Azərbaycanda düzgün müəyyənləşdirilmiş
strategiya dövlətin sosial
və siyasi dayaqlarını daha da möhkəmləndirib
Artıq
yeni ilin ilk günlərini yaşayırıq.Lakin
xalqımız hələ də yola saldığımız
2011-ci ilin xoş ovqatından,qazanılan uğurların təəssüratlarından
ayrıla bilmir. Təkcə bir faktı qeyd etmək kifayətdir
ki,ötən ilin uzun müddət xatirələrdə
yaşayacağı faktı öz təsdiqini
tapsın.Müstəqilliyimizin 20 illik tarixində Azərbaycan
məhz 2011-ci ildə xarici siyasət sahəsində ən
böyük uğuruna imza atdı. Ölkəmiz BMT Təhlükəsizlik
Şurasına qeyri- daimi üzv seçildi və bununla da beynəlxalq
aləmdə sayılıb-seçilən dövlətlərdən
biri olduğunu təsdiqlədi. Əhalinin sosial müdafiəsinin
gücləndirilməsi, həyat səviyyəsinin yüksəldilməsi
isiqamətində atılan addımlar və növbəti əfv
fərmanının imzalanması da məhz yola
saldığımız ildə baş vermişdir. Dövlət
başçımızın ötən ilin sonunda Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il ərəfəsində
imzaladığı əfv fərmanı yüzlərlə
ailəyə sevinc,xoş bayram əhval-ruhiyyəsi bəxş
etdi. Digər sahələrdə qazanılan uğurlar da
2011-ci ili uzun müddət xalqımızın xatirəsində
yaşadacaq. Respublikamızın tanınmış
ictimai-siyasi xadimləri,ziyalıları,siyasi partiyaların
nümayəndələri ötən ilin yekunlarını, Azərbaycanın
öz inkişaf tempini qoruyub saxlamasını yüksək dəyərləndirirlər.
Milli Məclisin deputatı Fərəc Quliyevlə söhbətimiz
də bu mövzuda oldu.
-
Hamımıza yaxşı məlumdur ki, Azərbaycan
müharibə şəraitində yaşayan bir ölkədir.Lakin
buna baxmayaraq, liberal iqtisadi islahatlar davam etdirilmiş,iqtisadi sahədə
qanunvericilik beynəlxalq standartlara
uyğunlaşdırılmışdır.Biz müşahidələrimiz
əsasında bir daha əmin olduq ki, Azərbaycan ötən
il də bütün ölkələrlə bərabərhüquqlu,
qarşılıqlı etimada əsaslanan, səmimi əlaqələrin
tərəfdarı kimi çıxış etmişdir. Bu da
ölkəmizin dostlarının srateji tərəfdaşlarının
sayını artırmışdır. Müharibə şəraitində
yaşayan ölkə üçün belə nailiyyətlərin
qazanılması təbii ki, həyata keçirilən siyasətin
düzgün müəyyənləşdirilməsinin nəticəsidir.
Bizi narahat edən əsas məsələlərdən biri
Dağlıq Qarabağ probleminin həll edilməməsi oldu.
Bu da təbii ki, bizim iradəmizdən asılı olmayan bir məsələdir.
Çünki Ermənistan tərəfi bu məsələnin
həllində daim qeyri-konstruktiv mövqe nümayiş
etdirdi,beynəlxalq hüququn norma və prinsiplərinə laqeyd
yanaşdı.Bir sıra beynəlxalq qurumlar həmişə
olduğu kimi, yenə də ikili standartlardan
çıxış edərək Ermənistanın bu
inadkarlığını görməməzliyə vurdu.Mən
Ermənistan - Azərbaycan,Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsində vasitəçilik
missiyasını üzərinə götürmüş ATƏT-in
Minsk qrupunun həmsədr dövlətlərinin bu məsələdəki
passivliyini xüsusilə qeyd etmək istərdim.Uzun illərdir
ki, bu sahədə heç nəyə nail ola bilməyən
bu qurumun Ermənistanın hələ də
işğalçılıq missiyasından əl çəkməməsinə
laqeyd münasibət göstərməsi hər kəsdə təəccüb
doğurur.Həmsədr dövlətlər - ABŞ, Rusiya və
Fransa öz üzərlərinə götürdükləri
missiyanı demək olar ki,yerinə yetirə bilmədilər.
Bu dövlətlər Dağlıq Qarabağ probleminin aradan
qaldırılmasında kifayət qədər səy göstərmədilər.Mən
Avropa Birliyinin ali təmsilçisi Ketrin Eştona məktubla
müraciət edərək bildirmişdim ki, bu təşəbbüsü
Avropa Birliyi öz üzərinə götürməlidir və
ATƏT-in Minsk qrupu yardımçı bir funksiya
daşımalıdır. Mən niyə buna xüsusi toxunuram?
Son zamanlar Fransanın davranışları bunu göstərdi
ki,artıq bu tipli ölkələr birmənalı şəkildə
tərəf tuturlar və münaqişənin
nizamlanmasında maraqlı deyillər, həm də daha
çox ermənilərin tərəfindən
çıxış edirlər. Elə Fransa Milli
Assambleyasının qondarma "erməni
soyqırımı"nın inkarına görə cinayət
məsuliyyətini nəzərdə tutan çox ədalətsiz
qərarına nəzər yetirək. Parlamentdə belə bir
qeyri-obyektiv qərar qəbul edən bir dövlətin
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında
ədalətli mövqe nümayiş etdirməsi
qeyri-mümkündür.
ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransada belə bir qanun layihəsinin qəbul olunması bu ölkənin neytral mövqe tutacağını şübhə altında qoyur. Ona görə də belə ölkələr münaqişənin nizamlanmasındakı fəaliyyətlərini dayandırmalıdır. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin bu vaxta qədər həllini tapmamasında bir sıra dövlətlərin marağı var. Bu məsələlər ölkəmizin daha sürətlə inkişafına mane olur. Bütün bunlara baxmayaraq Azərbaycan Qafqazda aparıcı lider dövlət olduğunu bir daha təsdiqlədi. Ölkəmiz öz inkişaf tempini ciddi şəkildə qoruyub saxlaya bildi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın milli maraqlarına uyğun həlli istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirildi. Dünyanın hər yerini maliyyə və iqtisadi böhran bürüsə də ölkəmiz bu böhranlardan yan keçə bildi. Sosial sahənin inkişafı, əhalinin rifah halının yüksəldilməsi başlıca vəzifələrdən biri oldu.Ötən il ölkənin sənaye potensialı daha da gücləndirilmiş, yeni istehsal sahələri yaradılmış, çoxlu sayda yeni iş yerləri açılmış, sahibkarlığın inkişafına dövlət dəstəyi daha geniş şəkildə davam etdirilmişdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları həyata keçirilmiş, bölgələrin siması dəyişmiş, bütün ölkədə əsaslı yenidənqurma işləri aparılmışdır.
Azərbaycanın xarici siyasət sahəsindəki uğurları daha yaddaqalan olmuşdur. Mən çox sevinirəm ki, Qazaxıstanda keçirilən türkdilli dövlətlərin son zirvə toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyev birmənalı şəkildə türkdilli dövlətlərin davranışında artıq real procelərin həyata keçirilməsi çağırışını etdi. Bundan əvvəl Dünya Azərbaycanlılarının qurultayı keçirildi və orada Prezident İlham Əliyev 50 milyonluq azərbaycanlıya Azərbaycan dövlətinin qarant olacağı mesacını verdi. Bu vədlərin yerinə yetirilməsi istiqamətində çox ciddi addımlar atıldı. Artıq türkdilli dövlətlərlə əməkdaşlıqla bağlı müqavilələr də ortadadır. Bu müqavilələrdən biri Milli Məclisdə ratifikasiya olunub. Türkiyə ilə hərtərəfli əməkdaşlıq sahəsində əsaslı addımlar atılıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına geyri-daimi üzv seçilməsi isə mən deyərdim ki,xarici siyasət sahəsində qazanılan ən böyük uğurumuzdur. Azərbaycan ümumbəşəri məsələlərin həllində əsas söz sahiblərindən birinə çevrilib. Ölkəmizin atrıq dünyada sayılıb-seçilən dövlətlərdən biri olması bizi çox sevindirir. Onu da qeyd edim ki,artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində əsas tərəfdaşlardan birinə çevrilmişdir. Bu da çox maraqlı və ciddi bir tendensiyadır ki, Azərbaycanla hesablaşmadan bölgədə hər hansı bir layihənin həyata keçirilməsi mümkün deyil.
Mən Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Bu qurumun ilk sessiyasında qərara alındı ki, ikinci sessiya Şərq tərəfdaşlığı ölkələrindən birində, yəni Azərbaycanda keçirilsin. Əlbəttə, bu çox ciddi bir uğurdur. Yəni beynəlxalq aləmdə Azərbaycana göstərilən böyük etimaddır. Ermənilərin çox ciddi etirazlarına baxmayaraq, artıq bu qərar qəbul olundu. Onların heç bir təklifi keçmədi. Bu da ondan xəbər verir ki, artıq Azərbaycanın nüfuzu getdikcə artır, dünya birliyindəki mövqeləri möhkəmlənir. Xarici siyasətimizin daha bir uğuru dünyanın əksər ölkələrinin Dağlıq Qarabağla bağlı açıq mövqe nümayiş etdirməsi, bu məsələdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin mövqeyinin dəstəklənməsidir.
Qeyd etdiyim kimi, Azərbaycanın müharibə şəraitində olmasına baxmayaraq sosial, iqtisadi, siyasi və mədəni sahələrdə yaddaqalan uğurlar qazanılmışdır. Bir sıra çatışmazlıqların olması reallıqdır. Belə hallar bütün ölkələrdə mövcuddur. Əsas odur ki,bu nöqsanların aradan qaldırılması üçün siyasi iradə ortaya qoyulub. Azərbaycan Prezidentinin korrupsiyaya qarşı mübarizə ilə əlaqədar ciddi tədbirlər görməsi, bununla bağlı müəyyən qərarlar qəbul etməsi, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi sahəsində qarşıya qoyulan vəzifələrin icrası ondan xəbər verir ki, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu,demokratik inkişaf, dövlət başçısının həyata keçirdiyi siyasətin əsasını təşkil etmişdir.
Mənim ən böyük arzularımdan biri bu il Dağlıq Qarabağ probleminin öz həllini tapmasıdır. Bu problem həll olunarsa, Azərbaycan bütün sahələr üzrə daha sürətlə inkişaf edəcək. Bütün bunlara baxmayaraq, ötən il ölkəmiz inkişaf tempini qoruyub saxlamışdır. Bu da Azərbaycanda düzgün müəyyənləşdirilmiş strategiyanın nəticəsidir. Bu strategiya dövlətin sosial və siyasi dayaqlarını daha da möhkəmləndirib.
Söhbəti qələmə
aldı: Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 11 yanvar.- S. 4.