Erməni vəhşiliyinin Andranik səhifəsi

 

1918-ci ildə müstəqil Ermənistan Respublikası elan ediləndən dəhal sonra ermənilərin "Böyük Ermənistan" ideyasının həyata keçirilməsinə, Azərbaycan torpaqları olan Qarabağda, Naxçıvanda, Axalkələkdə, Borçalıda və digər regionlarda Azərbaycan xalqına qarşı fəal ekspansiya və soyqırımı siyasəti aparılmağa başlanmışdıı.Bunun nəticəsi olaraq həmvətənlilərimiz təqiblərə və mərhumiyyətlərə məruz qalmışdılar.

 

Andranik, Amazasp, Hayk, Dro və digər erməni qaniçənlərin yaxşı silahlanmış quldur dəstələri azərbaycanlıların yaşadıqları kəndlərə soxularaq ağlagəlməz vəhşiliklər törədirdilər. Dinc əhalini qırır, evləri yandırıb külə döndərirdilər, kəndləri yerlə yeksan edirdilər. Şeypur" jurnalının 14 noyabr 1918-ci il tarixli nömrəsində belə yazılmışdı: "İnsaf yaxşı şeydir. Əgər insanda insaf yoxdursa ondan hər cür alçaqlıq gözləmək olar. Qaniçən erməni hərbçilərindən biri rus ordusunun generalı rütbəsi verilmiş Andranik idi. Türk ordusunda xidmət edərkən hərbi nizamnamə tələblərini kobudcasına pozduğuna görə cəza olaraq onun qulağının bir tayını kəsmişdilər. Buna görə də ona tayqulaq general deyirdilər.

Andranik Qarabağda peyda olandan sonra müsəlman əhalinin qırılması ilə məşğul olmuşdu. Ermənistan hökuməti Andranikin törətdiyi vəhşiliklərə göz yumur, elan edirdi ki, Qafqazda Gürcüstana və Azərbaycana yer yoxdur.Bütün Qafqaz Ermənistanın olmalıdır ya da ki, Ermənistanın tabeliyinə keçməlidir.

Həmin illərdə Azərbaycan Demokratik Respublikasının hökuməti Şuşada, Qaryagində, Cavanşirdə, Zəngəzurda və digər dağlıq qəzalarda baş verən hadisələri nəzarət altında saxlaya bilmirdi. Bu qəzalarda yaşayan ermənilər Azərbaycan hökumətini saya salmır, müsəlman əhaliyə qarşı düşmənçilik edirdilər. Andranikin silahlı dəstələrinin həmin qəzalarda vəhşiliyi vəziyyəti daha da gərginləşdirmişdi.

"Azərbaycan" qəzetinin 17 may 1919-cu il tarixli nömrəsində belə bir məlumat dərc edilmişdi: "Ararat Respublikasının hərbi hissələri Göyçə rayonunun Yeni Bayazid qəzasının dinc əhalisinə qarşı hücuma keçmişlər. Məqsəd Göyçənin şərq və şimal ərazilərini müsəlmanlardan azad etməkdir. Hazırda 22 kənd yandırılmış, talan edilmiş, 60 000 adam öldürülmüşdür.

Ermənistan hökumətinin müsəlman vətəndaşlara qarşı qeyri-insani hərəkətləri insanı dəhşətə gətirir. Ermənistan ordusunun əsgərləri və zabitləri əsir düşmüş müsəlmanlara ağılagəlməz işgəncələr verirlər. Gəncləri, qocaları, qadınları, uşaqları öldürür, müsəlman əhalinin əmlakını öz aralarında bölüşürlər".

Həmin qəzetdən digər sitat: "Erməni quldur dəstələrinin təqib etdikləri əhali Gəncə qəzasının qarlı dağlarında gizlənir. Hazırda Göyçə rayonunda müsəlman əhali qalmamışdır. Yeni Bayazid qəzasında 84 müsəlman kəndi dağıdılmışdır. Bu kəndlərdən 24-ü xaraba qoyulmuşdur. Həmin kəndlərin sakinləri bütün əmlakını qoyub qaçmışdır. Camaatın əmlakı ermənilərə qalmışdır. Azərbaycanlılrın qarət edilmiş əmlaklarının dəyəri milyon, bəlkə də milyard rubla bərabərdir.

25 fevral 1865-ci ildə Türkiyənin Şapin Qarahisar kəndində doğulmuş Andranik Ozanyan 1894 - 1896-cı illərdə erməni üsyançılarına qoşularaq Sasun dağlarında terrorçu dəstələrin tərkibində diversiyalarda iştirak etmişdi. 1912-1913-cü illərdə Bolqarıstan ordusunda türklərə qarşı döyüşlərdə iştirak etmişdi. İnsandan daha çox vəhşi heyvanı xatırladan Andranik Dünya müharibəsində 1-ci könüllü erməni ordusu dəstəsinin başında Salmas-Başqala-Van istiqamətində Türk qoşunlarına qarşı vuruşmuşdu. Andranikin arxadaşlarından biri sonralar Sovet İttifaqı marşalı olmuş İ. X.Baqramyan idi. Baqramyan Andranikin Şamaxı rayonunda quldurlq edən dəstələrinin birində sıravi əskər kimi xidmət etmişdi.

1914-cü ildə rusların Sarıqamış ətrafında məğlubiyyətindən sonra ermənilərin Qafqazda könüllü dəstələrinin fəallığı artmışdı. Həmin dəstələrdən birinə əlləri dinc əhalinin qanına batmış Andranik komandanlıq edirdi. Hərbi dəstənin üzvləri türklərlə və kürdlərlə vəhşicəsinə rəftar edir, onların var-yoxunu əllərindən alır, yaşayış məntəqələrini dağıdırdılar. Həmin ermənilər 1915-1918-ci illərdə Türkiyənin şərq vilayətlərində 600 mindən artıq kürdü qətlə yetirmişdilər.

1918-ci ilin iyun ayında təkqulaq general Culfadan keçməklə, Naxçıvana yürüş edərək, yol boyu qarşılaşdığı dinc türk əhalisini qırmağa başlamışdı. Təkcə Yayçı kəndində 2500 adam qətlə yetirilmiş və onların cəsədləri Araz çayına atılmışdı. Bu məlumat Rusiya Kommunist Bolşeviklər Partiyasının Zaqafqaziya Diyar Komitəsinin xəbərlərindən götürülmüşdür. Andranik özünün qanlı aksiyalarında yerli erməni əhalinin çirkin əməllərindən bacarıqla istifadə edə bilirdi. Əlinə silah almağı bacaran bütün gənclər silahlı dəstələrə cəlb olunmuşdu. Cinayətlərdə iştirak etmək istəməyənləri güllələyirdilər .

1918-ci ilin sentyabrında Andranik Sisyanda Qaraqışlaq müsəlman kəndini yandırmış, sağ qalan adamlar, o cümlədən uşaqlar və qadınlar qaçıb canlarını qurtarmaq məcburiyyətində qalmışdılar. Vaqudi adlı azərbaycanlı kəndində erməni vəhşiləri 400 nəfər sakini məscidə yığıb diri-diri yandırmışdılar. Aqudi kəndində isə xristianlığı qəbul etməyən kişiləri ölənəcən döymyş, qadınların döşlərini kəsmşdilər. Bağırbəyli kəndində yeddi nəfər kişi və qadına od vurub yandırmışdılar.

Zəngəzur qəzasında Andranikin quldur dəstələri115 yaşayış məntəqəsini talan etmiş və yandırmışdılar. Bu zaman 3257 kişi, 2276 qadın, 2196 uşaq qətlə yetirilmiş, 485 uşaq müxtəlif ağırlıqda xəsarət almışdı. Həmin qəzada 10068 insan öldürülmüş və yaralanmışdı. Andranikin başlıca məqsədi işğal edilmiş müsəlman ərazilərindən əhalini qovmaq , onların yaşayış məskənlərinə Türkiyədən növbəti üsyan yatırılan zaman qaçmış erməniləri məskunlaşdırmaq idi.

Şübhəsiz ki, Andranik törətdiyi cinayətlərdə erməniləri Türkiyəyə qarşı müharibədə öz müttəfiqləri hesab edən Antanta dövlətlərinə arxalanırdı. Cənubi Qafqazdakı ingilis hərbi komandanlığı Andranikin törətdiyi vəhşiliklərdən xəbərdar idi. Fransız missiyasının rəhbərləri sözdə sülh və təhlükəsizlikdən dəm vursalar da işdə qudurmuş daşnakları öz himayələrinə almışdılar. Andranik öz məktublarının birində yazmışdı ki, erməni quldur dəstələri ingilis missiyasının təkidi ilə orada qalmaq məcburiyyətindədirlər.

1918-ci ilin fevral ayında Azərbaycan hökuməti Ermənistan hökumətinə belə bir sualla müraciət etmişdi: "Andranik erməni hökumətinin göstərişi ilə hərəkət edir, yoxsa özfəaliyyət ilə məşğuldur?" Ermənilər cavab vermişdilər ki, onların Andraniklə, guya ki, heç bir əlaqəsi yoxdur. Onların özləri də Andranikdən yaxa qurtarmaq istəyirlər. Amma kifayət qədər silahlı qüvvələri yoxdur.Yalnız 1918-ci ilin sentyabr ayında göndərilmiş Qafqaz İslam ordusunun hissələri Andraniki Şuşa və Zəngəzurdan çıxıb getməyə məcbur etmişdi. Mudros sazişi bağlanandan sonra Andranikin quldur dəstələri yenidən fəallaşmağa başlamışdılar. Elə həmin vaxt təkcə Zəngəzurda 30 Azərbaycan kəndi büsbütün yandırılmışdı.

Yerli ermənilər də Andranikin vəhşi hərəkətlərindən razı deyildilər.

Onlar tayqulaq generalı işğalda olan ərazilərdən qova biləcək hökumətin gəlməsini arzulayırdılar. Andranik özüyerli ermənilərin onu sevmədiklərini bilirdi. O, məktublarının birində bu barədə yazmışdı ki, yerli ermənilər onun quldur dəstəsinə nifrət bəstəyirlər. Erəməni quldur dəstələri Qarabağa girəndən sonra çox ağır günlər başlamışdır. Hərbi dəstələrdə nizam-intizam yoxdur, əsgərlər yorulmuş və bədbinləşmişlər.

Böyük dövlətlərə, ilk növbədə İngiltərə və Amerikaya müraciət göndərəsiniz. Qoy onlar ermənilərin vəhşiliklərinə tezliklə son qoysunlar və bizləri məhv olunmağa qoymasınlar".

Andranik Zəngəzur qəzasının azərbaycanlılarla dinc yanaşı yaşayan erməni əhalisini də milli intriqaya cəlb etmək istəyirdi. O, erməni mətbəəsində dərc edilən vərəqələrdə Azərbaycan kəndlərinə yanacaq və ərzaq yardımı göstərməyi qadağan etmişdi.Sözə baxmayanları ölümlə hədələmişdi.

1917-ci il fevraloktyabr inqilabı hadisələrindən istifadə edən ermənilər bolşevizm bayrağı altında Şamaxı, Quba qəzalarında , Qarabağda, Zəngəzurda azərbaycanlıların etnik təmizlənməsinə rəvac vermişdilər.

Dinc əhali görünməmiş təhqirlərə məruz qoyulurdu. Nəriman Nərimanov bu barədə yazırdı: "Bu, bütün xırdalıqlarına qədər düşünülmüş və Azərbaycan xalqına qarşı yönəldilmiş qanlı aksiya idi. Ermənilər azərbaycanlılara bolşevizm bayrağı altında sonsuz zülm edirdilər. Onlar (ermənilər) müsəlmanları dəstə-dəstə qovuryolda güllələyirdilr. İş o yerə çatmışdı ki, hətta müsəlman bolşeviklərə də divan tuturdular. Deyirdilər ki, kifayət edər ki, sən müsəlmansan,bizim üçün fərq etməz ki, bolşeviksən ya yox, deməli, öldürülməlisən". Ermənilər istədikləri adamları öldürür, talan edir, soyundurur, əşyalarını aparırdılar. Bu vəhşilikləri ermənilər sonrakı onilliklərdə də müxtəlif formaüsullarla davam etdirmiş, xalqımıza qarşı davamlı soyqırımı aparmışlar.

 

 

Arif HÜSEYNOV

 

Xalq qəzeti.- 2012.- 10 yanvar.- S. 7.