Hər
zaman və hər yerdə etimadı doğrultmaq əzmi ilə...
Görkəmli alim-ekoloq,
Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri, akademik Qərib Şamil oğlu Məmmədov
müasir Azərbaycan
torpaqşünaslıq, torpaq
ekologiyası elminin görkəmli
nümayəndələrindən biridir. Onun 45 ildən
çox davam edən
zəngin elmi fəaliyyəti
torpaqşünaslıq elminin
ayrı-ayrı aktual istiqamətlərini,
o cümlədən torpağın coğrafi yayılması, onun
bonitirovkası, ekoetikası, hərbi topoqrafiyası,
geodeziyası, yerquruluşu və s. sahələri əhatə edir.
Həyatının
mənasını elmə, dövlətçiliyimizə xidmət
etməkdə görən Qərib Məmmədov 1970-ci ildə
indiki Azərbaycan Dövlət Pedoqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirdikdən
sonra fəaliyyətini, məhz o illərdə elmin ən
mürəkkəb sahələrindən biri olan, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya
Sektorunda başladı. Şübhəsiz
ki, bu elm
ocağında Vladimir Volobuyev,
Həsən Əliyev, Məmməd Emin Salayev, Kazım Ələkbərov kimi elm xadimlərinin əhatəsində
çalışmaq, onun torpaqşünas-alim
kimi formalaşmasında böyük
rol oynamışdır.
Elmə olan böyük həvəsi
və bu çətin fəaliyyət sahəsində
bütün bilik və
məsuliyyətini səfərbər etmək qabiliyyətinə
malik Qərib Məmmədov 1978-ci ildə
namizədlik dissertasiyasını, 1991-ci ildə isə doktorluq dissertasiyasını uğurla
müdafiə etmişdir. O, Azərbaycanda
ekologiya ixtisası üzrə elmlər doktoru elmi dərəcəsinə
və professor elmi
adına layiq görülmüş
ilk alimdir.
Görkəmli
torpaqşünas-alim, akademik
Q.Məmmədov uzun bir
zaman - 1972-96-cı illər ərzində Milli Elmlər Akademiyasının
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda çalışmış, bu möhtəşəm elm
ocağında elmi işçidən laboratoriya rəhbəri və institutun
direktoru vəzifəsinə yüksəlmişdir.
Akademik
Qərib Məmmədov uzun illər ərzində
Azərbaycanın torpaq ehtiyatları və
onlardan səmərəli istifadə
olunması, torpaq örtüyü
quruluşunun qiymətləndirilməsi, deqradasiya olunması, torpaqların qiymətləndirilməsi,
Azərbaycan torpaqlarının aqroekoloji
xüsusiyyətlərinin və bonitirovkasının öyrənilməsi,
ilk dəfə Azərbaycan
Respublikası torpaqlarının ekoloji
qiymət xəritəsinin tətbiqi, torpağın iqtisadi (pulla) qiymətləndirilməsinin
elmi əsasları, torpaq
münbitliyinin konseptual
və riyazi modelləşdirilməsi, Azərbaycan
torpaq kadastrının
rayonlaşdırılması və monitorinqi,
Azərbaycan torpaq atlası, meşəaltı
torpaqların qorunması məqsədilə bərpa olunan enerji (əsasən külək və günəş) mənbələrindən
istifadənin ekoloji qiymətləndirilməsi
və s. sahələrdə
apardığı elmi
araşdırmaları 50-yə yaxın sanballı elmi əsərdə, 600-dən artıq elmi məqalədə öz
əksini tapmışdır. Görkəmli alim 50-dən çox elmlər
namizədi və elmlər doktorunun
hazırlanmasına bilavasitə rəhbərlik etmişdir.
Qərib Məmmədovun
elmi avtobioqrafiyasına nəzər salsaq görərik ki, son 10 ildə onun təhsilə,
elmə və bu sahədə məşğul
olan mütəxəssislərə təşrif
etdiyi onlarla monoqrafiya, dərslik və atlas
ekologiya və torpaqşünaslıq sahəsində
uzun illər mövcud
olan boşluğu zəngin informasiya və məlumat bazasına çevirmişdir.
Keçən
əsrin 90-cı illərinin əvvəlində ikinci dəfə müstəqillik əldə
edən ölkəmiz xarici və daxili düşmənlərimizin birgə səyi
nəticəsində dağılmaq ərəfəsində olduğu dövrdə xalqımızın tələbi
ilə hakimiyyətə gələn ulu
öndər Heydər Əliyev üzərinə
olduqca çətin və məsuliyyətli
missiya götürərək, Azərbaycanı
bu bəladan xilas edə
bildi. Ölkədə torpaq
islahatlarının aparılması zərurəti gündəmə
gələndə bu məsul vəzifənin
icrası akademik Qərib Məmmədova etibar edildi. 1997-ci il iyunun 25-də Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin
sərəncamı ilə Qərib Məmmədov Dövlət
Torpaq Komitəsinin, 18 aprel
2001-ci ildən isə Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin sədri vəzifəsinə
təyin edildi.
Ulu
öndərimiz Heydər Əliyevin torpaq
siyasətinin icraçısı kimi Qərib
Məmmədov öhdəsinə düşən bu məsul və şərəfli vəzifəni
bacarıqla yerinə yetirməklə yanaşı, bir alim olaraq
torpaqşünaslıq elminin
inkişafı üçün elmi axtarışlarını da
davam etdirdi. Bu ərəfədə
onun "Azərbaycanda torpaq
islahatları", "Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi",
"Torpaqların bonitirovkası", "Azərbaycan
torpaqlarının bonitirovkası və aqroekoloji
xüsusiyyətləri", "Dağ əkinçiliyi
üzrə kollektiv topoqrafiya"
və digər bu kimi elmi əsaslara söykənən onlarca kitabı nəşr olundu.
Dövlət
Torpaq Komitəsi 1992-ci ildən fəaliyyət
göstərməsinə baxmayaraq, icra strukturu kimi bütün gücü ilə yalnız 1993-cü ildən
işləməyə başladı. 1996-cı ildə
dövlət başçısı Heydər Əliyev tərəfindən
torpaq islahatlarının gerçəkləşdirilməsi
üçün xüsusi əhəmiyyət
daşıyan mühüm iqtisadi
və siyasi qərarların qəbul edilməsindən
və "Torpaq islahatı haqqında Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə"
Prezident fərmanının 16 iyun 1996-cı ildə qüvvəyə minməsindən
sonra Dövlət Torpaq
Komitəsi islahatların keçirilməsi üçün kompleks yerquruluşu layihələrinin sənədləşdirilməsi
və hazırlanması işlərinə başladı.
Torpaq
islahatının uğurla həyata
keçirilməsinə hüquqi baza yaratmaq məqsədilə
Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən
qısa müddət ərzində bir çox qanun, fərman və
normativ-hüquqi aktlar
imzalandı.
1997-ci ilin ikinci yarısından başlayaraq Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsində kadr və struktur dəyişiklikləri
başladı və bu da
torpaq islahatının normativ
hüquqi əsaslarla həyata
keçirilməsinə böyük təsir
göstərdi. Məhz bundan
sonra torpaq islahatı böyük sürət götürdü.
İslahatla bağlı təbliğat işinin gücləndirilməsi, yerlərdə
vətəndaşlara torpaq islahatı qanununun izah edilməsi,
onların hüquq və vəzifələrinin
aydınlaşdırılması, dövlət, bələdiyyə
və özəlləşdirilən torpaqların
normaları, torpaq balı və s. məsələlər barədə geniş izahat işlərinin
aparılması da müsbət nəticələr
verirdi. Xüsusi qeyd etmək lazımdır ki, Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin səmərəli
işinə daim diqqət və
qayğı göstərən Azərbaycan Prezidenti
Heydər Əliyevin təşəbbüsü ilə
1998-1999-cu illərdə torpaq kadastrı, monitorinqi və məlumatı mərkəzinə
yeni avadanlığın alınması
da Dövlət aktlarının
çapını və onların payçılara
çatdırılmasını bir
neçə dəfə sürətləndirdi...
Akademik Qərib Məmmədov
təkcə torpaqşünaslıq və aqroekologiya
elminin tədqiqatçısı kimi deyil, həm də Azərbaycanda
geodeziya və kartoqrafiya
sahəsində böyük xidmətləri
olan alim kimi tanınır.
Məlumdur ki, hər bir dövlətin
sərhədlərinin delimitasiyası, demarkasiyası və
redemarkasiyası yüksək dəqiqlikli geodeziya
ölçmələrinin nəticəsinə istinadən müvafiq təyinatlı xəritələr
üzərində əks etdirilir. Ölkənin
müdafiəsinin, milli təhlükəsizliyinin,
neft-qaz sənayesinin, kənd təsərrüfatının,
şəhərsalma, nəqliyyat və digər bir çox sahələr
üzrə inkişafında geodeziya və
kartoqrafiya fəaliyyətinin rolu danılmazdır.
Hələ
SSRİ dövründə geodeziya və kartoqrafiya fəaliyyətinin Azərbaycan üçün nə qədər mühüm əhəmiyyət
daşıdığını nəzərə alan ulu öndər Heydər
Əliyev, o zaman respublikada bu xidmət sahəsinin
yaradılması üçün SSRİ
Nazirlər Soveti qarşısında məsələ
qaldıraraq
1970-ci ildə onun müsbət həllinə
nail olmuşdu.
Müstəqilliyimizin ilk illərində respublikamızın
qarşılaşdığı çətinliklər, həm
iqtisadi, həm də siyasi
vəziyyət geodeziya və kartoqrafiya sahəsinə də mənfi təsir
göstərdi. Belə ki, bu cür spesifik
bir sahənin komitə kimi
formalaşması, strukturların yaradılması və fəaliyyət
istiqamətlərinin müəyyənləşdirilməsi,
dövlət tərəfindən müvafiq
maliyyə dəstəyinin təmin edilməsi məsələlərini
o zamankı hakimiyyət təmsilçiləri
ilə həll etmək çox
çətin idi.
Ulu
öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra ölkəmizdə vüsət alan dövlət quruculuğu,
respublikanın sürətli inkişafı, beynəlxalq və
regional layihələrin həyata
keçirilməsi geodeziya və kartoqrafiya fəaliyyətinin əhəmiyyətini
bir daha açıq
göstərir və akademik Qərib Məmmədovun
rəhbərliyi altında özünün
ən dinamik inkişaf
dövrünü yaşamağa
başlayır. Bu illərdə ölkəmizin sərhədlərinin
müəyyən edilməsində, Milli Orduda və digər güc
strukturlarında, beynəlxalq statuslu hava limanlarımızda, Dəniz Limanında, su-elektrik stansiyalarımızda, neft və qaz kəmərlərinin
tikintisində geodeziya və kartoqrafiya işlərinin milli
kadrlarımızdan ibarət dövlət icra orqanı tərəfindən yerinə
yetirilməsi olduqca vacib
amillərdən birinə çevrilir.
Torpaqşünaslıq
və ekologiya elminin
müxtəlif sahələrində danılmaz xidmətləri
olan Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsinin sədri, Milli Elmlər Akademiyasının Aqrar Elmlər bölməsinin akademik-katibi
Qərib Məmmədovun "Azərbaycanın iqtisadi-coğrafi
rayonlaşdırılması", "Azərbaycan torpaqlarının ekoloji qiymətləndirmə
xəritəsi", "Naxçıvan MR-in
siyasi-inzibati xəritəsi", "Azərbaycan
və həmsərhəd ölkələr",
"Dünyanın siyasi xəritəsi",
"Dünyanın yarımkürələri",
"Dünyanın fiziki xəritəsi",
"Azərbaycanın fiziki xəritəsi",
"Azərbaycanın zoocoğrafi xəritəsi", "Azərbaycanın siyasi-inzibati xəritəsi", "Azərbaycan
Səfəvi dövləti", "Bakının inzibati planı", "Azərbaycanın ümumcoğrafi məlumat xəritəsi"
və hətta məktəblilər üçün
lazımi atlasların, kontur xəritələrinin
hazırlanmasında da böyük
zəhməti vardır. Məhz onun
rəhbərliyi ilə 2009-cu ildə Azərbaycan və rus dillərində nəşr edilən "Ekoloji atlas"
dünyadakı və Azərbaycandakı ekoloji
vəziyyəti hərtərəfli təsvir edir.
Bu atlasa daxil olan xəritələrdə
atmosferin, hidrosferin, litosferin ekoloji problemləri
öz əksini tapmışdır.
Bu gün Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsində Azərbaycan
Respublikasının Vahid Torpaq
Fondu üzrə bütün
informasiyanı əhatə edən məlumat bankı
yaradılmışdır. Bundan başqa, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
torpaqların alqı-satqısı və icarəyə verilməsi,
dövlət, bələdiyyə və özəlləşdirilmiş
torpaqlara dair dövlətlə
vətəndaşların münasibətlərinin tənzimlənməsi
üzrə icraçı orqan kimi ona
tapşırılmış funksiyaları uğurla həyata keçirmişdir.
Akademik Qərib Məmmədovun
Azərbaycan təhsilinin inkişafında da
xidmətləri az deyil.
Bakı Dövlət Universitetində məhz onun
təşəbbüsü ilə əvvəlcə
torpaqşünaslıq kafedrası, bir
müddət sonra isə ekologiya
və torpaqşünaslıq fakültəsi
yaradılmışdır. Hazırda həmin fakültədə
tələbələr bir neçə ixtisas üzrə, o
cümlədən torpaqşünaslıq, ekologiya,
aqrokimya, yerquruluşu
və torpaq kadastrı ixtisası üzrə
bakalavr və magistr
pillələrində təhsil alırlar. Qərib müəllim
bu gün həmin
fakültəni bitirən savadlı, bacarıqlı və ümidverici gənc mütəxəssislərə
də qayğı ilə yanaşır, onların
ixtisaslarına uyğun işlə təmin
olumasına daim diqqət göstərir.
Dövlət
Torpaq və Xəritəçəkmə
Komitəsinə bacarıqla rəhbərlik edən və
torpaqşünaslıq elminin
inkişafında böyük xidmətləri
olan, ölkə başçısı tərəfindən
torpaqla bağlı imzalanmış bütün qanun, sərəncam
və tapşırıqların, Ulu
öndər Heydər Əliyevin müəyyən
etdiyi torpaq
islahatları siyasətinin yerinə yetirməsi işinin elmi əsaslarla praktiki tətbiqini uğurla
davam etdirən, dövlətçiliyimizə
sadiq olan akademik Qərib Məmmədov bu
gün də ölkə Prezidenti
cənab İlham Əliyevin torpaq siyasətini uğurla
davam etdirir.
Mirdaməd
SADIQOV,
ADAU-nun rektoru,
iqtisad elmləri
doktoru,
professor
Amin BABAYEV,
ADAU-nun kafedra
müdiri, kənd təsərrüfatı
elmləri
doktoru, professor
Xalq qəzeti.- 2012.- 29 yanvar.-S. 5.