35 nömrəli
uşaq musiqi məktəbi öz ənənələrinə
sadiqdir
Son illər
ölkəmizdə musiqi sənətinin inkisafina xüsusi diqqət
yetirilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın incəsənətin
bu sahəsinə böyük qayğısı nəticəsində
Azərbaycan musiqisinə, xüsusilə muğam sənətimiz
düyada tanındı və musiqiçilərimiz beynəlxalq
müsabiqələrdə uğurla çıxış etdilər.
Söz yox ki, Azərbaycan musiqi sənətinin inkişafında musiqi məktəblərinin rolu olduqca böyükdür. Bu cəhətdən Bakıdakı 35 saylı məktəbin fəaliyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Məktəb Georgi Şaroyevın adını daşıyır. Dahi Üzeyir Hacıbəylinin dəvəti ilə görkəmli rus bəstəkarı və pianoçusu Anton Rubinşteynin nəslindən olan G.Şaroyev Petroqrad Konservatoriyasını bitirdikdən sonra, 1919-cu ildən ömürlük taleyini Bakı ilə bağlamışdır. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) yaradılmasında G.Saroyevin böyük xidməti olmuş və 1921-ci ildən ömrünün sonuna kimi (1969-cu ilə kimi) Azərbaycan Dövlət Konservatoriyasında fortepiano kafedrasının müdiri, dekan, elmi və tədris işləri üzrə prorektoru vəzifələrində çalışmışdır. O, Azərbaycanda musiqi mədəniyyətinin inkişafina əhəmiyyətli xidmətlər göstərərək Konservatoriyanın professoru və Azərbaycanın əməkdar incəsənət xadimi kimi fəxri adlara layiq görülmüşdür.
G.Şaroyevin təşəbbüsü və rəhbərliyi ilə 1934-1935-ci illərdə Müdafiə Nazirliyinin Bakı Dairəvi Zabitlər Evinin nəzdində musiqi dərnəklərinin bazasında uşaq musiqi məktəbi fəaliyyətə başlamışdır. 1960-cı ildə isə proqramlara məcburi fənn kimi pedaqoji praktika, xor dirijorluğu və təlim metodikası fənləri daxil edilərək onbirillik Orta İxtisas Musiqi məktəbi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə G.Şaroyevin ölümündən sonra məktəbə onun adı verilmişdir..
2012-2013-cü tədris ilində məktəbdə 23 ixtisas üzrə 375-ə yaxın şagird təhsil alacaq. Onların təhsili ilə 85 nəfər ali, 15 nəfər orta ixtisas təhsilli müəllimlər məşğul olacaqlar. Həmçinin Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının professor və dossentləri tədrisin keyfiyyətli aparılmasına yaxından kömək göstərirlər.
Məktəbin şagirdləri dəfələrlə beynəlxalq festivalların iştirakçısı olmuş, mükafatlara layiq görülmüşlər. Ülkər Hacılı, Səriyyə Babayeva, Nigar Babayeva, Fəridə Rzayeva, Fidan Ağayeva müxtəlif beynəlxalq müsabiqələrin laureatları olmuşlar.
2011-ci il noyabr ayının 1-dən 5-dək İsveçin paytaxtı Stokholmda keşirilmiş II Beynəlxalq "Rondo" musiqi festivalında G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano şöbəsinin şagirdi, 12 yaşlı Nəriman Əmiraslanov iştirak etmişdir. II turun ifasından sonra münsiflərin yekdil qərarı ilə Nəriman festivalın II dərəcəli diplomuna layiq görüldü. O, "Qala konsert"də Qara Qarayevin pyeslərini ifa etdi.
Münsiflər heyətinin üzvü Natalya Kazimirovskayanın diqqətini cəlb etmiş Nəriman onun tərəfindən xüsusi mükafata, İsveç Konservatoriyasının professorundan ustad dərslərini almağa və 2012-ci ildə İsveçdə keçiriləcək növbəti müsabiqəyə dəvət olundu. Sonralar Nəriman daha bir neçə beynəlxalq müsabiqənin laureatı olmuşdur.
Bir məsələni də qeyd edək ki, dövlətimiz tərəfindən də məktəbin istedadlı uşaqları dəfələrlə mükafatlandırılmış, onlara xüsusi diiqqət və qayğı göstərilmişdir. Belə ki, Rzayeva Fəridə Cavanşir qızı, Əmiraslanov Nəriman Sabir oğlu, Manafzadə Atabala İkram oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı" na adı yazılmaqla Azərbaycan Respublikasının Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər. Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq məkəbin binasi əsaslı təmir olunmuş, burada akt zalı, yeni sinif otaqları yaradılmış, istilik sistemi quraşdırılmış, muasir avadanlıqlarla təchiz olunmuşdur. Məktəbin direktoru Yusif Vəliyevin bildirdiyinə görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev tez-tez məktəbdə olur, onun problemlərinin həllinə vaxtaşırı kömək göstərir. İnanırıq ki, yeni dərs ilində məktəbin uğurları daha da artacaq, məktəb milli musiqi sənətimizin inkişafına öz töhfələrini verəcəkdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 26 sentyabr.- S.
6.