Dağlıq Qarabağ münaqişəsi istənilən halda Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll olunacaq
... Azərbaycan sülhsevər dövlətdir.
Biz çalışırıq ki, məsələ sülh
yolu ilə həll olunsun.
Ancaq onu da bilirik ki,
hər il və hər ay
bizi qələbəyə
yaxınlaşdırır. Hər il və
hər ay Azərbaycan daha
da güclü, Ermənistan
daha da gücsüz
olur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Dövlət
başçımızın həm ölkə daxilindəki
müxtəlif tədbirlərdəki nitqlərində, həm
də beynəlxalq təşkilatların tribunasından
çıxış edərkən Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həll edilməsi üçün göstərdiyi
qətiyyət dünya ictimaiyyətinin gözü
qarşısında və maraq dairəsindədir. Azərbaycan
Prezidenti dövlətin bu məsələyə dair
mövqeyini həm işğalçı ölkənin rəhbərləri
ilə, həm vasitəçi ölkələrin rəsmiləri
ilə, həm də beynəlxalq təşkilatlarda müzakirələr
zamanı çox konkret şəkildə ifadə edir: "Bu
münaqişə Azərbaycanın ərazi
bütövlüyünün bərpası şərtiylə
həll olunacaqdır".
Xarici
ekspertlər İlham Əliyevin bu qətiyyəti barədə
söz açarkən daha çox bir arqumenti əsas kimi
önə çəkirlər: "O, təkcə dövlət
başçısının deyil, 50 milyonluq bir xalqın
ürək sözlərini dilə gətirdiyinə görə
qətiyyətli və güclüdür". Tamamilə
haqlı yanaşmadır. Çünki bu günkü Azərbaycan
iqtidarı sözün həqiqi mənasında Azərbaycan
xalqının mənafelərini və mövqeyini ifadə
edir. Özü də təkcə Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün aparılan
danışıqlarda deyil, bütün məsələlərdə.
Prezident İlham Əliyevin Dağlıq Qarabağ
münaqişəsinin həlli barədə Nazirlər
Kabinetinin sonuncu iclasında söylədiyi fikirlər isə
xalqımızın bütün zümrələrində və
hətta, fərdində böyük məmnunluq hisləri
yaratdı.
Söhbət
dövlət başçımızın Nazirlər
Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş 16 yanvar tarixli geniş iclasındakı
giriş nitqindən gedir. Geridə qalan ildə
qazandığımız sosial-iqtisadi göstəricilərin
ölkəmizin ümumi inkişafından xəbər verdiyini
söyləyən Prezident qeyd etdi ki, bütün bunlar bizim
dövlətimizi qüdrətləndirir. Dövlət qüdrətləndikdə
isə ölkəmizin yeganə problemi olan Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həlli üçün lazım olan zəmin
yaranır. 2011-ci ildə münaqişənin həlli istiqamətində
konkret olaraq heç bir müsbət nəticənin
olmadığını söyləyən Prezident əlavə
etdi ki, ötən il bu məsələyə dair beynəlxalq
qüvvələrin münasibətində müsbət hallar
qeydə alınmışdır: "Biz bunu inkar edə bilmərik.
Deyə bilərəm ki, onlardan ən önəmlisi odur ki,
üç həmsədr ölkə status-kvonun qəbuledilməz
olduğunu bəyan etmişdir. Bu, birinci bəyanatdır, yəni
bundan əvvəlki illərdə belə bəyanatar verilmirdi.
Bu bəyanat ədalətli bəyanatdır. Əlbəttə
ki, status-kvo dəyişdirilməlidir".
Yeri
gəlmişkən, xatırladaq ki, dövlət
başçımız beynəlxalq qüvələrin,
xüsusən, münaqişənin həlli üçün
yaradılmış Minsk qrupu həmsədrlərinin həmin
bəyanatını təqdir etsə də, adı çəkilən
ünvanlara bir xəbərdarlıq göndərməyi də
vacib sayır: "Əgər bu bəyanatdan sonra həmsədr
ölkələrin konkret təklifləri, addımları, hərəkətləri
olarsa, münaqişəni tezliklə həll etmək
mümkün olacaqdır. Əgər bu bəyanat sadəcə
olaraq bəyanat kimi qalacaqsa, onda danışıqların
perspektivi ümidverici olmayacaqdır".
Azərbaycan
Prezidentinin həmin xəbərdarlığı özündə
nələri ehtiva edir? Biz ötən yazılarımızda həm
yerli, həm də əcnəbi ekspertlərə, xüsusən,
Avropa konfliktoloqlarına istinadən yazmışdıq ki,
Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş
qalması hamıdan çox Ermənistanın zərərinədir.
Buradakı "hamı" sözünün cümlədəki
çəkisinə də xüsusi diqqət yetirilməlidir.
Çünki bu münaqişənin həllinin uzanması
ümumilikdə regionun hərtərəfli inkişafına
maneçilik törədir, münaqişənin hərb yolu
ilə həll olunacağı təqdirdə Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasında müəyyən
problemlər yarana bilər və sairə. Təbii ki, ən
çox zərərdidə olan isə Ermənistandır.
Heç kəsə sirr deyil ki, Avropada bəzi qüvvələr
hələ də Ermənistanı iqtisadi böhran
girdabından çıxartmağa çalışırlar və
onların fikrincə bu istiqamətdə ən uğurlu
addım Türkiyə və Azərbaycanla iqtisadi əməkdaşlığın
bərpa edilməsidir. Bu məsələdə Ankaranın və
Bakının mövqeyi isə artıq hamıya məlumdur.
Odur ki, Prezident İlham Əliyev həmsədrləri verdikləri
bəyanatı reallaşadırmağa
çağırır: "Əks təqdirdə
danışıqların perspektivi ümidverici olmayacaqdır".
Azərbaycan
Prezidenti xatırladır ki, ATƏT-in xarici işlər nazirlərinin
2009-cu ilin sonunda keçirilən toplantısında
münaqişənin həlli ilə bağlı tərəflərə
təkliflər verilib və Azərbaycan həmin təkliflərə
razılığını bildirib. Orada göstərilir ki, Azərbaycanın
ərazi bütövlüyü şübhə altına
alınmır, azərbaycanlı məcburi köçkünlər
işğal olunmuş bütün torpaqlara qayıdırlar və
gələcəkdə Dağlıq Qarabağın statusu
haqqında qeyri-müəyyən vaxtda təkliflər irəli
sürülür və sairə. Prezident təkrar edir ki,
münaqişə ancaq və ancaq bu şərtlər çərçivəsində
həll oluna bilər: "Əsas məsələ ondan ibarətdir
ki, Azərbaycan dövlətinin razılığı olmadan
Dağlıq Qarabağa heç bir status verilə bilməz.
Bu da təbiidir ki, Azərbaycan dövləti və xalqı
heç vaxt Dağlıq Qarabağın Azərbaycandan kənarda
heç bir statusuna razılıq verə bilməz və verməyəcəkdir.
Prinsiplər bundan ibarətdir. Biz danışıqları bu
prinsiplər əsasında davam etdirməyə
hazırıq..."
Azərbaycan
Prezidenti beynəlxalq aləmi təmsil edən kütləvi
informasiya vasitələrinin diqqət mərkəzində olan
toplantıda respublikamızın hərbi xərclərinin məbləğini
və ordu quruculuğunda əldə etdiyimiz nailiyyətləri
yada salmağı da vacib sayır: "2011-ci ildə hərbi
məsələlərə 3 milyard 413 milyon dollar xərclənmişdir,
2012-ci ildə 3 milyard 477 milyon... Biz bölgədə ən
güclü orduya malikik... 600-ə yaxın çeşiddə
hərbi məhsul istehsal edirik. Yəni bu gün Azərbaycan
ordusu böyük qüvvədir və biz bu qüvvədən
lazım olan halda istifadə edə bilərik və edəcəyik".
İşğalçı
ölkədə Azərbaycanın hərbi qüdrəti barədə
məlumatları kifayət qədər dərindən təhlil
etməyə çalışır və təlaş
keçirdiklərini gizlədə bilmirlər. Ancaq heç
bir təlaş ermənilərə Azərbaycanın
imkanlarına cavab vermək üçün
çıxış yolu göstərmir. Ona görə də
BMT Təhlükəsizlik Şurasına seçkilər
zamanı öz namizədliyini verən Ermənistan Azərbaycanın
nüfuzu qarşısında duruş gətirə bilməyəcəyini
görəndə sakitcə öz namizədliyini geri
götürmüşdü. Ermənistanın həmin hərəkətini
"döyüş meydanından qaçmaq" adlandıran
Prezident İlham Əliyev işğalçı ölkənin
rəhbərliyinə növbəti çıxış
yolunu göstərir: "Onlara aid olmayan torpaqlardan öz
xoşları ilə çıxsınlar və beləliklə,
sülh bərpa oluna bilər".
Ermənilərin
artıq başqa yolları da yoxdur. Onlar görürlər ki,
Ermənistanın ümumi xərcləri 2 milyard dollardır.
Bizim təkcə hərbi xərclərimiz isə ondan təxminən
iki dəfə çoxdur. Prezident İlham Əliyevin dediyi
kimi imzalanmış kontraktların icrası nəticəsində
Azərbaycan ordusunun döyüş qabiliyyəti əhəmiyyətli
dərəcədə artacaq və hərb yolu seçiləcəyi
təqdirdə bizim ordumuz az itkilərlə daha böyük
uğurlar əldə edə biləcəkdir.
Bir
sözlə, zaman erməniləri bəlalara mübtəla
edib Ermənistanı siyasi-diplomatik dalana dirədikcə Azərbaycanın
hərtərəfli inkişafı günün
reallıqlarına çevrilir. Nazirlər Kabinetinin 16 yanvar
2012-ci il tarixli iclasında həmin reallıqlar barədə
çoxsaylı faktlar və rəqəmlər səsləndirildi.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2012.- 21 yanvar.- S. 4.