Naxçıvan Muxtar Respublikası
sosial-iqtisadi, elmi-mədəni inkişafını uğurla
davam etdirir
2012-ci ilin doqquz ayının
yekunları da bunu təsdiqləyir
Naxçıvan
Muxtar Respublikası blokada şəraitində yaşamasına
baxmayaraq, mюvcud potensialdan səmərəli
istifadə etməklə inkişafın yeni mərhələsinə
qədəm qoymuşdur. Təmin
olunmuş yüksək inkişaf meylləri юzünü mühüm əhəmiyyətli
enerji, nəqliyyat və telekommunikasiya sistemlərinin
formalaşdırılmasında, modern sosial, təhsil, səhiyyə
infrastrukturunun yaradılmasında, insanların yeniləşən
həyat tərzində, müasir informasiya texnologiyalarına
çıxış imkanlarında daha aydın gюstərməkdədir. Bu
uğurlu siyasət cari ilin 9 ayında da saxlanılmış,
real sektorda və sosial sferada dinamik inkişaf davam etmişdir.
İlin əvvəlindən юtən dюvrün ən
mühüm hadisələrindən biri Prezident İlham Əliyevin
muxtar respublikaya səfərə gəlməsi oldu. Bu səfər
zamanı юlkə
başçısının cəmi bir gün ərzində
10 yeni obyektin - Akademik Zərifə Əliyeva adına
Naxçıvan şəhər poliklinikasının və Fюvqəladə Hallar Nazirliyinin inzibati
binasının, Naxçıvan Şəhər Gюmrük İdarəsi üçün
yeni kompleksin, Sement zavodunun, Kəngərli rayonunun Qıvraq qəsəbəsində
Heydər Əliyev Mədəniyyət və İstirahət
Parkının, Mədəniyyət evinin, həmin qəsəbədəki
"N" hərbi hissəsində qərargah
binasının, Naxçıvan-Culfa magistral avtomobil yolunun,
Culfa şəhərində Uşaq Musiqi Məktəbinin, sərhəd
komendantlığının və sərhəd
zastavasının açılış mərasimlərində
iştirak etməsi mюvcud sürətli
tərəqqini səciyyələndirmək baxımından əlamətdar
hadisədir.
Aparılan genişmiqyaslı quruculuq
işlərini və təmin olunmuş dinamik tərəqqini
yüksək qiymətləndirən dюvlət
başçısı İlham Əliyev çətin şəraitdə
əldə olunmuş bu inkişafı belə qiymətləndirmişdir:
"Naxçıvan blokada şəraitində yaşayır.
Ancaq naxçıvanlılar bu blokadanı hiss etmirlər.
Çünki həm Naxçıvanın rəhbərliyi
çox bюyük işlər gюrür, həm də Azərbaycan dюvləti hər zaman olduğu kimi,
Naxçıvana bюyük diqqət gюstərir".
İqtisadiyyatın
bütün sahələrində əldə olunmuş
uğurlu nəticələr sosial-iqtisadi inkişafı xarakterizə
edən və əsas makroiqtisadi gюstərici
olan ümumi daxili məhsulun həcminin dinamik artımına zəmin
yaratmışdır. 2012-ci ilin yanvar-sentyabr aylarında
ümumi daxili məhsulun həcmi bir il юncəyə
nisbətdə
13,1 faiz artaraq 1 milyard 421 milyon 776 min manata, onun
adambaşına düşən həcmi isə 11,9 faizlik
artımla 3371,5 manata (4290 ABŞ dollarına)
çatmışdır. Ümumi daxili məhsulun tərkibində
ilk yeri 29,2 faizlik payla sənaye sahəsi, ikinci yeri isə 23,2
faizlik xüsusi çəki ilə tikinti sektoru tutmaqdadır.
2011-ci
ilin müvafiq dюvrü ilə
müqayisədə 2012-ci ilin yanvar-sentyabr ayları ərzində
sənaye məhsulunun həcmi 15,2 faiz, əsas kapitala yюnəldilən investisiyalar 10,2 faiz, kənd
təsərrüfatının ümumi məhsulu 7,2 faiz, nəqliyyat
sektorunda yük daşınması 10,7 faiz, informasiya və
rabitə xidmətlərinin həcmi 6,4 faiz, o cümlədən
mobil rabitə xidmətləri 5,6 faiz, pərakəndə əmtəə
dюvriyyəsi 17,8 faiz, əhaliyə gюstərilən pullu xidmətlər 15,2
faiz, xarici ticarət dюvriyyəsi 8,7
faiz, o cümlədən ixracın həcmi 5,8 faiz, əhalinin
gəlirləri 6,7 faiz, hər bir nəfərə
düşən gəlirlər 4,6 faiz, orta aylıq əməkhaqqı
isə 7,4 faiz artmışdır.
Sənaye
Sənayeləşmə
proseslərinin intensiv icrası və davamlı təşviqi
bu sahənin muxtar respublika iqtisadiyyatında aparıcı mюvqe qazanmasını təmin etmişdir.
2012-ci ilin yanvar-sentyabr ayları ərzində 611 milyon 900 min
manatlıq sənaye məhsulu istehsal olunmuş və bu gюstərici 2011-ci ilin müvafiq dюvründəki səviyyəni 15,2 faiz üstələmişdir. Sənaye
istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin
payına düşmüşdür. Sənayenin dюvlət sektorunda 45
milyon 692 min manatlıq, qeyri-dюvlət
sektorunda isə 566 milyon 208 min manatlıq məhsul istehsal
olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 92,5 faizi юzəl
sektorun payına düşmüşdür.
Yerli istehsalın
davamlı olaraq gücləndirilməsi strategiyasına
uyğun olaraq, yeni sənaye müəssisələrinin
yaradılması istiqamətində tədbirlər 2012-ci ilin
yanvar-sentyabr aylarında da davam etdirilmişdir. Юtən dюvr ərzində
muxtar respublikamızda dюvlət dəstəyi
ilə 29 layihə üzrə istehsal və xidmət obyektləri,
o cümlədən şəkər istehsalı və
qablaşdırılması, süd emalı, qüvvəli
yem, sement, beton, penoplast lюvhələr,
izolyasiya məhsulları, güzgü və şüşə
üzərində dekorasiya məmulatları istehsalı sahələri, kənd təsərrüfatı məhsullarının
emalı müəssisələri, xidmət mərkəzləri
və digər obyektlər istifadəyə verilmişdir.
İqtisadi fəaliyyətin müxtəlif sahələrində
71 layihə üzrə istehsal və xidmət obyektlərinin
qurulması isə hazırda davam etdirilməkdədir.
Sənaye
istehsalının güclənməsi ixracın da həcminə
юz müsbət təsirini
gюstərməkdədir. Cari ilin ilk
doqquz ayı ərzində daxili tələbatdan artıq
istehsal olunmuş 180 milyon 400 min dollarlıq sənaye məhsulları
ixrac edilmişdir.
Tikinti-quruculuq və su təchizatı
İnvestisiyaların
tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi
məqsədilə 2012-ci ilin yanvar-sentyabr ayları ərzində
muxtar respublikada bütün maliyyə mənbələri
hesabına əsas kapitala 731 milyon 346 min manat həcmində
investisiya yюnəldilmişdir.
Bu da 2011-ci ilin müvafiq dюvründəki
gюstəricidən 10,2 faiz çoxdur.
İnvestisiya qoyuluşlarının 648 milyon 736 min manatı və
ya 88,7 faizi tikinti-quraşdırma işlərində istifadə
edilmişdir. Bu isə юtən
ilin müvafiq dюvrü ilə
müqayisədə 9,3 faiz çoxdur.
İlin əvvəlindən
Naxçıvan Muxtar Respublikasında tikinti və ya əsaslı
təmirdən sonra ümumilikdə 434 müxtəlif təyinatlı
obyekt istifadəyə verilmişdir. 230 infrastruktur obyektinin
inşası və ya əsaslı təmiri hazırda davam
etdirilir. Юtən dюvr
ərzində ümumilikdə 12 inzibati bina tikilərək istifadəyə
verilmiş, hazırda 22 inzibati binanın inşası davam
etdirilir.
İdarəetmənin
yerlərdə səmərəli təşkili məqsədinə
uyğun olaraq, sosial təyinatlı investisiyalar üzrə bu dюvr ərzində 2 kənd mərkəzinin
inşası işləri başa
çatdırılmış, 13 kənd mərkəzinin
inşası isə hazırda davam etdirilir.
Muxtar respublikada əhalinin
şəxsi vəsaiti hesabına ümumilikdə 346 min 686
kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da
2011-ci ilin müvafiq dюvründəki
gюstəricidən 2,1 faiz çoxdur.
Kommunal
xidmətlərin yaxşılaşdırılması, məişət
tullantılarının vaxtında yığılması və
daşınması işinin operativ təşkili məqsədilə
cari ilin yanvar-sentyabr ayları ərzində 6 ədəd
"JAC" markalı və 2 ədəd "Volvo"
markalı məişət tullantıları daşıyan, 2 ədəd
isə çirkab soran
maşın və 280 ədəd konteyner-tullantı
qutuları gətirilmişdir.
Cari
ilin ilk 9 ayında muxtar respublikada 2 yaşayış
binasının tikintisi, 4 yaşayış binasının əsaslı
təmiri, 8 yaşayış binasının isə təmiri
başa çatdırılmışdır. 4
yaşayış binasının tikintisi, 2 yaşayış
binasının yenidən qurulması, 4 yaşayış binasının əsaslı təmiri,
5 yaşayış binasının isə təmiri hazırda
davam etdirilməkdədir. Юtən
dюvr ərzində 26 yaşayış binasında istilik
xətlərinin çəkilişi, 2 qazanxananın tikintisi,
2 qazanxananın təmiri başa
çatdırılmış, hazırda 11 qazanxananın
tikintisi, 3 qazanxananın isə təmiri aparılmaqdadır.
Muxtar
respublikanın şəhər, rayon mərkəzlərinin və
ətraf kəndlərinin içməli su təchizatı və
kanalizasiya şəbəkələrinin tikintisi işləri
aparılmaqdadır. 25 kəhriz bərpa və ya təmir
olunmuş, digər 9 kəhrizin isə bərpası və ya
təmiri hazırda davam etdirilir.
Kənd təsərrüfatı və
yaşıllaşdırma
Kənd təsərrüfatı
üzrə ümumi inkişafı sürətləndirən
mühüm amillərdən biri texnikadan istifadə səviyyəsinin
və lizinq münasibətlərinin yüksələn
dinamikasıdır. Bu istiqamətdə həyata
keçirilən tədbirlərə uyğun olaraq,
"Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin
xətti ilə 179 ədədi 2012-ci ilin yanvar-sentyabr
aylarında olmaqla, cəmi 864 ədəd müxtəlif təyinatlı
kənd təsərrüfatı texnikası alınaraq muxtar
respublikaya gətirilmişdir. Əvvəlki illərdə
gətirilən texnikalarla birlikdə 181 ədəd müxtəlif
təyinatlı kənd təsərrüfatı texnikası
lizinq yolu ilə məhsul istehsalçılarına
verilmişdir. Юtən
dюvr ərzində məhsul istehsalçıları 3 min
830 ton mineral gübrə ilə təmin olunmuşlar.
2012-ci ilin məhsulu
üçün muxtar respublikada 60 min 118 hektar sahədə əkin
aparılmışdır ki, bu da 2011-ci ilin məhsulu
üçün əkilmiş sahədən 98,5 hektar
çoxdur.
2012-ci
ildə də strateji əhəmiyyəti nəzərə
alınaraq taxılçılıq əsas əkinçilik
sahəsi kimi diqqət mərkəzində
saxlanılmışdır. 2012-ci ilin məhsulu
üçün 34 min 965 hektar sahədə taxıl əkilmişdir
ki, bunun da 29 min 263 hektarı payızlıq, 5 min 702 hektarı isə yazlıq
taxıldır. Bir il юncəyə nisbətdə taxıl əkini
sahələri 214 hektar artmışdır. Taxıl zəmilərindən
101 min 848 ton məhsul toplanmışdır ki, bu da 2011-ci illə
müqayisədə 0,8 faiz çoxdur.
Cari ilin məhsul
yığımı dюvründə
taxıl anbarlarına qəbul olunan buğdanın hər
kiloqramı üçün 30 qəpiklik юdənişin
müəyyənləşdirilməsi taxıl istehsalçıları
üçün mühüm stimullardan biri oldu. Tələbata uyğun olaraq kartofçuluğun
inkişafında da müsbət dinamika saxlanılmış və
2012-ci ildə 2831 hektar sahədə kartof əkini
aparılmışdır ki, bu da 2011-ci ildə əkilmiş
sahədən 67 hektar çoxdur. 1 oktyabr 2012-ci il tarixə
2824 hektar sahədən 39323,4 ton kartof
yığılmışdır ki, bu da bir il юncəki
gюstəricini 2,6 faiz üstələyir.
1
oktyabr 2012-ci il tarixə 108309 ton dənli və dənli-paxlalı
məhsul (qarğıdalısız), 3379,7 ton dən
üçün qarğıdalı, 677,8 ton dən
üçün günəbaxan, 62951,6 ton tərəvəz,
40499,8 ton ərzaq üçün bostan məhsulları, 37520
ton meyvə, 9245 ton üzüm toplanmışdır. Bir neçə nюv məhsul üzrə
yığım hazırda davam etdirilməkdədir. Bu dюvr ərzində
ümumi tutumu 2000 ton olan 1 soyuducu anbar istifadəyə verilmişdir.
1 oktyabr 2012-ci il
tarixə qaramalın sayı 106 min 264 baş, xırda
heyvanların sayı 646 min 177 baş təşkil etmişdir
ki, bu da bir il юncəki gюstəriciləri
müvafiq olaraq 1,3 və 1,4 faiz üstələmişdir. Cari
ilin юtən dюvrü
ərzində 14197,6 ton ət, 65272,5 ton süd, 830,4 ton yun
istehsal olunmuşdur. Юtən
ilin müvafiq dюvrü ilə
müqayisədə ət istehsalı 3 faiz, süd və yun
istehsalı isə hər iki halda 1,4 faiz artmışdır.
Yanvar-sentyabr ayları ərzində quşçuluq sahəsində
6 yeni təsərrüfat fəaliyyətə başlamış,
6 quşçuluq təsərrüfatının isə
yaradılması istiqamətində işlər hazırda
davam etdirilməkdədir.
Həyata
keçirilən aqrar siyasətin səmərəli nəticəsi
olaraq tələbatın əsas etibarı ilə yerli istehsal
hesabına юdənilməsinə nail
olunmuş, daxili bazarda məhsul bolluğu
yaranmışdır. 2012-ci ilin yanvar-sentyabr aylarında muxtar
respublikada 243 milyon 989 min manatdan çox kənd təsərrüfatı məhsulları istehsal
olunmuşdur ki, bu da 2011-ci ilin müvafiq dюvrü ilə müqayisədə 7,2 faiz
çoxdur.
Meliorasiya-irriqasiya
sistemlərinin gücləndirilməsi və yenilənməsi
istiqamətində tədbirlərə uyğun olaraq, 2012-ci
ilin yanvar-sentyabr ayları ərzində 2 nasos
stansiyasının, 9 subartezian quyusunun tikintisi, 2 nasos
stansiyasının yenidən qurulması başa
çatdırılmış, 10 subartezian quyusunun tikintisi, 1
nasos stansiyasının yenidən qurulması hazırda davam etdirilir. Bu dюvr ərzində Şərur rayonunun Vərməziyar,
Babək rayonunun Nehrəm və Cəhri, Culfa rayonunun Ləkətağ
və Saltaq kəndlərində drenaj xətlərinin çəkilişi,
Şərur rayonunun Axaməd kəndi ərazisində Araz
çayı sahilində sahilbərkitmə işləri
başa çatdırılmışdır. Şərur
rayonunun Zeyvə kəndində drenaj xəttinin və
Arpaçayda istiqamətləndirici bəndin çəkilişi
isə hazırda davam etdirilir.
Meşə
fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin
salınması istiqamətində aparılan tədbirlərin
intensivliyi cari ildə də saxlanılmış, ilin əvvəlindən
454 hektar sahədə meşəsalma və meşəbərpa
işləri aparılmışdır.
Nəqliyyat, informasiya və rabitə,
energetika
Naxçıvan
Şəhər Təsərrüfathesablı Nəqliyyat
İdarəsi və İran İslam Respublikasının "ƏDL
Seyir İranian" sərnişindaşıma şirkəti
arasında bağlanmış müqaviləyə əsasən,
Naxçıvan-Şahtaxtı-Maku-Urmiya istiqamətində və
əks istiqamətdə yeni avtobus marşrutu fəaliyyətə
başlamışdır. Hava nəqliyyatı işinin daha da
yaxşılaşdırılması istiqamətində cari
ilin юtən dюvrü ərzində
Naxçıvan-Zaqatala-Naxçıvan yeni təyyarə reysi
fəaliyyətə başlamışdır.
İlin əvvəlindən
32,4 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil
yolunun və həmin yolda 194 metr uzunluğunda bir kюrpünün tikintisi
başa çatdırılmış, Naxçıvan şəhərində
daxili avtomobil yollarının əsaslı təmiri davam
etdirilmişdir. Kəngərli rayonunun Qıvraq
qəsəbəsində daxili avtomobil yolunun, Şahbuz rayonunun
Külüs və Keçili kəndlərinin avtomobil
yollarında istinad divarlarının tikintisi, Babək rayonunun
Kərimbəyli kəndində 4,5 kilometr uzunluğunda dairəvi,
Şərur rayonunun Qarxun kəndində 4,5 kilometr
uzunluğunda, Dərəkənddə 2,5 kilometr
uzunluğunda, Naxçıvan şəhərinin Xətai məhəlləsində
2 kilometr uzunluğunda avtomobil yollarının yenidən
qurulması, Şahbuz şəhərində avtomobil
yollarının isə təmiri başa
çatdırılmışdır.
Naxçıvan
şəhərinin "Atabəylər", "Əlincə",
"Babək" məhəllələrində və N.Tusi
küçəsində, Şahbuz rayonunun Ağbulaq və Kəngərli
rayonunun Çalxanqala kəndlərində avtomobil
yollarının yenidən qurulması davam etdirilməkdədir.
Naxçıvan-Biçənək avtomobil yolunda istinad
divarının tikintisi, Şahbuz rayonunda
Külüs-Keçili avtomobil yolunun yenidən qurulması,
Ordubad rayonunda Biləv-Tivi avtomobil yolunun genişləndirilməsi
işləri başa çatdırılmışdır. Naxçıvan-Şahbuz-Batabat, Babək rayonunda
Şəkərabad-Hacıvar, Ordubad rayonunda Biləv-Parağa,
Culfa rayonunda Çeşməbasar-Boyəhməd, Kəngərli
rayonunda Qıvraq-Püsyan avtomobil yollarının və
Naxçıvan-Sədərək magistral avtomobil yolundan Təzəkənd-Çalxanqala-Qıvraq
istiqamətində dairəvi avtomobil yolunun yenidən
qurulması, Şahbuz rayonunun Kükü kəndində
avtomobil yolunun genişləndirilməsi işləri
hazırda davam etdirilməkdədir. Babək və
Şahbuz rayonlarının hər birində 12 metr
uzunluğunda kюrpülərin tikintisi
başa çatdırılmış,
Naxçıvançay üzərində kюrpünün
yenidən qurulması, Ordubad rayonunda Biləv-Tivi avtomobil
yolunda, Culfa rayonunun Camaldın və Şurud kəndlərində
kюrpülərin təmiri davam
etdirilir.
Bu dюvr ərzində hava nəqliyyatının
və dəmir yolunun ahəngdar işinin təmin olunması
üçün müvafiq işlər
aparılmışdır.
2012-ci ilin
yanvar-sentyabr ayları ərzində muxtar respublikada yük
daşınması bir il юncəyə nisbətdə 10,7 faiz, sərnişin
daşınması isə 9,4 faiz artmışdır. Yük və
sərnişin daşınmasından bütюvlükdə 32 milyon 49 min manatdan
çox gəlir əldə edilmişdir ki, bu da 2011-ci ilin
müvafiq dюvrü ilə müqayisədə
10,1 faiz çoxdur. Юtən
9 ay ərzində Şərur və Sədərək
rayonlarını əhatə edən, 15904 yer tutumlu, 25 ədəd
üçüncü nəsil telefon stansiyalarından və
ehtiyat idarəetmə sistemindən ibarət Yeni Nəsil
Telekommunikasiya sistemi istifadəyə verilmişdir.
Hazırda Yeni Nəsil Telekommunikasiya
sisteminin tətbiqi uğurla davam etdirilir. "Evədək optika" layihəsinin icrası da
həmin tədbirlərin davamıdır. Layihə
GPON avadanlığı vasitəsilə həyata
keçirilir. Bu avadanlığın abunəçi
şəbəkəsinə tətbiqi telefon, yüksək
sürətli internet, videotelefon və "İP televiziya"
adlanan rəqəmli televiziya xidmətinin yüksək keyfiyyətlə
istifadəçilərə çatdırılmasını
təmin edəcəkdir. Bu dюvr ərzində Şahbuz
rayonunda Şahbuzkənddə 192 nюmrəlik,
Babək rayonunun Məmmədrzadizə kəndində 224 nюmrəlik avtomat telefon
stansiyaları istifadəyə verilmişdir. Bundan əlavə,
Babək rayonunun Yarımca kəndində 384, Kərimbəyli
kəndində 448, Kəngərli rayonunun Yurdçu kəndində
144, Şərur rayonunun Zeyvə kəndində 480, Dərəkənddə
176 nюmrəlik yeni avtomat telefon
stansiyaları qurulmuşdur. Culfa rayonunun Xanəgah
kəndində və Ordubad rayonundakı Sabirkənddə hər
birində 192 nюmrə
artımı üçün avtomat telefon stansiyalarında əlavə
avadanlıq quraşdırılmışdır. Şahbuz rayonunun Ağbulaq kəndində
"Naxtel"in yeni baza stansiyası istifadəyə
verilmişdir.
Culfa rayonunun Nəhəcir kəndində
yerüstü peyk idarəetmə mərkəzinin tikintisi
işləri davam etdirilmiş, 14 kilometr uzunluğunda
fiber-optik kabel xətti çəkilmişdir.
Enerji təhlükəsizliyi ilə
bağlı gюrülən irimiqyaslı tədbirlərin
nəticəsidir ki, bu gün muxtar respublikada
yaradılmış yeni güclər elektrik enerjisinə olan
daxili tələbatı tam юdəməklə
yanaşı, elektrik enerjisinin ixracına imkan
yaratmışdır. Hazırda Şərur rayonunda 20,5
mVt gücündə Arpaçay, Ordubad rayonunda 36 mVt
gücündə Ordubad Su Elektrik stansiyalarının
inşası işləri davam etdirilir. Naxçıvan şəhərində
110/35/10 kilovoltluq "Naxçıvan" elektrik
yarımstansiyasının yeni avadanlıqlarla təchiz edilməsi
və başqa əraziyə kюçürülməsi, Babək
rayonunda 132/110 kilovoltluq "Araz" elektrik
yarımstansiyasında 50 mva gücündə yeni 132/110
kilovoltluq transformatorun quraşdırılması işləri
başa çatdırılmışdır.
Bu müddət ərzində muxtar
respublikada 22 ədəd müxtəlif güclü transformator
yarımstansiyası quraşdırılmış və 53
kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik
verilişi xətləri çəkilmişdir.
Təbii qaz təminatı üzrə 1
oktyabr 2012-ci il tarixə muxtar respublikada 79
min 647 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur. Naxçıvan-Sədərək yüksəktəzyiqli
və Naxçıvan-Cəhri-Şahbuz ortatəzyiqli qaz xətlərinin
tikintisi davam etdirilməkdədir.
Sahibkarlıq, əhalinin
gəlirləri və məşğulluq
2012-ci ilin yanvar-sentyabr ayları ərzində
muxtar respublikada 16 hüquqi və 1041 fiziki şəxs
qeydiyyata alınmışdır. 2012-ci ilin
yanvar-sentyabr aylarında bank və kredit təşkilatları
tərəfindən sahibkarlara 44 milyon 585 min manatdan artıq həcmdə
kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da 2011-ci
ilin müvafiq dюvründəki
gюstəricidən 27,3 faiz
çoxdur.
Hazırda muxtar respublikada 318 nюvdə yerli məhsul
istehsal olunmaqdadır. Bu məhsulların 114
nюvü ərzaq, 204 nюvü qeyri-ərzaq məhsullarıdır.
105 nюvdə
ərzaq, 199 nюvdə qeyri-ərzaq
məhsulları olmaqla, ümumilikdə 304 nюvdə
məhsula olan tələbatın yerli istehsal hesabına юdənilməsi
təmin edilmişdir.
2012-ci ilin yanvar-sentyabr ayları ərzində
muxtar respublikada əhalinin gəlirləri bir il юncəyə nisbətdə
6,7 faiz artaraq 1 milyard 126 milyon 87 min manata, onun hər bir nəfərə
düşən həcmi isə 4,6 faizlik artımla 2670,3 manata
çatmışdır. Bu dюvr ərzində
orta aylıq əməkhaqqının məbləği 361,2 manata çatmışdır ki, bu da bir il юncəki səviyyədən
7,4 faiz çoxdur.
2003-cü il oktyabr ayının 1-dən 1
oktyabr 2012-ci il tarixədək muxtar respublikada 56568 yeni iş
yeri yaradılmışdır ki, bunun da 40309-u və ya 71,3 faizi daimi iş yerləridir. 2012-ci ilin
yanvar-sentyabr ayları ərzində yaradılmış 7528
yeni iş yerinin 7254-ü və ya 96,4 faizi
daimi iş yerlərinin payına düşür.
Xarici ticarət,
bank işi və sığorta
Cari ilin ilk 9 ayında muxtar respublikada xarici
ticarət dюvriyyəsinin həcmi 314
milyon 221 min ABŞ dolları olmaqla, bir il юncəki gюstəricini 8,7 faiz üstələmişdir.
Xarici ticarət dюvriyyəsinin 61 milyon
351 min dollarını və ya 19,5 faizini idxal, 252 milyon 870 min
dollarını və ya 80,5 faizini ixrac təşkil etmiş,
191 milyon 519 min ABŞ dolları həcmində müsbət
saldo yaranmışdır. Son bir il ərzində ixracın həcmi
5,8 faiz artmışdır.
Bank sektorunun inkişafı
hazırkı yüksək iqtisadi fəallığa paralellik
təşkil edir. 1 oktyabr 2012-ci il tarixə muxtar
respublikanın banklarında açılmış bank
hesablarının sayı 15559-a çatmışdır ki,
bunun da 12836-sı və ya 82,5 faizi aktiv
hesablardır. Cari ilin юtən dюvrü ərzində
açılmış 3545 bank hesabının 3507-si və ya
98,9 faizi aktiv hesab olmuşdur.
2012-ci ilin yanvar-sentyabr aylarında muxtar
respublikada bütün sığorta nюvləri üzrə
daxilolmalar 3436,7 min manat olmuşdur ki, bu da
2011-ci ilin yanvar-sentyabr aylarındakı müvafiq gюstəricidən 2225 min manat və
ya 2,8 dəfə çoxdur. Sığorta hadisələri ilə
əlaqədar sığorta юdəmələrinin həcmi
1614 min manat olmuşdur ki, bu da 2011-ci ilin müvafiq dюvründəki gюstəricini 66,1 faiz üstələmişdir.
Elm, təhsil, səhiyyə,
sosial təminat, mədəniyyət və turizm
Elm və təhsil sahəsində
infrastruktur quruculuğu tədbirləri ilin əvvəlindən
intensiv xarakterli olmuşdur. 2012-ci
ilin yanvar-sentyabr aylarında Ordubad rayonunun Aşağı Əylis
kəndində seysmoloji stansiyanın tikintisi, Naxçıvan
Dюvlət Universitetinin
pedaqoji, təbiətşünaslıq və kənd təsərrüfatı
fakültələrinin binasının yenidən qurulması
başa çatdırılmışdır.
Şərur rayonundakı Dərəkənddə
216 şagird yerlik, Babək rayonunun Kərimbəyli kəndində
396 şagird yerlik tam orta məktəblərin
binalarının tikintisi, Naxçıvan şəhərində
936 şagird yerlik 17 nюmrəli tam orta
məktəbin, 608 şagird yerlik Naxçıvan Qızlar
Liseyinin, Culfa rayonunun Yaycı kəndində 774 şagird yerlik
1 nюmrəli, Şərur
rayonunun Qarxun kəndində 504 şagird yerlik tam orta məktəb
binalarının yenidən qurulması, Babək rayonunun Şəkərabad
və Hacıvar kəndlərində tam orta məktəblərin
binalarının və Ordubad şəhərində
M.Füzuli adına tam orta internat məktəbinin
binasının təmiri başa
çatdırılmışdır.
Şərur rayonunun Yuxarı Aralıq və
Danyeri, Ordubad rayonunun Behrud və Parağa, Culfa rayonunun Ləkətağ,
Kəngərli rayonunun Çalxanqala və Şahbuz rayonunun
Ağbulaq kəndlərində tam orta məktəblərin
binalarının tikintisi, Naxçıvan şəhərində
10 nюmrəli, Babək rayonunun
Nehrəm kəndində 1 nюmrəli, Şərur
rayonunun Qorçulu, Ordubad rayonunun Yuxarı Əylis və
Şahbuz rayonunun Biçənək kəndlərində tam
orta məktəblərin binalarının yenidən
qurulması, Ordubad rayonunun Çənnəb kəndində
tam orta məktəbin binasının əsaslı təmiri,
Culfa rayonunun Boyəhməd kəndində isə tam orta məktəbin
binasının təmiri hazırda davam etdirilir.
Naxçıvan şəhərində hər
biri 280 yerlik olan 1 və 3 nюmrəli uşaq
bağçaları binalarının tikintisi başa
çatdırılmış, 10 nюmrəli uşaq
bağçasının və Ordubad şəhərində
uşaq bağçası binalarının tikintisi, Sədərək
rayonunun Sədərək kəndində uşaq
bağçası binasının isə yenidən
qurulması davam etdirilməkdədir.
Culfa şəhərində Uşaq Musiqi Məktəbi
binasının tikintisi, Şərur rayonunun Yuxarı
Daşarx kəndində Uşaq Musiqi Məktəbi
binasının yenidən qurulması başa
çatdırılmış, Naxçıvan şəhərində
Ə.Cavid adına Uşaq Musiqi və Bədii
Sənətkarlıq Məktəbinin, Kəngərli rayonunun
Çalxanqala kəndində Uşaq Musiqi Məktəbinin
binalarının tikintisi davam etdirilməkdədir. Naxçıvan Texniki Peşə və
Sürücülük Məktəbi Kompleksinin yenidən
qurulması başa çatdırılmışdır.
Əvvəlki illərin məzunları da
daxil olmaqla, ali məktəblərə cari
ildə 5543 nəfər sənəd vermiş, imtahanlarda
iştirak edənlərdən 1632-si tələbə
adını qazanmışdır. Ali məktəblərə
qəbul olunan tələbələrin 267 nəfəri 500-700
intervalında bal toplamış, 42 nəfər
xüsusi təyinatlı ali məktəblərə, Heydər
Əliyev adına Hərbi Liseyin 202 məzunu isə юlkənin müxtəlif
ali hərbi məktəblərinə qəbul olunmuşdur.
Cari ildə məktəbi yüksək qiymətlərlə
bitirən şagirdlərdən 10-u qızıl, 10-u isə
gümüş medala layiq gюrülmüş,
onların hamısı imtahanlarda yüksək bal
toplayaraq ali məktəblərə qəbul olunmuşdur.
2011-ci ildə 930 tələbə, 2012-ci
ildə isə 1107 tələbə muxtar respublikamızda yerləşən
ali təhsil müəssisələrini
seçmişdir. Cari ildə 719 nəfər Naxçıvan Dюvlət Universitetinə,
215 nəfər Naxçıvan Müəllimlər
İnstitutuna, 173 nəfər isə Naxçıvan Юzəl Universitetinə
daxil olmuşdur.
Səhiyyə sahəsində
genişmiqyaslı infrastruktur quruculuğu tədbirlərinə
uyğun olaraq cari ilin yanvar-sentyabr aylarında Akademik Zərifə
Əliyeva adına Naxçıvan şəhər
poliklinikasının və Naxçıvan Muxtar
Respublikası Kardioloji Mərkəzinin yenidən qurulması
başa çatdırılmışdır. Şərur
rayonundakı Dərəkənddə feldşer-mama məntəqəsinin,
Babək rayonunun Kərimbəyli kəndində həkim
ambulatoriyası binasının tikintisi başa
çatdırılmış, Babək Rayon Mərkəzi Xəstəxanasının,
Şərur rayonunun Danyeri, Ordubad rayonunun Yuxarı Əylis və
Kəngərli rayonunun Çalxanqala kəndlərində həkim
ambulatoriyası binalarının tikintisi, Naxçıvan Muxtar
Respublika Xəstəxanasının yenidən qurulması davam
etdirilmişdir.
Muxtar respublikada 1 oktyabr 2012-ci il tarixə əhalinin
sayı bir il юncəyə nisbətdə
8580 nəfər və ya 2,1 faiz artaraq 424
min 889 nəfər təşkil etmişdir. 2012-ci
ilin yanvar-sentyabr aylarında 7758 kюrpə
doğulmuşdur ki, bu da 2011-ci ilin müvafiq dюvrü ilə müqayisədə
52 nəfər çoxdur.
Dюvlət Sosial Müdafiə
Fondu tərəfindən pensiya və müavinətlərin юdənilməsinə 75 milyon
198 min manatdan çox vəsait yюnəldilmişdir ki, bu da
2011-ci ilin müvafiq dюvrü ilə
müqayisədə 23,4 faiz çoxdur. Bu dюvr ərzində pensiya və
müavinətlərin юdənişi
üçün tələb olunan vəsaitin 46 faizi məcburi
dюvlət sosial sığorta
haqqı kimi muxtar respublikada toplanmışdır.
Юtən dюvr ərzində
mədəniyyət obyektlərinin inşası və bərpası
çərçivəsində Kəngərli rayonunun
Qıvraq qəsəbəsində Heydər Əliyev Mədəniyyət
və İstirahət Parkının, Mədəniyyət
evinin tikintisi, Şərur şəhərində Heydər Əliyev
Mədəniyyət və İstirahət Parkının təmiri
başa çatdırılmış, Naxçıvan şəhərində
Dюvlət Bayrağı
Meydanının, Naxçıvan Muxtar Respublikası Rəssamlar
Birliyinin binasının tikintisi, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
Naxçıvanşünaslıq Mərkəzinin
binasının yenidən qurulması hazırda davam etdirilir.
Naxçıvan şəhərində sərgi
salonunun, Qədim Qala tarixi abidəsinin ərazisində və
Ordubad rayonunun Nəsirvaz kəndində muzeylərin tikintisi,
Naxçıvan şəhərində Bəhruz Kəngərli
Muzeyinin əsaslı təmiri, Şərur rayonunun Yuxarı
Aralıq kəndində mədəniyyət evinin təmiri
aparılmaqdadır. Ordubad rayonundakı Sabirkənddə məscidin
tikintisi, "Əshabi-Kəhf ziyarətgahı" Dini-Mədəni
Abidə Kompleksinin ərazisində təmir işləri
başa çatdırılmış, Ordubad rayonunun Kələki
və Culfa rayonunun Əbrəqunus kəndlərində məscidlərin
tikintisi, Şərur rayonunun Danyeri kəndində məscidin
yenidən qurulması, Babək rayonunun Kərimbəyli kəndində
məscidin təmiri davam etdirilir.
Naxçıvan şəhərində
Qədim Qala tarixi abidəsinin bərpası və Şahbuz
rayonunun Ağbulaq kəndində bulaq-abidə kompleksinin
tikintisi aparılmaqdadır. C.Məmmədquluzadə
adına Naxçıvan Dюvlət Musiqili Dram
Teatrı binasının yenidən qurulması başa
çatdırılmışdır.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin
yeni binası istifadəyə verilmişdir. 2012-ci
ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikaya юlkəmizin digər
bюlgələrindən və
xarici юlkələrdən
ümumilikdə 282 min 106 nəfər turist gəlmişdir ki,
bu da bir il юncəki
gюstəricini 6,7 faiz
üstələyir. Bu dюvr
ərzində Heydər Əliyev Su Anbarı və Uzunoba
Su Anbarı ərazilərində yeni çimərliklər
yaradılmışdır. Hazırda
Şahbuz rayonunun Ağbulaq kəndində Turizm və
İstirahət Kompleksinin tikintisi işləri davam etdirilir.
Səhifə Naxçıvan Muxtar
Respublikası Dюvlət
Statistika Komitəsinin məlumatı əsasında
hazırlanmışdır.
Xalq qəzeti.- 2012.- 23 noyabr.- S. 5.