Azərbaycanın bəşəri dəyərlərə verdiyi önəm regiondünya üçün nümunədir

 

Bu gün dünyada çox ciddi, geriyə addımı olmayan bir qloballaşma prosesi gedir. Hamılıqla qəbul edilən əsas məqam ondan ibarətdir ki, bu tendensiya planetin bütün guşələrini əhatə edəcək. Ancaq həmin güclü dalğaya münasibətdə bəzi fikirlər haçalanır. Bir çox siyasətçi, ideoloqpolitoloqlar iddia edirlər ki, qloballaşma prosesinin sonunda dünyanın bütün xalqları eyni dəyərləri, eyni mədəniyyəti, eyni əxlaqı qəbul edəcəklər. Hərçənd bu istiqamətli hansısa məcburiyyət barədə söylənilənlərin heç bir əsasının olmadığını hamı bilir.

 

İkinci qism siyasətçi və ekspertlər isə bunun əksinin sübutu olan arqumentlərlə çıxış edirlər. Onların fikrincə, hamı qloballaşma prosesini qəbul etməli, fəqət, bu prosesdən öz xalqına sərf edən, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasına zərər vurmayan cəhətləri götürməlidir.

İkinci qism ekspertlərin qənaəti ona görə müsbət qiymətləndirilir ki, onlar hamının kortəbii şəkildə eyni məsləkə qulluq etməsini yolverilməz sayır, hər xalqın, hər millətin öz milli-mənəvi dəyərlərini qoruyub saxlamasını vacib cəhət kimi önə çəkirlər. Azərbaycan dövləti, xalqı və ölkəmizin istənilən vətəndaşı da məhz qeyd etdiyimiz ikinci istiqaməti dəstəkləyənlərin sırasındadır. Çünki biz millidini tolerantlığı yüksək şəkildə qiymətləndirir, fəqət öz xalqımızın tarixini, mədəniyyətini, mənəvi sərvətlərini, xüsusən, dinimizi qoruyub saxlamağı tarixi borcumuz kimi qəbul edirik. Biz cəmiyyətdə istənilən modernləşmənin,mənəviyyatda müasirləşmənin, elmdə, texnikada yeniləşmənin, dünya ölkələri ilə münasibətlərdə inteqrasiyanın tərəfdarıyıq və bunu dəfələrlə həm dövlətimiz, həm də istənilən vətəndaşımız sübut edib. Deməli, biz qloballaşma adlandırılan ictimai-siyasi, sosial-mədəni prosesi tam şəkildə qəbul etmişik. Bu, sivil dövlət quruculuğusivil münasibətlər məcmuyudur.

Bu il oktyabrın 4-də Bakıda fəaliyyətə başlayan İkinci Beynəlxalq Humanitar Forumda iştirak edən həm əcnəbi, həm də yerli nümayəndələrin hamısı açıq şəkildə etiraf etdilər ki, Azərbaycan xalqı öz milli dəyərlərini qoruyub saxlamaqla yanaşı, bəşəri dəyərlərin təbliğinə və inkişafına da böyük töhfələr verir.

Milli-mənəvi dəyərlərin özünəməxsusluğunun qorunması zamanı bizim əlimizdə çox tutarlı, əsaslı tarixi dəlil-sübutlarımız, nümunələrimiz vardır. Ümumtürk tarixinin mühüm tərkib hissələrindən olan Azərbaycan tarixi min illərdən bəri dəfələrlə təkrarlanan işğalların, istilaların, ilhaqların şahidi olub. Fəqət mədəniyyətimiz və mənəviyyatımız üç yüz il, beş yüz il əvvəlki paklığını və özünəməxsusluğunu qoruyub saxlamışdır. Bunun isə bir səbəbi vardır. O səbəb bizim bütün dövrlərdə alimlərimizin, elmimizin olması idi. Kəlamda deyildiyi kimi, alimielmi olmayan xalq cəhalətdə yaşamağa məhkumdur.

Yeri gəlmişkən, teoloq alimlər sübut edirlər ki, istənilən peyğəmbər insanları düşdükləri bəlalardan xilas etmək üçün, cəmiyyətin problemlərini həll etmək məqsədiylə göndərilir. Bu məzmunda onlarla arqument mövcuddur. Ümumbəşəri dəyər olan müqəddəs kitabımız "Qurani- Kərim" də həmçinin. Ancaq bizim müqəddəs kitabımızın dəyəri və kəraməti ondadır ki, o, bütün Adəm övladlarını birləşdirmək, birlik, bərabərlik yaratmaq məqsədiylə nazil edilmişdir. Quranda nəinki Həzrət Peyğəmbərimizdən əvvəlki peyğəmbərlər hörmət və ehtiramla xatırlanır, hətta , onların valideynləri, əcdadları haqqında ayələr vardır. O, bir növ özündən əvvəlki səmavi kitabların toplusu olaraq, özündən əvvəl göndərilən kitabların təsdiqi kimi qəbul edilir. Məhz bu baxımdan ali təfəkkürlü insanların hamısı öz dinlərinə itaət etməklə yanaşı, İslam dininə də böyük ehtiram nümayiş etdirirlər.

İki məqama diqqətinizi çəkmək istərdim. Dünya şöhrətli fransız okeanoloqu, təbiətşünas alim, fotoqraf, rejissor, çoxsaylı filmlərin müəllifi, eyni zamanda, ixtiraçı mühəndis kimi tarixə düşən Jak İv Kusto Aralıq dənizi ilə Qırmızı dənizin qovuşduğu yerdə adıçəkilən dənizlərin suyunun qarışmadığını sübut etmiş və çox maraqlı bir elmi-kütləvi film çəkmişdi. Film bütün dünyada böyük əks-sədaya səbəb olmuş və alimlər Kustoya söyləmişlər ki, həmin həqiqət müsəlmanların dini kitabı olan "Quran"da öz əksini tapır. Alim tərcüməçilərin köməyi ilə əvvəlcə "Quran"dakı həmin ayəni, daha sonra isə bütövlükdə "Quran"ı oxuyur və...İslamı qəbul edir. Ekspertlər sübut edirlər ki, Avropanın ən məhşur aliminin həmin addımından sonra Qərbdə İslama olan meyl bu dinə axına çevrilir. Çünki bu gün möhtəşəm texniki bazaya malik olan elmin gəldiyi nəticələr on dörd əsr əvvəl "Quran" da yazılmışdısa, deməli, bu kitab elmin əsasını təşkil edir.

Qərb alimlərinin böyük axınla İslama üz tutmasının başqa səbəbi isə Amerika Birləşmiş Ştatlarında baş vermiş bir hadisə ilə əlaqələndirilir. Avropanın, xüsusən, Rusiyanın elektron kütləvi informasiya vasitələri yazırlar ki, Birləşmiş Ştatların astrofizika alimi, filosofdinşünas Maykl Cey Xart (1947-ci ildə Vaşinqton ştatında doğulmuş, 2011-ci ilin sentyabrında İllinoys ştatında vəfat etmişdir) hamı üçün əlçatan olan elektron kitablar hazırlamağa çalışır. Onu daha çox maraqlandıran məsələ isə bəşər tarixinin 100 böyük şəxsiyyətini müəyyən etmək idi. Alim bu məqsədlə özünün tərtib etdiyi yüz nəfərlik siyahıda kimin adının birinci yazılmasını müəyyən edə bilmirbu işi kompyuterin öhdəsinə buraxmaq qərarına gəlir. Xart özünün çoxsaylı köməkçilərinin yardımı ilə, yəni uzun çətinliklərdən sonra adı siyahıda olan insanlar haqqında nə bilirlərsə, hamısını (bir neçə ay müddətində) kompyuterin yaddaşına yazır və "ağıllı" maşına tapşırıq verir. Nəticədə isə Xartın gözlədiyi məqam... Ekranda "Məhəmməd Peyğəmbər" sözləri yazılır. Alimonun dostları şoka düşürlər. Köməkçiləri alimə təklif edirlər ki, eksperiment təkrar olunsun. Onların ehtimalına görə, kompyuter səhv edə bilərdi. Eksperiment təkrar edilir və ekrandakı yazı dəyişmir: "Məhəmməd Peyğəmbər". Xartın həyəcanını görən həmkarları eksperimenti bir neçə dəfə təkrar edirlər və eyni nəticəni alandan sonra bu həqiqəti qəbul etmək məcburiyyətində qalırlar. Xart 1978-ci ildə "Tarixin 100 böyük şəxsiyyəti" kitabını çap etdirir.

Dünya alimlərinin böyük maraqla qarşıladığı həmin kitabda yazılır: "O, ( Məhəmməd Peyğəmbər-red.) bəşər tarixində yeganə adamdır ki, həm dində, həm də, dünyəvi işlərdə çox böyük uğurlara nail olmuşdur" (www.Litmir.ru.internet saytı).

Bu məqamda məşhur alman filosofuşairi İohan İshaq Volfqanq Hötenin "İsa və Məhəmməd Allahın peyğəmbərləridir və uca Tanrı bəşəriyyətlə məhz onların vasitəsiylə danışıb" ifadəsini (www.religio.ru internet saytı) Belçika yazıçısı Riçard Bellin "Avropanın xilası İslamdadır" kitabını (www.islam.ru internet saytı) İsveç kralı Üçüncü Qustavın " İslam dininin ardıcılı olmağına dəyər" etirafını (yenə orada) və Rus ədəbiyyatının ən görkəmli simalarından olan Lev Tolstoyun " Rica edirəm, məni günahsız bir müsəlman hesab edin" sözləri ilə bitən məktubunu (www.Litru.internet saytı) da yada salmaq zərurəti yaranır.

Bəs belə məqamlar varsa, yəni Qərb ziyalılarının və dövlət xadimlərinin İslam dininə bu qədər ehtiramla yanaşması göz önündədirsə, ondaüçün Avropanın bəzi nadan insanları gah karikatura ilə, gah hansısa hərzə-hədyanla bizim dinimizə sataşırlar? Əslində, həmin cılız insanların səviyyəsiz hərəkətlərinə məhəl qoymamaq da olar. Çünki həmin addımların fonunda Avropanın ən görkəmli ziyalılarının İslama üz tutması, Amerika Birləşmiş Ştatlarının istənilən prezidentinin həm Ramazan bayramında, həm də Qurban bayramında dünyanın bütün müsəlmanlarını təbrik etməsi faktı da var. Bəzən kimsə həmin təbriklərin siyasi-diplomatik addım olduğunu söyləyir. Ancaq unudurlar ki, biz həmin təbrikləri eşitməsək, yəni, o təbrikləri bizə ünvanlamasalar heç kəsə heç bir irad tutmaq səlahiyyətimiz və haqqımız yoxdur. Üstəlik bizim dinimizi və peyğəmbərimizi təhqir etməyə çalışan adamlar nəinki hansısa dövlət tərəfindən, hətta, adi bir kilsə tərəfindən də dəstəklənmir. Əksinə, həmin adamlar ümumxalq qınağı ilə üzləşirlər.

Bütün bunlarla yanaşı, İslam ölkələrinin, xüsusən, ziyalılarımızın bu qəbildən olan mənfi hallara qarşı birgə mübarizə aparmaq əzmi formalaşdırılmalıdır.Sonda daha bir kəlamı yada salmaq istərdik: "Qələbə Allahladır. İstər elmdə olsun , istərsə də müharibədə".

 

 

Hacı Fərhad Mirzə,

Avropa Təbiyyat Elmləri

Akademiyasının akademiki,

yazıçı- filosof

 

Xalq qəzeti.- 2012.- 29 noyabr.- S. 6.