Qazax: təşəbbüskarlıq əsas meyardır

 

Qazax rayonunda son vaxtlar o qədər yeni obyekt tikilib istifadəyə verilib ki, bir yazıda hamısı haqqında, onların əhəmiyyəti barədə söhbət açmaq mümkün deyil. Amma bir faktı qeyd-şərtsiz deməliyik ki, rayonun siması çox dəyişib. Əslində, əhalisinin sayı 91 min nəfəri keçən, 7 kəndi işğal altında olan, 5 kəndi isə erməni silahlı birləşmələrinin daim atəşinə məruz qalan Qazaxın bugünkü vəziyyəti, ab-havası qonşu Ermənistan üçün, necə deyərlər, göz dağı olub.

Çünki son bir ildə Qazax rayonunda görülən işlər qədər bütöv Ermənistanda görülməyib. Hara baxırsan, abad küçələr, parklar, yeni sosial obyektlər görürsən. Adamların əhval-ruhiyyəsi də bambaşqadır. Hiss olunur ki, qazaxlılar rayonun bugünkü büsatına çox sevinir və fəxr edirlər. Rayon mərkəzində adını öyrənə bilmədiyim ağsaqqal bir kişi -"sağ olsun Prezidentimiz, son 5-6 ildə 6 dəfə rayonda olub, hər gəlişi də bizim bu günümüzə-güzəranımıza təsir edib", - dedi.

 

Yüksəliş: rəqəmlərin dili ilə

 

Doğrudan da, Qazax nəinki son bir ildə, həm də son on ildə bir sıra sosial-iqtisadi göstəricilərinə görə çox irəli gedib. Faktlara nəzər salaq. Rayonda ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə 4,2 dəfə artıb. Sənaye məhsulunun həcmi 11,4 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,8 dəfə çoxalıb. Təkcə tikinti-quraşdırma işlərinin həcmi bu dövrdə 16,5 dəfə yüksəlib. Təbii ki, həsədaparıcı rəqəmlərdir. Adamlar yeni, özüdaimi yerləri tapıblar. Təkcə son on ildə Qazaxda 190 müəssisə yaradılmış, 5200-dən çoxu daimi olmaqla 7500-dən artıq yeri açılmışdır. İndi baxın, ildən-ilə həm siyasi, həm də iqtisadi cəhətdən tənəzzülə uğrayan Ermənistanda həmin dövrdə heç bu qədər iş yeri açılıbmı? Əlbəttə, yox. Bax, ona görə qeyd edirik ki, təkcə Qazaxda görülən işlər, tikilən obyektlər bütöv Ermənistanda yoxdur.

Qazax isə hamının gözü qarşısında hər gün, hər saat dəyişir. Ümummilli liderin adına olan park rayon sakinlərinin ən çox sevdiyi bir istirahət və əyləncə guşəsidir. Burada ulu öndərin abidəsi ucaldılmış, 4 hektar ərazidə füsunkar bir süni göl yaradılmışdır. Parkın ərazisində rəqəmsal Planetarium, elektron kitabxanafunksional əlaqə studiyasını birləşdirən "Heydər Əliyev Mərkəzi" fəaliyyət göstərir. 2012-ci ildə parkın 2 hektar sahəsi tamamilə yenidən qurulmuş, iki fəvvarə tikilmiş və ərazidə müasir tələblərə cavab verən, ümumi sahəsi 1200 kvadratmetrə çatan Gənclər Mərkəzi istifadəyə verilmişdir. Qeyd edək ki, Mərkəzin açılışında ölkə Prezidentinin şəxsən iştirak etməsi rayon əhalisinə, xüsusilə gənclərə yeni ruh vermişdir.

Qazaxın bir çox prospekt və küçələrini indi tanımaq olmur. Binaların görkəmi, hasarlar, səkilər, yollar zövqlə yenidən qurulmuş, bir sıra kommunikasiya xətləri dəyişdirilmiş, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Ulu öndərin adını daşıyan prospektdə bu gün də abadlıq və yenidənqurma işləri davam etdirilir. Bakı və Arıxov küçələrinin görkəmi tamamilə dəyişmişdir. Digər yerlərdə də dayanmır. Şəhərin özündə Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi sahəsi 1060 kvadratmetr olan şahmat məktəbi tikilib istifadəyə verilmiş, binanın ətrafında milli-memarlığa uyğun 230 paqonometr uzunluğunda hasar çəkilmiş, 115 kvadratmetr sahəyə tamet döşənmiş, 250 paqonometr səki daşı düzülmüşdür.

Rayondakı "Dədə Qorqud", "Dilboz at" abidə kompleksləri, "Anauşaq", "Mütəfəkkirlər", "İsmayıl Şıxlı" parkları, Qazax Dövlət Rəsm Qalereyası, Səməd Vurğun "Poeziya evi", Şəhidlər Xiyabanı və sair obyektlərin istifadəyə verilməsi və onların bəzilərində yenidənqurma və əsaslı təmir işlərinin aparılması çox gözəl, cəlbedici obyektlərin ortaya-ərsəyə gəlməsinə səbəb olmuşdur.

 

Diqqət, qayğı həmişə var

 

Qazaxa qayğı və diqqət həmişə olubbu günvar. Məhz bunun nəticəsidir ki, iki il əvvəl Dövlət Neft Şirkəti tərəfindən ayrılmış 500 min manat və keçən ilin iyununda ayrılmış 1 milyon vəsait hesabına rayonun "Sınıq körpü" ərazisində və Qazax-Gürcüstan beynəlxalq avtomobil yolunun ətrafında müasir tələblərə uyğun abadlıq və quruculuq işləri aparılmış, milli-memarlıq üslubunda möhtəşəm divarlar, "Qala" bürcləri və Dövlət Bayrağı meydanı tikilib istifadəyə verilmişdir.

Diqqət, qayğı cari ildə də var. Azərbaycan Respublikası Prezidentinin 13 aprel və 1 iyun 2012-ci il tarixli sərəncamları ilə Azərbaycan Respublikası dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsinə 2 milyon manat vəsait ayrılmışdır. Hazırda muzeyin tikintisində işlər gedir.

Son vaxtlar bir sıra iri müəssisələrin tikilib istifadəyə verilməsi gələcəkdə Qazaxda sənaye potensialının xeyli güclənəcəyindən xəbər verir. Qazax şəhərində 2 min tonluq meyvə-tərəvəz saxlama kamerası, Çaylı kəndində 3 min tonluq taxıl tədarükü və saxlama anbarı, qonşu Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan hissəsinin kənd təsərrüfatı məhsullarını emal edəcək illik gücü 5 min ton olan müasir konserv zavodu və digər müəssisələrin işə salınması razılıqla qarşılanmışdır.

 

Sosial obyektlərin sayı artır

 

Rayonda məktəb, səhiyyə, mədəniyyət ocaqlarının, idman qurğularının tikintisi, təmiri işi xeyli sürətləndirilib. Bir sıra binalarda, xüsusilə, qəzalı vəziyyətdə olan binalarda az görülməyib. Hazırda konserv zavodu ərazisində məskunlaşmış məcburi köçkün ailələri üçün 24 mənzilli, Azadlıq küçəsindəki binanın sakinləri üçün 24 mənzilli yaşayış binaları, Qazax şəhər ümumi orta məktəbində 80 şagird yerlik tədris korpusu, 360 şagird yerlik Qazax şəhər 4 nömrəli, 480 şagird yerlik Aslanbəyli, 220 şagird yerlik Canalı və 180 şagird yerlik Qazaxbəyli kənd tam orta məktəb binalarının tikintisi işləri davam etdirilir və bəzilərində son tamamlama işləri gedir. Xanbağı kənd tam orta məktəbində bərpa-gücləndirmə işləri, 640 şagird yerlik Çaylı kənd 2 saylı, 640 şagird yerlik Daş Salahlı 2 saylı, 220 şagird yerlik Ürkməzli və 180 şagird yerlik Xanlıqlar kənd tam orta məktəb binalarının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış, açıq tender keçirilərək qalib təşkilat müəyyənləşdirilmiş və yaxın vaxtlarda tikinti işlərinə başlanacaqdır.

Səhiyyə ocaqlarında çox vacib bir problemin - istilik sisteminin quraşdırılması işlərinə başlanmışdır. Artıq rayon mərkəzi xəstəxanasında qazanxana tikilmiş, binaya qızdırıcı köynəklərin və boruların çəkilməsi işləri aparılır. Ruhi xəstəxanada da qazanxana inşa olunur. Rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Tahir Musayev deyir ki, məqsədimiz Qazaxdakı bütün sosial obyektlərdə bu işi görməkdir. İstixanası olmayan məktəb və ya səhiyyə obyektində lazımi səmərə almaq mümkün deyil.

Dövlət Bayrağı meydanı da qazaxlıların çox xoşuna gəlir. Buradakı qüllə 51 metrdir. Meydanda 6,8 metr hündürlükdə qala divarı və 5,2 metr hündürlükdə bürclər tikilmiş, şəhərin girişində 2 qala divarı və dairəvi yolda oturacaq sahəsi 6 metr, hündürlüyü 14,3 metr olan qüllə inşa edilmişdir.

Rayonda yaşıllığa xüsusi fikir verilir. İndiyədək 128 min ədədə yaxın ağac əkilmişdir. Ağstafa rayonu ilə sərhəddə Qazaxın ünvanını bildirən 22 metr hündürlüyündə inşa olunan obelisk orijinallığına görə diqqəti cəlb edir.

 

Problemlər var, problemlər həll olunacaq!

 

İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov işgüzarlığı, adamları səfərbər etmək bacarığı ilə yanaşı, Qazaxın problemlərini dərindən öyrənən onun həllinə əlaqədar təşkilatların köməyi ilə nail olmağa çalışan rayon rəhbəri təsiri bağışlayır. Qətiyyətlə deyir ki, Qazaxda problemlər qədər olsa da onların hamısı tədricən həll ediləcək. Çünki ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın "Qərb qapısı"na xüsusi diqqət qayğı göstərir.

Yollar qaydaya salınmalıdır. Xüsusilə strateji əhəmiyyətli yollar - Qazax-Quşçu Ayrım, Xanlıqlar - Böyük Cəfərli, Çaylı - Kommuna, Qazax - Kosalar sair yollar asfaltlaşdırılmalıdır.

Şəhərdə yeni salınmış yaşayış massivlərinin asfaltlaşdırılması yeni işıqlandırma sisteminin quraşdırılmasına ehtiyac var. Suvarma məqsədilə ən azı 70 ədəd artezian quyusu qazılmalı, şəhərdəki yerüstü daşıyıcı qaz xətləri yeraltı qaz xətləri ilə əvəz edilməlidir. Qeyd etmək lazımdır ki, Qazaxda hələ əhalinin 28 faizinin təbii qaza, 60 faizinin içməli suya ehtiyacı var, 85 faiz ev mənzil kanalizasiya sisteminə qoşulmayıb. Mərkəzləşdirilmiş istilik sistemi yoxdur. Hazırda 5 məktəb, 3 əlavə korpus, 34 yeni uşaq bağçası-körpələr evi binalarının tikintisinə, 7 məktəbin körpələr evi-uşaq bağçasının təmirinə ehtiyac var.

Rayon mərkəzində mərkəzi xəstəxana binası tikilməlidir. Çünki mövcud xəstəxana uyğunlaşdırılmış binada yerləşir. Rayonlararası ruhi xəstəxana 1889-cu ildə inşa olunmuş bir binada yerləşir. Ümumiyyətlə, 40 səhiyyə müəssisəsindən 38-nin təmirə ehtiyacı var.

Yeni çoxmənzilli yaşayış binaları inşa olunsa, bir çox problemlər aradan qalxacaq. Hazırda şəhərdə köhnə qəza vəziyyətində, kommunal şəraiti olmayan binalar az deyil. Rayonda məskunlaşmış 7 kəndin məcburi köçkün ailələrinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 60 mənzilli yaşayış binasının tikintisi pis olmazdı.

Qazaxda azad ticarət mərkəzinin yaradılmasına, hava limanının tikintisinə ehtiyac var.

...Bu gün Qazaxda çox görülür. Adamlar ölkə rəhbərliyinin qayğısını hiss edir, bundan çox ruhlanırlar. Rayonda ən xırda təşəbbüs böyük həvəslə qarşılanır müdafiə olunur. Çünki hamı inanır ki, Qazaxın əsl işıqlı günləri hələ qabaqdadır.

 

 

Hamlet QASIMOV,

"Xalq qəzeti"nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2012.-12 sentyabr- S.6.