Nəsimi rayonunda
əlillərin cəmiyyətə inteqrasiyası mövzusunda
“dəyirmi masa”
Nəsimi Rayon İcra Hakimiyyəti Milli
Qeyri-Hökumət Təşkilatları Forumu və Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əlillərin
cəmiyyətə inteqrasiyası mövzusunda “dəyirmi masa”
keçirmişdir.
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin
başçısı Nəsib Məhəməliyev
açdı. O, müzakirə edilən mövzunun vacibliyini
vurğulayaraq bildirdi ki, əlillərin və sağlamlıq
imkanları məhdud olan insanların maddi-rifah halının
yaxşılaşdırılması və onların
hüquqlarının təmin edilməsinə dəstək cəmiyyətin
bütün üzvlərinin borcudur. Bu istiqamətdə
ölkəmizdə lazımi tədbirlər həyata
keçirilir və əlillərin sosial-məişət
problemlərinin həlli, onların cəmiyyətə
inteqrasiyası dövlətimizin daim diqqət verdiyi məsələlərdəndir.
Xüsusu qayğıya ehtiyacı olan
bütün insanlar kimi, əlillərə də diqqət və
qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
daim önəm verdiyi məsələdir. Ölkəmizdə bu kateqoriyadan
olan insanların problemlərinin həlli istiqamətində
bütün zəruri tədbirlər həyata keçirilir və
tam əminliklə demək olar ki, Azərbaycanda hər bir əlil
vətəndaş dövlər qayğısı ilə əhatə
olunub.
N.Məhəməliyev bildirdi ki, Nəsimi
rayonunda da əlillərin sosial müdafiəsi istiqamətində
bütün zəruri işlər həyata keçirilir, bu
insanların bütün müraciət və xahişlərinə
həmişə diqqətlə yanaşılır. Son beş
ildə 33 əlil ailəsi mənzillə təmin
olunmuşdur. Bu müddət ərzində 27 əlilə
pulsuz avtomobil verilmiş, 199 nəfər sanatoriya-kurort
putyovkaları ilə təmin edilmişdir. Sosial yardım alan
8847 nəfərdən 573-ü əlildir. Rayonda ümumilikdə
7330 nəfər əlilliyə görə əmək
pensiyası və sosial müavinət alır.
Əlillərin sosial-məişət problemlərinin
həlli, onlara hərtərəfli qayğı Heydər Əliyev
Fondunun əsas fəaliyyət istiqamətlərindəndir.
Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
hər il Nəsimi rayonundakı 268 saylı xüsusi məktəbə
gəlir, burada uşaqların təhsil şəraiti ilə
tanış olur və məktəbin maddi-texniki
bazasının möhkəmləndirilməsinə kömək
edir.
Sonra Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri İsgəndər Mustafayev, Nəsimi Rayon Qarabağ Müharıbəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Azər Quliyev, Nəsimi Rayon Çernobıl Cəmiyyətinin sədri Xələf Həsrətov və başqaları çıxış etdilər. Bildirildi ki, Azərbaycanda əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiyası, pulsuz müalicəsi, bu insanların özlərini cəmiyyətin tamhüquqlu üzvü hiss etmələri , müvafiq işlə təmin olunmaları məqsədilə çoxsaylı proqram və layihələr həyata keçirilir, qanunlar qəbul edilir. Dövlətimizin iqtisadi qüdrətinin artması, davamlı inkişafın təmin olunması əlillərin sosial müdafiəsinin daha da möhkəmləndirilməsinə zəmin yaradır.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2013.- 13 aprel.- S. 6.