Ermənilərin terrorçu təşkilatı ASALA yenidən fəallaşır

 

Heç kəsə sirr deyil ki, uzun illərdir Qərbdə və bir sıra Şərq ölkələrində kök salmış erməni terror təşkilatları zaman-zaman fəallaşmış, çoxsaylı insan tələfatına səbəb olan aksiyalar həyata keçirmişöz "missiyalarını" yerinə yetirdikdən sonra qeyri-leqal şəraitdə fəaliyyətlərini davam etdirmişlər. Son günlər həmin təşkilatlardan olan "Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu" - ASALA-nın (Armenian Secret Army for the Liberation of Armenia) fəallaşması müşahidə olunur. Görünən odur ki, qaniçən terrorçu ermənilər hələ də vandalizm əməllərindən əl çəkmək niyyətində deyillər. Bu millətin mayası, sanki terrordan, qətliamdan, qəddarlıqdan, amansızlıqdan tutulub. Erməni terrorizmi isə artıq beynəlxalq terrorizmin tərkib hissəsinə çevrilib.

 

Azərbaycan diplomatları erməni terrorçularının hədəfində

 

Ermənistan hökumətinin qızışdırıcı, aqressiv mövqeyindən ruhlanan başda ASALA olmaqla erməni terror təşkilatları təkcə bu ay ərzində bir neçə dəfə Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədəfə götürməklə hədələyiblər. Fakt kimi qeyd edək ki, sentyabrın 3-də Azərbaycanın Macarıstandakı və bir sıra digər ölkələrdəki səfirliklərinə ASALA Fighters terror təşkilatından daxil olmuş sənədlərdə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədələnib və onların qətlə yetiriləcəyi açıq şəkildə bildirilib. Həmin sənədlərdə deyilir: "Erməni xalqı tarixin hər dönəmindən böyük acılardan keçmiş, ancaq hər zaman var olmağı bacarmışdır. Ermənistanı qərbdə Türkiyə, şərqdə Azərbaycan və müttəfiqləri olan sionistlər bir əhatəyə almışlar. Ermənistana qarşı yürütdüyünüz siyasi, iqtisadi, əsgəri basqı daim fiasko ilə sonuclanmışdır. Bizim müqavimətimiz, şərəf və əzmimiz sayəsində, əhalimizin kiçik olmasına rəğmən, daim sizin pantürkist, erməni xalqını yoxetmə səylərinizi boşa çıxartmışdır... Diqqət, sizə bu mesajı göndəririk: Çox yaxında bütün azəri diplomatik nümayəndəliyinin əməkdaşları bu günə qədər tətbiq etmədiyimiz bir üsulla öldürüləcəkdir...".

Həqiqətən də, ciddi xəbərdarlıqdır və xatırlayırsınızsa, "Əl-Qaidə" kimi beynəlxalq terrorçu təşkilatlar da oxşar formalarda ABŞ və onun müttəfqilərinə xəbərdarlıq edirlər. Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin bu gün də təhdid dolu məktublar alması da beynəlxalq terrorçuların hamısının eyni "mübarizə" taktikasından istifadə etməsindən xəbər verir. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin açıqlamaları isə belə deməyə əsas verir ki, ASALA terrorçu təşkilatı öz çirkin məqsədini yerinə yetirmək üçün hələ də fürsət axtarır. Səfir vurğulayır ki, respublikamızın bu ölkədəki diplomatik nümayəndəliyinə gələn təhdid dolu məktubların ardı-arası kəsilmir: "Biz hədə məktubları almışıq və alırıq. Bu mənada, hətta müəyyən təxribat əməllərinin həyata keçirilməsini istisna etmirik... Ancaq Azərbaycan dövləti öz vətəndaşlarını qorumağa qadirdir. Bu da ASALA-nın və digər erməni terror təşkilatlarının təhdidləri qarşısında bizim ən güclü silahımızdır".

Azərbaycanın Macarıstandakı səfiri onu da bildirib ki, ölkənin Daxili İşlər Nazirliyi Azərbaycan səfirliyinin binası və səfirin iqamətgahı qarşısında 24 saatlıq mühafizə təşkil edib. Hazırda bu mühafizənin daha uzunmüddətli olması ilə bağlı danışıqlar aparılır. Macar polisi səfirlik əməkdaşlarının yaşadıqları binaları da nəzarətə götürüb: "Bizə daxil olan hədə xarakterli elektron məktublar və zənglər barəsində dərhal Macarıstan tərəfini məlumatlandırırıq. Bütün belə təsadüflərdə onların reaksiyası son dərəcə professional operativ olur. Erməni terror təşkilatları Azərbaycanın yalnız Macarıstanda deyil, digər ölkələrdəki səfirliklərini hədəfə götürə bilərlər. Ona görə xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin bu günlərdə öz işini başa çatdıran toplantısında diplomatlarımızın təhlükəsizliyinin təmin olunması məsələsi bir qədər epizodik şəkildə olsa, müzakirə edildi. İnanmaq istərdik ki, vəziyyətin ciddiliyi nəzərə alınaraq, bu istiqamətdə ən qısa zamanda operativ səmərəli tədbirlər hazırlanacaq həyata keçiriləcək".

 

ASALA-nın bir nömrəli düşməni: Türkiyə, Azərbaycan İsrail

 

Bildiyiniz kimi, ötən əsrin 70-80-ci illərində bütün dünyada türk diplomatlarına, sonrakı dövrdə isə Azərbaycan vətəndaşlarına qarşı törədilmiş çoxsaylı terror aktları ASALA-nın digər erməni təşkilatlarının bədxah əməllərinin nəticəsidir. ASALA-nın yaradılmasının məqsədi Şərqi Türkiyə, Şimali İran Azərbaycanın Naxçıvan Dağlıq Qarabağ bölgələrinin daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. Terrorçu təşkilat, əsasən, Türkiyə Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olub. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk diplomatının ölümünə görə məsuliyyəti öz üzərinə götürən A.Akopyan 1980-ci il avqustun 1-də "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirib ki, bizim düşmənimiz türk rejimi, NATO bizlə əməkdaşlıq etməyən ermənilərdir.

Xatırladaq ki, ASALA terorçu təşkilatı Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə, 1975-ci ildə Beyrut şəhərində həmin Akop Akopyan Akop Tarakçıyan adlı faşist əqidəli ermənilər tərəfindən yaradılıb. Həmin il Parisdəki erməni konfransında ASALA-ya yerli qüvvələr qoşulub. 1981-ci ildə təşkilat "fəaliyyətinin zirvə nöqtəsinə" çatıb, ancaq 1983-cü ildə ikiyə bölünüb. 1981-ci ildə bir sıra terror hadisələri törədən ASALA, hətta İsveçrəni Fransanı da hədələməyə başlayıb. Təşkilat durmadan öz sıralarını genişləndirib. Kanadadakı "Azad Hay", İngiltərədəki "Kaytzer" terrorçu qrupları ASALA-ya qoşulublar.

İsrail qoşunlarının Beyruta girməsi ilə birlikdə ASALA bu şəhəri tərk etmək məcburiyyətində qalıb. Bu gün terrorçu təşkilatın Tel-Əvivə yəhudilərə nifrətlə yanaşması, onları düşmən elan etməsi, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə ünvanladıqları təhdid sənədində "Ermənistanı qərbdə Türkiyə, şərqdə Azərbaycan müttəfiqləri olan sionistlər bir əhatəyə almışlar." - kimi ifadələrin yer almasının səbəbi vaxtilə İsrailin erməni terrorçularına qarşı barışmaz mövqedə durması ilə əlaqədardır. Hələ həmin illərdə Beyrut radiosundakı çıxışında Akop Akopyan həyasızcasına bildirib ki, İsrailin işğalından sonra ASALA-nın Livandakı 3 təlim düşərgəsi yəhudilər tərəfindən vəhşicəsinə dağıdılıb, ona görə ermənilər bunu Tel-Əvivə heç vaxt bağışlamayacaq, məqam düşən kimi yəhudilərdən intiqam alacağıq.

Bundan başqa, əvvəllər İsrail ilə Türkiyənin kəşfiyyat orqanları ASALA digər terrorçu təşkilatlara qarşı birgə mübarizə aparıb. Yəhudi dövlətinin MOSSAD kəşfiyyat orqanı Fələstin ərazilərində, həmçinin Livanda ələ keçirdiyi Türkiyə vətəndaşı erməni terrorçularını qardaş ölkəyə ekstradisiyasını təmin edib. Bu mənada, MOSSAD ASALA üçün ən təhlükəli düşmən obrazını formalaşdırıb. Bəzi internet saytlarında yayılan məlumatlardan aydın olur ki, erməni terrorçu təşkilatının rəhbərliyi keçirdiyi gizli toplantılarda tərəfdaşlarına İsrail dövlətinin var olduğu müddət ərzində "Böyük Ermənistan" xəyallarını gerçəkləşdirə bilməyəcəklərini bildiriblər. Onlar belə hesab edirlər ki, yəhudilər türklərin tarixi müttəfiqləridir. Erməni terrorçularının ideoloqlarından biri 1981-ci ildə ASALA-nın Beyrut radiosunda yayımına başlanmış "Livanlı ermənilərin səsi" adlı bir saatlıq proqramda eynilə bu sözləri deyib: "Əslində, biz Türkiyəni diz üstə çökdürmədən öncə İsraili darmadağın etməli, onun məhv edilməsi üçün müttəfiqlərimizə köməyimizi əsirgəməməliyik. Çünki qatil türklərin hökmdarı Sultan Bəyazit 1490-cı ildə İspaniya Portuqaliyada xristianların qulu olan, əzilən yəhudilərə ölkəsində sığınacaq verib. Bu azmış kimi, Bəyazit həm ermənilərdən qarət etdiyi malları həmin yəhudilərə hədiyyə edib. İkinci Dünya müharibəsində Hitlerdən qaçan 10 minlərlə qorxaq yəhudi yenə Türkiyəyə sığınıb. Türkiyə yenə onları himayəsinə götürüb. Yəhudilər bunu unutmurlar. Ona görə vəfa borclarını ödəmək üçün fürsət düşən kimi, bizi məhv edirlər". Onu da deyək ki, terrorçu təşkilat 1983-cü ildə ikiyə parçalanıb. Akop Akopyanın yanında yer alan birinci qrup Yunanıstan Fələstin ərazilərindəki insanları qoca, cavan, qadın, uşaq demədən qətlə yetirməyə başlayıb. A. Akopyan 1988-ci ildə Afinada öldürüldükdən sonra təşkilatda parçalanma meylləri daha da arıb. Onların Qərbi Avropadakı qrupu "ASALA İnqilab Hərəkatı" adlanıb. Bu qrupun əsas hədəfi öncəliklə Türkiyənin, daha sonra isə İsrailin xaricdəki diplomatik nümayəndəlikləri idi. "Əsas prioritetləri" isə dünyanın harasında olursa-olsun azərbaycanlıların türklərin qətlə yetirilməsidir. Təşkilatın liderlərinin fikrincə, Azərbaycan Türkiyədən qisas alındıqdan, "Böyük Ermənistan" qurulduqdan sonra bütün qüvvələri səfərbər edərək İsraili cəzalandırmaq lazımdır. Planlarını reallaşdırmaq üçün isə beynəlxalq terrorçu təşkilatlarla sıx münasibətlərini davam etdirirlər.

 

(ardı var)

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 29 sentyabr.- S. 5.