Uğurlu
hüquqi islahat və yüksəliş yollarında
Ədliyyə
sistemi hər bir dövlətin, xüsusən də
demokratik-hüquqi cəmiyyətin aparıcı qüvvəsi,
onurğa sütunudur. Bu gün biz fəxrlə
deyə bilərik ki, demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğu yolu ilə inamla irəliləyən
müstəqil Azərbaycan Respublikası möhkəm təməllər
üzərində qurulmuş və müasir dünya tələbləri
səviyyəsində fəaliyyət göstərən ədliyyə
sisteminə malikdir. Demokratik inkişaf yolunda
möhtəşəm uğurlara nail olmuş Azərbaycanın
təcrübəsi təsdiqləyir ki, ictimai-siyasi həyatın
bütün istiqamətləri üzrə hüquqi bazanın
möhkəmləndirilməsi, ədalət prinsiplərinə
ciddi şəkildə riayət olunması sabitliyin, vətəndaş
həmrəyliyinin və dinamik iqtisadi
inkişafın başlıca təminatlarından biridir.
Ölkəmizdə siyasi və iqtisadi islahatların paralel
aparılması, o cümlədən ədliyyə və məhkəmə-hüquq
islahatlarının sosial-iqtisadi inkişaf dinamikası ilə
uzlaşdırılması sayəsində dünyanı belə
heyran qoyan hərtərəfli, fenomenal
sıçrayışa nail olunmuşdur.
Ədliyyə
işçilərinin peşə bayramı Azərbaycan
Respublikasının ümummilli lideri Heydər Əliyevin 11
noyabr 2000-ci il tarixli sərəncamı ilə təsdiq
olunmuşdur. Müstəqilliyimizlə bərabər
böyüyən və inkişaf edən Azərbaycan ədliyyəsi
94 illik şərəfli tarixə malikdir. 1918-ci il may
ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan
edildiyi gün müstəqil dövlətimizin Ədliyyə
Nazirliyinin yaradılması və həmin il noyabr
ayının 22-də nazirliyin Əsasnaməsinin təsdiq edilərək,
onun funksiya və səlahiyyətlərinin müəyyənləşdirilməsi
bu qurumun demokratik cəmiyyət üçün həyati əhəmiyyət
daşıdığını təsdiqləyir. Həmin
dövrdə ədliyyə sistemi üçün kadrların
hazırlanması məqsədilə pulsuz hüquq kursları
təsis edilmiş, qısa müddətdə Azərbaycan Məhkəmə
Palatası yaradılmış, Bakı Dairə Məhkəməsinin
və onun tərkibində prokurorluğun fəaliyyəti
qaydaya salınmışdır. Ədliyyə Nazirliyi tərəfindən
yeni hüquq sisteminin təşkili ilə bağlı həmin
dövr üçün ən mütərəqqi hesab edilən
mühüm qərarlar qəbul olunmuş, nazirliyin təşəbbüsü
ilə "İstintaq hissəsinin quruluşu və gücləndirilməsi
haqqında", "Məhkəmə idarəsi sahəsində
vəzifələrə namizədlər haqqında",
"Andlı iclasçılar məhkəməsinin təsis
edilməsi haqqında" və 30-dan artıq digər qanun
layihələri parlamentin müzakirəsinə
çıxarılmışdır. Şərqdə ilk
demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, o
vaxtkı tarixi şərait və bolşeviklərin
işğalı nəticəsində, təəssüf ki, cəmi
23 ay yaşadı.
Azərbaycanda
ədliyyə sisteminin sonrakı inkişafı məhz ulu
öndərimiz Heydər Əliyevin adı ilə
bağlıdır. Heydər Əliyevin respublikamıza birinci
rəhbərliyi dövründə Ədliyyə Nazirliyi yenidən
bərpa edilmiş, bununla da Azərbaycanın ədliyyə
tarixində yeni mərhələnin təməli
qoyulmuşdur. Ulu öndərimiz ədliyyənin
inkişafı və mühüm dövlət təsisatı
kimi formalaşması üçün bütün zəruri tədbirləri
həyata keçirmişdir.
Xalqımız həmişə azadlıq, müstəqillik arzusu ilə yaşamış və XX əsrin sonlarında yenidən buna nail olmuşdur. Azərbaycan 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirdi.
Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycanın özünü müstəqil dövlət kimi elan etdiyi ilk aylarda daha aydın hiss olunmaqda idi. Müstəqil Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, tez-tez təkrarlanan hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, erməni təcavüzkarları ilə müharibədə getdikcə daha çox Azərbaycan torpaqlarının işğal olunması, ölkənin suverenliyinə daxildən və xaricdən göstərilən aramsız təhdidlər ümummilli lider Heydər Əliyevin qayıdışını qaçılmaz edirdi. Getdikcə daha artıq insan dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töhfələr verən Heydər Əliyev indi qazanılmış müstəqilliyin qorunub saxlanmasının yeganə qarantı ola bilər. Məhz onun sayəsində istiqlaliyyət ideyaları həqiqi gerçəkliyə çevrilə, qazanılmış dövlət müstəqilliyi qorunub saxlana bilər. Qətiyyətlə demək olar ki, XX əsrin 90-cı illərinin başlıca siyasi gerçəkliyi olan bu həqiqətin dərk edilməsi, əslində çağdaş tariximizə müstəqillik məfkurəsində şəxsiyyət fenomeninin təntənəsi və Heydər Əliyevin tarixi qayıdışının təməlinin qoyulması kimi daxil olub. Azərbaycanın müasir tarixinin həyati təcrübəsi faktiki olaraq birmənalı şəkildə təsdiqlədi ki, qazanılmış müstəqilliyi dönməz milli sərvətə çevirmək üçün Heydər Əliyevin qayıdışı tarixi zərurət idi.
Belə bir ağır vəziyyətdə xalqın təkidli çağırışı ilə ulu öndərimiz Heydər Əliyev 1993-cü ilin 15 iyununda Azərbaycanda hakimiyyətə qayıtdı və dövlətçiliyimizin qorunması kimi tarixi missiyanı öz üzərinə götürdü. Azərbaycanı və xalqımızı bütün bəlalardan hifz edib qorudu, qısa müddətdə qanunsuz silahlı birləşmələr ləğv edildi. Separatçılıq meyilləri aradan qaldırıldı və ölkədə sabitlik yarandı. Müstəqilliyimiz əbədi və dönməz xarakter aldı. Ulu öndərimizin rəhbərliyi ilə həyatımızın bütün sahələrində köklü dəyişikliklər həyata keçirildi ki, bu islahatların ən geniş vüsət aldığı sahələrdən biri də ədliyyə və hüquq sistemi idi.
Reallaşdırılan islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsinə yüksəldilməsi üçün əsaslı tədbirlər görüldü. Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyuldu. Bu köklü islahatlar sayəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi məqsədilə onlarca normativ sənəd qəbul edildi. Ulu öndərimiz Heydər Əliyev xüsusi olaraq vurğulayırdı ki, yeni siyasi şəraitdə hüquqi və demokratik dövlətin qurulması möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx şəkildə bağlıdır. Çünki yalnız möhkəm və güclü ədliyyə sistemi olan dövlətlərdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında bərabərliyi, ən əsası isə qanunun aliliyi yüksək səviyyədə təmin olunur.
Ümumbəşəri dəyərlər əsasında cəmiyyət qurulması üçün başlanan islahatlar artıq Azərbaycanda qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyanın qəbulunu da gündəmə gətirmişdi. Bunu düzgün qiymətləndirən ulu öndər Heydər Əliyev dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün, ilk növbədə, müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanaraq qəbulunu vacib saymışdır. 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycanın ilk Konstitusiyası referendum yolu ilə qəbul edildi. Bu, Azərbaycanın yeni tarixinin ən mühüm hadisələrindən biri olmaqla, ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindəndir. Konstitusiyanın hazırlanması zamanı isə Heydər Əliyev onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə məsuliyyətlə yanaşmışdı. Bununla əlaqədar ulu öndər bildirmişdi: "Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm".
Beləliklə, 1995-ci ildə Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək keçmiş, indiki va gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq ümumxalq səsverməsi-referendum yolu ilə öz Konstitusiyasını qəbul etdi. Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları tam və əhatəli şəkildə təsbit olunmuşdur. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etmişdir.
Əsas Qanunda təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə etibarlı təminat yaratmış, bu prinsip önə çəkilməklə sonrakı mərhələdə yeni qanunvericilik aktları qəbul olunmuşdur. Həyata keçirilən məhkəmə-hüquq islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin konseptual həlli olmuşdur. Ümummilli liderin 1998-ci il dekabrın 1-də imzaladığı fərmanla qüvvəyə minmiş "Məhkəmələr və hakimlər haqqında" Qanun bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım olmuşdur. Məhkəmə fəaliyyətinin hüquqi əsaslarını və ədalət mühakiməsinin daha səmərəli təşkili qaydalarını özündə ehtiva edən qanunda hakim vəzifəsinə seçkilərlə bağlı bir sıra zəruri tələblər də əksini tapmışdır. Hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə hakimiyyətinin dövlət idarəçilik sistemində nüfuzlu, mötəbər və müstəqil təsisat kimi formalaşması məsələsinə də xüsusi diqqət ayrılmışdır.
Müstəqil məhkəmələr ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Buna görə də Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimiz ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir. Məhkəmə-hüquq islahatı nəticəsində Konstitusiya Məhkəməsi təsis olunmuş, 2000-ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır. Həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin görülməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmiş, məhkəmələr üzərində mülki işlər üzrə prokuror nəzarəti ləğv edilmiş, habelə təhqiqat, istintaq va prokurorluq orqanlarının qanunsuz hərəkətlərindən məhkəməyə şikayət hüququ müəyyən olunmuşdur. Eyni zamanda, dövlətin cəza siyasətində köklü dəyişikliklər edilmiş, cinayət cəzalarının icrası funksiyası Ədliyyə Nazirliyinə verilmiş, ölkəmizdə əfv institutu bərpa olunmuş, Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmişdir.
Təsadüfi deyil ki, müstəqillik dövründə ölkəmizdə qəbul edilmiş yeni qanunların təxminən 20 faizi məhkəmə-hüquq islahatları ilə bağlı olmuşdur və bu sahədə görülən işlər beynəlxalq qurumlar və ekspertlər tərəfindən də yüksək qiymətləndirilmişdir.
Ulu öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 17 yanvar 2000-ci il tarixli fərmanı ilə hakimlərin seçilməsi prosesinin təşkili və məhkəmə fəaliyyəti ilə bağlı digər tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası təsis edilmiş və hüquq sistemində köklü dəyişikliklərə səbəb olan müxtəlif tədbirlər görülmüşdür.
Ulu öndərimizin müdrik siyasi kursu onun ən
layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Burada son illər hüquqi
islahatların daha geniş miqyas aldığı, beynəlxalq
standartlarla tam uzlaşdığını, inteqrasiya prosesinin
daha da sürətləndiyini xüsusi qeyd etmək vacibdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin
yaxşılaşdırılması, ədalət mühakiməsinin
səmərəliliyinin artırılması məqsədilə
imzaladığı çoxsaylı fərman və sərəncamların,
verdiyi tapşırıqların icrası üzrə
görülmüş tədbirlərin sayəsində
Azərbaycan ədliyyə sistemi öz inkişafının
keyfiyyətcə yeni, daha yüksək mərhələsinə
qədəm qoymuşdur. Ədliyyə fəaliyyətinin
normativ-hüquqi əsasları təkmilləşdirilmiş,
2008-ci ildə nazirliyin yeni əsasnaməsi təsdiqlənmiş,
ona hüquq-mühafizə orqanı statusu verilmişdir ki,
bununla da ədliyyə sisteminin cəmiyyətdəki
mühüm rolu təsbit edilmişdir.
Uğurlu hüquqi islahat və
yüksəliş yollarında
Ədliyyə sistemi hər bir dövlətin, xüsusən də demokratik-hüquqi cəmiyyətin aparıcı qüvvəsi, onurğa sütunudur. Bu gün biz fəxrlə deyə bilərik ki, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan Respublikası möhkəm təməllər üzərində qurulmuş və müasir dünya tələbləri səviyyəsində fəaliyyət göstərən ədliyyə sisteminə malikdir. Demokratik inkişaf yolunda möhtəşəm uğurlara nail olmuş Azərbaycanın təcrübəsi təsdiqləyir ki, ictimai-siyasi həyatın bütün istiqamətləri üzrə hüquqi bazanın möhkəmləndirilməsi, ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir. Ölkəmizdə siyasi və iqtisadi islahatların paralel aparılması, o cümlədən ədliyyə və məhkəmə-hüquq islahatlarının sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması sayəsində dünyanı belə heyran qoyan hərtərəfli, fenomenal sıçrayışa nail olunmuşdur.
Ədliyyə işçilərinin peşə bayramı Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur. Müstəqilliyimizlə bərabər böyüyən və inkişaf edən Azərbaycan ədliyyəsi 94 illik şərəfli tarixə malikdir. 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün müstəqil dövlətimizin Ədliyyə Nazirliyinin yaradılması və həmin il noyabr ayının 22-də nazirliyin Əsasnaməsinin təsdiq edilərək, onun funksiya və səlahiyyətlərinin müəyyənləşdirilməsi bu qurumun demokratik cəmiyyət üçün həyati əhəmiyyət daşıdığını təsdiqləyir. Həmin dövrdə ədliyyə sistemi üçün kadrların hazırlanması məqsədilə pulsuz hüquq kursları təsis edilmiş, qısa müddətdə Azərbaycan Məhkəmə Palatası yaradılmış, Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti qaydaya salınmışdır. Ədliyyə Nazirliyi tərəfindən yeni hüquq sisteminin təşkili ilə bağlı həmin dövr üçün ən mütərəqqi hesab edilən mühüm qərarlar qəbul olunmuş, nazirliyin təşəbbüsü ilə "İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında", "Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında", "Andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında" və 30-dan artıq digər qanun layihələri parlamentin müzakirəsinə çıxarılmışdır. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, o vaxtkı tarixi şərait və bolşeviklərin işğalı nəticəsində, təəssüf ki, cəmi 23 ay yaşadı.
Azərbaycanda ədliyyə sisteminin sonrakı inkişafı məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə Ədliyyə Nazirliyi yenidən bərpa edilmiş, bununla da Azərbaycanın ədliyyə tarixində yeni mərhələnin təməli qoyulmuşdur. Ulu öndərimiz ədliyyənin inkişafı və mühüm dövlət təsisatı kimi formalaşması üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.
Xalqımız həmişə azadlıq, müstəqillik arzusu ilə yaşamış və XX əsrin sonlarında yenidən buna nail olmuşdur. Azərbaycan 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirdi.
Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycanın özünü müstəqil dövlət kimi elan etdiyi ilk aylarda daha aydın hiss olunmaqda idi. Müstəqil Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, tez-tez təkrarlanan hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, erməni təcavüzkarları ilə müharibədə getdikcə daha çox Azərbaycan torpaqlarının işğal olunması, ölkənin suverenliyinə daxildən və xaricdən göstərilən aramsız təhdidlər ümummilli lider Heydər Əliyevin qayıdışını qaçılmaz edirdi. Getdikcə daha artıq insan dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töhfələr verən Heydər Əliyev indi qazanılmış müstəqilliyin qorunub saxlanmasının yeganə qarantı ola bilər. Məhz onun sayəsində istiqlaliyyət ideyaları həqiqi gerçəkliyə çevrilə, qazanılmış dövlət müstəqilliyi qorunub saxlana bilər. Qətiyyətlə demək olar ki, XX əsrin 90-cı illərinin başlıca siyasi gerçəkliyi olan bu həqiqətin dərk edilməsi, əslində çağdaş tariximizə müstəqillik məfkurəsində şəxsiyyət fenomeninin təntənəsi və Heydər Əliyevin tarixi qayıdışının təməlinin qoyulması kimi daxil olub. Azərbaycanın müasir tarixinin həyati təcrübəsi faktiki olaraq birmənalı şəkildə təsdiqlədi ki, qazanılmış müstəqilliyi dönməz milli sərvətə çevirmək üçün Heydər Əliyevin qayıdışı tarixi zərurət idi.
Belə bir ağır vəziyyətdə xalqın təkidli çağırışı ilə ulu öndərimiz Heydər Əliyev 1993-cü ilin 15 iyununda Azərbaycanda hakimiyyətə qayıtdı və dövlətçiliyimizin qorunması kimi tarixi missiyanı öz üzərinə götürdü. Azərbaycanı və xalqımızı bütün bəlalardan hifz edib qorudu, qısa müddətdə qanunsuz silahlı birləşmələr ləğv edildi. Separatçılıq meyilləri aradan qaldırıldı və ölkədə sabitlik yarandı. Müstəqilliyimiz əbədi və dönməz xarakter aldı. Ulu öndərimizin rəhbərliyi ilə həyatımızın bütün sahələrində köklü dəyişikliklər həyata keçirildi ki, bu islahatların ən geniş vüsət aldığı sahələrdən biri də ədliyyə və hüquq sistemi idi.
Reallaşdırılan islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsinə yüksəldilməsi üçün əsaslı tədbirlər görüldü. Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyuldu. Bu köklü islahatlar sayəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi məqsədilə onlarca normativ sənəd qəbul edildi. Ulu öndərimiz Heydər Əliyev xüsusi olaraq vurğulayırdı ki, yeni siyasi şəraitdə hüquqi və demokratik dövlətin qurulması möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx şəkildə bağlıdır. Çünki yalnız möhkəm və güclü ədliyyə sistemi olan dövlətlərdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında bərabərliyi, ən əsası isə qanunun aliliyi yüksək səviyyədə təmin olunur.
Ümumbəşəri dəyərlər əsasında cəmiyyət qurulması üçün başlanan islahatlar artıq Azərbaycanda qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyanın qəbulunu da gündəmə gətirmişdi. Bunu düzgün qiymətləndirən ulu öndər Heydər Əliyev dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün, ilk növbədə, müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanaraq qəbulunu vacib saymışdır. 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycanın ilk Konstitusiyası referendum yolu ilə qəbul edildi. Bu, Azərbaycanın yeni tarixinin ən mühüm hadisələrindən biri olmaqla, ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindəndir. Konstitusiyanın hazırlanması zamanı isə Heydər Əliyev onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə məsuliyyətlə yanaşmışdı. Bununla əlaqədar ulu öndər bildirmişdi: "Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm".
Beləliklə, 1995-ci ildə Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək keçmiş, indiki va gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq ümumxalq səsverməsi-referendum yolu ilə öz Konstitusiyasını qəbul etdi. Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları tam və əhatəli şəkildə təsbit olunmuşdur. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etmişdir.
Əsas Qanunda təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə etibarlı təminat yaratmış, bu prinsip önə çəkilməklə sonrakı mərhələdə yeni qanunvericilik aktları qəbul olunmuşdur. Həyata keçirilən məhkəmə-hüquq islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin konseptual həlli olmuşdur. Ümummilli liderin 1998-ci il dekabrın 1-də imzaladığı fərmanla qüvvəyə minmiş "Məhkəmələr və hakimlər haqqında" Qanun bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım olmuşdur. Məhkəmə fəaliyyətinin hüquqi əsaslarını və ədalət mühakiməsinin daha səmərəli təşkili qaydalarını özündə ehtiva edən qanunda hakim vəzifəsinə seçkilərlə bağlı bir sıra zəruri tələblər də əksini tapmışdır. Hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə hakimiyyətinin dövlət idarəçilik sistemində nüfuzlu, mötəbər və müstəqil təsisat kimi formalaşması məsələsinə də xüsusi diqqət ayrılmışdır.
Müstəqil məhkəmələr ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Buna görə də Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimiz ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir. Məhkəmə-hüquq islahatı nəticəsində Konstitusiya Məhkəməsi təsis olunmuş, 2000-ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır. Həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin görülməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmiş, məhkəmələr üzərində mülki işlər üzrə prokuror nəzarəti ləğv edilmiş, habelə təhqiqat, istintaq va prokurorluq orqanlarının qanunsuz hərəkətlərindən məhkəməyə şikayət hüququ müəyyən olunmuşdur. Eyni zamanda, dövlətin cəza siyasətində köklü dəyişikliklər edilmiş, cinayət cəzalarının icrası funksiyası Ədliyyə Nazirliyinə verilmiş, ölkəmizdə əfv institutu bərpa olunmuş, Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmişdir.
Təsadüfi deyil ki, müstəqillik dövründə ölkəmizdə qəbul edilmiş yeni qanunların təxminən 20 faizi məhkəmə-hüquq islahatları ilə bağlı olmuşdur və bu sahədə görülən işlər beynəlxalq qurumlar və ekspertlər tərəfindən də yüksək qiymətləndirilmişdir.
Ulu öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 17 yanvar 2000-ci il tarixli fərmanı ilə hakimlərin seçilməsi prosesinin təşkili və məhkəmə fəaliyyəti ilə bağlı digər tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası təsis edilmiş və hüquq sistemində köklü dəyişikliklərə səbəb olan müxtəlif tədbirlər görülmüşdür.
Ulu öndərimizin müdrik siyasi kursu onun ən layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Burada son illər hüquqi islahatların daha geniş miqyas aldığı, beynəlxalq standartlarla tam uzlaşdığını, inteqrasiya prosesinin daha da sürətləndiyini xüsusi qeyd etmək vacibdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə imzaladığı çoxsaylı fərman və sərəncamların, verdiyi tapşırıqların icrası üzrə görülmüş tədbirlərin sayəsində Azərbaycan ədliyyə sistemi öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoymuşdur. Ədliyyə fəaliyyətinin normativ-hüquqi əsasları təkmilləşdirilmiş, 2008-ci ildə nazirliyin yeni əsasnaməsi təsdiqlənmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir ki, bununla da ədliyyə sisteminin cəmiyyətdəki mühüm rolu təsbit edilmişdir.
Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanı ilə bölgələrdə yeni apelyasiya və iqtisad məhkəmələri yaradılmışdır. Ötən müddətdə Azərbaycan Prezidentinin məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə imzaladığı ən mühüm sənədlərdən biri 2009-cu il 6 fevral tarixli "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" oldu. Dövlət proqramının imzalanması ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi məqsədi daşıyırdı. Proqrama əsasən, 2009-2013-cü illərdə məhkəmələrin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar külliyyatının və onların şərhinə dair vəsaitlarin hazırlanması, "ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində məhkəmə fəaliyyətində, o cümlədən işlərin qeydiyyatı və hərəkətində, məhkəmə proseslərinin aparılmasında yeni texnologiyaların tətbiqi, habelə məhkəmələrin maddi-texniki bazasının yaxşılaşdırılması və onlar üçün lazımi iş şəraitinin təmin edilməsi kimi mühüm məsələlərin həlli öz əksini tapmışdır.
Ümumilikdə, Dövlət Proqramı ədliyyə orqanları ilə yanaşı, məhkəmələrin də fəaliyyətinin müasirləşdirilməsinə və təkmilləşdirilməsinə yeni imkanlar açır.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi və gələcəyə hesablanmış inkişaf konsepsiyasına uyğun olaraq, ölkəmiz 21 illik tərəqqi dövrü ərzində bir çox dövlətlərin uzun illər boyu əldə edə bilmədikləri yüksək nailiyyətləri qazanmış, dünya birliyində nüfuzlu dövlət kimi layiqli yer tutmağa müvəffəq olmuşdur.
Bu gün fəxrlə söyləyə bilərik ki, ulu öndərimizin dövlət inkişaf kursunu layiqincə və uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti daha da qüdrətlənir, möhkəmlənir, ölkədə nəhəng tikinti-quruculuq işləri ilə bərabər, müasir hüquq və idaəetmə sistemləri formalaşdırılır, hüquq münasibətləri modernləşdirilir. Qürur hissi ilə qeyd etməliyik ki, respublikamız iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlərdəndir. Keçən il dünyanın 155 ölkəsinin BMT Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə Azərbaycanı dəstəkləməsi və nəticədə ölkəmizin bu mötəbər quruma qeyri-daimi üzv seçilməsi xarici siyasətimizin təntənəsi olmaqla çox önəmli tarixi nailiyyətdir. Bu gün də həmin tarixi hadisə fərəhlə xatırlanır.
Hüquqi dövlətin qurulması möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər ərzində ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə çox mühüm həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyan əhatəli qərarlar verilmişdir. Bu istiqamətdə əməli işlərin görülməsi ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının məntiqi davamı olaraq onların hazırda keyfiyyətcə yeni mərhələsinin başlanması deməkdir. Çoxşaxəli ədliyyə fəaliyyətinin tənzimlənməsi üçün 2006-cı ildə Ədliyyə Nazirliyinin Əsasnaməsi, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun qəbul olunmuş, "Ədliyyə orqanlarının inkişafı haqqında" proqram xarakterli fərman imzalanmışdır.
Hazırda çalışdığım Ali Məhkəmə sistemində hüquqi maarifləndirmə, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, işimizdə şəffaflığın təmin olunması diqqət mərkəzindədir. Belə ki, Ali Məhkəmənin internet saytı interaktiv rejimdə fəaliyyət göstərir, Ali Məhkəmənin jurnalında, bülletenində ədliyyə və məhkəmə sahəsində mütəmadi məlumatlar verilir, elmi-nəzəri yazılar çap edilir.
Respublikamızda ilk dəfə olaraq hüquqi dövlət quruculuğunda, dövlət-vətəndaş münasibətlərində vacib rol oynayan inzibati ədliyyə və məhkəmə sistemi formalaşdırılmışdır. Bununla əlaqədar qabaqcıl xarici təcrübə öyrənilmiş, kompleks qanunvericilik, tədris və təşkilati tədbirlər həyata keçirilmiş, geniş hüquqi maarifləndirmə işi aparılmışdır. Bütün bunları qeyd etməyim ondan irəli gəlir ki, bir vətəndaş və hüquqşünas kimi qürur hissi keçirirəm.
Ümumiyyətlə isə, Dünya Bankı ilə birgə həyata keçirilən layihə üzrə 20-dən çox yeni məhkəmə binasının, həmçinin bir neçə məhkəmənin yerləşəcəyi məhkəmə komplekslərinin layihələri hazırlanmışdır. Yasamal və Oğuz rayonlarında layihə çərçivəsində inşa edilmiş məhkəmələrin yeni inzibati binalarının açılışında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı bütün məhkəmə işçiləri üçün xüsusilə əlamətdar olmuşdur.
Naxçıvan Muxtar Respublikasının rayonlarında və Naxçıvan şəhərində bütün inzibati məhkəmə binaları yenidən əsaslı surətdə təmir olunmuş, yeni, müasir avadanlıqlarla təchiz olunmuşdur.
Məhz Prezidentimiz cənab İlham Əliyevin qayğısı sayəsində artıq bir çox məhkəmə zallarında proseslərin audio və video yazılışlarını aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün bütün zəruri infrastruktur yaradılmış, həmçinin binada elektron kitabxana da fəaliyyət göstərir.
Ölkəmizdə məhkəmə sisteminin inkişafı, müasirləşdirilməsi və yeni infrastrukturun yaradılması, habelə müasir informasiya və kommunikasiya şəbəkəsinin tətbiqi ilə bağlı görülən genişmiqyaslı işlər böyük marağa səbəb olaraq əlaqədar beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilmiş, bu sahədə qoyulan sərmayələrə və qabaqcıl təcrübələrin tətbiqinə görə Azərbaycanın öncül dövlət olduğu vurğulanmışdır. Eyni zamanda, hakimlərin tədrisinə və maarifləndirmə işinin aparılmasına, o cümlədən bütün Avropa dövlətləri məhkəmə sistemlərinin fəaliyyətinə dair təhlilləri əks etdirən CEPEC-in əhatəli hesabatlarının ana dilimizə tərcümə edilərək nəşrini təmin edən ilk dövlət olduğumuz xüsusi təqdir edilmişdir.
Avropa İttifaqı və Avropa Şurası tərəfindən həyata keçirilən Şərq tərəfdaşlığı ölkələrinə məhkəmə islahatlarının gücləndirilməsi layihəsi üzrə hesabatda da ölkəmizdə hakimliyə namizədlərin seçimi proseduru üzrə fəaliyyət metodu müsbət nümunə kimi qiymətləndirilmiş və digər üzv dövlətlərə bu təcrübəyə əsaslanmaq tövsiyə edilmişdir. Cəsarətlə demək olar ki, bütün bu uğurlarımızın həyata keçirilməsində respublikamızın Ədliyyə Nazirliyinin və şəxsən nazirimiz Fikrət Məmmədovun böyük əməyi olmuşdur.
Ədalət mühakiməsinin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş mühüm qanunlar, imzalanmış proqram xarakterli fərmanlar, habelə ədliyyənin inkişafına dair ayrıca Dövlət Proqramının təsdiq edilməsi Azərbaycanda məhkəmə hakimiyyətinin intensiv təkmilləşdirilməsinə, bir çox problemlərin həll edilməsinə, nəticə etibarı ilə islahatlarımızın bütün Avropada nümunə göstərilməsinə səbəb olmuşdur.
Ali Məhkəmə sistemində artıq elektron sənəd dövriyyəsi tətbiq olunur, iclas zallarında, həmçinin tərcümə xidmətini nəzərdə tutan konqres sistemi fəaliyyət göstərir. Ali Məhkəmənin yeni binasında yaradılmış kommunikasiya sistemi müxtəlif idarələrlə video-konfransların keçirilməsinə imkan yaradır. Bu yüksək texnologiyaların, o cümlədən video əlaqələrin yaradılması, məhkəmə iclasında bu və ya digər səbəblərdən iştirak edə bilməyən şəxslərin prosesdə iştirakı, şahidlərin uzaqlaşdırılmış tərzdə dindirilməsi və s. kimi yeniliklərin tətbiqi bütün məhkəmələrdə nəzərdə tutulub.
Ölkəmizdə irimiqyaslı işlər həyata keçirilir, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan onlarca yeni məhkəmə binası tikilib istifadəyə verilir və ya əsaslı təmir olunur. Təkcə onu demək kifayətdir ki, Ali Məhkəmə üçün inşa edilərək ən müasir informasiya texnologiyaları ilə təmin olunmuş və əsl "Ədalət Sarayı"nı xatırladan möhtəşəm bina Avropanın ən gözəl məhkəmə binalarından biri kimi dəyərləndirilir.
Məhkəmələrin yüksək statuslarına uyğun inşa edilən bu binalarda ən müasir beynəlxalq tələblərə cavab verən iş prosesinin təşkilinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir, elektron sənəd dövriyyəsi üçün bütün zəruri infrastruktur yaradılır, binalar ən müasir informasiya-kommunikasiya avadanlıqları ilə təchiz olunur.
Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi məhkəmə islahatlarının uğurlu nəticələri, əldə edilmiş yüksək nailiyyətlər dahi öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və bilavasitə insan haqlarının etibarlı müdafiəsinə yönəlmiş hüquqi islahatlar kursunun əzmlə inkişaf etdirildiyini göstərir. Möhtərəm Prezidentin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində göstərdiyi güclü siyasi iradə, məhkəmə hakimiyyətinin fəaliyyətinə verdiyi müstəsna əhəmiyyət və dəstək dövlətimizin bu sahədə daha parlaq uğurlara nail olacağına qəti əminlik yaradır.
Azərbaycan bu gün çox sürətlə və hərtərəfli inkişaf edir, siyasi-hüquqi və iqtisadi baxımdan qüdrətli dövlətə çevrilir. Builki peşə bayramımızı məhz bu cür nailiyyətlər fonunda qürurla qeyd edirik. Öz həmkarlarımı peşə bayramı münasibətilə təbrik edir, onlara dövlət quruculuğu yolunda uğurlar arzulayıram.
İslam ƏLİYEV,
Azərbaycan
Respublikası Ali
Məhkəməsinin
hakimi
Xalq qəzeti.- 2012.- 21 noyabr.- S. 5.