Mübarizədə
keçən ömür
Çox az adam tapılar ki, ölkəsinin
və xalqının düşmənləri arasında ömrünün və fəaliyyətinin böyük bir hissəsini
keçirsin və axıradək
mübarizə aparsın. Xüsusilə ermənilər kimi "şovinizm" xəstəliyinə
tutulmuş, "Böyük
Ermənistan", "Türk düşmənçiliyi"
ideyaları ilə zəhərlənmiş bir
xalqın arasında mübarizə aparmaq olduqca çətin və təhlükəlidir.
İsrafil
Məmmədov məhz belə insanlardandır. Doğrudur, bu ona asan başa
gəlməmişdir. Bircə faktı deyək ki, bu fəaliyyətinə
görə erməni millətçiləri 1967-ci ildə onun
yaşadığı evi partlatmışdılar.
Tanınmış ziyalı İsrafil Məmmədovun ermənilərin iç üzünün ifşa edilməsinə yönəlmiş fəaliyyəti və əsərlərini qiymətləndirmək üçün demək kifayətdir ki, o, erməniləri yaxşı tanıyır, düşmənin dilini, əlifbasını, xislətini mükəmməl bilirdi.
İsrafil Süleyman oğlu Məmmədov 1927-ci ildə Zəngəzur mahalının Meğri rayonunda anadan olmuşdur. İrəvanı ən sonda tərk edən ziyalılarımızdan olan İsrafil müəllim "Sovet Ermənistanı" adlı respublika qəzetinin sonuncu baş redaktoru, Ermənistan SSR təhsil nazirinin müavini, respublika "Bilik" Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, Ermənistan EA Tarix İnstitutunda Ermənistanda Azərbaycan mətbuatı, Azərbaycanda erməni mətbuatı tarixi üzrə baş məsləhətçi, İrəvan Pedaqoji İnstitutunda tarix müəllimi vəzifələrində işləmişdir.
Azərbaycanlıların yaşam fəlsəfəsi, ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində işıq üzü görən Ensiklopediyada 8, jurnallarda 32, qəzetlərdə 185, Azərbaycan dilində 200-dən çox elmi-publisistik məqaləsi dərc edilib, 6 kitabı çap olunub.
1990-cı ildə Qanlı Yanvar gecəsi) İrəvanı tərk edib Bakıya pənah gətirib. Dörd qaçqın ailəsi ilə birlikdə
bir mənzildə yaşayıb, dəfələrlə
qəlb böhranı (infarkt) keçirib, görmə qabiliyyətinin 80 faizini itirib. Bu halda da AMEA Tarix
İnstitutunda, Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində
Vətən tarixinin ən
ağrılı səhifələrindən olan
deportasiya və soyqırımı, erməni
təcavüzkarlığı və saxtakarlığı, Azərbaycan
həqiqətləri ilə bağlı
araşdırmalarını böyük
səylə davam etdirib.
Azərbaycan, rus və ingilis dillərində 280 çap
vərəqi həcmində kitablar
yazıb, erməni, rus və Azərbaycan
dillərində internet səhifələrinə
çox sayda məqalələr
verib. 17 elmi əsərin redaktoru, 4 dissertasiyanın rəsmi
opponenti, 4 dissertantın elmi rəhbəri olub. Respublika radiosunda erməni
dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi
səsləndirilib.
"Azərbaycanlıların
soyqırımı haqqında" ölkə Prezidenti, ulu
öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından
sonra Azərbaycan və Türkiyədə lentə alınan,
indi də nümayiş etdirilməkdə olan 12 sənədli
filmin baş məsləhətçisi və aparıcı
çıxışçısı olub. İsrafil müəllim
soyqırımı, deportasiya, erməni təcavüzkarlığı,
Azərbaycan həqiqətləri mövzuları ilə
bağlı Moskva, Ankara, İstanbul və Bakıda
keçirilən beynəlxalq elmi-nəzəri konfranslarda əsas
məruzəçi olub. "Tariximiz, torpağımız,
taleyimiz", "Ermənistan azərbaycanlılarının
tarixi coğrafiyası", "İrəvanın siyasi
tarixi. 1500-1800", "Erməni separatizmi və
ekstremizmi", "Zorakı xristianlaşdırma",
"Osmanlı Türkiyəsi, Cənubi Qafqaz və Cənubi
Azərbaycanda ermənilərin törətdikləri dəhşət
və vəhşətlər", "Panermənizmin
üç tərkib hissəsi: "Böyük Ermənistan",
"Erməni məsələsi", "Erməni
soyqırımı", "Ermənistanda Azərbaycan
kitabının tarixi, Azərbaycan teatrının tarixi, Azərbaycan
mətbuatının tarixi", " Ermənistan azərbaycanlıları
1941 - 1945-ci illərdə", "Terror: səbəb və nəticəsi",
"Dağlıq Qarabağ münaqişəsi və ona erməni
mətbuatında ikili münasibət", "Erməni kilsəsi
və Türk-Azərbaycan torpaqlarında dolaşmaqda olan
"Böyük Ermənistan" kabusu", "Qarabağ
mücadiləsinə erməni mətbuatında ikili
münasibət", "Rus-türk müharibələrində
ermənilərin fəal iştirakı", "Erməni
saxtakarlıqları və tarixi həqiqət" mövzularında
yazdığı 20 kitab və yüzlərlə elmi-nəzəri,
elmi-publisistik məqalələrində o, Azərbaycan həqiqətlərini,
erməni vandallarının xalqımıza qarşı
törətdikləri vəhşilikləri təkzibedilməz
tarixi faktlar əsasında özünəxas üslubda erməni,
rus, ingilis və Azərbaycan dillərində oxuculara, dünya
ictimaiyyətinə çatdırıb.
Erməni
tarixşünaslığında hələ də davam etməkdə
olan saxtakarlıqların təkzib və ifşa edilməsi
onun yaradıcılıq fəaliyyətinin çox vacib, dəyərli
tərkib hissəsidir. "Erməni xalqının
tarixi"nin V və VI cildlərində akademiklər
Ş.P.Ağayan, A.Q.Hovhannisyan, M.Q.Nersesyan, Q.A.Qaloyan və
başqa tarixçilər "erməni
soyqırımı"nı elmi cəhətdən əsaslandırmağa
çalışmışlar. İsrafil Məmmədov bunun əsassız,
uydurma olduğunu, Anadoluda, Cənubi Azərbaycanda, Cənubi
Qafqazda 2,5 milyon müsəlmanın qətlə yetirilməsində
erməni qəddarlığının erməni
tarixşünaslığında qəhrəmanlıq kimi qələmə
alındığını, etiraf edildiyini, ilk dəfə elə
həmin V və VI cildlərdən gətirdiyi faktlarla isbata
yetirib. Moskva, İrəvan, Tehran mətbuatında ulu öndər
Heydər Əliyevin ünvanına böhtanlar yağdıran
Kurokusyan, Kotancanyan kimi siyasət dəllallarını ifşa
edən yazılarından birində deyilir: "Ölülərə
istinadən dirilərə böhtan atmaq mərəzindən əl
çəkin! O vaxt cənab Əliyev Bakıda deyildi. Moskvadaydı,
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi
Büronun üzvü idi. Deməli, Moskvaya
çağırılması haqqında
yazdığınız ağ yalandır! İkincisi, Brejnev zəng
vurub: - Bizim Əliyevi narahat etməyin, - deyə bilməzdi.
Ona görə ki, artıq o, Baş katib deyildi, çoxdan
dünyasını dəyişmişdi! Yetər, tarixi
saxtalaşdırdığınız, dünya ictimaiyyətini
aldatdığınız bəsdir!".
Ulu
öndərin "Sovet Azərbaycanı" adlı
kitabını 1982-ci ildə tərcümə edib, erməni
dilində İrəvanda çap olunmasındakı səmərəli
fəaliyəti, bədniyyətlə "Azərbaycan
tarixi" yazmaq mərəzinə tutulan Bakur adlı erməni
yazıçının Azərbaycan Prezidenti cənab
İlham Əliyevə ünvanladığı məntiqə
sığmayan internet məktubuna cavab olaraq 2010-cu ildə qələmə
aldığı "Tarix nə mədhnamə və
antimoniyadır, nə də demokratiya xətti" adlı irihəcmli
analitik məqaləsi, ümumiyyətlə, bütün
yaradıcılıq fəaliyyəti tarixçi-alim, qocaman
yazıçı, müdrik ağsaqqal İsrafil Məmmədovun
Vətənə, xalqa, elmə və dövlətçiliyimizə
şüurlu, təmənnasız və fədakar xidmətinin
sübuta ehtiyac duyulmayan gerçək sübutudur. Bu xidmətlərinə
görə o, üç dəfə Ermənistan SSR Ali Soveti
Rəyasət Heyətinin, iki dəfə SSRİ
"Bilik" Cəmiyyəti İdarə Heyətinin, Azərbaycan
MEA Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif
edilmiş və "Əməkdar mədəniyyət
işçisi" və " Əməkdar jurnalist" fəxri
adlarını lalmışdır. O, AMEA-nın Tarix
İnstitutunun nəşr etdirdiyi " Azərbaycan tarixi"
çoxcildliyinin hazırlanmasında göstərdiyi xidmətlərə
görə bu il Azərbaycan Respublikasının Dövlət
mükafatına habelə Mahmud Kaşğari adına I
mükafata layiq görülmüşdür. 1985-ci ildən
Yazıçılar İttifaqının üzvüdür.
Səksən
beş illik yubileyi qeyd olunan İsrafil müəllim
yaşının bu vədəsində də yorulmaq bilmədən
çalışır və "düşməni ifşa
etmək üçün hələ deyiləsi sözüm
çoxdur" deyir.
Anar TURAN
Xalq qəzeti.- 2012.- 18 noyabr.- S. 6.