Erməni terroru: hədəf Azərbaycandır

 

"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu uşağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərak dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bunu daha 3 türk uşağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim... Hər bir erməni mənim bu hərəkətimdən fəxr duymalıdır." Zori Balayan. "Ruhumuzun dirçəlişi" əsəri. səh. 260-262

 

Bu sözləri ermənilərin ən çox sevdikləri yazıçılarından biri, Azərbaycan xalqının qəddar düşməni Zori Balayan bildirmişdir. Bir millətin ziyalısı da terrordan bu şəkildə danışırsa və körpəyə qarşı etdiyi amansız hərəkətdən qürur duyursa, onda onun mənsub olduğu millət haqqında təsəvvür yaratmaq heç də çətin deyil.

Dünyada terrordan əziyyət çəkən ölkələr çoxdurbu siyahıda ilk yerlərdən birini məhz Azərbaycan tutur. Zaman-zaman xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etibarından sui-istifadə etmiş ermənilər çar Rusiyasının və digər havadarlarının köməyi ilə bu torpaqlara köçürüldükdən sonra bizimlə "qonşu" qismində və öz bəd əməllərini davam etdirərək, bütün Cənubi Qafqaz regionu üçün arzuolunmaz millətə çevrilmişlər.

Ermənilərin Qafqaz xalqlarına qarşı amansızlığı son iki yüz il müddətində daha aydın seçilmişçar Rusiyasının dəstəyindən yararlanaraq, bu torpaqların aborigen sakinlərinə qarşı açıq terror etməkdən çəkinməmişlər. Öz çirkin məqsədləri olan "Böyük Ermənistan" xülyasının reallaşması üçün cidd-cəhdlə fəaliyyətə keçmiş, qarşılarında yerli xalqların müqavimətini gördükdə dinc əhaliyə qarşı silahlı basqınlara, quldurluğa keçmiş və qəddar terror əməlləri törətmişlər. Bu terror aktlarından isə ən çox Qafqazın azərbaycanlı əhalisi əziyyət çəkmiş və xeyli sayda günahsız insan həyatını itirmişdir. XX əsrin əvvəllərində xalqımıza qarşı kütləvi teror aktları həyata keçirmiş ermənilər əsrin sonlarına yaxın yenidən fəallaşdılar. Onlar silahsız və günahsız azərbaycanlı əhalinin arasında vahimə yaratmaq, onları öz qədim torpaqlarından qovub çıxartmaq üçün ən çirkin metod hesab edilən terroru seçdilər. Azərbaycan SSR-də dövlət üsul-idarəsinin zəifliyi, sovet imperiya rəhbərlərinin hadisələrə göz yumması, ermənilərin silahlandırılması onlar üçün öz dillərilə desək "qisas" almaq üçün bir fürsət oldu. Xalqımıza qarşı tuşlanmış bu amansız aktların xronoloji ardıcıllığına nəzər yetirək:

16 sentyabr 1989-cu il. "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən "İkarus" markalı sərnişin avtobusu Yevlax rayonu ərazisində partladılmış, 5 nəfər həlak olmuş, 27 nəfər isə müxtəlif bədən xəsarəti almışdır.

13 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci kilometrliyində "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, nəticədə 13 nəfər ağır yaralanmışdır.

11 iyul 1990-cı il. Ağdərə rayonunun "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.

10 avqust 1990-cı il. "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A.AvanesyanM.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşdur. Həmin gün "Şəmkir-Gəncə" avtomobil yolunda, Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır.

30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.

9 yanvar 1991-ci il. "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı törədilmiş terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan, A.ManqasaryanQ.Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşdur.

30 may 1991-ci il. Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.

19 iyun 1991-ci il. "Yevlax-Laçın" avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus "UAZ-469" markalı avtomaşın partladılmış, 1 nəfər həlak olmuş, 1 nəfər ağır yaralanmışdır.

31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.

2 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşın partladılmış, 7 nəfər ağır xəsarət almışdır.

21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, 1 nəfər həlak olmuş, 5 nəfər ağır bədən xəsarəti almışdır.

8 sentyabr 1991-ci il. "Ağdam-Xocavənd" avtobusunun atəşə tutulması nəticəsində 4 nəfər qətlə yetirilmiş, 17 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun V.Xaçaturyan, S.Yeremyan, Ş.Çalyan, A. Arustamyan tərəfindən törədildiyi sübuta yetirilmişdir.

Həmin gün "Ağdam-Qaradağlı" marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər xəsarət almışdır.

26 sentyabr 1991-ci il. "Yevlax-Laçın" yolunda "VAZ-2106" markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.

19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında "UAZ-469" markalı avtomaşın partladılmış, 2 nəfər həlak olmuş, 1 nəfər ağır yaralanmışdır.

20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər, ümumilikdə 19 nəfər həlak olmuşdur.

26 dekabr 1991-ci il. Şuşa-Laçın yolunun 4-cü kilometrliyində "ZİL-130" və "Moskviç" maşınları partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.

8 yanvar 1992-ci il. Türkmənistandan "Krasnovodsk-Bakı" marşrutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.

28 yanvar 1992-ci il. "Ağdam-Şuşa" marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Çoxu qadın və uşaqlardan olan 44 nəfər həlak olmuşdur.

1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri tərəfindən Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər qətlə yetirilmişdir.

 

(ardı var)

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 2012.- 26 sentyabr.- S. 3.