Azərbaycan Xalq Cümhuriyyəti: müstəqillik tariximizin uca zirvəsi
Hər bir qaranlıq gecənin
günəşli bir səhəri olur. Azərbaycan
xalqının tarixində bu qaranlıq gecə 1918-ci ilin mart
soyqırımı, bu günəşli səhər isə
1918-ci ilin 28 mayıdır. 28 May müstəqilliyimizin tarixində
ən uca zirvədir! Bu, birmənalı belədir.
Riyaziyyatçılar buna aksioma deyirlər.
Müstəqillik
heç də bütün xalqlara nəsib olmur.
Dünyanın bir sıra xalqlarının tarixində belə
zirvələr mövcuddur. Anadolu türkləri
üçün 29 oktyabr, fransızlar üçün
Bastiliyanın alındığı, almanlar üçün
Almaniyanın birləşdirildiyi gün, amerikalılar
üçün 4 iyul ən böyük tarixi hadisədir.
Allah-Təala belə bir xoşbəxt günü bizim
xalqımıza da nəsib etmişdir. Bu xoşbəxt tarixin
başlanığıcı 1918-ci il mayın 28-idir.
23 ay
fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti
zaman məhdudluğuna baxmayaraq aşağıdakıları
edə bildi:
1918-ci il...
- Mayın 28-də Azərbaycan Milli
Şurası Tiflisdə Həsən bəy Ağayevin
sədrliyi ilə ilk iclasını keçirdi və 6 maddədən ibarət
"İstiqlal bəyannaməsi"ni qəbul
etdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti yarandı. - Azərbaycan
Xalq Cümhuriyyəti coğrafi
məfhum olan "Azərbaycan" sözünü siyasi məfhuma
çevirdi. Bu vaxta qədər müxtəlif
adlar altında təsbit olunan
bu ərazi Azərbaycan, dövlət isə
Azərbaycan Xalq Cümhuriyyəti adlanmağa başladı. - İyunun
4-də Osmanlı dövləti ilə Batum
müqaviləsi imzalandı. - İyunun
21-də Azərbaycan hökuməti Azərbaycanın ilk dövlət rəmzlərini təsis
edərək qəbul etdi.
Qırmızı parça üzərində
ağ aypara və ağ səkkizguşəli ulduz
təsvir olunan bayraq
(Osmanlı bayrağına oxşar) qəbul
edildi. Noyabrın 9-da
hazırki üçrəngli bayrağımız və səkkizguşəli
ulduz qəbul edildi. - İyunun 24-də Milli
hökumət Qori Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsinin Qazax şəhərinə
köçürülməsi haqqında qərar qəbul etdi. - İyunun 26-da Azərbaycan
hökumətinin qərarı ilə Azərbaycan Milli Ordusu
yaradıldı. - İyunun 27-də Azərbaycan
hökumətinin qərarı ilə Azərbaycan (türk) dili dövlət dili elan olundu.
- İyunun 27-dən - iyulun
1-dək Qaraməryəm yaxınlığında Qafqaz İslam Ordusu Korqanovun rəhbərlik
etdiyi Bakı Soveti
qüvvələrini darmadağın etdi.
- İyulun 15-də Azərbaycan hökumətinin qərarı ilə erməni-daşnak
qüvvələri tərəfindən türk-müsəlman
əhalisinə qarşı həyata keçirilən
soyqırımları təhqiq etmək və tarixi
həqiqətləri dünyaya
çatdırmaq üçün Fövqəladə
Təhqiqat Komissiyası yaradıldı. - İyulun
20-də Qafqaz İslam
Ordusu Şamaxını Bakı Soveti qüvvəllərindən azad etdi. - İyulun
30-da Milli hökumətin qərarı ilə
Yelizavetpol şəhəri-Gəncə, Qaryagin - Cəbrayıl adlandırıldı.
- İyulun 31-də Stepan
Şaumyan başda olmaqla Bakı Soveti
qüvvələri istefa verdi.
- Sentyabrın 15-də Nuru paşanın rəhbərlik
etdiyi Qafqaz İslam Ordusu Bakı
şəhərini Sentrokaspi qüvvələrindən
azad etdi. -
Sentyabrın 17-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi
Milli hökumət Bakı şəhərinə
daxil oldu. Bakı Azərbaycanın
paytaxtına çevrildi. - Oktyabrın
21-də Azərbaycan Xəzinə Palatası təşkil edildi. - Noyabrın 1-də Hərbi Nazirlik yaradıldı. - Noyabr
ayında Azərbaycan Məhkəmə Palatası təşkil
edildi. - Noyabrın 17-də general Tomson başda olmaqla ingilis qüvvələri Bakıya daxil oldu. Bakıda ingilis general qubernatorluğu yaradıldı. - Dekabrın
7-də Azərbaycan parlamenti təsis edildi. - Azərbaycan parlamentində
türk-müsəlman əhalisinə 80, ermənilərə
21, ruslara 10, almanlara
1, yəhudilərə 1, gürcülərə 1, polyaklara 1 yer
ayrılmışdı. Parlamentin demokratik tərkibi hətta bugünkü
Avropa Şurasına da
nümunə ola bilər. - Azərbaycan parlamentinin 17 ay ərzində
145 iclası keçirilmişdir. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi
çıxarılmış, onlardan 230-u
qəbul olunmuşdur. - Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi, 11 komissiya var idi.
- Azərbaycanda hakimiyyət bölgüsü
aparıldı: 1.Qanunverici, 2.İcraedici, Məhkəmə
hakimiyyəti. - Dekabrda Azərbaycan parlamenti Bakı şəhərinin azad edilməsi zamanı şəhid olmuş türk və Azərbaycan
əsgərlərinin şərəfinə Bakının ən
hündür yerində abidənin
ucaldılması haqqında qərar qəbul etdi.
- Dekabrda milli valyuta olan Bakı bonu tədavülə buraxıldı. -
Dekabrın 28-də parlamentdə Ə.Topçubaşovun
başçılığı ilə Paris
sülh konfransına xüsusi
nümayəndə heyətinin göndərilməsi
haqqında qərar qəbul edildi. -
Dekabrın 28-də general Tomson
Fətəli xan Xoyskinin
başçılıq etdiyi hökuməti
tanıdığını bəyan etdi.
1919-cu il...
- Yanvar ayında Qarabağda erməni
separatçılarının qanunsuz hərəkətlərinə
son qoymaq üçün Qarabağ
general qubernatorluğu
yaradıldı. Fevralda Xosrov
bəy Sultanov qubernator
təyin olundu. - Fevral ayında ermənilər
tərəfindən Naxçıvana edilən
hücumların qarşısını almaq
üçün Naxçıvan general qubernatorluğu
yaradıldı. - Martın 3-də Azərbaycan Teleqraf Agentliyi
yaradıldı. - Martın 21-də Əlifba islahat
komissiyası yaradıldı. Məqsəd latın əlifbasına
keçməkdən ibarət idi. - Mart ayından Novruz
bayramı dövlət səviyyəsində qeyd
olundu. - 1919 və 1920-ci illərdə
31Mart dövlət səviyyəsində Milli
Matəm Günü kimi
qeyd olundu. - Mart ayında
"Əksinqilabla Mübarizə Təşkilatı"
adı altında Milli Təhlükəsizlik
Xidməti yaradıldı. - İyunun 11-də
Dövlət Müdafiə Komitəsi yaradıldı. - İyunun 15-də Denikin təhlükəsinə
qarşı Gürcüstanla hərbi pakt imzalandı. - İyunun
28-də Böyük Britaniya
hökuməti ingilis ordusunun
Qafqazdan çıxarılacağı
haqqında Paris sülh konfransına rəsmi məlumat verdi. - İyulun 21-də parlament Azərbaycan Respublikasının Müəssislər
Məclisinə seçkilər haqqında əsasnaməni təsdiq
etdi. Əsasnaməyə görə
seçkilərdə qadın və kişi
bərabərliyi təsbit olundu. - Avqustun 11-də parlament Azərbaycan
Vətəndaşlığı Haqqında Qanun
qəbul etdi. Yəni rəngindən,
irqindən, cinsindən asılı olmayaraq
Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri
qanun qarşısında bərabər elan edildi. - Avqustun 24-də Naxçıvanda ABŞ general qubernatorluğunun
yaradılması barədə polkovnik V.Haskelin bəyanatı elan
edildi və amerikalı polkovnik
Edmund Delli bu zonaya qubernator
təyin olundu. Lakin Azərbaycan
hökumətinin ciddi müqaviməti və
Naxçıvan əhalisinin kəskin etirazı nəticəsində
amerikalılar öz niyyətlərini
reallaşdıra bilmədilər. - Avqustun
20-dən sentyabrın 2-nə kimi Azərbaycan
müəllimlərinin birinci qurultayı keçirildi. - Avqustun 22-də
Dağlıq Qarabağ erməniləri Azərbaycan
hökuməti qarşısında 26 bənddən ibarət
öhdəlik götürdülər. - Avqustun
23-də qaçqın və köçkünlərlə
bağlı komissiya yaradıldı. -
Hökumət qaçqın düşən əhali ilə
bağlı parlament və hökumət səviyyəsində
10 qərar və qanun qəbul etdi. - Avqustun 25-də ingilis qüvvələri Bakını tərk
etdilər. - Avqust ayında Xəzər Hərbi
Dəniz Donanması yaradıldı. - Sentyabrın 1-də Azərbaycan
parlamenti 100 nəfər azərbaycanlı
tələbənin xaricə göndərilməsi haqqında qanun qəbul etdi. -
Sentyabrın 1-də Azərbaycan parlamenti
"Bakı Dövlət Universitetinin təsis
edilməsi haqqında" Qanun qəbul etdi. Noyabrın 1-də BDU-da
dərslər başlandı. - Yayda Azərbaycan
hökuməti özünün maliyyə
çətinliklərinə baxmayaraq,
Dağıstan Dağlılar Respublikasına 50 milyon manat həcmində
yardım göstərdi. - Avqust ayında
Lənkəranda qiyamçı qüvvələr
darmadağın edilərək bölgədə AXC-nin hakimiyyəti bərpa olundu.
- Sentyabrın 3-də Lənkəran bölgəsindəki rus hərbi qüvvələri tərksilah edildi. - Sentyabrın 30-da Dövlət Bankı
təşkil olundu. - Oktyabrda
mətbuatda senzura ləğv olundu. - Noyabrın 23-də
Tiflisdə Azərbaycan-Ermənistan sazişi
imzalandı. - Dekabrda "İstiqlal"
muzeyi açıldı. - Bakı neftini dünya bazarına
çıxarmq üçün
Bakı-Batum neft kəməri bərpa edilərək
istifadəyə verildi. -
İstehkamçılar Məktəbi, Hərbi Dəmiryolçular
Məktəbi, Hərbi Feldşer Məktəbi
və Hərbiyyə Məktəbi açıldı. - Milli hökumət Gəncədə Nizami məqbərəsinin tikintisinə 500 min manat vəsait
ayırdı. Amma məqbərəni tikmək
üçün vaxt
çatmadı.
1920-ci il...
- Yanvarın 11-də Versalda Azərbaycan Paris Sülh Konfransının Ali Şurası tərəfindən de-fakto tanındı. - Yanvarın 14-də Azərbaycanın Paris Sülh konfransının Ali Şurası tərəfindən de-fakto tanınması şərəfinə Təzəpir məscidində dualar oxundu. Parlamentin təntənəli iclası keçirildi, Hürriyyət meydanında Milli Ordunun rəsmi keçidi oldu. - Martın 20-də sovet Rusiyası ilə ticarət müqaviləsi imzalandı. Lakin Rusiya bu müqaviləyə riayət etmədi. - Martın 20-də Azərbaycan Xalq Cümhuriyyəti İran tərəfindən de-fakto və de-yure tanındı. - Martın 20-də İranla bağlanmış müqaviləyə əsasən Tehranda səfirlik, Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Ərdəbildə, Məşhəddə vitse-konsulluq, Xoy və Əhərdə konsul agentlikləri yaradıldı. - İlin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun sayı 40 minə çatırdı. Bunun 30 mini piyada, 10 mini isə suvari idi. - Bakı-Culfa dəmir yolu inşa edilərək istifadəyə verildi. - Kür çayı üzərində körpü salındı. 1920-ci il aprelin 27-də Azərbaycan parlamentinin sonuncu - 145-ci iclası axşam saat 20:45-də başladı və 23:25-dək davam etdi. Parlament səs çoxluğu ilə 7 şərtlə hakimiyyətin kommunistlərə verilməsi haqqında qərar qəbul etdi.
1920-ci ilin bolşevik işğalı Azərbaycan Xalq Cümhuriyyətinə aşağıdakıları həyata keçirməyə imkan vermədi: - Bakı neftini dünya bazarına tam gücü ilə çıxara bilmədi. 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan beynəlxalq neft kəməri bunu reallaşdırdı. - Azərbaycan ali hərbi məktəb aça bilmədi. Müstəqilliyimizin yenidən bərpasından sonra çoxlu sayda ali hərbi məktəblər açıldı. - Azərbaycan Konstitusiyasını qəbul edə bilmədi. 1995-ci ilin noyabrında müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. - Parlament seçkilərini keçirə bilmədi - 1995-ci ilin noyabrında parlament seçkiləri keçirildi. - Ərəb əlifbasından latın qrafikalı əlifbaya keçidi təmin edə bilmədi. 1991-ci ildə latın qrafikalı əlifbaya keçildi. - Aqrar məsələni, yəni torpaq məsələsini həll edə bilmədi. 1996-cı ildə aqrar məsələ həll olundu. - Qafqaz İslam Ordusunun şərəfinə abidə qoya bilmədi. 2000-ci ildə Şəhidlər Xiyabanında bu əzəmətli abidənin açılışı oldu.
- Ermənistan və sovet Rusiyasının günahı üzündən onlarla qonşuluq münasibətlərini qura bilmədi. Bu gün də Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində onunla qonşuluq münasibətlərini qurmaq mümkün olmadı.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixində AXC-nin rolundan danışarkən demişdir: "Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculucu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da güsləndirmiş oldu".
Anar İSGƏNDƏROV,
tarix elmləri doktoru,
professor
Xalq qəzeti.- 2012.- 27 may.- S. 13.