Düşmənə göz dağı - böyüyən, gözəlləşən Horadiz

 

Son vaxtlar Horadiz şəhərinə yolu düşənlər sevinc və təəccüb hisslərini gizlədə bilmirlər. Özübu sevinc və təəccübə səbəb təkcə onların gözünü-könlünü oxşayan yenilik, abadlıq və gözəllik deyil. Bizcə, burada başqa bir səbəb də var: görülüb başa çatdırılmış və davam etməkdə olan işlərdəki yüksək zövqmüasirlik. Görünür, elə ona görədir ki, şəhər öz simasını tamamilə dəyişmiş, müxtəlif istiqamətlərə doğru böyümüş, yeni binalar tikilmiş, yollar, səkilər salınmış, parkxiyabanlar yaradılmışdır. Bu gün Horadiz şəhərində elə bir ictimai və yaşayış binası tapmaq olmaz ki, əsaslı şəkildə təmir və bərpa edilməsin. İlk baxışda adama elə gəlir ki, yeni əkilmiş həmişəyaşıl ağaclar, güllər, çiçəklər şəhəri öz ağuşuna alıb. Təsadüfi deyildir ki, indi hamı Horadizə güllər, çiçəklər şəhəri də deyir.

 

Biz burada təkcə Horadiz şəhərində gördüyümüz və müşahidə etdiyimiz bəzi yeniliklərdən söhbət açdıq. Ancaq bununla iş bitmir. Onu da əlavə edək ki, belə inkişaf, yenilik və quruculuğu indi Füzuli rayonunun bütün yaşayış məntəqələrində görmək mümkündür. İşin gedişi ilə daha yaxından tanışlıq, bizə verilən rəsmi arayış, fakt və rəqəmlərin müqayisəli təhlili göstərir ki, rayonun son ildəki yüksəliş və inkişafı, aparılan tikinti-abadlıq və quruculuq işlərinin həcmi və miqyası daha genişdir. Oxucularda aydın təsəvvür yaransın deyə inkişafın fakt və rəqəmlərlə ifadəsini təqdim edirik.

Ən əvvəl onu deyək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusu verilmişdir. Ancaq təəssüf ki, aradan 5 il keçməsinə baxmayaraq öz əvvəlki görkəmini, demək olar ki, dəyişməmişdi. Belə vəziyyət, əlbəttə, şəhər sakinlərini də, qonaqları da ciddi narahat edirdi. Ona görə də Füzuli Rayon İcra Hakimiyyətinin yeni rəhbərliyi ilk addım olaraq bütün səy və qüvvələri Horadizin abadlaşmasına, dəqiq desək, əsl şəhər siması almasına yönəltdi. İşin daha sürətli təşkili üçün rayon icra hakimiyyəti yanında xüsusi qərargah yaradıldı, bütün qüvvələr hərəkətə gətirildi.

Nəticədə, qısa müddət ərzində şəhərdə 2 hektar ərazini əhatə edən və ulu öndərin adını daşıyan park salındı. Burada ayrı-ayrı guşə və xiyaban yaradılmış, müasir işıqlandırma sistemi çəkilmiş, minə yaxın Türkiyə, İtaliyaAmerikadan gətirilmiş 45 min ədəd həmişəyaşıl ağaclar əkilmiş, istirahət üçün hər cür şərait yaradılmışdır. Parkın ərazisində Heydər Əliyev Mərkəzi tikilmişdir. Mərkəzin qarşısında ulu öndərin 7,3 metr hündürlükdə abidəsi və 65 metr hündürlükdə Azərbaycan Bayrağı ucaldılmışdır. Mərkəzdə ulu öndərin büstü qoyulmuş, həyat və fəaliyyətini əks etdirən sənədlər, şəkillər, arxiv materialları toplanmışdır.

Şəhərdə yeni 2 mərtəbəli Mədəniyyət sarayı tikilmişdir. Sarayın birinci mərtəbəsi Dövlət Dram Teatrı üçün nəzərdə tutulmuş, ikinci mərtəbəsində isə rayon mədəniyyət şöbəsi fəaliyyət göstərir.

Horadiz şəhərinin girişindən başlayaraq 5 kilometr uzanan Heydər Əliyev prospektində görülən işlər göz oxşayır. Buradakı səliqə-sahman, abadlıq işləri, tikililər, dəmir və beton şəbəkələr, ticarət köşkləri, müasir işıqlandırma sistemi, reklamlar, monitorlars. bir-birini tamamlayır. Horadiz şəhər parkı da görkəmini tamamilə dəyişmişdir. 1 hektar ərazini əhatə edən parkda istirahət üçün normal şərait yaradılmışdır. Şəhərdə əlavə olaraq 3-4 yerdə istirahət guşələri və meydanı, 5 yerdə ulu öndərin müxtəlif şəkilləri, 4 yerdə rayonun göstəricilərini əks etdirən monitorlar quraşdırılmışdır. Mərkəzi küçələr bərpa olunaraq asfaltlaşdırılmış, səkilər müasir dizaynla qurulmuş, küçələrin ətrafına hasar çəkilərək rənglənmişdir.

Horadiz şəhərində Heydər Əliyev Fondunun köməkliyi ilə 180 yerlik orta məktəb binası və 2 mərtəbəli Gənclər evinin tikintisi nəzərdə tutulmuşdur. Artıq Gənclər evinin tikintisinə başlanılmışdır.

Göründüyü kimi, az müddət ərzində şəhərdə xeyli görülmüşdür. Horadiz artıq şəhər görkəmi almışdır. İndi rayon mərkəzinin gözəlliyi ilə fəxr etməyə dəyər.

Görüləcək işlər, qarşıda duran vəzifələr daha böyükdür. Yaxın vaxtlarla Horadiz şəhərində bir neçə beşmərtəbəli ev tikiləcəkdir. Rayon üzrə dağıdılmış, yarımçıq qalmış, kərpicdən, qarğı-qamışdan tikilmiş 2865 ev bərpa olunacaqdır. Mədəniyyət, səhiyyə müəssisələrinin şəbəkəsi genişlənəcəkdir. Onu da əlavə edək ki, tikinti-abadlıq və quruculuq işləri təkcə Horadiz şəhəri ilə məhdudlaşmamışdır. Ötən aylar ərzində rayonun başqa yaşayış məntəqələrinin də siması xeyli dəyişmişdir.

Məlumdur ki, ötən il iyul ayının 13-də respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə rayonun Bala Bəhmənli - Əhmədbəyli - İkinci Mahmudlu - Qarabağ - Aşağı Kürdmahmudlu - Kürdmahmudlu - Alıxanlı - Beşinci Zobucuq məntəqələrini əhatə edən yolların əsaslı bərpası üçün 7 milyon manat vəsait ayrılmışdır. Bundan başqa, Araz Zərgar - Araz Dilağarda - Səngər - Bala Bəhmənli kəndlərinin yolları da əsaslı bərpa olunmuşdur. İndi 29 kilometrlik həmin genişrahat asfalt yollardan rayonun 25 min nəfərə yaxın əhalisi istifadə edir.

Bala Bəhmənli, Əhmədbəyli kəndlərinin ərazisində abadlıq, tikinti işləri genişlənmişdir. Bala Bəhmənli kəndinin bazar adlanan hissəsində küçələrin ətrafına yöndəmsiz halda yığılmış köşklər götürülmüş, ərazi genişlənmişdir, yaraşıqlı xidmət obyektləri tikilmişdir. Birinci Mahmudlu kəndi yaxınlığında 5 min ton kənd təsərrüfatı məhsulları saxlayacaq soyuducu anbarın tikintisi sürətlə davam etdirilir. Yuxarı Mil Kanalının üzərində 25 meqavat gücü olan su elektrik stansiyasının tikintisi aparılır. Qarabağ kəndində keçmiş heyvandarlıq kompleksinin bazasında iri broyler-quşçuluq fabrikinin tikintisi üçün layihə-smeta sənədləri hazırlanır.

Yaxın vaxtlarda Əhmədbəyli kəndində 45 yerlik uşaq bağçasının tikintisinə başlanacaqdır. Gecəgözlü yatağında 80 yerlik orta məktəbin, Kərimbəyli kəndində 45 yerlik uşaq bağçasının tikintisi başa çatmaq üzrədir. İndiyə qədər məktəbi olmayan Yuxarı Mollaməhərrəmli kəndində 80 yerlik orta məktəb binasının tikintisi plana salınmışdır. Böyük Bəhmənli kəndində 50 çarpayılıq xəstəxananın, 60 yerlik uşaq bağçasının layihə-smeta sənədləri hazırlanmışdır. Tikintiyə yaxın vaxtlarda başlanacaqdır. Artıq 100 çarpayılıq mərkəzi xəstəxananın tikintisinə razılıq alınmışdır.

Kərimbəyli kəndində 3 hektardan artıq ərazini əhatə edən "Qarabağ" ailəvi istirahət mərkəzində son tamamlanma işləri aparılır. Babı kəndindəki XIII əsrə aid edilən Şeyx Babı türbəsinin altında yaşayış məskəni tapılmışdır. Orada arxeoloji qazıntılar aparılır. Bu, o deməkdir ki, rayon yaxın gələcəkdə ölkənin turizm ünvanlarından biri kimi də tanınacaqdır.

Füzuli ənənəvi kənd təsərrüfatı rayonudur. Düzdür, son vaxtlar bu sahədə müəyyən işlər görülmüş, bir sıra tədbirlər işlənib həyata keçirilmişdir. Nəticədə, ötən illərlə müqayisədə taxılçılıqda, heyvandarlıqda və başqa sahələrdə irəliləyiş əldə edilmiş, məhsuldarlıq yüksəldilmişdir. Ərazisinin 70 faizi hələ də düşmən tapdağı altında olmasına baxmayaraq Füzuli öz əhalisini əksər növ kənd təsərrüfatı məhsulları ilə təmin edə bilir. Ancaq aparılan təhlil və müqayisələr göstərir ki, bu sahədə heçbütün imkanehtiyat mənbələrindən səmərəli istifadə olunmur. Elə ona görə də rayon icra hakimiyyətində mövcud vəziyyət, həllini gözləyən problemlər və onların optimal müddətdə həlli, kənd təsərrüfatı məhsulların istehsalının daha çox intensiv amillər hesabına inkişaf etdirilməsi və s. məsələlərlə bağlı kompleks tədbirlər planı işlənib həyata keçirilmişdir. Belə düşünməyə tam əsas var ki, 2012-ci il rayonda kənd təsərrüfatı məhsulları istehsalı sahəsində dönüş ili olacaqdır.

Uzun illər istər Horadiz şəhərində, istərsə də digər yaşayış məntəqələrində əhalini narahat edən vacib məsələlərdən biri işsizlik idi. Bu gün qətiyyətlə demək olar ki, ötən il həyata keçirilmiş əsaslı tədbirlər, atılmış konkret addımlar nəticəsində artıq bu sahədə irəliləyiş əldə edilmişdir. Məsələn, ötən il rayon üzrə min yeri açılmışdır ki, bunun da 365-i daimidir.

Hesablamalar göstərir ki, Heydər Əliyev Mərkəzinin, Heydər Parkının, Şahmat məktəbinin, Aqroservisin rayon filialının, Kərimbəyli ailəvi istirahət mərkəzinin, soyuducu anbarın, broyler-quşçuluq fabrikinin, su elektrik stansiyasının, Horadiz şəhər orta məktəbinin, Gənclər mərkəzinin, mərkəzi xəstəxananın və başqa obyektlərin istifadəyə verilməsindən sonra rayonda əlavə 200-250 daimi yeri açılacaqdır. Yaxın vaxtlarda daha 300 nəfərin işləməsinə şərait yaradacaq yeni zavodun tikintisinə də başlanacaqdır.

Son vaxtlar Füzuli Rayon İcra Hakimiyyətinin üslub və metodlarında, təşkilat-idarəetmə məsələlərində diqqəti cəlb edən ən vacib cəhətlərdən biri kadrlara münasibət, onların seçilməsi, yerləşdirilməsi və tərbiyə olunmasında sağlam, şəffaf və obyektiv münasibətin formalaşmasıdır. Məlumdur ki, hər hansı sahədə işlərin uğurlu təşkili peşəkarlığı və mənəvi keyfiyyətləri ilə fərqlənən gənc, perspektivli kadrların vaxtında irəli çəkilməsindən, onlara etimad göstərilməsindən çox asılıdır. Təəssüf ki, əvvəllər bu sahədə tələsikliyə, səthi münasibət hallarına, bəzi məqamlarda isə qeyri-obyektivliyə yol verilmişdir. Heç də təsadüfi deyildir ki, belələri rayon icra hakimiyyəti başçısının ciddi intizam və məsuliyyətə əsaslanan tələbkarlığına tab gətirə bilmədilər.

Deməli, nə qədər ki, gec deyil bu cür kadrlarla xudahafisləşmək lazım idi. Belə də oldu. Əvəzində isə və mənəvi keyfiyyətləri ilə seçilən, adamlarla dil tapan, onları öz ardınca apara bilən yaradıcı və təşəbbüskar kadrlar cəsarətlə irəli çəkildilər. Məsələn, ötən 8 ay ərzində 40 nəfərə qədər rəhbər işçi öz kreslosu ilə ayrılmalı olmuşdur. Nəticə isə göz qabağındadır. Aydın şəkildə nəzərəçarpan inkişaf və irəliləyiş o sahələrdə baş vermişdir ki, orada başına daha bacarıqlı, işgüzar və təşəbbüskar gənclər gətirilmişdir.

Vətəndaşların qəbulu, onların ərizə, şikayət və müraciətlərinə baxılması sahəsində ardıcıl və sistemli qurulmuşdur. Bu barədə danışarkən müntəzəm surətdə təşkil edilən səyyar qəbulların səmərəsini ayrıca qeyd etmək lazımdır. Onu da əlavə edək ki, respublikamızın 50-dən çox şəhər və rayonlarında müvəqqəti məskunlaşmış sakinlərlə keçirilən belə görüş və qəbullar olduqca faydalıdır. Nəzərə almaq lazımdır ki, əvvəllər insanlar bəzən ən adi məsələlər üçün yüz kilometrlərlə məsafə qət edib, vaxt və vəsait itirib Horadiz şəhərinə gəlməli olurdular. Bu isə, əlbəttə, haqlı narazılıq və giley-güzar yaradırdı.

İndi isə vəziyyət tamamilə başqadır. Belə ki, yerlərdə müxtəlif idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının başçıları ilə keçirilən səyyar qəbullar ortaya çıxan çətinlik və problemlərin operativ həllinə imkan verir. Yeri gəlmişkən deyək ki, hazırda əvvəlki aylarla müqayisədə rayon icra hakimiyyətinə, eləcə də respublika təşkilatlarına göndərilən ərizə, şikayət və məktubların sayı xeyli azalmışdır. Səbəb isə yuxarıda da dediyimiz kimi çox sadədir: vətəndaşları düşündürən, narahat edən məsələlər yerindəcə, özü də gecikdirilmədən həll olunur.

Biz bu yazıda ötən il Füzuli rayonunda iqtisadi, sosial və mədəni sahədə əldə edilmiş bəzi uğurlar barədə söhbət açdıq, vətəndaşların qəbulundan, təşkilat-idarəetmə məsələlərindən bəhs etdik. Etiraf edək ki, görülmüş işlərin miqyası, bünövrəsi qoyulmuş və nəzərdə tutulmuş tədbirlərin həcmi daha böyükdür. Deməli, cəbhə xəttində yerləşən, düşmənlə üz-üzə dayanan bu bölgənin daha sürətli inkişafı, irəliləyiş və yüksəlişi hələ qabaqdadır. Hər halda, yola saldığımız ilin yekunları bu barədə nikbinliklə düşünməyə əsas verir.

Görüşdüyüm, söhbət etdiyim fizulililər -ağsaqqallar, ziyalılar, gənclər yaradılmış belə gözəl şərait, göstərilən gündəlik diqqət və qayğı üçün, ilk növbədə, ölkə Prezidenti İlham Əliyevə öz böyük hörmət və ehtiramlarını bildirirlər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2012.- 11 yanvar.- S. 7.