Qubadlı rayon təhsil işçilərinin
konfransı keçirildi
Konfransda rayon təhsil şöbəsinin müdiri Afət Allahverdiyeva
geniş məruzə ilə
çıxış etdi.O qeyd etdi ki,
rayon müəllimlərinin ənənəvi
sentyabr konfransının keçirilməsində
əsas məqsəd təhsilin ölkənin və millətin
həyatında həlledici amil olduğunu vurğulamaqla
yanaşı, ötən bir il ərzində
əldə olunan nailiyyətləri qeyd etmək, mövcud
problemləri geniş təhlil edərək,
növbəti dərs ilində onların həlli istiqamətində
irəliyə doğru atılacaq
addımları müəyyənləşdirməkdən ibarətdir.
Bu
gün Azərbaycan dövlətinin, ən
başlıcası, dövlət başçısı cənab
İlham Əliyevin milli təhsilin inkişafına göstərdiyi
qayğı nəticəsində ölkədə təhsilin
davamlı inkişafı təmin edilmişdir.Təhsil sahəsində
aparılan islahatlar Qubadlı rayonunda da təhsilin ildən-ilə
inkişafına öz müsbət təsirini göstərmişdir.Bunu
konkret misallarla göstərmək olar. Son 10 ildə rayon icra
hakimiyyətinin yaxından köməyi ilə 12 məktəb
üçün bina tikilmiş və rayon təhsil
şöbəsinin balansına verilmişdir. Məktəblərimiz
yeni avadanlıqlarla, kitabxana, laboratoriya və informasiya
texnologiyaları ilə təmin olunmuşdur. Bütün
bunlar möhtərəm Prezidentimizin "Uşaqlar
yaxşı məktəbdə oxumalı, müəllimlər
də yaxşı məktəbdə işləməlidirlər"
tələbinin real nəticələridir.
Sonra
A.Allahverdiyeva son 10 ildə rayon məktəblərində
baş verən yeniliklərdən danışdı. Qeyd etdi
ki, bu illər ərzində təhsilin məzmunu yeniləşmiş,
islahatlar öz müsbət nəticəsini vermişdir. O,
bildirdi ki, təhsil işçiləri hər zaman rayon rəhbərliyinin
diqqət mərkəzində olmuş, bütün problemlərimizin
həllində yaxından kömək göstərmişdir.
Məruzəçi
onu da bildirdi ki, mərkəzləşdirilmiş
buraxılış imtahanlarındakı nəticələr
bütün illərdə 93 faizdən yuxarı olmuşdur.
2011-2012-ci
ilin ali məktəblərə qəbul göstəricilərini
də qənaətbəxş hesab etmək olar.8 məktəb
50 faizdən yuxarı, 10 məktəb 30-50 faiz, 8 məktəb
10-30 faiz arası nəticə əldə etmişdir. 2 məktəbin
isə buraxılış sinfi olmamışdır. Beləliklə,
məktəbi bitirən 336 nəfərdən 122 nəfəri,
yəni 36,3 faizi tələbə adı qazanaraq
respublikanın müxtəlif ali təhsil müəssisələrinə
qəbul olunmuşdur. Ən yüksək nəticəyə isə
Xanlıq-2, Qəzyan məktəbləri nail olmuşlar.
Şagirdlərin
dünyagörüşünün, qabiliyyət və
bacarıqlarının formalaşmasında xüsusi rola malik
olan məktəbdən və sinifdənxaric tədbirlər də
öz rəngarəngliyi ilə fərqlənmiş, ildən-ilə
hazırlanma səviyyələrinin yüksəldiyi
müşahidə edilmişdir. Vətənpərvərlik, hərbi
vətənpərvərlik tərbiyəsinin
aşılanması istiqamətində də aparılan tədbirlər
öz nəticəsini vermişdir.
Məruzədə
bildirildi ki, təhsil şöbəsinin tabeçiliyində
olan məktəbdənkənar müəssisələrin fəaliyyəti
də nəticəsiz olmamışdır. Dəfələrlə
zona yarışlarında müvəffəqiyyətlə
iştirak edən müdavimlər həmişə diplom və
fəxri fərmanlara layiq görülmüşlər.
Yeni
dərs ilinə hazırlıq məsələlərinə
toxunan natiq məktəblərin maddi bazasının möhkəmləndirilməsindən
ətraflı danışdı. O dedi ki, 3 məktəbdə
(Muradxanlı, Fərcan, Xanlıq ümumi) istilik sistemi
quraşdırılmışdır. Bu gün rayon üzrə
32 ümumtəhsil məktəbinin 25-də xüsusi qazanxanası
olan istilik sistemləri var və onların hamısı işlək
vəziyyətdədir. Bu çox böyük nailiyyətdir.
Yeni dərs ilinə hazırlıqla əlaqədar əksər
ümumtəhsil məktəblərində daxili imkanlar
hesabına xırda təmir, şəhər 1 saylı tam orta
məktəbində cari təmir işləri aparılmışdır.
Eyni zamanda, hər bir məktəb üçün sifariş
edilmiş 51500 manat dəyərində 14 adda inventar,
avadanlıq, 21950 manat dəyərində kimya, fizika və
biologiya fənləri üçün laboratoriya
avadanlığı, yerli büdcə vəsaiti hesabına zəif
imkanlı məktəblilər üçün 18627 manat dəyərində
291 ədəd məktəbli dəsti məktəblərə
verilmişdir. 23407 ədəd dərslik və digər məktəb
sənədləri gətirilmiş və məktəblərə
çatdırılmışdır. Hər il olduğu kimi,
bu il də Qaçqın və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi və
Heydər Əliyev Fondu tərəfindən verilmiş 825 ədəd
məktəbli çantası bütün ləvazimatları
ilə birgə, 767 dəst məktəbli paltarı gətirilmiş
və məktəblərə verilmişdır. Hazırda 19 məktəb
telefonlaşdırılmış, 7 məktəb internetə
qoşulmuşdur. Cari ilin yanvar və fevral aylarında
bütün məktəb rəhbərləri Təhsil
Nazirliyinin göstərişi əsasında "Mədəd"
təşkilatı tərəfindən İKT, eləcə də
yeni tədris ilində 5-ci siniflərdə dərs deyəcək
fənn müəllimləri iyun və avqust ayları kurrikulum
üzrə xüsusi kurslardan keçmişlər. Hər il
olduğu kimi, bu il də bütün məktəblərdə
1-ci sinfə qəbul olunacaq uşaqlar üçün pulsuz
hazırlıq kursları təşkil edilmişdir.
Yüksək
rəhbərlik bacarığı ilə idarə olunan Azərbaycan
təhsilinin bugünkü sürətli inkişaf tempi onu deməyə
əsas verir ki, çox yaxın gələcəkdə təhsildə
böyük uğurlar qazanılacaq, möhtərəm
Prezidentimizin neft kapitalını insan kapitalına çevirmək
siyasəti özünü tələb olunan səviyyədə
doğruldacaqdır. Burada ölkə Prezidentinin daha bir fikrini
diqqətinizə çatdırmaq istərdim."Oxumaq
hamıya lazımdır. Azərbaycanda təhsilin səviyyəsi
artır və biz buna çox sevinirik. Biz istəyirik ki, gənc
nəsil bilikli, savadlı olsun, eyni zamanda, vətənpərvərlik
ruhunda tərbiyə alsın. Gələcəkdə həm
özlərini təmin etsinlər, cəmiyyətdə özlərinin
yerini tutsunlar, eyni zamanda, ölkəmizin ümumi
inkişafına öz töhfələrini versinlər."
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 11 sentyabr.- S.
9.