Erməni terror təşkilatları
və onların iç üzü
"Nemezis" terror hərəkatı
(əvvəli qəzetin 9 sentyabr 2012-ci il tarixli
sayında)
5 avqust
1980-ci il. Lion. Fransa. İki terrorçu
Türkiyə konsulluğunun binasına soxularaq atəş
açır. Nəticədə iki
şahid həlak olur və bir neçə nəfər
yaralanır.Məsuliyyəti ASALA öz üzərinə
götürür.
26 sentyabr
1980-ci il. Paris. Fransa. Türkiyə səfirliyinin mətbuat məsələləri
üzrə müşaviri Səlcuq Bakalbaşı mənzilinə
girərkən ona iki dəfə atəş
açılır. Bakalbaşı
ağır yaralanır və iflic olur. Məsuliyyəti
ASALA və "Erməni gizli azadlıq ordusu" (ASOA) adlanan
qrup öz üzrərinə götürür.
3 oktyabr 1980-ci il.Madrid.İspaniya. Partlayış
nəticəsində İtaliyanın "Al İtaliya"
aviakompaniyasının binası dağıdılır, 12 nəfər
yaralanır. ASALA məsuliyyəti öz
üzərinə götürür.
12 oktyabr
1980-ci il. ABŞ.Nyu-York.
Türkiyə mehmanxanası qarşısında
qaçırılmış avtomobilə qoyulmuş bomba
partladılır. Partlayış nəticəsində
4 amerikalı həlak olur, qonşu binalara xeyli ziyan dəyir.
CSAQ qrupu kütləvi informasiya vasitələrinin
nümayəndələrinə zəng vuraraq
partlayışın onlar tərəfindən törədildiyini
bildirir.
4 mart
1981-ci il. Paris.Fransa. İki
terrorçu Türkiyə səfirliyinin əmək məsələləri
üzrə attaşesi Rəşad Moraliyə, dini işlər
üzrə məsul şəxs Təsəlli Ariyə və Anadolu
Bankın nümayəndəsi İlkay Qaraqoça atəş
açır. Ağır yaralanmış
Təsəlli Ari ertəsi günü Paris xəstəxanasıda
keçinir. ASALA-dan olan " Şaan
Natali" qrupu qətlə görə məsuliyyəti öz
üzərinə götürür.
12 mart
1981-ci il. Tehran. İran.
Bir qrup terrorçu Türkiyə səfirliyinə
hücum edir, 2 keşikçi öldürülür.
Terrorçulardan ikisi yerli hökumət tərəfindən
yaxalanır və sonra edam olunur. Məsuliyyəti ASALA öz üzərinə
götürür.
9 iyun
1981-ci il. Cenevrə.İsveçrə.
Türkiyə konsulluğunun katibi Mehmet Savaş Ergüz konsulluqdan
çıxarkən qətlə yetirilir. Martir
Camqoçyan adlı terrorçu hökumət tərəfindən
həbs olunur. Hücuma görə məsuliyyəti
ASALA öz üzərinə götürür.
28 yanvar
1982-ci il. ABŞ. Los-Anceles. Kaliforniya ştatı.
Türkiyənin konsulu Kamal Arkan işə gedərkən
iki terrorçu tərəfindən öldürülür.
Qatillərdən biri 19 yaşlı Livan mühaciri Xamtiq
Sosunyan həbs edilir,sonra mühakimə
olunaraq ömürlük həbs cəzası alır. Onun cinayət yoldaşı Krikor Saliba Livana
qaçır, qətlə görə məsuliyyəti erməni
təşkilatı CSAQ öz üzərinə götürür.
26 mart
1982-ci il. Beyrut. Livan. Beyrutun erməni məhəlləsində
tez-tez türk filmlərini nümayiş etdirildiyi konoteatrda
güclü partlayış baş verir, nəticədə iki
nəfər həlak olur, 16 adam
yaralanır. Partlayışa görə məsuliyyəti
ASALA öz üzərinə götürür.
4 may
1982-ci il. ABŞ. Kembric. Massaçusets
ştatı. Türkiyənin Bostondakı
fəxri konsulu Orxan Gündüz şəxsi avtomobilində
erməni terrorçusu tərəfindən qətlə
yetirilir. Məsuliyyəti CSAQ erməni
terror təşkilatı öz üzərinə
götürür. Bu terror ABŞ ictimaiyyətində də
geniş narahatlıq yaratmış və o zamankı Prezident
Ronald Reyqan cinayəti törədən şəxsləri
tapmağı tapşırsa da, heç bir nəticə
olmur.Onu da qeyd edək ki, bu hadisədən cəmi iki ay əvvəl
martın 22-də Orxan Gündüzün ofisi
partladılmış,özü isə ağır
yaralanmışdı. Hadisənin sonrakı
inkişafından da görürük ki, fəxri konsulun
ağır yaralanması, konsulluq binasının
partladılması erməni terrorçularına kifayət etməmiş,
Osman Gündüzün qətli üçün
qarşılarına qoyduqları iyrənc məqsədi iki ay
sonra həyata keçirmişlər.
7 iyun
1982-ci il. Lissabon. Portuqaliya. Türkiyə səfirliyinin
inzibati-təsərrüfat məsələləri üzrə
attaşesi Erkut Akbay və onun həyat yoldaşı Nadidə
Akbay öz evlərinin qarşısında terrorçular tərəfindən
öldürülür. Məsuliyyəti
CSAQ öz üzərinə götürür.
7 avqust 1982-ci il.Ankara. Türkiyə.
"Esenboğa" hava limanında erməni
terrorçuları müxtəlif ölkələrin (ABŞ,AFR,Türkiyə və s.) vətəndaşlarını
qətlə yetirmişlər. Erməni
silahlı cinayətkarlar gözləmə salonunda atəş
açır, terrorçulardan biri hava limanının
restoranında 20-dən artıq adamı girov
götürür. Digər terrorçu
polis tərəfindən yaxalanaraq zərərsizləşdirilir.
Adamları girov götürmüş
terrorçu ilə atışma zamanı 9 nəfər
ölür, 82 nəfər yaralanır. Cinayətə
görə məsuliyyəti ASALA erməni terror təşkilatı
öz üzərinə götürür. Tutulmuş terrorçu Levon Əkməkcyan sonradan
cinayət məsuliyyətinə cəlb olunur.
27 avqust
1982-ci il. Ottava. Kanada. Türkiyənin səfirliyinin
hərbi attaşesi, polkovnik Atilla Altıkat şəhərin
küçələrindən birində qırmızı
işıqda dayanarkən atəşə tutulur və qətlə
yetirilir. Qətlə görə məsuliyyəti
CSAQ erməni terror qrupu öz üzərinə
götürür.
9 sentyabr
1982-ci il. Burqas. Bolqarıstan. Türkiyə
konsulluğunun inzibati-təsərrüfat məsələləri
üzrə attaşesi Bora Suelkan öz evində terrorçu tərəfindən
qətlə yetirilir. Aradan çıxan
qatil belə bir məzmunda kağız yazıb qoyur. " Türk diplomatını biz- erməni
xalqının soyqırım əleyhinə haqq-ədalət
kombatı öldürmüşük" Naməlum şəxs
isə "Assosiated Press" informasiya agentliyinə zəng
vuraraq xəbər verir ki, qətli ASALA erməni terror təşkilatı
törətmişdir. Göründüyü
kimi, bir-birindən fərqli olan bu iki erməni terror təşkilatı
aralarında yaranmış ixtilaflara görə məsuliyyəti
üzərilərinə götürmək üstündə
belə intriqa aparmışdır.
9 mart
1983-cü il. Belqrad. Yuqoslaviya. Şəhərin mərkəzində
iki erməni terrorçusunun Türkiyə səfirinə
qarşı hücumu olur. Nəticədə
səfir Qalib Balkar qətlə yetirilir. Terrorçular
Yuqoslaviya vətəndaşları tərəfindən
yaxalanır. Terrorçulardan biri atəş
açaraq yuqoslaviyalı polkovniki yaralayır. Daha sonra terrorçular mülki geyimli insanlara da atəş
açaraq bir tələbə oğlanı öldürür
və bir qadını yaralayırlar. Terrorçuladan
biri polis əməkdaşları tərəfindən
öldürülür. CSAQ terror təşkilatı
məsuliyyəti boynuna alır. Ən qəribəsi
orasıdır ki, iki terrorçu Krikor Levonyan və Rafi
Elbekyan Yuqoslaviya hakimiyyət orqanları tərəfindən
cinayət məsuliyyətinə cəlb olunsalar da hər ikisi
tezliklə azad edilir. "Armenian Reporter" qəzetinin
1987-ci il 30 iyul tarixli nömrəsində
yazılır ki, hər iki terrorçu Yunanıstanda
sığınacaq tapmışdır.
16 iyun
1983-cü il. İstanbul.
Türkiyə. Erməni
terrorçuları dünyada məşhur olan "Qapalı
çarşı" adlı bazarda əl qumbaraları və
avtomatla silahlanmış saqqallılar 2 nəfəri qətlə
yetirir və 21 nəfəri yaralayırlar. ASALA erməni terror təşkilatı məsuliyyəti
öz üzərinə götürür. Bu terror hadisəsinə onlarla türkün qanına
əli bulaşmış, Xocalıda azərbaycanlılara
qarşı həyata keçirilən qırğında fəallıq
göstərmiş Monte Melkonyanın başçılıq
etdiyi bildirilir.
13 iyul
1983-cü il. Paris. Fransa.Türkiyənin
yeddi vətəndaşı Paris hava limanında təyyarə
gözləyərkən erməni terrorçuları tərəfindən
qətlə yetirilir.
14 iyul 1983-cü il.Brüssel.Belçika. Türkiyə
səfirliyinin attaşesi Dursun Aksoy öz maşınında
güllə ilə öldürülür. Üç erməni terror təşkilatı - ASALA,
CSAQ və "Erməni İnqlabi Ordusu" qətlə
görə məsuliyyəti öz üzərinə
götürür.
15 iyul
1983-cü il. Paris. Fransa.
"Orli" hava limanında Türkiyə hava
yollarının kassası önündə partlayış nəticəsində
8 nəfər həlak olur. Onların arasında 4
fransız,2 türk, 1 amerikalı,1
isveçli olur. Bundan əlavə, 60 nəfər
yaralanır. ASALA erməni terror təşkilatının
Fransadakı şöbəsinə başçılıq edən
Suriya mənşəli 29 yaşlı erməni Varocan Qarabedyan
partlayışın təşkilində iştirak
faktını etiraf etmiş və demişdir ki, bomba təyyarədə
partlamalı idi.
27 iyul 1983-cü il.Lissabon. Portuqaliya. Beş erməni terrorçusundan ibarət qrup
Türkiyənin Lissabondakı səfirliyini hücumla ələ
keçirməyə cəhd göstərir. Lakin onlar
buna müvəffəq ola bilmir,çarəsiz
qalaraq səfirin müavininin mənzilini tutur, onun ailəsini
girov götürürlər. Bomba
terrorçunun əlində partlayır, diplomatın
xanımı və dörd terrorçu həlak olur. Səfirin müavini və oğlu yaralanır. Beşinci terrorçu isə Türkiyə təhlükəsizlik
(Milli İstikbarat Təşkilatı-MİT) qüvvələri
ilə atışmada məhv edilir. Hadisə
nəticəsində Portuqaliyanın bir polis əməkdaşı
qətlə yetirilir, bir neçə vətəndaş
yaralanır. "Erməni İnqlab
Ordusu" cinayətə görə məsuliyyəti öz
üzrərinə götürür.
Bir müddət sonra ABŞ-dakı erməni kilsələrində
"Beş qəhrəmanın"ruhları
üçün yadetmə ibadətləri həyata
keçirilir.Onlar Lissabonda ölən terrorçuları
"böyük əzabkeşlər" adlandıraraq və
onların ruhuna kütləvi dualar edirlər. Bunu
"Armenian Weekly" qəzetində yazılanlar da sübut
edir. Qəzetdə yazılır ki, "Müqəddəs
Vartanyans kilsəsində dörd yüzdən çox adam
iştirak edir. "Beş qəhrəman"ın
ruhları üçün qısa yadetmə ibadəti."Boy
scout"erməni ordusunun yerli dəstəsi bayraqla və
şam yandırmaqla mərasim keçirmişdir.Əllərində
yanar şam və qarşılarında üçrəngli
erməni bayrağı olan uşaqların hər biri " qəhrəmanları" təsvir edirdi.
Həqiqətən gülünc vəziyyətdir
ki, dinc insanı öldürən terrorçu qəhrəman
adlandırılır və onun ruhuna uşaqlar belə dua
edir. Bu erməni cəmiyyətinin terrorda
açıq-aşkar iştirak etdiyinə dəlalət edir.
17 avqust
1983-cü il. Tehran. İran.
"Air France" nin Tehrandakı nümayəndəsi
öz avtomobilində güllə ilə
öldürülür. ASALA erməni terror təşkilatı
bu cinayəti öz üzərinə götürür.
27
avqust.1983-cü il. Almaniya Federativ
Respublikası. Fransa konsulluğunda bomba partlaması nəticəsində,əsasən Almaniya və Fransa vətəndaşları
olan 2 adam ölür, 23 nəfər yaralanır.Bu cinayəti
də ASALA öz üzərinə götürür.
1 oktyabr
1983-cü il. Marsel. Fransa. Beynəlxalq Ticarət Yarmarkasında
baş vermiş terror aktı nəticəsində SSRİ,
ABŞ-ın və Əlcazairin pavilyonları partladılır,
nəticədə 1 nəfər ölür, 26 nəfər
yaralanır.Aksiyanı ASALA və "Orli təşkilatı"
öz üzərinə götürür.
28 mart
1984-cü il. Tehran. İran.
Türkiyə diplomatlarının həyatına
bir sıra sui-qəsdlər təşkil olunur.İki erməni
terrorçusu Türkiyə vətəndaşı
İsmayıl Pamukçuya atəş açaraq onu
ağır yaralayır. ASALA məsuliyyəti
öz üzərinə götürür. Türkiyə səfirinin birinci katibi Həsən Sərvət
Öktəm terrorçuların hücumuna məruz qalır və
yaralanır. Türkiyə səfirliyinin
maliyyə məsələləri üzrə
müşavirinin avtomobilinə bomba qoymaq istəyən erməni
terrorçusu bombanın vaxtından əvvəl partlaması
nəticəsində həlak olur. Terrorçunun şəxsiyyəti
müəyyənləşir: Sultan Qreqoryan. O
ASALA terror təşkilatının İran şöbəsinin
üzvü idi.
26 aprel 1984-cü il.Ankara. Türkiyə. Baş nazir Turqut Özalın ünvanına hədə-qorxu
məktubu gəlir.Məktubda baş nazirə xəbərdarlıq
edilir ki, Tehrana nəzərdə tutulmuş səfərindən
əgər imtina etməsə, ASALA onun ölkəsinəı
qarşı bir sıra terror aktları təşkil edəcəkdir.
28 aprel
1984-cü il. Tehran. İran.
İki erməni terrorçu Türkiyə vətəndaşı
İşık Yöndərin maşınını atəşə
tutur.Nəticədə İşık Yöndər həlak
olur. Məsuliyyəti ASALA öz üzərinə
götürür.
(ardı var)
Anar TURAN
Xalq qəzeti.- 2012.- 14 sentyabr.- S.
6.