Xalqın dəstəyinə arxalanan müstəqil siyasət

 

Azərbaycan xalqı üçün uğurlu illərdən biri olan 2011-ci il tarixə qovuşmuşdur. 2011-ci il bütün sahələrdə dinamik inkişaf, yüksəliş ili, dünya azərbaycanlılarının, türklərin daha sıx birləşməsi və həmrəylik nümayiş etdirməsi ilə yadda qalmışdır. Bir neçə gün bundan əvvəl xalqımız yeni ilin gəlişi ilə yanaşı, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Gününü geniş miqyasda qeyd etmişdir. Bütün dünyada azərbaycanlılar, türklər bir daha böyük həmrəylik nümayiş etdirmişlər. Ötən dövrə diqqət yetirsək, Azərbaycanın iqtisadisiyasi sahədə irəli sürdüyü müstəqil təşəbbüslərin və onların gerçəkləşməsi istiqamətində atdığı addımların uğurlu nəticələrini aydın görərik. Yüksək inkişaf dinamikasına malik olan ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən hərtərəfli düşünülmüş məqsədyönlü siyasət sayəsində dünyada gedən proseslərdən asılı olmayaraq yüksək templə inkişaf etmişdir.

 

Düzgün strateji seçim

 

Ötən əsrin sonlarında öz müstəqilliyini əldə etmiş və XXI əsrin əvvəllərində güclənərək qüdrətli bir dövlətə çevrilmiş Azərbaycanın müstəqillik yolu hamar olmamışdır. Bu bir həqiqətdir ki, Azərbaycan müstəqilliyinin ilk illərində çox böyük məhrumiyyətlərlə üzləşmişdi. Bir tərəfdən erməni təcavüzü, digər tərəfdən xarici qüvvələr tərəfindən qızışdırılan daxili qarşıdurmalar 1993-cü ildə Azərbaycanın müstəqilliyi üçün real təhlükə yaratmışdı. Bütün sahələrdə inkişafa nail olmaq üçün ölkədə ictimai-siyasi sabitliyin qurulub möhkəmləndirilməsi vacib idi. Azərbaycan xalqının dahi oğlu, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişdi. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri, Azərbaycanın müstəqilliyini təhdid edən erməni təcavüzünü dayandırması və 1994-cü ilin mayında atəşkəs haqqında müqavilənin imzalanmasına nail olması idi. Məhz həmin illərdə düzgün strateji seçimin edilməsi - Azərbaycanın yeni neft strategiyasının başlanması, onun dünya birliyinə inteqrasiya etmək siyasətinin uğurla aparılması, ölkədə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyata cəlb edilən böyük həcmdə xarici investisiyalar bugünkü inkişafı şərtləndirmişdir. Dünyada qlobal proseslərlərin baş verdiyi bir dövrdə hər hansı dövlətin qüdrətli olmasında diasporun xidməti də danılmazdır. Ulu öndər səfər etdiyi xarici ölkələrdə mütləq imkan tapıb azərbaycanlılarla görüşmüş, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın milli dövlətçilik və azərbaycançılıq ideyası ətrayında cəmləşməsini vacib hesab etmişdir. Siyasi baxışlarından asılı olmayaraq hamı etiraf edir ki, 1993-cü ildə xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik, respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. İlk gündən xarici siyasətdə strateji hədəfləri özünəməxsus uzaqgörənlik və müdrikliklə düzgün müəyyənləşdirən ulu öndər müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü deyirdi.

M illi birliyin yaradılması məsələsi, Heydər Əliyevi daim düşündürürdü. Ümummilli lider hələ Naxçıvan Muxtar Respublikasının Milli Məclisinin sədri vəzifəsində çalışarkən 1991-ci il dekabrın 16-da imzaladığı fərmanla 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik Günü elan etmişdi. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilən Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin yaradılması istiqamətində fədakarlıqla çalışırdı.

 

Uğurlu diaspor quruculuğu

 

Azərbaycanın müstəqillyinin ilk illərində xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqə çox zəif olduğundan, Azərbaycan reallıqları dünya ictimaiyyətnə olduğu kimi çatdırılmırdı. Erməni diasporları və lobbisi bundan yetərincə faydalanır, öz çirkin niyyətlərini çox asanlıqla həyata keçirirdilər. Təxminən bir əsrlik tarixi olan erməni diasporu yenicə öz müstəqilliyini əldə etmiş Azərbaycanı dünyanın bütün ölkələrində nüfuzdan salmağa çalışır, Türk dünyasına qarayaxma siyasəti yeridirdi. Məhz bu mənfur, böhtançı siyasətin nəticəsi idi ki, Azərbaycan ABŞ Konqresinin embarqosuna məruz qalmışdı. Ulu öndərin təşəbbüsü və himayədarlığı ilə 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın təşkilatlanması baxımından mühüm əhəmiyyət kəsb etdi. Qurultaydan sonra demək olar ki, dünyanın hər yerində Azərbaycan dövlətinin diaspor quruculuğu sahəsində səyləri artdı. 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə bu sahənin fəaliyyəti daha da gücləndirildi. Ulu öndər Heydər Əliyev azərbaycançılığı mili ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Ulu öndər xaricdə yaşayan azərbaycanlılara müraciət edərək demişdir: "Bizim hamımızın bir vətəni var - bu Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır". Ümummilli liderin dünya azərbaycanlıları arasında, ümumilikdə Türk dünyasında böyük nüfuza sahib olması diaspor quruculuğunda böyük rol oynamışdır. İllər keçdikcə diasporlarımızın fəaliyyəti daha da güclənmişdir. Artıq Azərbaycan həqiqətləri dünyanın ən yüksək tribunalarından dünya ictimaiyyətinə olduğu kimi çatdırılır. Heydər Əliyevin uzaqgörən siyasəti, milli təəssübkeşliyi və böyük təşkilatçılığı sayəsində formalaşan diasporlarımız möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu fəaliyyəti ilə daha da möhkəmlənmişdir. Prezident İlham Əliyev hər zaman bildirib ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə uğurlar qazanır, dünya miqyasında mənafelərini layiqincə qoruyur, ümummilli problemlərin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini dünyada lazımınca təbliğ edirlər. Bu gün fəxrlə deyə bilərik ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideya ətrafında birləşməsi prosesi öz nəticəsini verməkdədir. Azərbaycan hakimiyyəti son 10 ildə dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün bu sahədə sistemli və ardıcıl siyasət yeritmişdir. Xaricdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq, ümumi mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir.

 

Erməni siyasətinə qarşı hücum mövqeyi

 

2006-cı ilin martında Dünya Azərbaycanlılarının II Qurultayında Prezident İlham Əliyev Heydər Əliyevin ideyalarını daha da inkişaf etdirərək təkcə dünya azərbaycanlılarının birləşdirilməsi ilə kifayətlənməməyi, Azərbaycan və Türk diasporlarının birləşərək amansız və məkrli düşmənə qarşı vahid cəbhədə mübarizə aparmağı tövsiyə etmişdir.

2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin ideyası ilə Bakıda keçirilmiş Azərbaycan və türk diaspor rəhbərlərinin I Forumu da əhəmiyyətli tədbir kimi tarixə həkk olunmuşdur. Bu dövlət başçısının iki xalq arasında, eləcə də türk xalqları arasında birliyin möhkəmləndirilməsinə xüsusi diqqət və qayğısının təzahürü idi. Bu forum iki dövlətin diasporları arasında əlaqələri daha da möhkəmləndirmişdir. Prezident İlham Əliyevin erməni siyasətinə qarşı müdafiə deyil, hücum mövqeyindən çıxış etmək siyasəti diaspor təşkilatlarımız tərəfindən də uğurla icra edilməyə başlanmışdır.

İstər Azərbaycan diplomatiyası, istərsə də diaspor təşkilatlarımız ermənilərin yalançı təbliğatına bir-brinin ardınca ağır zərbələr endirirlər. Azərbaycanla Ermənistan arasında fərq müqayisəedilməzdir. Bunu beynəlxalq ictimaiyyət yaxşı bilir. Azərbaycan getdikcə güclənir, ölkənin bütün sahələrində inkişaf tempi artır, əksinə, Ermənistan zəifləyir, miskin bir dövlətə çevrilir.

Son müddətdə həm Azərbaycanda, həm Ermənistanda keçirilən hərbi paradlar kimin kim olduğunu əyani şəkildə göstərmişdir. Ermənistanın "hərbi parad"ından sonra beynəlxalq ictimaiyyət bu ölkənin ordusunun, onun hərbi texnikasının necə acınacaqlı vəziyyətdə olduğunun əyani şahidi olmuşdur. Azərbaycan regionun lider dövləti olduğu halda, Ermənistan hakimiyyəti bölgədə apardığı səmərəsiz siyasətin nəticəsində öz nüfuzunu tamamilə itirmişdir.

 

Xocalı soyqırımı insanlığa, bəşər tarixinə qarşı törədilmiş cinayətdir

 

Zaman-zaman Türk dünyasına qarşı xain və cinayətkar əməlləri ilə ad çıxarmış ermənilər türkləri zəif salmaq üçün hər vasitəyə əl atmağa cəhd edirlər. Ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycan və Türkiyəyə qarşı kütləvi soyqırımlar həyata keçirən mənfur düşmən xaricdəki havadarlarının köməyindən istifadə edərək, öz əməllərini ört-basdır etməyə müvəffəq olmuşdur. Tarix boyu dünyada özlərini "məzlum", "yazıq", "əzilən" xalq kimi qələmə verən erməni milləti Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik mövqelərini davam etdirməkdədir. Dəfələrlə türklərə qarşı soyqırım törədən ermənilər cinayətkar əməllərini ört-basdır etmək üçün qondarma erməni soyqırımını gündəmə gətirirlər. Tarixi araşdırsaq görərik ki, ermənilər nəinki türklərin soyqırımına məruz qalmamış, hətta münaqişələr və müharibələr zamanı digər millətlərin nümayəndələri kimi, dinc erməni əhalisinə də xətər dəyməməsi üçün hökumət tərəfindən tədbirlər görülmüşdür. Bu yaxınlarda qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsi Fransa Milli Assambleyasında müzakirəyə çıxarılıb və qəbul edilib. Qanun layihəsi Milli Assmableyada qəbul olunsa belə, senatın təsdiqləməsi və prezidentin imzalamasından sonra qüvvəyə minəcək. Türk dünyasına qara yaxmaqdatarixi saxtalaşdırmaqda davam edən erməni millətçiləri erməni diasporu və lobbisinə arxalanaraq məkrli siyasət yeridirlər.

Əsası olmayan qondarma soyqırıma görə bütün dünya qarşısında məzlum millət kimi boynunu büküb ağlayan düşmən, erməni xislətini gizlədə bilməyib azərbaycana, türklərə qarşı yeni bir soyqırımı törətmişdir.

Xocalı soyqırımı təkcə azərbaycanlılara, türklərə qarşı yox, insanlığa, bütün bəşər tarixinə qarşı törədilmiş bir cinayətdir. Bu cinayəti törədənlər hələ sağdırlar və onlara heç bir cəza verilməyib. Onlar hazırda utanmadan sülhdən, insan hüquqlarının qorunmasından dəm vururlar. Əllərini günahsız körpələrimizin, ana və bacılarımızın qanına bulayan, Xocalı soyqırımını törədən ermənilərin vəhşiliklərinə isə dünya susur. Uşağa, qocaya rəhm etmədən onları qılıncdan keçirərək, Azərbaycan torpaqlarını işğal edən ermənilər hələ də insanlıqdan danışırlar.

 

Türk xalqlarının birliyi Türk dünyasını yenilməz qüvvəyə çevirir

 

Azərbaycan və Türkiyə arasında mehriban dostluqstrateji tərəfdaşlıq münasibətlərinin yaranması təbii ki, Ermənistan və onun havadarlarını narahat edir. Hər iki ölkə ilə sərhədi bağlı olan Ermənistan Azərbaycanla Türkiyə arasında yaranan belə münasibətlər fonunda bir sıra regional layihələrdən kənarda qalır və beləliklə inkişafdan geri qalmasına şərait yaranır. "Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi - bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var. Gərək elə edək ki, maraqlarımız tam təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın, xalqlarımız rahat yaşasın" söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi Türk dünyası böyük qüvvədir. Türk xalqlarının birliyi bu böyüklüyün möhkəmliyini və yenilməzliyini bir daha sübut edir. Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyir, haqq işinin müdafiəsi üçün böyük əzmkarlıq göstərir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatında iki dost ölkə arasında müxtəlif istiqamətlər üzrə inkişaf edən əlaqələrin fonunda səsləndirdiyi "Amma bütün bunlarla bərabər, həsrətlə gözlədiyimiz məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasıdır. Bu sadəcə Azərbaycanın deyil, Türkiyə və bütün türk dünyasının ortaq sıxıntısı, ağrısıdır" fikri Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını təsdiqləməklə, iki dost, qardaş ölkənin sevinclərini və kədərlərini bir yaşadıqlarını nümayiş etdirir.

 

Hərtərəfli düşünülmüş, düzgün və müstəqil siyasət...

 

Demokratiyanın inkişaf etdirildiyi, insan hüquqlarının qorunduğu Azərbaycan etibarlı tərəfdaş kimi bir sıra təşkilatlara üzv olub. Son 8 ildə Azərbaycanda dünya miqyasında analoqu olmayan inkişaf templəri müşahidə olunmuşdur. Bütün azadlıqların mövcud olduğu Azərbaycan bu gün tam şəkildə müstəqil siyasət aparır. Ölkəmizin siması getdikcə dəyişir, müasirləşir, yeniləşir. Azərbaycanın bütün regionlarında aparılan abadlıq, quruculuq işləri insanı riqqətə gətirir.

Xarici sərmayə üçün çox əlverişli bir yer hesab olunan Azərbaycan xarici sərmayələrin həcminə görə MDB məkanında birinci yeri tutur. Ölkədə bazar iqtisadiyatına keçid dövrü başa çatmışdır. 20 il əvvəl Azərbaycanda özəl sektorda fəaliyyət göstərən şirkətlər yox idi, hazırda ümumi daxili məhsulun 80 faizi özəl sektorda formalaşmışır. Özəl sektorun inkişafına dövlət tərəfindən göstərilən dəstəyin nəticəsidir ki, ölkəmizdə yeni müəssisələr yaradılır, kiçikorta müəssisələr öz fəaliyyətini genişləndirir.

Son illər ölkədə ümumi daxili məhsul üç dəfə artmışdır. Təkcə ötən il ölkə iqtisadiyyatına 16 milyard sərmayə qoyulmuşdur ki, bu da ölkə qarşısında duran əsas vəzifələrin uğurla icrasına imkan yaratmışdır. Dünyanı maliyyə və iqtisadi böhranın bürüməsinə baxmayaraq, Azərbaycanda iqtisadiyyatın artım tempi yüksəkdir.

Azərbaycanda iqtisadisosial sahədə aparılan islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın enerji siyasəti bölgə üçün, eləcə də Avropa üçün böyük əhəmiyyət kəsb edir. Ölkədə güclü sənaye potensialının yaradılması üçün tədbirlərin görülməsi davam edir. Kənd təsərrüfatının inkişafı üçün proqramlar icra edilir, konkret tədbirlər həyata keçirilir.

Dünya Azərbaycanlılarının III Qurultayında çıxışı zamanı ölkə başçısı demişdir: "Son yeddi il ərzində ölkə iqtisadiyyatı üç dəfə artmışdır. Yəni ümumi daxili məhsul 300 faiz artmışdır. Bu da dünya praktikasında analoqu olmayan bir təcrübədir. Siyasətimizin təməlində insan amili dayanıbdır və bir neçə il əvvəl elan edilmiş "Biz neft kapitalını insan kapitalına çevirməliyik" şüarı bu gün reallaşır. Bunun nəticəsində iqtisadiyyatımızın bütün istiqamətlərində bir canlanmainkişaf görürük. Maliyyə imkanlarımız genişlənir". İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq Azərbaycan nəinki enerji müstəqillliyni təmin etmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Tərəfdaş ölkələrlə birgə çəkilən neftqaz kəmərləri Azərbaycana təchizat marşrutlarını şaxələndirməyə, iqtisadisosial tələbatı ödəməyə, iqtisadisiyasi islahatları daha sürətlə aparmağa imkan yaradır. Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabət getdikcə güclənir, enerji təhlükəsizliyi ciddi şəkildə gündəmə gəlir. Bu sahədə Azərbaycanın öncül mövqelərə çıxması faktı artıq danılmazdır. Əldə olunan yüksək nailiyyətlər Azərbaycan rəhbərliyinin düzgün iqtisadi-siyasi xətt yürütdüyünü bir daha təsdiqləyir. Azərbaycanın iqtisadiyyatı təkcə iqtisadi addımlarla məhdudlaşmır. Bütün istiqamətlərdə ən qabaqcıl texnologiyalar, ən qabaqcıl təcrübə Azərbaycanda tətbiq edilir və insanların yaşayış səviyyəsi ildən-ilə artır. İqtisadiyyatın bütün sahələrində və ilk növbədə qeyri-neft sektorunda mövcud strukturlar inkişaf etdirilir. Uğurların təməlində düşünülmüş, düzgün və müstəqil siyasət dayanır.

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi müstəqil Azərbaycan dövlətiinin bütün tarixi ərzində ən böyük qələbədir. 155 ölkə gərgin mübarizədə Azərbaycanı dəstəkləmişdir. Bu qələbə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə görülən bütün işləri əks etdirir. Azərbaycanın qüdrətlənməsi beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da onun aparıcı rola malik olacağını deməyə əsas verir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın müstəqil siyasətinin rolunu xüsusi qeyd edir: "Müstəqil siyasət aparmaq, iqtisadi, o cümlədən enerji sahəsində müstəqil təşəbbüsləri irəli sürmək böyük imkanlar tələb edir - həm maliyyə, həm iqtisadi, həm siyasi cəhətdən. ...Bu gün Azərbaycanın iştirakı olmadan enerji sahəsində və həmçinin nəqliyyat və iqtisadiyyat sahələrində heç bir təşəbbüs irəli sürülə bilməz". Ötən dövrə diqqət yetirsək Azərbaycanın iqtisadisiyasi sahədə irəli sürdüyü müstəqil təşəbbüslərin və onların gerçəkləşməsi istiqamətində atdığı addımların uğurlu nəticələrini aydın görərik. Yüksək inkişaf dinamikasına malik olan Azərbaycan dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən hərtərəfli düşünülmüş, məqsədyönlü siyasət sayəsində dünyada gedən proseslərdən asılı olmayaraq müstəqil şəkildə inkişaf edir. İqtisadiyyatda əldə olunan nailiyyətlər dövlət büdcəsinin, əhalinin gəlirlərinin artmasına, sosial, mədəni, idman və digər sahələrdə yüksək inkişafa səbəb olur. Azərbaycan düzgün inkişaf istiqaməti seçibbu yolla inamla irəliləyir. İqtisadi uğurların davamlı olmasında həyata keçirilən siyasi islahatlar böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev məhz xalqın dəstəyinə arxalanaraq müstəqil siyasət apardığını qeyd etmşdir: "Biz əhali baxımından, ərazi baxımından kiçik dövlətik, amma ləyaqətli dövlətik. Bir daha demək istəyirəm ki, heç kimin qarşısında gözümüz kölgəli deyildir. Biz Azərbaycan xalqının dəstəyinə arxalanırıq və bu dəstək Prezident kimi mənə xarici siyasəti müstəqil şəkildə aparmaq üçün əlavə güc verir. Mən məhz buna arxalanıb müstəqil siyasət aparıram".

 

 

Osman GEZEKER,

"Özkaya Group" şirkətinin prezidenti

 

Xalq qəzeti.- 2012.- 6 yanvar.- S. 3