "bir pəncərə" sisteminin tətbiqi və digər vacib məsələlər ölkədə bizneslə məşğul olmaq üçün gözəl şərait yaradıb. Son illər özəl sektora maliyyə yardımı iki dəfə artırılıb. Prezident İlham Əliyevin təbirincə desək, "əgər biz qarşıya böyük vəzifələr qoyuruqsa, yoxsulluqla mübarizə aparmaq, yeni yerlərinin açılmasına nail olmaq istəyiriksə, mütləq və mütləq dövlətlə özəl sektor çiyin-çiyinə işləməli, fəaliyyət göstərməli, bir-birinə kömək etməlidir". Bütün görülən tədbirlərin nəticəsidir ki, Dünya Bankının illik hesabatında sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahəsində həyata keçrilən islahatlara görə Azərbaycan Respublikası lider ölkə kimi tanınmışdır.

Son illərin nəticələri tam qətiyyətlə deməyə əsas verir ki, qazanılmış möhtəşəm nailiyyətlər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təmələ və iqtisadi potensiala söykənir. Aparılan geniş quruculuq və abadlıq işləri ölkəmizin hərtərəfli tərəqqisinə, dünyada lider səviyyəyə yüksəlməsinə səbəb olub. Qarşıda duran istər iqtisadi-sosial sahədə, istərsə də digər istiqamətlərdə bütün vəzifələr öz həllini tapır. Azərbaycan iqtisadi inkişaf sürətinə görə artıq dünyada lider ölkədir. Bu liderliyi əldə etmək və onu qoruyub saxlamaq çətin məsələdir. İldən-ilə iqtisadi potensialın artımına nail olmaq, onu yüksək səviyyədə saxlamaq çox böyük fədakarlıq tələb edir. Dövlətimizin başçısının vurğuladığı kimi, bu inkişaf bizim üçün çox böyük imkanlar açıb. Azərbaycan xalqı bu gözəl imkanlardan artıq bəhrələnir. Azərbaycanın iqtisadi imkanlarının gündən-günə artması sosial proqramların icrasına zəmin yaradır. Bu gün ölkəmizin hərtərəfli inkişafı hər bir vətəndaşın həyatında, güzəranında özünü aydın şəkildə göstərir. Ölkədə aparılan sosial siyasət uğurla davam etdirilir. Ötən dövrdə əhalinin pul gəlirləri 19 faiz artıb. Əgər bu rəqəmi inflyasiya ilə müqayisə etsək, görərik ki, əhalinin gəlirləri inflyasiyanı iki dəfədən çox üstələyir. 900 minə yaxın pensiyaçının təqaüdü orta hesabla 40 faiz artıb.

Ünvanlı dövlət sosial yardımı üzrə proqram da yüksək səviyyədə icra olunur. Belə ki, əhalinin aztəminatlı təbəqəsinə verilən ünvanlı sosial yardım davam etdirilir, yeni təhsil, səhiyyə, idman-sağlamlıq ocaqlarının tikintisinə ara verilmir. Həmçinin ölkə iqtisadiyyatının inkişafına söykənən quruculuq, abalıq işləri geniş vüsət alıb. Son illərdə dövlət büdcəsinin 10 dəfə artırılması, yoxsulluq səviyyəsinin qısa müddətdə 49 faizdən 7 faizə endirilməsi ürəkaçan sosial göstəricilərdir. Bu onu göstərir ki, hətta böhranlı ildə ölkədə yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb.

Ümumiyyətlə, hər il dövlət büdcəsinin xərclər bölümünün tərtibi zamanı sosial müdafiəyə ehtiyacı olan təbəqəyə xüsusi diqqət göstərilir. Bu kateqoriyaya aid insanların sosial müdafiəsinə ayrılan məbləğ ildən-ilə artırılır. 2010-cu ilin dövlət büdcəsində sosialyönümlü xərclərin çəkisi 34,4 faiz (3 milyard 878 milyon manat) təşkil edib ki, bu da 2009-cu ilin büdcəsindəki göstəricidən təxminən 1,8 faiz çoxdur. 2011-ci ildə isə sosialyönümlü xərclərin dövlət büdcəsindəki xüsusi çəkisi 33,3 faiz (4 milyard 234 milyon manat) təşkil edib ki, bu da ötən illə müqayisədə 8,8 faiz çoxdur.

Müstəqil Azərbaycan dövləti bu gün regionun reallaşan bütün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı, əsas iştirakçısıdır. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycana şan-şöhrət gətirən iri infrastruktur layihələrin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tam gücü ilə işə düşməsi Azərbaycanın həm də dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsi sayılmalıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji sahəsindəki uğurlar, Azərbaycanın gələcəyi üçün tarixi məna daşıyır və vaxt keçdikcə bizim mövqelərimiz daha da möhkəmlənəcəkdir.

Regional layihələrin gerçəkləşməsi bölgə ölkələrinə və xalqlarına sülh, əmin-amanlıq, rifahiqtisadi inkişaf gətirməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması Azərbaycanı nəinki regionda, eləcə də dünyadakı siyasi nüfuzunun, iqtisadi qüdrətinin bariz nümunəsidir. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan bu layihənin həyata vəsiqə almasına nail oldu. Bununla da regionda yalnız enerji layihələri ilə deyil, həm də nəhəng nəqliyyat infrastrukturu ilə birləşəcəkdir. Beləliklə, Azərbaycan AvropaAsiya üçün həm enerji, həm də əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilir.

Azərbaycan müstəqil xarici siyasət yürüdür. Ulu öndərimizin əsasını qoyduğu, formalaşdırdığı və müəyyənləşdirdiyi xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun olaraq keyfiyyətcə yeni məzmunda davam etdirilir. Bu baxımdan Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət nəinki keçmiş ittifaq respublikaları, eləcə də bütün region üçün bir nümunə, model sayıla bilər. Son illərdə qazanılan nailiyyətlərdən danışarkən Azərbaycanı regionun şəksiz lideri olduğunu xüsusi qeyd etmək lazımdır. Ölkəmiz siyasiiqtisadi güc mərkəzi kimi hətta regional çərçivədən kənara çıxmağa başlayıb. Azərbaycan bir tərəfdən ABŞ, Avropa dövlətləri, həmçinin MDB ölkələri ilə, digər tərəfdən Şərq, İslam dünyası ilə qarşılıqlı, faydalı əməkdaşlığa söykənən ikitərəfli münasibətlər qurub. Eyni zamanda Azərbaycan dünya dövlətləri ilə əlaqələrini müxtəlif beynəlxalq təşkilatlar, xüsusən də Avratlantika çərçivəsində, yəni çoxtərəfli formatdauğurla inkişaf etdirir. Təbii ki, bunu müəyyənləşdirən və formalaşdıran müxtəlif amillər mövcuddur. Azərbaycan müstəqil, tarazlaşdırılmış, balanslaşdırılmış, düşünülmüş xarici siyasət yürüdür. Bu siyasət dünya ölkələri, beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmlənməsinə, inteqrasiya prosesinin sürətləndirilməsinə yönəlib.

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş xarici siyasətimizin əsas missiyalarından biri məhz bundan ibarətdir ki, Azərbaycan bu əməkdaşlığı özünün maraqlarının təmin edilməsinə, qarşısına çıxan problemlərin həllinə istiqamətləndirir, bununla da öz məqsədinə çatır. Əminliklə qeyd edə bilərik ki, müstəqilliyinin 20 illiyini qeyd edən ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsiz Şurasına qeyri-daimi üzv qəbul olunması dövlət başçısı tərəfindən həyata keçirilən müstəqil xarici siyasət xəttinin gələcək uğurlarının yalnız başlanğıcı və əlamətdar günə özünəməxsus hədiyyədir. Bu mühüm tarixi hadisə - Azərbaycanın dünyanın seçilmiş 15 ölkəsi sırasına yüksəlməsi qüdrətli lider tərəfindən idarə olunan dövlətin qısa müddətdə necə nəhəng uğurlara imza ata biləcəyini bir daha təsdiq edir.

Prezidentin yürütdüyü həm daxili, həm də xarici siyasət kursunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həlli mühüm yer tutur. Məhz dövlətimizin başçısının apardığı gərgin sayəsində dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar. Ermənistanın bir çox beynəlxalq təşkilatlar tərəfindən işğalçı dövlət kimi tanınması, təcavüzkar siyasətinin pislənilməsi ölkəmizin diplomatik qələbəsidir. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti və prinsipial mövqeyini bütün dünyaya bəyan edib. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalıdır.

Prezident İlham Əliyevin ötən illər ərzində gördüyü işlər və hazırkı fəaliyyəti deməyə əsas verir ki, o, Heydər Əliyevin parlaq ideyalarının sadəcə davamçısı yox, eyni zamanda bu ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirməyə və inkişaf etdirməyə qadir olan bir liderdir. Bu baxımdan Azərbaycanda elm, mədəniyyət, incəsənət, ədəbiyyat sahələrində, həmçinin milli-mənəvi, dini dəyərlərin qorunması və möhkəmləndirilməsi sahəsində görülən mühüm işlər də xüsusi qeyd olunmalıdır. Hazırda Azərbaycanda elm və təhsil sürətlə inkişaf etdirilir, onun keyfiyyəti dünya səviyyəsinə yüksəldilir.

Ölkənin sosial-mədəni sahəsinin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti təqdirəlayiqdir. Həmin fond həm respublikamızda, həm də onun hüdudlarından çox-çox uzaqlarda böyük nüfuz qazanmışdır. Fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Heydər Əliyev Fondunun xətti ilə insanların sosial şəraitini yaxşılaşdırmaq məqsədilə respublikanın şəhər və rayonlarında yüzlərlə məktəb tikilib, uşaq evləri, mədəniyyət obyektləri təmir edilib, yeni yollarsu xətləri çəkilib. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycan xalqının görkəmli şəxsiyyətlərin yubileylərinin, əlamətdar hadisələrin qeyd edilməsinin YUNESKO-nun proqramına salınması, respublikada qlobal əhəmiyyət kəsb edən beynəlxalq konfransların keçirilməsi olduqca təqdirəlayiqdir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyik etdiyi illər ərzində Azərbaycan mədəniyyətinin, incəsənətinin və idmanının qazandığı nailiyyətlər göz qabağındadır. Azərbaycanın keçən il dünyanın mötəbər "Avroviziya-2011" musiqi müsabiqəsində parlaq qələbəsi mədəniyyətimizin dünyaya tanıdılması baxımından dəyərli töhfə olmuş və ölkəmizin təbliği istiqamətində misilsiz imkanlar yaratmışdır. Bütün bu uğurlar milli-mədəni dəyərlərimizin daha da inkişaf etdirilməsinin, bütün sahələrdə aparılan demokratik islahatların, vətəndaş cəmiyyətinin bərqərar olunmasının və ölkəmizin əldə etdiyi digər böyük nailiyyətlərin məntiqi nəticəsidir.

Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan hazırda dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. Ölkəmiz sosial-iqtisadi inkişafın, tərəqqinin özünəməxsus, mütərəqqi, milli modelini formalaşdırıb. İnkişafın Azərbaycan modeli adlanan bu model sayəsində müstəqil dövlətimiz gündən-günə qüdrətlənən bir ölkəyə çevrilib. Qazanılan uğurların miqyasının davamlı olaraq genişlənməsi Azərbaycanı yeni böyük nailiyyətlərə doğru aparır. Başqa sözlə, sürətli, davamlı inkişaf ölkəmizdə sosial-iqtisadi tərəqqinin prioritet istiqamətini təşkil edir. Məhz bunun sayəsində ölkəmiz gündən-günə inkişaf edir, insanların rifahı getdikcə yaxşılaşır.

Ümummilli lider Heydər Əliyevin yarımçıq qalmış işlərini uğurla davam etdirən Prezident İlham Əliyev dövlətin, cəmiyyətin sosial rifahını, gələcəkdə əldə edəcəyi faydaları nəzərə alaraq, böyük maliyyə hesabına başa gələn infrastruktur layihələrini gerçəkləşdirməyi vacib sayır. Dövlət başçısı hər zaman vurğulayır ki, Azərbaycan vətəndaşlarının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsi yüksəldilməli, əhali fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmalıdır.

Bütün bunlar onu göstərir ki, strateji xarakterli infrastruktur layihələrin gerçəkləşməsi, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm tərkib ünsürünə çevrilib. Bu tədbirlər ümumilikdə əhalinin bütün təbəqələrinin, insanların daha firavanrahat yaşayışının təmin edilməsinə, ümumilikdə ölkə iqtisadiyyatının dinamik inkişafına yönəlib.

Beləliklə, yuxarıda sadalanan faktlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafın Azərbaycan modeli tarixi sınaqlardan uğurla çıxmaqda və ölkəmizin gələcək inkişaf perspektivləri baxımından qarşıda yeni imkanlar açmaqdadır. Möhtərəm İlham Əliyevin əməli fəaliyyətə söykənən qalibuğurlu lider obrazı bir daha təsdiq etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən növbəti illərdə də uğurla həyata keçirilməsi yaxın illərdə Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına çıxaracaqdır. Azərbaycan xalqı isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasətə daim sadiq qalacaqdır.

 

 

Siyavuş NOVRUZOV,

Milli Məclisin komissiya

sədri, YAP İdarə Heyətinin üzvü

 

Xalq qəzeti.- 2012.- 9 may.- S. 5.