XXI əsrin geosiyasəti: əsas trendlər geosiyasi perspektivlər.

 

(əvvəli qəzetin 11 yanvar 2012-ci il tarixli sayında)

 

Kitabda Qafqaz-Xəzər regionunun geotarixi və müasir geosiyasətinin əsas problemlərinin tədqiqinə geniş yer ayrılıb. Burada ən qədim dövrdən indiyədək regionda benəlxalq rəqabətin mərhələləri gözdən keçirilir. Kitabda müasir beynəlxalq geosiyasi münasibətlər sistemində Qafqaz və Xəzərin rolu və yeri müəyyən edilir, XXI əsrin ilk onilliyində regionda baş verən mürəkkəb iqtisadi və siyasi proseslərin mahiyyəti açıqlanır.

Müəllif müasir "geosiyasi oyunçular" olan Rusiya, ABŞ, Avropa İttifaqı, Çin, Türkiyə, İran və digər dövlətlərin Xəzər və Qafqaz regionunda tutduğu mövqeyi təhlil edir. Burada Xəzər regionunun geosiyasi və geoiqtisadi perspektivləri, həmçinin bunun Mərkəzi Asiyada geostrateji vəziyyətə təsiri araşdırılır.

Cənubi Qafqazın unikallığı, regionun Avrasiya materikində baş verən dinamik geosiyasi proseslərdə xüsusi mövqe tutmasıdır. Regionun, xüsusən də, enerji sahəsində geoiqtisadi töhfələri əhəmiyyətlidir. Şimal və Cənub, Şərq və Qərb arasında əlverişli mövqeyə malik olan Cənubi Qafqazın geostrateji potensialını da nəzərdən qaçırmaq olmaz. Nəhayət, hazırda etnik, dini və siyasi zəminli münaqişələrlə zəngin olan Cənubi Qafqaz regionu özünəməxsus etnosiyasi xüsusiyyətləri ilə seçilməkdədir.

Qeyd etmək lazımdır ki, əsərdə Azərbaycan siyasət elmində və politologiya tədrisində ilk dəfə olaraq geosiyasətin müstəqil elm, həmçinin, dövlət və xalqların siyasi fəaliyyəti sahəsi kimi əsas prinsipləri və məzmunu tədqim edilir. Burada geosiyasətin təşəkkül və inkişafı, onun kateqoriyaları, həmçinin, dünyanın geosiyasi xəritəsi və onun dəyişmə tendensiyaları əksini tapıb. Bundan başqa, kitabda tələbə, siyasi xadimictimai elm problemləri ilə maraqlanan şəxslər üçün Azərbaycanda geosiyasi fikrin formalaşması haqqında materiallara rast gəlmək olar.

Müəllif klassik geosiyasətin əsas parametrlərinin avrosentrizmonun maraqlarının hakim olduğu XIX əsrin sonlarında, məşhur alman coğrafiyaşünası Ratselin coğrafi determinizminin təsiri altında formalaşdığını xatırladır. XX əsrin sonlarına doğru gəldikdə, insanın məskən saldığı ərazilər mənimsənildikdən və birləşmə prosesi başa çatdıqdan sonra isə avrosentrik dünya öz yerini bütün planeti əhatə etmiş çoxqütblü dünyaya verdi. Oykumenlər qapalı, bitmiş və əlaqəli bir vəhdətə çevrildi. Vahid güc meydanı olan bu vəhdətin tərkib hissələri, yalnız öz aralarında qarşılıqlı əlaqələr öyrənildikdən sonra anlaşıla bilər. Hazırda real çəkisi və nüfuz dairəsindən asılı olmayaraq, istənilən ölkə dünya birliyinin işlərinə fəal cəlb olunur. Bu tezisdən çıxış edən müəllif ənənəvi geosiyasətin əsas mövqeyinin müasir dünyanın reallıqları ilə uzlaşmadığı qərarına gəlir. Kitabda yeni dünya reallıqları kontekstindən çıxış edərək siyasət elminin ən vacib hissəsi olan geosiyasətin, müstəqil elm kimi parametr, konseptual istiqamət və metodiki prinsiplərini formalaşdırmağa cəhd edilir. Göründüyü kimi, geosiyasət siyasət tarixi, diplomatiya tarixi, fəlsəfə, sosiologiya və beynəlxalq hüquq kimi bir sıra sosialhumanitar elmlərin kəsişmə nöqtəsi kimi çıxış edir.

Kitabda geosiyasətin, dini, bəşəri və mədəni amillərə xüsusi diqqət ayırmaqla humanitar elm kimi müasir konsepsiyası təqdim olunur. Bu amillərin rolu və əhəmiyyəti informasiya inqilabının təsiri altında dayanmadan güclənir. Burada, Azərbaycan elmi ədəbiyyatında ilk dəfə olaraq, geosiyasətdə informativ paradiqmanın konseptual analizi və məkan uğrunda mübarizədə yeni informasiya texnologiyalarının tətbiqi öz əksini tapır. Əsas diqqət isə, az gərginlikli münaqişələrin öyrənilməsi və "məxməri inqilablar"ın müasir geosiyasi vəziyyətin dəyişməsində roluna ayrılır. Bununla əlaqədar olaraq, müasir geosiyasi vəziyyətin analizionun XXI əsrdə inkişafına dair proqnozlar təqdim olunur.

Bütün bunlardan əlavə, kitabda geosiyasətin elm kimi yaranması və inkişafı ilə bağlı əsas suallar nəzərdən keçirilir. Anqlosakson, AvropaRusiya geosiyasi məktəblərinin nüfuzlu nümayəndələrinin nəzəri müddəaları aşkara çıxarılır və təhlil edilir. Həmçinin, son zamanların ən kəskin hadisələri haqqında müəllif mövqeyi öz əksini tapıb.

N.Məmmədovun elmi düşüncəsi belə bir qənaət formalaşdırır ki, cəmiyyətdə inqilabi dəyişikliklər və dünyanın geosiyasi strukturunun transformasiyası geosiyasətin "yenidən kəşf olunmasını" tələb edir. Lakin geosiyasətin dirçəlişi böyük çətinliklərlə müşayiət olunur. Bu elmin əsasını təşkil edən fundamental anlayışların çoxu hələ XIX əsrdə ifadə edilmişdirmüasir dövrdə bəzən onların dəqiqləşdirilməsinə ehtiyac var. Geosiyasətə misli görünməmiş maraq onun konturlarının silinməsi ilə müşayiət olunur. Müəllif göstərir ki, ənənəvi geosiyasətin ən düzgün tərifini K.Haushofer vermişdir. O, geosiyasət elmini dövlətin siyasətini yaratmaq və əsaslandırmaq üçün coğrafi biliklərdən istifadə etmək bacarığı, praktiki siyasətə rəhbərlik etmək məharəti hesab edirdi: "Geosiyasət dövlətin coğrafi zəkasıdır". Professor N.Məmmədovun sözlərinə görə, bu tərif artıq köhnəlmişdir. Müasir tədqiqatçılar artıq fundamental (qlobal) və tətbiqi geosiyasət, geosiyasət və siyasi coğrafiya anlayışlarını fərqləndirirlər. Müəllif yazır: "Son illərdə dünyada geosiyasətə həsr edilmiş çoxlu sayda yeni kitab və dərs vəsaitlərinin, demək olar ki, hamısında ənənəvi "güc geosiyasəti" konsepsiyaları ətraflı səciyyələndirilir. Halbuki, bu konsepsiyaların əksəriyyəti hələ İkinci dünya müharibəsindən əvvəl yaradılmışdır. Həmin konsepsiyalara əsasən elə güman etmək olar ki, guya dünyada geosiyasi təfəkkürün inkişafı H.MakinderK.Haushoferin dövründə olduğu səviyyədə qalmışdır. Bu konsepsiyaların müəllifləri ən yaxşı halda nisbətən sonrakı dövrdə siyasətşünaslar, yaxud beynəlxalq münasibətlər üzrə mütəxəssislər tərəfindən təklif edilmiş, geosiyasət məsələlərinə birbaşaya dolayı aidiyyəti olan ayrı-ayrı nəzəriyyələri təhlil edirlər, bu isə müasir geosiyasət haqqında çox təhrif olunmuş təsəvvür yaradır. Məsələyə bu yanaşma çox vaxt müəlliflərin subyektiv ideoloji mövqeləri ilə şərtlənmişdir".

N.Məmmədov geosiyasət elminin keçdiyi tarixi inkişaf yolunun mahiyyəti haqqında danışarkən aşağıdakı məqamları xüsusi vurğulayır: Geosiyasətin sələfləri HerodotAristotel, N.MakiavelliŞ.Monteskyö, J.BodenF.Brodel hesab edilir. Lakin geosiyasəti təkcə Avropa sivilizasiyasının məhsulu hesab etmək düz deyil. Bizim eradan əvvəl VI əsrdə yaşamış Çin mütəfəkkiri Sun-tszı ərazilərin altı tipini və məkanın doqquz tipini təsvir etmişdir. Onun fikrincə, strateqlərin hərbi siyasəti uğurla aparmaları üçün onlar ərazilərin və məkanın bu tiplərini bilməlidirlər. XIV əsrdə yaşamış böyük ərəb-müsəlman tarixçisi, filosofusiyasi xadimi İbn Xəlduna görə, insan birliklərinin (müasir terminlə desək, sosial birliklərin) mənəvi qüvvələri, onların qüdrətli imperiyanı qoruyub saxlamaqfatehlik uğrunda mübarizədə birləşməyə qabil olub-olmaması və təbii mühitdən irəli gələn impuls arasında sıx əlaqə mövcuddur. N.Məmmədov yazır ki, məxsusi geosiyasət yalnız XIX əsrin axırlarında yaranmışdır. Məhz həmin dövrdə alman coğrafiyaşünası F.Ratselonun şagirdləri ölkənin vəziyyətinə, onun yerləşdiyi coğrafi məkana və sərhədlərinə əsaslanaraq coğrafiya ilə siyasət arasında münasibətləri öyrənməli olan yeni bir fənn yaratmışdır. F.Ratselin fikrincə, məkan hissi güclü olan xalqlar həqiqətən böyük xalqlardır. Deməli, xalqın dinamizmindən asılı olaraq, ölkənin sərhədləri daralaya genişlənə bilər. F.Ratselin həmvətəni K.Haushofer Üçüncü Reyx dövründə bu cür ideyalara əsaslanaraq "həyati məkan" deyilən təhlükəli bir nəzəriyyə yaratmışdı və nasistlər öz işğalçı planlarını əsaslandırmaq üçün bu nəzəriyyəyə istinad edirdilər.

İngiltərəli coğrafiyaşünassiyasi xadim H.Makinder, amerikalılar - admiral A.MehenYel Universitetinin professoru N.Spaykmen geosiyasi ideyaların inkişafına sanballı töhfələr vermişlər. Admiral Mehen hələ 1900-cü ildə "dəniz dövlətləri" ilə "quru dövlətləri" arasında antaqonizm və "dəniz dövlətləri"nin dünyada hökmranlıq etməsi ideyasını irəli sürür. Bu hökmranlıq Avrasiya qitəsi ətrafında bir sıra dayaq məntəqələrinə nəzarət edilməsi yolu ilə təmin edilə bilər. Makinder öz əsas ideyalarını "Tarixin coğrafi oxu" (1904), "Demokratik ideallar və reallıq" (1919) və "Yer kürəsinin coğrafi tamamlanması və sülhə nail olma" (1943) adlı əsərlərində şərh etmişdir. Makinder həmin əsərlərdə "Dünya adası" və "Mərkəzi ərazi" ("Hartlənd") anlayışlarından istifadə edir. "Dünya adası" üç komponenti özündə birləşdirir - Avropa, AsiyaAfrika. "Hartlənd" dedikdə isə Şimal Buzlu okeanından Asiya çöllərinə, Almaniyadan Şimali Avropaya qədər geniş bir ərazi nəzərdə tutulur. Makinder Adriatik dənizindən (Venesiyadan şərqə doğru) Şimal dənizi istiqamətində (Niderlanddan bir qədər şərqə) düz xətt çəkərək Avropanı iki barışmaz hissəyə bölür - "Hartlənd" və "Koustlənd" (Sahilyanı ərazi). Bu halda Şərqi Avropa hər iki tərəfin iddia etdiyi qeyri-sabitlik zonasına çevrilir. Elmi ədəbiyyatda hələ də tez-tez istinad edilən "geosiyasi imperativ" anlayışını da Makinder təklif etmişdir. Bu anlayışın mahiyyəti ondan ibarətdir ki, Şərqi Avropaya nəzarət edən "Hartlənd"ə hakim olur; "Hartlənd"ə hakim olan "Dünya adası"na hakimdir; "Dünya adası"na hakim olan isə dünya üzərində üstünlüyü ələ alır. Lakin bu gün həmin imperativə istinad edənlərin çoxu bir məqama diqqət yetirmir ki, bir sıra nüfuzlu siyasətçilər, məsələn, Makinderin müasiri olmuş K.Haushofer onun baxışlarına kifayət qədər tənqidi mövqedən yanaşırdı. Bu tənqidi mövqe geosiyasət üzrə müasir mütəxəssislər, məsələn İv Lakost üçün daha səciyyəvidir.

Nikolas C.Spaykmen "Dünya siyasətində Amerika strategiyası. Birləşmiş Ştatlar güc balansı" əsərində (1942) strateji məna daşıyan "Rimlənd" anlayışını ifadə edir. "Rimlənd" dedikdə SSRİ-ni "Dünya adası"nı birləşdirən dairənin Baltik dənizindən Qərbi Avropa, Aralıq dənizi Yaxın Şərq ölkələrindən keçməklə Mərkəzi Cənub-Şərqi Asiyaya qədər ərazini əhatə edən qövsü nəzərdə tutulur. Spaykmenin fikrincə, "Mərkəzi ərazi"nin periferiyası olan "Rimlənd" sovet ekspansiyasına müqavimət göstərmək onu ləngitmək üçün bir növ platforma olmalıdır. "Rimlənd" termini məzmun etibarilə Makinderin "daxili marginal qövs" adlandırdığı anlayışla üst-üstə düşür. Spaykmen sübut edir ki, "Hartlənd" coğrafi mənada mövcud olsa da, əvvələn, strateji aviasiyanın digər ən müasir silahların inkişafı ona ciddi təhlükə doğurur, ikincisi, Makinderin proqnozlarına rəğmən, "Hartlənd"in iqtisadi inkişaf səviyyəsi onun dünyanın ən mütərəqqi regionlarından birinə çevrilməsinə imkan verə biləcək həddə çatmamışdır. Spaykmen iddia edir ki, həm Birinci dünya müharibəsində, həm İkinci dünya müharibəsində həlledici mübarizə "Hartlənd" zonasında ona sahib olmaq uğrunda deyil, "Rimlənd" sahillərində "Rimlənd" ərazisində gedirdi. Dünya hökmranlığı Şərqi Avropa üzərində nəzarətdən asılı deyildir. Buna görə Makinderin məşhur "Rimlənd"in taleyinə kim nəzarət edirsə, dünyanın taleyinə o nəzarət edir" aforizmindən imtina etmək lazımdır.

 

(ardı var)

 

 

Kamal ADIGÖZƏLOV,

Bakı Dövlət Universiteti diplomatiya

müasir inteqrasiya prosesləri kafedrasının

doktorantı

 

Xalq qəzeti.- 2012.- 12 yanvar.- S. 3.