Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır
Azərbaycanda
həyata keçirilən uğurlu islahatlar və iqtisadi sahədə
qanunvericiliyin beynəlxalq standartlara
uyğunlaşdırılması ölkəmizin dünya
birliyindəki nüfuzunu xeyli artırmışdır.Təkcə
bir faktı diqqətə çatdırım ki, Azərbaycanın
müstəqilliyinin 20 illik tarixi ərzində ən parlaq qələbəsini
məhz yola saldığımız 2011-ci ildə
qazandı.Böyük fəxr və qürur hissi ilə qeyd
etmək istərdim ki,ölkəmiz BMT kimi nüfuzlu bir qurumun
Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçildi.Bu seçkidə Azərbaycana dünyanın 155
ölkəsinin dəstək verməsi ölkəmizin beynəlxalq
aləmdə reytinqinin sürətlə artmasından xəbər
verir.
Azərbaycanın
son illərdəki nailiyyətlərinə nəzər
saldıqda bir daha aydın olur ki,ölkəmiz bütün sahələr
üzrə inkişaf dinamikasını qoruyub
saxlamışdır.Son 8 ildə Azərbaycan iqtisadiyyatı 3
dəfə, dövlət büdcəsi isə 20 dəfəyə
yaxın artmışdır.Yola saldığımız 2011-ci
ildə qarşıya qoyulan bütün sosial və iqtisadi vəzifələr
uğurla icra olunub.Bu da ölkədə həyata keçirilən
strategiyanın düzgün müəyyənləşdirilməsinin
nəticəsidir.Bütün bunlar barədə Prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və
2012-ci ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında geniş məlumat verildi.
Möhtərəm
Prezidentimiz İlham Əliyevin ötən ilin yekunları ilə
əlaqədar ətraflı məlumat verməsindən sonra
bir daha məlum oldu ki, Azərbaycan bütün sahələr
üzrə inkişaf tempini qoruyub saxlaya bilmişdir. Ümumu
iqtisadi artım 0,1 faiz təşkil etsə də, qeyri-neft
sektorunun inkişafı 9,4 faiz olmuşdur. Bu da həm iqtisadi,həm
də sosial inkişafa öz təsirini göstərmişdir.
Qeyri-neft sektorunun inkişafı yeni iş yerlərinin
yaradılmasında da böyük rol oynayıb.Qeyd
olunmuşdur ki, ötən il böyük investisiya
proqramları icra edilmiş və ilk dəfə olaraq Azərbaycanın
bütün valyuta ehtiyatları 41 milyard dollar səviyyəsinə
çatmışdır. Bu da imkan verir ki,qarşıdakı
illərdə nəzərdə tutulmuş proqram və layihələrin
həyata keçirilməsində maliyyə problemləri ilə
qarşılaşmayaq.
Hər
hansı bir dövlətin nüfuzunun artması, beynəlxalq
aləmdə mövqelərinin möhkəmləndirilməsi
onun iqtisadi qüdrətindən, maliyyə resurslarından daha
çox asılıdır. Bu baxımdan ölkəmiz hər
hansı bir layihənin reallaşdırılmasında ciddi
problemlə qarşılaşmır. Artıq Azərbaycan
özünü tam təmin edən bir ölkəyə
çevrilib. Ölkənin valyuta ehtiyatı artdıqca əhalinin
sosial rifah halı da yaxşılaşır. Bir faktı diqqətə
çatdırım ki,2011-ci ilin dekabrında dövlətimizin
başçısı bir-birinin ardınca çoxsaylı sərancamlar
və fərmanlar imzaladı. Bunların böyük əksəriyyəti
əhalinin həyat səviyyəsinin yüksəldilməsi,
sosial müdafiəsinin gücləndirilməsi, əmək
haqqlarının artırılması və digər problemlərin
aradan qaldırılması ilə əlaqədar idi. Artıq
maaşlar, pensiyalar artırılmış, 900 minə
yaxın pensiyaçının aldığı pensiya 40 faiz
çoxalmışdır. Hazırda 120 min ailə ayda 106
manat sosial yardım alır. Əlbəttə, bu çox
böyük bir hadisədir. Mənfur qonşumuz olan Ermənistanda
əhali nəinki ünvanlı sosial yardım, heç
yaşa görə pensiya ala bilmir. Bizim ölkəmiz də isə
aztəminatlı ailələrə dövlət tərəfindən
hər cür qayğı göstərilir. Fakt
üçün diqqətə çatdırım ki,
hazırda Azərbaycanda orta pensiyaların səviyyəsi
180-190 dollar, orta maaş isə 460 dollardır. Bu, MDB məkanında
ən yüksək göstəricidir.
Ötən
il regionların sosial-iqtisadi inkişafı da diqqət mərkəzində
saxlanılan əsas məsələlərdən biri
olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının qarşıya qoyduğu vəzifələrin
uğurla icra olunması bölgədəki vəziyyəti
daha da yaxşılaşdırmış, yeni müəssisələrin
açılmasına şərait yaratmışdır.
2011-ci ildə 94 min yeni iş yerlərinin yaradılması da
bundan xəbər verir. Bunun 73 mini daimi iş yerləridir.
Ümumiyyətlə,2003-cü ildən bu günə qədər
ölkədə 1 milyondan artıq yeni iş yeri
açılmışdır. B u da işsizlik probleminin aradan
qaldırılmasında böyük rol oynamışdır.
Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin
uğurlu icrası nəticəsində işsizliyin səviyyəsi
5,4 faizə,yoxsulluğun səviyyəsi isə 7,6 faizə
düşmüşdür. Dövlət
başçımızın səkkiz il əvvəl xalqa
verdiyi vədlər artıq həyata keçirilib.
Nazirlər
Kabinetinin iclasında vurğulanmışdır ki, 2011- ci il
xalqımızın yaddaşında tarixi nailiyyətlər
ili kimi qalacaq. Müstəqilliyimiz dövründə Azərbaycan
dünya xəritəsində özünə layiq yer
tutmuş, dünya birliyinin mütləq əksəriyyətinin
rəğbətini, hörmətini, inamını
qazanmışdır.İstər siyasi,istər iqtisadi, istərsə
də mədəni sahələrdə qazanılan uğurlar
Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri
sırasına qoşmuşdur. Azərbaycan hazırda regionun və
Avropanın enerji təhlükəsizliyi məsələlərinin
həllində əsas söz sahibi olan dövlətlərdən
biridir. Bu gün ölkəmizin iştirakı olmadan regionda hər
hansı bir layihənin reallaşdırılması
mümkün deyil. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum
kimi transmilli neft-qaz kəmərlərinin
reallaşdırılması, Bakı-Tbilisi-Qars dəmir yolu
layihəsinin həyata vəsiqə alması artıq Azərbaycanı
beynəlxalq miqyasda iri layihələrin
reallaşdırılmasında böyük təcrübəsi
olan dövlət kimi tanıdıb.
Azərbaycan
Prezidenti 2012-ci ildə də qarşıya qoyulmuş vəzifələrin
uğurla həyata keçiriləcəyinə əminliyini
bildirib. Dövlət başçısı bildirib ki, 2012-ci
ildə görüləcək işlər
çoxdur:"Hamıdan fəallıq, fədəkarlıq,vicdan
və qələbə əzmi gözləyirəm".
Ötən
ilin yekunları, qazanılan uğurlar, ölkəmizin beynəlxalq
aləmdə nüfuzunun yüksəlməsi, iqtisadi qüdrətinin
artması xalqın gələcəyə olan inamını
daha da artırıb. İndi hər bir soydaşımız əmindir
ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən həyata keçirilən daxili və
xarici siyasət Azərbaycanın dünya birliyindəki
mövqelərini daha da möhkəmləndirəcək.
Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2012.- 31 yanvar.- S. 4.