Erməni terror təşkilatları və onların üzü

 

"Nemezis" terror hərəkatı

 

"Nemezis" əməliyyatı "Daşnaksütyun" partiyasının keçirdiyi terror aksiyasıdır. Əməliyyatın adı qədim yunan intiqam ilahəsi Nemezidanın adından götürülmüşdür. Erməni ictimai-siyasi xadimi Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında "Daşnaksütyun" partiyası İrəvanda keçirdiyi IX qurultayda bu terror hərəkatına başlamaq haqqında qərar vermişdir. Armen Qaronun rəhbərlik etdiyi "Nemezis"in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı.

 

Onların içərisindən 41 nəfər "əsas günahkarlar" elan edilir. Əməliyyatın ardıcıl icrası üçün Şaan Satçaklyanın rəhbərliyi ilə xüsusi fond yaradılır. Bütün informasiyanın toplanması özünü türk tələbə kimi qələmə verən Qraç Papazyana tapşırıldı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qruplar adları siyahıda olan şəxsləri axtarıb tapır və qətlə yetirirdilər. Əməliyyatın iki əsas təşkilati mərkəzi var idi: "Çakatamart" (İstanbul) və "Droşak" (Boston) qəzetlərinin redaksiyaları.

Hələ "Nemezis" terror hərəkatına qədər də ermənilər türklərə qarşı kütləvi basqın və hücumlar həyata keçirmiş, qarət və qətllər törətmişlər. Bunlardan bəzilərinə nəzər salaq:

26 avqust 1896-cı il. Erməni terror təşkilatı Osmanlı bankına basqın etmiş və girovlar götürmüşdür. Cinayəti Qaragen Pasdermakanın (Osmanlı Assambleyasının gələcək deputatı) rəhbərlik etdiyi üç etnik erməni törətmişdir. "Daşnaksütyun"un fikrincə, basqın 1896-cı ilədək müxtəlif terror aktları üçün məsuliyyət daşıyan "Hnçak"ı ictimaiyyətin nəzərində qaldırmağa fürsət verirdi. Tədqiqatçı Jorj de Malevil yazır ki, Osmanlı bankına sensasiyalı basqın müasir tarixdə mülki şəxslərin girov götürüldüyü ilk terror aktıdır.

9 sentyabr 1903-cü il. Türkiyənin Qars şəhəri. Erməni terrorçu türk Şərif Laçınbəyovu qətlə yetirmişdir. Qətl valinin dəftərxanasının iki addımlığında baş vermişdir. Hadisə yerində gözlənilmədən peyda olan bir yığın erməni qatilin qaçıb gizlənməsinə kömək etmişdir. Mülki hakimiyyətin nümayəndəsi də yaralanmışdır.

21 iyul 1905-ci il. İstanbul şəhəri. "Daşnaksütyun" erməni terror təşkilatının üzvləri Sultan Əbdül Həmidə sui-qəsd etmişlər. Erməni siyasətçisi K.Papazyan " Eybəcərləşdirilmiş vətənpərvərlik" kitabında bu hadisəni belə qiymətləndirir: " Sultan Əbdül Həmidə qarşı sui-qəsd cəhdi siyasi məqsədlərə terror yolu ilə nail olmaq üçün ifrat tədbirlərdən biridir ." Terror aktı baş tutmadı, çünki bombalar vaxtından xeyli əvvəl partladı. Amma sultan insanpərvərlik nümayiş etdirərək,erməni terrorçuların günahından keçdi.

9 aprel 1909-cu il. İstanbul. Türk jurnalisti Həsən Fəhmi bəy qətlə yetirilmişdir. Qətldən məqsəd dəfn mərasimi ilə bağlı izdihamlı nümayişlərdən istifadə edərək, şəhərdə qarmaqarışıqlıq salmaq idi.

Beləliklə, "Nemezis" adlı bu mənfur əməliyyat tam qəddarlığı və ardıcıllığı ilə özünü daha kəskin göstərir. Erməni faşistlərinin törətdiyi terrorun miqyasına və bu qəddar aktlar nəticəsində həlak olanların siyahısına nəzər salaq:

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayev. 1920-ci ildə Tiflis şəhərində qətlə yetirilir.

19 iyun 1920-ci il. Tiflis şəhəri. Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş baş naziri Fətəli xan Xoyski qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Qətli erməni terrorçu Aram Yerkalyan törətmişdir, onunla birgə digər erməni Misak Kirakosyan da olmuşdur. Aksiya nəticəsində Kirakosyan yaralanmışdır.

15 mart 1921-ci il. Berlin şəhəri. Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt paşa qətlə yetirilir. Tələt paşanın adı terrorçuların qara siyahısında birinci gəlirdi. Tələt paşanın qatili Soqomon Teyleryan yaxalansa da, sonradan Berlin məhkəməsi tərəfindən bəraət almışdır.

5 dekabr 1921-ci il. Roma şəhəri. Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi paşa qətlə yetirilmişdir. Qətli törədən Arşavir Şirakyanı həbs etmək mümkün olmur o, İstanbula qayıdır. Bu qətlin təşkilatçıları arasında Ermənistanın Romadakı keçmiş səfiri Mikael Vartanyan daha bir nəfər olur.

17 aprel 1922-ci il. Berlin şəhəri. Keçmiş Trabzon valisi Cəmal Əzmi " Təşkilati-Məxsusə"nin yaradıcısı, tibb professoru Bahəddin Şakir ailəvi gəzinti zamanı qətlə yetirilir. Həmçinin Şakirin cangüdəni öldürülür. Qətli Arşavir Şirakyan Aram Yerakyan törədirlər.

19 iyul 1921-ci il. İstanbul şəhəri. Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş daxili işlər naziri Behbud xan Cavanşir şəhərin "Pera Palas" mehmanxanasının yaxınlığında qətlə yetirilir. Qatil Misak Torlakyanın işinə Britaniya hərbi tribunalı baxır, tribunal onu qətli törətməkdə günahkar bilir, lakin əlavə edir ki, Torlakyan qətli törədərkən "affekt" vəziyyətində olduğundan törətdiyi cinayətə görə məsuliyyət daşıya bilməz. Onu Yunanıstana ekstradisiya edirlər. Qətlin digər iştirakçıları Edvard Fundukyan Arutun Arutunyans idi.

25 iyul 1922-ci il. Tiflis şəhəri. "Daşnaksütyun" erməni terror təşkilatının yaratdığı ixtisaslaşdırılmış "Qisas" birləşməsindən olan erməni terrorçular Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri, Osmanlı ordusunun Suriyadakı 4-cü ordusunun baş komandanı Camal paşanı köməkçisini qətlə yetirirlər. Qətli Petros Ter-Poqosyan Artaşes Gevorqyan törədir. Qətlin hazırlanmasında həmçinin Zare Melik Şaxnazaryan Stepan Tsaqikyan iştirak edirlər.

4 avqust 1922-ci il. Osmanlı imperiyasının hərbi naziri, Azərbaycana Qafqaz İslam Ordusunu göndərən xalqımızı məhv olmaqdan xilas etmiş Ənvər paşa Əfqanıstan yaxınlığında bolşeviklərin tərkibində vuruşan "daşnakçı" Saruxanyan adlı erməni tərəfindən qətlə yetirilmişdir.

Bütün bunlar yalnız bir məqsəd üçün - "Böyük Ermənistan" xülyasının həyata keçirilməsi uğrunda icra edilmişdir. Şübhəsiz ki, Azərbaycan Türkiyə dövlət hökumət xadimləri ermənilərin bu məkirli niyyətlərinin qarşısında durduğu üçün qətlə yetirilmişlər. Erməni terrorunun əsas qurbanları həmişə dinc sakinlərlə yanaşı, hər iki qardaş dövlətin nüfuzlu ziyalıları məmurları olmuşdur. Ermənilər yaxşı anlayırdılar ki, haqlarında xaincəsinə ölüm hökmü çıxartdıqları insanlar öz torpaqlarına xalqlarına bağlıdırlar onları bu yoldan ölümdən başqa heç döndərə bilməz. Məhz buna görə xalqımızın aparıcı ziyalılarını aradan götürmək terrorçuların başlıca məqsədi idi.

"Nemezis" terror hərəkatı özünü daha kəskin şəkildə XX əsrin ortalarında yenidən göstərməyə başladı. Bu dəfə əsasən xaricdəki Türkiyənin səfirlikləri, şirkətləri müxtəlif dövlətlərin vətəndaşları hədəf götürülür.

5 sentyabr 1972-ci il. Almaniyanın Münhen şəhəri. ASALA-nın banisi Akop Akopyanın təşkil etdiyi "Qara sentyabr" terror qruplaşması Münhendə keçirilən Olimpiya oyunlarında İsrail idmançılarını qətlə yetirmişdir. "Armenian Reporter" qəzeti 1985-ci il 7 fevral tarixli nömrəsində Akop Akopyanın 1982-ci ildə həlak olması barədə verilmiş xəbərləri təkzib edərək, yazmışdı ki, o, gah Dəməşqdə, gah da Afinada yaşayır, burada ona hər cür şərait yaradılmışdır. Elə həmin mənbə Parisdə dərc olunan "Le Matin" qəzetinə istinadla qeyd edir ki, Akop Akopyan Münhendə idmançıların öldürülməsinin fəal iştirakçısı olmuşdur.

27 yanvar 1973-cü il. Santa-Barbara. Kaliforniya. ABŞ. Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydar bu şəhərdəki konsulu Bahadır Dəmir erməni terrorçu Qurgen Yanikyan tərəfindən qətlə yetirilmişlər. Cinayətlər Santa-Barbara şəhərinin "Biltmor" mehmanxanasında törədilmişdir.Təhlükə gözləməyən türk diplomatları buraya dostları ilə görüşməyə gəlmişdilər. Məhkəmənin ömürlük həbs cəzası haqqında qərarına baxmayaraq, Qurgen Yanikyan "səhhətinə görə" bir müddətdən sonra azadlığa buraxılmışdır.

4 aprel 1973-cü il. Paris,Fransa. Erməni terror qruplaşması Türkiyə konsulluğunun Türkiyə avianəqliyyat şirkətinin binası qarşısında bombalar partlatmışdır.

1 yanvar 1975-ci il.Beyrut.Livan. Erməni terrorçuları bir sıra mülki obyektlərə basqın etmişlər.

24 oktyabr 1975-ci il. Paris, Fransa. Səfir İsmail Ərəz sürücüsü Talıb Yenər öldürülmüşdür. ASALA CSAQ erməni terror təşkilatları bu məsuliyyəti öz üzərilərinə götürmək üçün bir-biri ilə mübahisə aparırlar. Erməni terror təşkilatları arasında rəqabət rüsvayçı hal alır. İmic uğrunda mübarizədə konkret adamın həyatı tökülmüş qan unudulur.

28 oktyabr 1975-ci il. Beyrut.Livan. Türkiyənin Beyrutdakı səfirliyinin binasının raketlə bombardman edilməsi xeyli dağıntıya səbəb olur.Cinayətə görə ASALA bu aksiyanı öz üzərinə götürür.

9 iyun 1977-ci il. Vatikan. Türkiyənin Vatikandakı səfiri Taha Kərim öz iqamətgahı qarşısında iki erməni terrorçu tərəfindən öldürülmüşdür.CSAQ erməni terror təşkilatı Beyruta informasiya agentliklərinə zəng vuraraq qətlə görə məsuliyyəti öz üzərinə götürür.

8 yanvar 1978-ci il. Moskva, SSRİ. Moskva metrosunda partlayış baş verir. Terror aktını S. Zatikyan, Z.Baqdasaryan A. Stepanyandan ibarət qrup törədir. Məsuliyyəti Milli Birlik partiyası üzərinə götürür.

12 oktyabr 1979-cu il. Haaqa, Hollandiya. Türkiyə səfiri Özdəmir Benlərin 27 yaşlı oğlu Əhməd Benlər öz maşınında erməni terrorçu tərəfindən öldürülür. Delft Texniki Universitetinin doktorantı 10 şahidin gözü qarşısında qətlə yetirilir. Cani aradan çıxır. Qətlə görə məsuliyyəti ASALA CSAQ öz üzərinə götürür.

22 dekabr 1979-cu il. Paris, Fransa. Türkiyə səfirliyinin turizm üzrə attaşesi Yılmaz Şolpan Yelisey meydanında erməni terrorçu tərəfindən öldürülür.Məsuliyyəti bir neçə erməni təşkilatı öz üzərinə götürür.

31 iyul 1980-ci il.Afina, Yunanıstan. Türkiyənin Afinadakı səfirliyinin attaşesi Qalib Ozman ailəsi maşında olarkən erməni terrorçular tərəfindən atəşə tutulur. Qalib Ozman 14 yaşlı qızı Nəslixan həlak olur. Xanımı Sevil 16 yaşlı oğlu Kənan yaralanır. Məsuliyyəti ASALA terror təşkilatı üzərinə götürür.

 

(ardı var)

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 2012.- 9 sentyabr.- S. 4.