Nəsimi rayonu ilin 9 ayını
uğurlarla başa vurub
Nəsimi rayonunda 2012-ci ilin 9
ayının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr edilmiş
iclas keçirilib.
Tədbiri
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib
Məhəməliyev açaraq bildirmişdir ki, ilin doqquz
ayında ölkə iqtisadiyyatında uğurlar əldə
edilmiş və qarşıya qoyulmuş vəzifələr
uğurla yerinə yetirilmişdir. Bu dövrdə
iqtisadiyyatımız 1,1 faiz, əhalinin pul gəlirləri isə
12 faiz artmışdır. Ölkənin valyuta ehtiyatları 5
milyard dollar artaraq 45 milyard dollara çatmışdır.
Hesabat dövründə ölkəmizdə 94 min yeni iş
yeri açılmışdır.
2012-ci
ilin 9 ayında ölkəmizdə bütün istiqamətlərdə
olduğu kimi sosial-iqtisadi sahədə də nailiyyətlər
əldə edilib. Bütün bunlar əsası ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və
Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş
siyasətin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsinin bariz
nümunəsidir.
2012-ci
ilin 9 ayında Nəsimi rayonunda da sosial-iqtisadi sahədə
nailiyyətlər əldə edilmişdir.
2012-ci
ilin yanvar-sentyabr aylarında rayonda 230 milyon 130 min manat həcmində
sənaye məhsulu istehsal edilmiş və pullu xidmətlər
göstərilimişdir. Həmin dövr ərzində rayonda
2622 yeni iş yeri açılmışdır. Hesabat
dövründə Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi
Mərkəzi tərəfindən 2526 ailəyə
ünvanlı dövlət sosial yardımı verililmişdir.
Mərkəzin əməkdaşları tərəfindən
360 nəfər tənha, ahıl və əlilə evlərdə
sosial-məişət xidməti göstərilimişdir.
"Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2011-2013-cü illər )" çərçivəsində
nəzərdə tutulan tədbirlərin icrası rayonda
uğurla həyata keçirilir.
Nəsimi
Rayon İcra Hakimiyyəti başçısının
müavini Anar Tağıyev məruzə ilə
çıxış etdi. O bildirdi ki, ilin 9 ayı ərzində
rayonda istehlak bazarı dinamik inkişaf etmiş, əhaliyə
802 milyon 547 min manatlıq mal satılmış və pullu xidmətlər
göstərilimişdir. Bu dövr ərzində rabitə
müəssisələri tərəfindən 15 milyon 150 min
manatlıq xidmət göstərilmişdir. Nəqliyyat
sektorundakı müəssisələr 281 milyon 640 min manat həcmində
iş görmüş və xidmət güstərmişlər.
9 ay ərzində rayondakı tikinti-quraşdırma təşkilatları
203 milyon 935 min manat həcmində iş görmüşlər.
Yeni tədris
ili ərəfəsində 5,14 və 111 saylı orta məktəblər
əsaslı təmir edilmişdir. 1 və 5 saylı orta məktəblərdə
yeni korpusların inşasına
başlanılmışdır. Hazırda 45, 74 və 92
saylı körpələr evi-uşaq bağçalarında əsaslı
təmir işləri həyata keçirilir.
2012-ci
ilin 9 ayında Nəsimi Rayon Qaz İstismarı İdarəsi
tərəfindən təbii qazın dəyərinin 101,0 faizi
ödənilib. İdarə tərəfindən müxtəlif
ünvanlarda 6657 mexaniki sayğac "smart-kart"
sayğacı ilə əvəz edilib. Bu dövrdə rayon
enerji təchizatı və satışı idarəsi tərəfindən
143 min 240 metr kabel və naqillər dəyişdirilmiş və
537 ədəd elektrik dayağı
quraşdırılmışdır. 17 transformator məntəqəsi
əsaslı təmir edilmiş, 97 transformator məntəqəsində
yeni elektrik avadanlıqları təftiş olunmuşdur.
Elektrik enerjisinin dəyərinin ödənilməsi 99,5 faiz təşkil
etmişdir.
Ölkəmizin
hər yerində olduğu kimi Nəsimi rayonunda da
genişmiqyaslı abadlıq və quruculuq işləri davam
etdirilir. Hazırda Cavadxan küçəsində yeni park
inşa edilir, H.Əliyev və R.Məmmədov küçələrinin
kəşişməsindəki "Heydər parkı"nda əsaslı
təmir işləri görülür. Azadlıq prospekti,
H.Seyidzadə, Nizami, S.Rüstəm və figər küçələrdəki
17 ünvanda binaların fasadlarında təmir işləri
aparılır, Vaqif prospektində üç ünvanda
binaların fasadlarının təmiri başa çatıb.
Hazırda Tbilisi prospektindəki Velotrekdə yenidənqurma
işləri aparılır.
Rayon ərazisində
istehsal olunan və satılan istehlak mallarının keyfiyyətinə
nəzarəti gücləndirmək məqsədilə rayon
icra hakimiyyəti başçısının sərəncamı
ilə komissiya yaradılmış və bununla əlaqədar
çoxsaylı reydlər keçirilmişdir. Bu işlər
daim rayon rəhbərliyinin nəzarətindədir.
Rayondakı "Təzə Bazar" və 3-cü
mikrorayondakı "Kəndli yarmarkası" ərazilərində
hər həftə 40-50 ton müxtəlif çeşiddə
bazar qiymətlərindən aşağı qiymətə kənd
təsərrüfatı məhsullarının
satışı təşkil edilb. Süni qiymət artımının
qarşısının alınmasına xidmət edən bu
iş rayon icra hakimiyyətinin nəzarətində
saxlanılır.
Sonra Nəsimi
Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi
Laçın Mustafayev, rayon su kanal departamentinin rəisi
İmran Abbasov, rayon qaz istismar sahəsinin rəisi Məcid Kərimli
və başqalarının çıxışları dinlənildi.
Onlar görülmüş işlərdən və
qarşıda duran vəzifələrdən
danışdılar.
Nəsimi
Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev
iclasa yekun vurdu.
Tədbirdə
Milli Məclisin deputatı Asim Mollazadə iştirak edirdi.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2012.- 18 oktyabr.- S. 6.