Elm elə bir zirvədir ki...
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri, akademik Qərib Məmmədovun "Azərbaycanda
aqrar islahatlar: tənəzzüldən ərzaq təhlükəsizliyinə
doğru" başlıqlı kitabı bütövlükdə
Heydər Əliyevin 1969-1982-ci illərdə aqrar sahədə
həyata keçirdiyi tədbirlərdən, eyni zamanda, torpaq
islahatının Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsindən bəhs edir.
İndiki
Azərbaycan Dövlət Pedoqoji Universitetinin orqanı olan
çoxtirajlı "Gənc müəllim" qəzetində
o, universitetin Tələbə Elmi Cəmiyyətinin
üzvü kimi Azərbaycan toponimlərinə, xüsusilə
də Ermənistan ərazisində tarixi düşmənlərimiz
olan erməni şovinistləri tərəfindən qədim
türk-Azərbaycan yer, yurd adlarının dəyişdirilməsinə
etiraz bildirən yazıları, müxtəlif
yaradıcılıq tədbirlərində tənqidi
çıxışları ilə həmişə diqqət
mərkəzində olardı.
Bu gün
anadan olmasının 65 illiyini qeyd etdiyimiz biologiya elmləri
doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü Qərib Şamil oğlu Məmmədova
o illər "yazılarında,
çıxışlarında, söhbətlərində
ehtiyatlı ol" deyənlər də az olmamışdı.
Ancaq bu "etirazlar"a, "xəbərdarlıqlar"a
baxmayaraq, o haqlı mövqeyindən geri çəkilmir, bu
tarixi haqsızlıqlara tutarlı faktlar və dəlillərlə
cavab verməyə çalışırdı.
1969-cu ildə
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi vəzifəsinə seçilən Heydər Əliyevin
məruzə və çıxışlarını dinlədikdə:
- İndi görərsiniz, özlərindən deyən, Azərbaycan
tarixini qərəzçiliklə saxtalaşdıran bu erməni
şovinistləri Heydər Əliyevin qarşısında necə
diz çökəcəklər - deyə qürurla
danışardı.
Coğrafiyaşünas
alimlərdən Budaq Budaqovun "Azərbaycan toponimləri",
akademik Həsən Əliyevin əsərləri, xüsusən
də "Təbiətin harayı" əsəri Qərib Məmmədovun
stolüstü kitablarına çevrilmişdi. Tələbə
Elmi Cəmiyyətinin üzvü olan Qərib Məmmədov o
illərdə yazırdı ki, insan yarandığı
gündən ötən milyon illər öncə təbiətin
torpağa verdiyi nemətlərlə qidalanmış və həmişə
torpaqdan istifadəyə ehtiyac duymuşdur. Azərbaycan
dünyanın ən qədim sivilizasiya mərkəzlərindən
biri kimi əkinçilik mədəniyyətinə malikdir. Bir
tərəfdən, aztorpaqlı ölkə olan Azərbaycan
Respublikasının ərazisinin məqsədli şəkildə
digər ölkələr arasında bölünməsi, digər
tərəfdən isə baş verən təbiət hadisələri,
torpaqlarımızın müxtəlif bölgələrdə
erroziyaya uğraması gələcəkdə müxtəlif
fəsadlar verə bilər. Hələ o zaman tələbə
Qərib Məmmədov erroziyaya uğramış,
şoranlaşmış, şorakətləşmiş və
digər səbəblərdən deqradasiyaya məruz
qalmış torpaqların müəyyən edilməsi və
xəritələşdirilməsi, onlardan səmərəli
istifadə olunması barədə təkliflər irəli
sürərdi.
O illərdə
yaradıcı tələbə-gənclər haqqında
söhbət düşəndə rektorumuz, professor Həşim
Ağayev, universitetin elmi işlər üzrə prorektoru
professor Rafiq Rəcəbov və başqaları Qərib Məmmədovun
elmi yazıları barədə danışar və onun
böyük gələcəyinə inandıqlarını
xüsusi rəğbətlə qeyd edərdilər.
Arzularının
işığında yaşayan Qərib Məmmədovun məqsədi,
niyyəti, elə-obaya, torpağa bağlılığı
bir daha onda özünü göstərdi ki, o, 1970-ci ildə
universitetin coğrafiya-biologiya fakültəsini bitirəndən
sonra başqa sahələrdə deyil, məhz ömür
yolunda ən çətin sahələrdən biri olan elm sahəsində,
Kənd Təsərrüfatı Nazirliyinin Elmi-tədqiqat
erroziya bölməsində əmək fəaliyyətinə
başladı. Q.Məmmədov ordu sıralarında xidmətdən
sonra Azərbaycan Milli Elmlər Akademiyasının
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda fəaliyyətini
davam etdirməklə həmin institutun aspiranturasına daxil
oldu.
Heç
şübhəsiz, bu elm ocağında aspirant kimi
çalışması və görkəmli
torpaqşünas alimlər - SSRİ Elmlər Akademiyasının
müxbir üzvü Vladimir Volobuyev, Azərbaycan Milli Elmlər
Akademiyasının akademiki Həsən Əliyev,
akademiyanın müxbir üzvləri Məmməd Emin Salayev,
Kazım Ələkbərov kimi görkəmli elm
adamlarının əhatəsində olan Qərib Məmmədov
kitabxanalarda və laboratoriyalarda gecəli-gündüzlü
ciddi axtarışlarda oldu.
Belə
bir deyim var: Bilik əldə etmək tay-tuş içərisində
irəli getmək, elm və sənətdən əl çəkmək
isə geriliklə razılaşmaq deməkdir. Bu mənada
bilik əldə etmək üçün bir çox hallarda
istirahətin nə olduğunu bilməyən Qərib Məmmədov
hər cür çətinliyə sinə gərərək
1978-ci ildə namizədlik dissertasiyasını müdafiə
etdi. Kiçik elmi işçi, böyük elmi
işçi, laboratoriya rəhbəri vəzifələrində
çalışdı. Ancaq bir gün olsun belə, alim qələmini
yerə qoymadı. 1991-ci ildə Dnepropetrovsk Dövlət
Universitetində doktorluq dissertasiyası müdafiə edərək
ekologiya ixtisası üzrə Azərbaycanda ilk elmlər
doktoru və yeganə professor adına layiq görüldü.
1994-cü
ildə işlədiyi Azərbaycan Elmlər Akademiyası
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda
çalışan Qərib Məmmədov həmin institutun
direktoru vəzifəsinə irəli çəkildi.
Torpaq
kadastrı, torpaqların ekoloji münbitlik modeli, torpaqların
ekoloji qiymətləndirilməsi, torpaqların bonitirovkası,
torpaqların ekoloji keyfiyyətinin monitorinqi ilə
bağlı çoxsaylı, sanballı elmi
araşdırmaların müəllifi, o cümlədən Azərbaycan
Respublikası ekoloji problemlərinin sistem halında öyrənilməsi
konsepsiyasının yaradıcısı kimi
torpaqşünaslıq elmi sahəsində tanınmış
simalardan birinə çevrildi. Qərib Məmmədov barəsində
söz düşəndə ADAU-nun kafedra müdiri, əməkdar
müəllim, professor Amin Babayev xüsusi olaraq qeyd edir ki, onun
həmişə rəhbərlik etdiyi aspirantlarına əsas
tövsiyyəsi belə olardı:
- Nə qədər
böyük alim olsan belə, öz biliyinlə qürrələnmə,
öhdəsindən gələ bilməyəcəyin işlərdə
də öz rəyin haqqında böyük fikirdə olma.
Çünki özü haqqında yüksək fikirdə
olan insan sonda mütləq peşmançılıq çəkər.
Bu mənada Azərbaycanın torpaq ehtiyatları və onlardan
səmərəli istifadə olunması, torpaq
örtüyü quruluşunun qiymətləndirilməsi,
deqradasiya olunması, torpaqların qiymətləndirilməsi,
Azərbaycan torpaqlarının aqroekoloji xüsusiyyətlərinin
və bonitirovkasının öyrənilməsi, ilk dəfə
Azərbaycan Respublikası torpaqlarının ekoloji qiymət xəritəsinin
tətbiqi, torpağın iqtisadi (pulla) qiymətləndirilməsinin
elmi əsasları, torpaq münbitliyinin konseptual və riyazi
modelləşdirilməsi, Azərbaycanın ekoloji problemlərinin
sistem halında öyrənilməsi konsepsiyasının
işlənilməsi, Azərbaycan torpaq kadastrının
rayonlaşdırılması və monitorinqi, Azərbaycan
torpaq atlası, meşəaltı torpaqların qorunması məqsədilə
bərpa olunan enerji (əsasən külək və günəş)
mənbələrindən istifadənin ekoloji qiymətləndirilməsi
və s. sahələrdə sanballı kitabların, elmi
araşdırmaların müəllifi kimi 40-dan çox
aspirantın və elmlər doktorunun yetişməsində
xüsusi əməyi olan Qərib Məmmədov həmişə
təvazökarlığı ilə də fərqlənib. Təsadüfi
deyil ki, akademik Qərib Məmmədov Beynəlxalq Ekoenergetika
Akademiyasının akademiki (1992), Beynəlxalq "Neosfer"
Akademiyasının həqiqi üzvü (2000), Rusiya Ekologiya
Akademiyasının akademiki (2000), Rusiya Təbiət Elmləri
Akademiyasının akademiki (2001), Beynəlxalq
Torpaqşünaslıq Cəmiyyətinin ömürlük
üzvü, Beynəlxalq Akademiyanın həqiqi üzvü
(Avstriya, 2001) və başqa bu kimi müxtəlif ictimai vəzifələrin
öhdəsindən şərəflə gəlir. SSRİ
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin
"Bürünc medalı", V.V.Dokuçayev adına
medal, akademik Həsən Əliyev adına mükafat, fəxri
diplom və medal, Azərbaycan-Amerika Mədəniyyət Mərkəzi
rəyasət heyətinin fəxri fərmanı və
başqa bu kimi orden və medalların, mükafatların təltifçisi
olduğunu heç bir zaman dilinə gətirmir.
ABŞ,
Fransa, Türkiyə, İsveç, İran İslam
Respublikası, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, Belarus, Moldova, Türkmənistan,
Gürcüstan, Baltikyanı dövlətlər və
başqa ölkələrdə keçirilən beynəlxalq
simpozium və konfranslarda dəyərli məruzələr etməklə
müstəqil dövlətimizin ünvanına bir qayda olaraq
şərəf gətirmiş akademik Qərib Məmmədovun
torpağa, Vətənə vurğunluğu torpaqşünas
alimlərin həmişə diqqət mərkəzində
olmuşdur.
Q.Məmmədov
hələ tələbəlik, aspirantlıq illərindən
ulu öndərimiz Heydər Əliyevin torpaq siyasətinin
uğurlu nəticələrini həmişə
özünün əsas fəaliyyət proqramı kimi qəbul
edərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində
ikinci dəfə müstəqillik əldə edən ölkəmiz
xarici və daxili düşmənlərimizin birgə səyi
nəticəsində dağılmaq ərəfəsində
olduğu dövrdə xalqımızın təkidli xahiş
və tələbi ilə hakimiyyətə gələn ulu
öndərimiz Heydər Əliyev xilaskarlıq
missiyasını üzərinə götürərək Azərbaycanı
bu bəladan xilas edə bildi. Ölkədə torpaq
islahatının aparılması zərurəti yarananda bu məsul
vəzifənin icrası akademik Qərib Məmmədova etibar
edildi. 1997-ci il iyunun 25-də Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin sərəncamı ilə Qərib
Məmmədov Dövlət Torpaq Komitəsinin, 18 aprel 2001-ci
il tarixdən isə Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri vəzifəsinə təyin edildi.
Ulu
öndərimiz Heydər Əliyevin torpaq siyasətinin
icraçısı kimi Qərib Məmmədov öhdəsinə
düşən bu məsul və şərəfli vəzifəni
layiqincə yerinə yetirməklə yanaşı, bir alim
olaraq torpaqşünaslıqf elminin inkişafı
üçün elmi axtarışlarını davam etdirdi.
Onun
"Azərbaycanda torpaq islahatları", "Azərbaycan
torpaqlarının ekoloji qiymətləndirilməsi",
"Torpaqların bonitikovkası", "Azərbaycan
torpaqlarının bonitikası və aqroekoloji xüsusiyyətləri",
"Dağ əkinçiliyi üzrə kollektiv
topoqrafiya", "Azərbaycan torpaq ehtiyatlarından səmərəli
istifadənin sosial-iqtisadi və ekoloji əsasları" və
başqa bu kimi onlarca elmi əsaslara söykənən
kitabları işıq üzü gördü.
Qərib
Məmmədov 2004-cü il oktyabrın 23-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə yenidən Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinə sədr təyin edildi. Bu etimad isə onu deməyə
əsas verir ki, akademik Qərib Məmmədov ulu öndərimiz
Heydər Əliyevin müəyyənləşdirdiyi torpaq
siyasətinin etibarlı icraçısıdır.
Ötən
illər ərzində Qərib Məmmədov təkcə
torpaq islahatını uğurla davam etdirmədi, həm də
bir alim olaraq ulu öndərimiz tərəfindən Azərbaycanda
əsası qoyulmuş geodeziya və xəritəçəkmə
sahəsinin inkişafını dövlətin və hökumətin
tələb etdiyi səviyyədə yerinə yetirmək
üçün var qüvvəsi ilə
çalışdı. Məhz onun rəhbərliyi altında
dövlət və hökumət tərəfindən
tapşırılan vəzifələrin səmərəli təşkili,
çevik və keyfiyyətli bir şəkildə yerinə
yetirilməsinə başlanıldı.
Bir daha
xüsusi olaraq qeyd etmək yerinə düşər ki,
geodeziya və xəritəçəkmə sahəsi, gənc
müstəqil dövlətimizi dövlət dilimizdə xəritələrlə
təmin edilməsi, qonşu ölkələrlə dövlət
sərhədlərinin (su və quru) delimitasiyası,
demarkasiyası və redemarkasiyası işlərinin həyata
keçirilməsi, yeni yaradılmış ordumuzun müxtəlif
miqyaslı topoqrafik xəritələrlə təmin edilməsi,
eyni zamanda, xalq təsərrüfatının müxtəlif
sahələrinin inkişafında əvəzsiz rolu olan geodeziya
və xəritəçəkmə sahəsinin inkişaf
etdirilməsi müasir və müstəqil dövlətimizin
qurucusu və memarı olan ulu öndərimiz Heydər Əliyevin
daim diqqət mərkəzində olmuşdur.
Bu tarixi
bir həqiqətdir ki, 2003-cü ildə Heydər Əliyev
siyasi kursunun layiqli davamçısı Prezidentimiz cənab
İlham Əliyevin hakimiyyətə gəlişi ilə
iqtisadi tərəqqi yolunda olan ölkəmiz daha da
böyük sürətlə inkişaf etməyə
başladı.
Torpaq
amili, bir qayda olaraq, Prezident İlham Əliyevin həmişə
diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil
ki, dövlət başçısı müxtəlif məruzə
və çıxışlarında dəfələrlə
qeyd etmişdir ki, hər bir suveren dövlətin sabit və
dünya tərəfindən qəbul olunmuş dövlət
atributları vardır. Məhz onlar bu siyasi vahidi bir dövlət
kimi xarakterizə edir ki, bu atributlardan biri və bəlkə də
birincisi torpaq ərazi vahididir.
Heç
kəsə sirr deyildir ki, insanlığın yaşam tərzi
olan torpaq özünün tarixi vacibliyini heç zaman itirməmiş,
əksinə onun insan həyatında rolu və əhəmiyyəti
daha da artmaqdadır. Bu mənada son illər dünyanın inkişaf
etmiş bir sıra ölkələrini bürüyən
iqtisadi böhranın Azərbaycandan yan keçməsi,
heç şübhəsiz, dövlətimizin,
xalqımızın torpağa bağlılığından və
ondan səmərəli istifadə etməsindən irəli gəlmişdir.
Qərib
Məmmədov bir torpaqşünas alim olaraq bu qənaətdədir
ki, Prezident İlham Əliyevin bəyan etdiyi regionların
sosial-iqtisadi inkişafı siyasəti ölkəmizdə
yoxsulluğun sürətlə azalması, millətin
genefondunun qorunması, ailələrin, uşaqların xoşbəxtliyi,
ölkənin iqtisadi qüdrətinin artmasına xidmət edən
əsas amillərdən biridir.
Aqrar
sektor onilliklər boyu ölkəmizin iqtisadiyyatında
mühüm yer tutmuşdur. Bu meyil indi də davam edir.
Müasir dövrün fərqləndirici xüsusiyyəti
ondan ibarətdir ki, kənd təsərrüfatının idarə
edilməsi sahəsində köklü dəyişikliklər
edilmiş, kəndlilər əsrlər boyu həsrətlə
gözlədikləri arzularına qovuşmuş və nəticədə
onlar torpağa sahiblik əldə etməklə xüsusi
mülkiyyətçiyə çevrilmişlər.
Aparılan müqayisəli təhlillərdən
görünür ki, aqrar islahatların birinci mərhələsinin
nəticələri uğurlu olmuşdur, istehsalın həcmi
xeyli artmış, əhalinin yerli mənbələr
hesabına ərzaqla təchizatının səviyyəsi
yaxşılaşmış, ölkənin ərzaq təhlükəsizliyinin
təmin edilməsi üçün real şərait
yaranmışdır.
Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinə rəhbərlik
edən və torpaqşünaslıq elminin inkişafında
xüsusi xidmətləri olan bir şəxs kimi ölkə
başçısı tərəfindən torpaqla
bağlı imzalanmış bütün qanun, sərəncam
və tapşırıqların, ulu öndər Heydər Əliyevin
qəbul etdiyi torpaq islahatlarının uğurla yerinə
yetirilməsində bu gün anadan olmasının 65 illiyini
qeyd etdiyimiz, əmək fəaliyyətinin 45 ilini
torpaqşünaslıq elminin inkişafına həsr etmiş
akademik Qərib Məmmədovun da xidmətləri
danılmazdır.
Eldar SADIQ,
şair-publisist
Xalq qəzeti.- 2012.- 6 yanvar.- S. 5.