Dəmir yolunun inkişaf tarixində yeni mərhələ

 

Yola saldığımız 2011-ci il ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında bir çox uğurlu hadisələrlə yadda qalmışdır. Ümumiyyətlə, son illər ərzində nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı üçün ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul olunub, sərəncamlar imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalaması bu nəhəng nəqliyyat qurumunun tarixində yeni bir dönəmin başlanğıcını qoymuşdur. Dövlət Proqramının əsas məqsədi Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin etməkdir.

 

Ötən il ərzində "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010- 2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamdan irəli gələn vəzifələrin icra olunması istiqamətində İnfrastruktur Departamentinin əhatə etdiyi - yol, elektrik təchizatı, işarəvermə və rabitə sahələrində bir sıra vacib islahatlar həyata keçirilmiş, hər üç təsərrüfatda qatarların təhlükəsiz hərəkətinin təmini istiqamətində böyük həcimli işlər aparılmış və il uğurla başa çatmışdır.

Xüsusilə yol təsərrüfatında aparılan genişmiqyaslı təmir işləri (buraya həm əsaslı, həm də cari təmir daxildir) dinamik xarakter almışdır. Cari təmirdə yolun üst quruluşu materialları ilə təminat xeyli yaxşılaşmış və yol sahələrinin mal-materiallara ol- an tələbatı, demək olar ki, ödənilmişdir. Təkcə ağac şpallarla təminat keçən illə müqayisədə 7 dəfədən artıq olmuşdur (yəni 3832 ədədə qarşı, 24128 ədəd). Əlavə olaraq, yoldəyişən qurğuların elementləri (çarpazlar 40 ədəd), rels bağlayıcıları (boltlar, kastillər, yanlıqlar, əks qaçıcılar və sair-195 ton), bundan əlavə 5 ədəd MPT markalı kran-drezin, 10 ədəd QAZ-3309 yol-təmiri maşınları, Almaniyanın "Robel" firmasından 10 ədəd relsdeşən, 20 ədəd relskəsən, 14 ədəd şrup, qayka bağlayan, 16 ədəd cilalayıcı, 130 ədəd açar, 210 ədəd şablon, 130 ədəd deksel, relskəsən üçün 270 ədəd disk, 134 ədəd burğu, 380 ədəd çəkic alınaraq sahələrə paylanması cari təmir işlərinə xeyli kömək etmişdir. Nəticədə isə qeyd olunduğu kimi 163,3 kilometrdə qatarların hərəkət sürəti 25, 40, 50 km/saatdan 40, 60, 80 km/saata qaldırılmış və qatarların orta texniki sürəti 1,5 km/saat artırılaraq 55,5 km/saata çatdırılmışdır. Həyata keçirilən tədbirlər eyni zamanda uzun illər bağlı olan stansiyalarda yan yolların açılmasına şərait yaratmışdır.

Ötən il yol təsərrüfatında 2003-cü ildən sonra ilk genişmiqyaslı əsaslı təmir işləri aparılmışdır. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamının icrası istiqamətində 10 iyun 2011-ci ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Ağstafa-Tatlı sahəsinin 97-ci kilometrində əsaslı təmir prosesinə start verilmiş, bu günə kimi 44,13 kilometr yol əsaslı təmir olunmuşdur.

Əsaslı təmirdən sonra Ağstafa-Tatlı cüt, Tatlı-Ağstafa tək mənzillərində qatarların hərəkət sürəti yük qatarları üçün 80, sərnişin qatarları üçün isə 100 km/saata qaldırılmışdır. Hazırda Dəllər-Zəyəm cüt və Tatlı-Tovuz tək mənzillərdə ballast tökmə və tamamlama işləri davam etdirilir. İşlər yekunlaşdıqdan sonra həmin mənzillərdə sürət müvafiq olaraq qaldırılacaqdır. Əsaslı təmir vaxtı yoldan çıxan yarım-yararlı rels, şpalsair materiallarla da ayrı-ayrı mənzillərdə və stansiya yollarında sağlamlaşdırılma işləri aparılmışdır və bu işlər də davam etdirilir.

2011-ci ildə Mincivan yol sahəsinin 30 nəfər işçisi Ağstafa Biləcəri, cari ilin yanvar ayının 10-dan etibarən isə Keşlə baş, Xırdalan stansiyalarında aparılan cari təmir işlərinə kömək göstərilməsi məqsədilə Biləcəri yol sahələrinə ezam edilmişdir.

Yol təsərrüfatı işçiləri tərəfindən keçən il ərzində rels təsərrüfatının normal istismarını təmin etmək məqsədilə defektoskop vaqonları və aparatları vasitəsilə rels təsərrüfatının yoxlanılması zamanı yollarda 299 ədəd ciddi qüsurlu relslər aşkar olunaraq dəyişdirilmişdir. Rels dövriyyəsinin normal işinin təmin olunması məqsədilə 11032 ədəd mis rels birləşdiriciləri qaynaq edilmiş, təcridedici calaqlarda 1482 dəst izoləedici materiallar dəyişdirilmiş və 34,13 kilometr yolda çirkli ballast qatı kəsilərək çıxarılmışdır.

Dövlət proqramı çərçivəsində Saatlı-Besar mənzilinin 98-ci kilometrində Araz çayı üzərində yerləşən dəmir yolu körpüsü yenidən qurularaq istismara ve- rilmiş, Saloğlu-Poylu mənzilinin 73-cü kilometrində yerləşən ümumi smeta dəyəri 16251,2 min manat təşkil edən Kür çayı üzərində ikinci yeni dəmir yolu körpüsünün tikintisinə başla- nılmışdır.

Qeyd edilən böyük körpülərdə aparılan işlərdən əlavə Zəyəm-Qovlar mənzilinin 131-ci kilometrində Zəyəm çayı üzərində, Yevlax-Bərdə mənzilinin 31-ci kilometrində Tərtər çayı üzərində, Gəncə-Alabaşlı mənzilinin 175-ci kilometrində Qoşqar çayı üzərində yerləşən, Poylu-Salahlı mənzilinin 69-cu kilometrinin cüt yolunda, Sumqayıt sərnişin-Sumqayıt baş mənzilinin 53-cü kilometrində, Tatlı-Ağstafa mənzilinin 94-cü kilometrində Həsənsu çayı üzərində yerləşən, Yeni Poylu-Qazax mənzilinin 8-ci kilometrində, Qax-Zaqatala mənzilinin 114-cü kilometrində yerləşən körpülərdə su tənzimləyici qurğuların bərpası, kənar dayaqların dəmir-beton örtüyə götürülməsi, konusların və konusaltı divarların bərpası işləri də aparılmışdır.

Ordubad-Salamməlik mənzilinin 364-cü və 365-ci kilometrlərində, Lənkəran çay-Qamışlıq mənzilinin 158-ci, 160-cı, 161-ci, 163-cü, 175-ci, 176-cı kilometrlərində və Heybət-Puta mənzilinin 512-ci kilometrində 15000 kubmetrə yaxın iri but daşları tökülməklə sahilbərkitmə işləri aparılmışdır.

Eyni zamanda, dekabr ayında Tixoresk maşınqayırma zavodunda istehsal olunanyol işçilərinin əl əməyinin yüngülləşdirilməsinə xidmət edən 5 ədəd drezinin alınmış, departamentin müəssisələrinə təqdim olunmuşdur.

İşarəvermə və rabitə, eyni zamanda elektrik təchizatı sahələrində də bir sıra uğurlu işlərə imza atılmışdır. Belə ki, Biləcəridəki motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri emalatxanasında 3 ədəd TQK-2 markalı motovoz, RM-80 UHR yol-təmir maşınınn dəmir tor və zəncirləri, 1 ədəd mühərriki, 09-32 CSM markalı yol-təmir texnikasının döymə bloku, 4 ədəd KJDE markalı kran,1 ədəd KGTV (Geysmar) markalı ekskavator, 71 ədəd xopper-dozator vaqonları təmir olunmuşdur.

Həmçinin yolelektrik təchizatı sahələri üçün 13 ədəd drezin əsaslı, 3 ədəd drezin isə orta təmir edilərək sahələrə verilmişdir. Əlavə olaraq, "Dəmiryolservis"MMC-nin 1 ədəd UK25/18 yolqoyan kranı əsaslı, 1 ədədi isə orta təmir edilmişdir.

Görülən bu işlərlə yanaşı, 10 saylı İDYM tərəfindən aidiyyatı sahələrlə birlikdə Bakı yük-Keşlə baş, Sarıcalar-Saatlı, Yevlax-Bərdə mənzillərində, Şəki-Balakən və Böyük Şor-YBNZ-Əhmədli sahələrində qatarların təhlükəsiz hərəkətinə, yüksək gərginlikli İMB və yan xətlərə mane olan ağacların budaqlarının kəsilməsi işləri görülmüş və hazırda Alabaşlı-Quşçu sahəsində həmin işlər davam etdirilir.

Departamentin Qızılca Qırmadaş zavodu, 2 saylı müəssisəsi və 74 saylı yol-istismar müəssisəsi tərəfindən 17000 kubmetr but daşı, 53200 kubmetr çınqıl, 2400 kubmetr ballast, 3200 kubmetr qum, 18500 kubmetr çay xırı istehsal olunmuşdur. Yolların əsaslı təmiri zamanı çınqıl təminatını gücləndirmək məqsədilə Qızılca qırmadaş zavoduna 5 ədəd "Kamaz" markalı yük maşını, 1 ədəd çınqıldoğrayan qurğu, 1 ədəd yükləyici, 1 ədəd buldozer, 1 ədəd ekskavator alınmışdır.

2011-ci ildə 10 saylı İDYM tərəfindən dəmir yolunun təhkim zolağında yaz əkini kampaniyasında Sumqayıt-Güzdək mənzilinin 2623-cü kilometrində 2000 ağac, 7 saylı yol-yaşıllaşdırma müəssisəsi tərəfindən xidməti ərazidə 1200 ədəd müxtəlif növlü ağac tingləri əkilmişdir.

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində Çexiya İxrac Bankının krediti ilə yol təsərrüfatında əsaslı təmir işləri 2012-ci ildə də davam etdiriləcək və 111 kilometr yolun əsaslı təmiri nəzərdə tutulur. Artıq bu işlərin icrasına başlanılmışdır.

Yol sahələri üçün əlavə MPT-4 kran-drezinlərin, yol təmiri aftomaşınlarının, geniş həcmdə kiçik mexanizm və alətlərin eyni zamanda 240 dəst yoldəyişən qurğuların alınması planlaşdırılmış, kredit hesabına isə bağlanmış müqavilələrə əsasən qeyd edilənlərdən əlavə 192 dəst yoldəyişənlər üçün çevirici tirlərin alınması da nəzərdə tutulmuşdur.

Elektrik təchizatı sahəsi üzrə 46 zədəli dayaq, 5,5 kilometr yeyilmiş kontakt naqili, 6,12 kilometr aparıcı tros, 5359 ədəd zədəli izolyator,14 ədəd 3,3 kV-luq ayrıc, 8 ədəd seksiya izolyatoru dəyişdirilmişdir. Avtobloklama xəttində 62 ədəd zədəli dayaq, 35 kilometr korroziyaya uğramış məftil, 64 ədəd RLND-10 tipli ayrıc, 1992 ədəd zədəli izolyator, 83 ədəd "OM" tipli transformator, 130 ədəd travers, 46,5 kilometr yüksək və 3,8 kilometr alçaq gərginlikli kabel xətti dəyişdirilmişdir. Dartı yarımstansiyalarında mövcud normativ texniki sənədlərə uyğun müəyyən həcmdə cari təmir işləri görülmüşdür. Əlavə olaraq, 5 ədəd VMPE-10 tipli yağ açarı, 8 ədəd 3,3 kv-lıq hava açarları təmir edilmiş, Yevlax dartı yarımstansiyasında 10 kv-lıq paylayıcı qurğuda 7 ədəd "RAYXOM" tipli kabel ucluqları quraşdırılmış, Goran dartı yarımstansiyasında 120 metr 10 kv-luq kabel dəyişdirilmiş, Bakı elektrik şəbəkəsinin istismar sahəsi olan konteynerlərin təmiri deposunu qidalandıran yüksək gərginlikli kabel təmir edilmiş, 6 ədəd birləşdirici mufta dəyişdirilmişdir.

Biləcəri lokomotiv deposunun texniki baxış məntəqəsində yenidənqurma işlərinin aparılması ilə əlaqədar olaraq TM-630/6 transformatoru, 10 kv-luq KRUN-10 tipli və 0,4 kv-luq paylayıcı qurğular, 1000 metr MF-100 tipli kontakt naqili, 500 metr M-120 tipli aparıcı tros quraşdırılmışdır.

Elektrik təchizatı sahələri üçün cari ilin yanvarında 3, daha sonra isə əlavə 3 ədəd ADM markalı drezinlərin alınması da planlaşdırılır.

Eyni zamanda qeyd edilən proqram çərçivəsində enerji təchizatında Bakı-Böyük Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid ilə bağlı işlərin icrası üçün tədbirlərin görülməsinə başlanılacaqdır. Keçidlə əlaqədar Bakı-Böyük Kəsik istiqamətlərində sistemin əsaslı təmiri nəzərdə tutulmuşdur. Bu isə elektrik təchizatı sahələrində böyük dəyişikliklərə gətirib çıxaracaqdır.

İşarəvermə və rabitə təsərrüfatı üzrə Biləcəri stansiyasında lokomotiv deposunun texniki baxış məntəqəsində lokomotivlərin fasiləsiz avtomatik işarəvermə avadanlıqlarının normal işini təmin etmək məqsədilə 2 ədəd şleyf quraşdırılmış, Qaradağ, Ələt baş, Hacıqabul, Kürdəmir və Ucar stansiyalarındakı kassalarda bilet satışı optik rabitə sistemi vasitəsi- lə dəmir yolunun bilet satışı üzrə ümumi şəbəkəsinə qoşulmuşdurbu işlər davam etdirilir.

Şirvan mexaniki-təpədə VP-3/20 tipli kompressor, KV-3/72 tipli vaqon yavaşıdıcıların 38 ədəd şinləri, 15 ədəd PBM-56 tipli pedal təmir olunmuşdur.

Yevlax stansiyasındakı ATS- də dəmiryolu abonentlərinin şəhərlərarası və beynəlxalq çıxışları optik rabitə sisteminə qoşulması təmin olunmuşdur.

Səngəçal, Ucar, Dəllər, Ağstafa stansiyalarında qatarların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə KTSM qurğularında 20 ədəd balometr, 4 ədəd kondensator platası, 2 ədəd işıq süzgəci, 3 ədəd monitor, 4 ədəd kompyuter prossesoru, 2 ədəd yerüstü kamera yenisi ilə əvəz olunmuş, həmçinin Kürdəmir stansiyasında KTSM avadanlıqları yeni otağa köçürülərək montaj olunmuşdur.

Dəyişən cərəyana keçidlə əlaqədar işarəvermə və rabitə sistemində Bakı-Böyük Kəsik istiqamətində elektrik mərkəzləşmə və avtobloklama sisteminin mikroprosessor bazasında yenidən qurulacaqbu istiqamətdə sistemin tam yenilənməsi işləri planlaşdırılır. Cari ildə bu istiqamətlərdə də işlər davam etdiriləcəkdir.

Ümid edirik ki, 2012-ci il dəmir yolunun tarixində böyük dönüş ili olacaq və qatarların təhlükəsiz hərəkətinin təminində və sürətin artırılmasında çox böyük irəliləyişlərə nail olacağıq.

Dövlət Proqramının icrası bütövlükdə dəmir yolunun, onun yol, elektrik təchizatı, işarəvermə və rabitə sahələrində çox ciddi müsbət dəyişikliklərə gətirib çıxaracaq və qatarların təhlükəsiz şəraitdə mənzil başına çatdırılmasında mühüm rol oynayacaqdır.

Sonda onu da qeyd etmək is- tərdim ki, kollektivimiz bu günədək qarşısına qoyulan bütün vəzifələri layiqincə yerinə yetirib. Dövlət başçısının dəmiryolçulara xüsusi qayğısı, eyni zamanda, "Azərbaycan Dəmir Yolları" QSC rəhbərliyinin işimizə gündəlik nəzarəti bizi daha məsuliyyətlə çalışmağa, Dövlət Proqramının icrası istiqamətində üzərimizə düşən vəzifələri vaxtında və yüksək keyfiyyətlə həyata keçirməyə sövq edir.

 

 

Füzuli QULİYEV, "Azərbaycan Dəmir Yolları" QSC İnfrastruktur Departamentinin rəisi

 

Xalq qəzeti.- 2012.- 17 yanvar.- S. 6.