Şəki təhsili öz tarixinin ən uğurlu göstəricilərinə imza atır

 

Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin "qara qızıldan əldə edilən kapital insan kapitalının inkişafına yönəldilməlidir'' çağırışı cəmiyyətin inkişafına stimul verməklə yanaşı, təhsil işçilərinin də qarşısına yeni vəzifələr də qoydu. Bunu dərindən anlayan Şəkinin təhsil işçiləri 2011-2012-ci dərs ilində bir sıra uğurlar qazanmışlar.

 

2011-2012-ci dərs ilində Şəkidə 99 ümumtəhsil məktəbi fəaliyyət göstərmişdir. Bunlardan 73-ü tam orta, 22-si ümumi orta, 4-ü ibtidai məktəbdir. Bu məktəblərdə 24088 nəfər şagird təhsilə cəlb edilmişdir.

Orta ümumtəhsil yeganə təhsil pilləsidir ki, bütün insanlar buradan keçməli olur, gələcək həyatını və fəaliyyətini bu təhsil vasitəsilə müəyyənləşdirir. Əgər bu zaman tələbyönümlük, şəxsiyyətyönümlük və vətənpərvərlik istiqamətində nəticələr müsbətdirsə, uğurlar rəqəmlərdə öz əksini tapır.

Adətən, təhsil sahəsində aparılan geniş diapozonlu işlərin son nəticəsi üç meyar üzrə birləşdirilib qiymətləndirilir: İstedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsinə stimul verən fənn olimpiadalarının yekunu; şagirdlərin baza təhsili üzrə yekun attestasiyalarının, buraxılış imtahanlarının nəticələri; məzunların sonrakı təhsili, ali məktəblərə qəbul.

Hər üç sahə üzrə nəticələrimiz əvvəlki illərlə müqayisədə olduqca ürəkaçandır. Belə ki, fənn olimpiadalarının və müsabiqələrin rayon turunun nəticələrinə görə 7 fənn və müxtəlif nominasiyalar üzrə birinci yer tutmuş 34 nəfər şagird respublika və beynəlxalq olimpiada və müsabiqələrdə iştirak etmiş, onlardan 24 nəfəri qalib olmuşdur. Bu isə 3 il bundan qabaqkı nəticədən 4 dəfə çoxdur. "İNEPO-Avrasiya" ətraf mühitin mühafizəsi VI beynəlxalq layihə olimpiadasında şəhər 20 nömrəli tam orta məktəbin IX sinif şagirdi Mustafayev Yusif gümüş medal, 18 nömrəli tam orta məktəbin IX sinif şagirdi Muradzadə Murad və Abdurəhimova Çinarə bürünc medala layiq görülmüşdür. 18 nömrəli tam orta məktəbin X sinif şagirdi Salamova Şəlalə "Ana dilimizi sevək-sevdirək" respublika inşa müsabiqəsində I yeri tutaraq qızıl medalla təltif edilmişdir.

11 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəhimli Məryəm "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda keçirilən respublika rəsm müsabiqəsində II yer, 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Zəkəriyyəzadə Şəlalə M.Ə.Sabirin 150 illik yubileyinə həsr edilmiş respublika inşa yazı müsabiqəsində, Bideyiz kənd tam orta məktəbin VII sinif şagirdi Hümmətzadə Gülyaz "Sevdiyim idmançıya məktub" mövzusunda inşa yazı müsabiqəsində III yeri tutmuş, 11 nömrəli tam orta məktəbin şagirdi Qarayev Murad M.İbrahimovun yubileyinə həsr edilmiş inşa yazı müsabiqəsində respublika 2-cisi olmuşdur.

Təsadüfi deyil ki, Təhsil Nazirliyinin fənn olimpiadalarının yekunlarına həsr olunmuş kollegiya yığıncağında Şəki Şəhər Təhsil Şöbəsinin 2012-ci ildə fənn olimpiadalarının təşkili və yekunlarına görə yaxşı işi qeyd edilmişdir. Olimpiada qalibləri ilə 27 iyun 2012-ci tarixdə Şəki Şəhər İcra Hakimiyyətində yaddaqalan görüş keçirilmiş və qaliblər icra başçısı Elxan Usubov tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Şəki şəhər fizika-riyaziyyathumanitar təmayüllü liseyin təşkilatçılığı ilə rayon məktəbliləri arasında müvafiq siniflər üzrə ardıcıl bilik yarışmaları keçirilmiş, qalib məktəb və şagirdlər mükafatlandırılmışdır.

Təhsil nazirinin əmri ilə respublikanın bir sıra ümumtəhsil məktəblərində, o cümlədən Şəki şəhər 19 nömrəli tam orta məktəbdə xüsusi istedadı olan şagirdlər müsabiqə yolu ilə seçilmişonlar üçün xüsusi sinif açılmışdır. Bu dərs ilində respublika Təhsil Nazirliyi tərəfindən həmin məktəbdə fəaliyyət göstərən VI "İstedad" sinfində Azərbaycan diliriyaziyyatdan şagirdlərin bilikləri müxtəlif kriteriyalar üzrə yoxlanılmış, nəticələr sevindirici olmuşdur. Belə ki, bu imtahanların nəticələrinə görə həmin sinif riyaziyyat üzrə respublika ikincisi, Azərbaycan dili üzrə respublika üçüncüsü olmuşdur.

Dərs ilinin yekunlarına görə 24088 nəfər şagirddən 23010 nəfəri yuxarı siniflərə keçmişya məktəbi bitirmişdir. 2012-ci ildə TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən və ictimaiyyətin maraq dairəsində olan buraxılış imtahanlarının nəticələri sevindirici olmuşdur. İmtahanlarda iştirak edən 1925 nəfər XI sinif şagirdinin 90 faizindən çoxu attestat almağa nail olmuşdur. 1910 nəfər isə ümumi orta təhsil haqqında şəhadətnamə almışdır.

Attestatlarda 11 fənn üzrə yekun qiymətləndirmənin TQDK tərəfindən aparıldığını nəzərə alsaq, məzunlardan 70 nəfərinin attestat qiymətlərinin tam "5" olması fərəh doğurmaya bilməz. Qeyd edim ki, belə məzunların sayı keçən il 17 nəfər idi. Bu 70 nəfər məzuna attestatlar Heydər Əliyev Muzeyində təntənəli şəkildə təqdim olunmuş, məzunlar mükafatlandırılmışlar. 148 nəfərin attestatında yalnız birya iki fəndən "4" qiymət olmuşdur. 343 nəfərin attestat qiymətləri "4" olmuşdur. 1731 nəfər attestat alan məzundan yalnız 125 nəfəri tam "3" qiymətlə attestat almışdır.

Ciddi kriteriyalar əsas götürülməklə 7 nömrəli tam orta məktəbin məzunu Nəsibi Yaşar, 11 nömrəli tam orta məktəbin məzunu Rəhimli Məryəm fərqlənmə attestatı ilə birgə qızıl medalla, 11 nömrəli tam orta məktəbin məzunu Hacıqədirli Məmmədsadıq isə gümüş medalla təltif olunmuşdur.

Sevindirici haldır ki, Şəki təhsilinin tarixində ilk dəfə rayonun 21 nəfər IX sinif məzunu illik qiymətlər və buraxılış imtahanlarının nəticələrinə görə fərqlənmə şəhadətnaməsi almışdır.

8 nömrəli tam orta məktəbin şagirdi Hüseyinli Fatimə və 20 nömrəli tam orta məktəbin şagirdi Mustafayev Vüsal Amerika Beynəlxalq Təhsil Şurasının FLEX proqramı çərçivəsində keçirdiyi müsabiqədə qalib gələrək 1 il müddətində ABŞ-da yaşamaq və təhsil almaq hüququ qazanmışlar. Qeyd etməliyəm ki, əla qiymətlə attestat alan şagirdlərin hamısı yüksək balla ali məktəblərə qəbul olunmuşlar, deməli, məktəbdə onlara verilmiş qiymətlər özünü doğrultmuşdur. Məzunlarından daha çoxu orta təhsili əla qiymətlə başa vuran məktəblərin reytinq cədvəlində şəhər üzrə 18 nömrəli tam orta məktəb, kəndlər üzrə Bideyiz kənd tam orta məktəb özünəməxsus yer tutur. Belə ki, 18 nömrəli tam orta məktəbdən 9 nəfər, Bideyiz kənd tam orta məktəbdən belə məzunlar 6 nəfərdir. Ümumiyyətlə isə əla qiymətlə attestat alan 70 nəfər 28 məktəbin məzunlarıdır. 73 tam orta məktəbdən 22 məktəbdə məzunların hamısı attestat almışdır.

Orta məktəblərin fəaliyyətinin qiymətləndirilməsinin əsas göstəricilərindən biriali məktəblərə qəbulda məzunların əldə etdiyi nəticələrdir. Çox yaxşı haldır ki, bu il Şəkidə TQDK-nın bütün qrupları üzrə qəbul imtahanları keçirilmişdir. 2012-ci ildə Şəkinin ümumtəhsil məktəblərini bitirmiş 1731 məzundan 1166 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş, onlardan 587 nəfəri tələbə adını qazanmışdır. Bu məzunlardan 112 nəfəri 500-dən yuxarı bal toplamışdır ki, bunların içərisində 35 nəfəri 600 baldan yuxarı nəticə göstərənlərdir. Qeyd etməyə bilmərəm ki, bu, Şəkinin təhsil tarixində rekord nəticədir. 600 baldan yuxarı toplayanlar Şəkinin 19 məktəbinin, 500 baldan yuxarı nəticə göstərənlər isə 43 məktəbin məzunlarıdır. 73 tam orta məktəbdən yalnız 2 məktəbin məzunlarından ali məktəblərə qəbul olan yoxdur. Bu rəqəm 2010-cu ildə 14, 2011-ci ildə 7 idi.

Daha maraqlı bir fakta diqqət yetirək. Biləcik kənd tam orta məktəbin sənəd verən məzunlarından yüz faizli göstərici var. 10 nəfərdən hamısı ali məktəblərə qəbul edilmişlər. 600 baldan yuxarı bal toplayan məzunları olan məktəblərin 6-sı kənd məktəbidir.

Fərəhləndirici haldır ki, topladığı 696 bala görə Şəkinin birincisi olmuş IV qrup üzrə Respublika ikincisi Nizamov İlham Vərəzət kənd tam orta məktəbinin, eləcə də 681bal toplayan Novruzova Nuranə Şəki kənd tam orta məktəbinin məzunudur. Sənəd verənlərin sayına görə 50 faizdən çox məzununun ali məktəblərə qəbul olan məktəblərin sayı 45-dir.

Ötən dərs ilində müəllimlərin bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edən ixtisasartırma sahəsində də bəzi işlər görülmüşdür. 12 kateqoriya üzrə 417 nəfər müəllim ixtisasartırma kursundan, 572 nəfər İKT üzrə treninqlərdən keçərək müvafiq bacarıqlara yiyələnmişdir.

"İstedadlı gənc müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi və stimullaşdırılması tədbirləri haqqında" Təhsil Nazirliyinin 15 iyul 2011-ci il tarixli əmrinin icrası ilə bağlı ümumtəhsil məktəbləri üzrə yaşı 35-dək olan gənc müəllimlərin müəyyən olunmuş forma üzrə "Məlumat bankı" yaradılmış, həmin gənc müəllimlər içərisindən seçilmiş 155 nəfər istedadlı gənc müəllimlər haqqında məlumat elektron variantı ilə birlikdə nazirliyə göndərilmişdir. Gənc müəllimlərin fənlər üzrə birlikləri yaradılmış, onlara müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılmışdır. İstedadlı gənc müəllimlərin ixtisasının artırılması və təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülür, açıq dərslər, seminarlar keçirilir, təcrübə mübadilələri aparılır.

30 aprel 2012-ci il tarixdə Şəkidə "Müasir dövrdə təhsilin davamlı inkişafı: reallıqlar və perspektivlər" mövzusunda zona elmi-praktik konfransı keçirilmişdir. Konfransın Şəki Şəhər İcra Hakimiyyətində keçirilən rəsmi hissəsindən əvvəl 10 nömrəli tam orta məktəbdə rayonun müxtəlif məktəblərindən olan qabaqcıl müəllimlərin müasir təlim metodlarının tətbiqi ilə keçirdiyi 17 açıq dərs dinlənilmişdir. Konfransın işində təhsil naziri Misir Mərdanov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, nazirliyin aparıcı mütəxəssisləri iştirak etmiş, təhsil işçilərinə dəyərli tövsiyə və məsləhətlərini vermişlər.

Müasir həyatımızın bütün sahələrinin getdikcə informasiyalaşdırılması elə bir vəziyyət yaratmışdır ki, informasiyalaşdırılması yaradanlar deyil, bu informasiyalardan çevik istifadə edənlər daha çox inkişaf edirlər. İKT sahəsində savadlılığın dövlətə verdiyi fayda istənilən sənaye yeniliyinin səmərəsindən bir neçə dəfə çoxdur.

Hər il olduğu kimi, 2012-ci ildə də məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsi, gənclərin çağrışaqədərki hazırlığı və kütləvi idman sahələrində bir çox tədbirlər həyata keçirilmişdir.

Uşaq və gənclərin estetik, ekolojifiziki tərbiyəsində onların yaradıcılıq potensialının öyrənilməsində, intellektual səviyyəsinin təmin edilməsində məktəbdənkənar müəssisələr xüsusi əhəmiyyətə malikdir. Rayonumuzda 5 belə müəssisə vardır. Etiraf etməliyik ki, onların hər birinin özünəməxsus uğurları vardır.

Təhsil müəssisələrinin tikintisimaddi-texniki bazanın daim inkişaf etdirilməsi prioritet məsələ kimi daim qarşıda dururbu il həmin sahədəki işlər görünməmiş vüsət almışdır. Bütün bunlara görə biz təhsil işçiləri ölkə Prezidenti cənab İlham Əliyevə, Şəkidə təhsilə qayğı ilə yanaşan icra başçımıza minnətdarıq.

Hazırda rayonun kəndlərində dövlət vəsaiti hesabına dörd yeni məktəb binası tikilir, şəhər məktəblərinin bir neçəsinin binasında əsaslı təmir işləri aparılır, eyni tədris korpusları tikilir.

Yeni dərs ili qarşımıza məsul vəzifələr qoyur. Təlim prosesinin səmərə və keyfiyyətinin artırılması, sağlam şəraitinin yaradılması, yüksək uğurları ilə fərqlənən məktəblərin sayının çoxaldılması mühüm məsələlərdəndir. Bunun üçün hər bir pedaqoji kollektiv köhnə təsəvvür və təfəkkür tərzindən yaxa qurtarmalı, yenilikləri, İKT-ni qəbul etməli, vəzifə məsuliyyəti və təşkilatçılıq qabiliyyətini vahid məqsəd ətrafında səfərbər etməyi bacarmalıdır. Əminəm ki, bu məhz belə olacaqbiz Azərbaycanda keyfiyyətli biliyə söykənən təhsil sisteminin davamlı inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik.

 

 

Südabər İSMAYILOVA,

Şəki Şəhər Təhsil Şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2012.- 5 oktyabr.- S. 10.