Xalqın
yaddaşında əfsanəviləşmiş lider
Ümummilli lider Heydər
Əliyevin bütövlükdə xalqına həsr
olunmuş həyatı, ölkəmizin dövlət müstəqilliyinə
qovuşmasında və yeni inkişaf yoluna
çıxmasında misilsiz xidmətləri Azərbaycanın son yarım əsrlik siyasi tarixinin başlıca yönünü və
məzmununu müəyyən edir. Ulu öndərin
öz
ideya və əməlləri ilə yaratdığı bu tarix isə bütöv bir kitabxana təşkil
edir.
Fenomen
lider olan Heydər
Əliyevin Azərbaycana rəhbərliyinin
hər iki dövründə respublikanı
təkcə ali vəzifə kürsüsündən deyil, həm də xalqın öz içərisindən, bilavasitə iş
və mübarizə
meydanından idarə
etmişdir.
Özünün dediyi
kimi, həmişə
xalqdan, torpaqdan güc almış, Vətən sevgisi ilə istəklərinə çatmışdır. Azərbaycanın elə bir
bölgəsi,
bucağı
qalmamışdır ki,
ulu öndərin
ayağı ora dəyməsin,
keçirdiyi
görüşlər
yaddaşlarda əbədiləşməsin.
Xalqın
içindən
çıxmış,
dünya şöhrətli siyasətçi və dövlət xadimi
kimi ucalmış Heydər Əliyevin xalqın
xatirəsinə həkk
olunmuş bu çoxsaylı səfər
və görüşlər
canlı bir salnamə
kimi onun çoxcəhətli bioqrafiyasını zənginləşdirir. Böyük rəhbərin paytaxtın qonşuluğuda yerləşən gənc
sənaye şəhəri
Sumqayıta müstəsna diqqət və qayğısı, burada keçirdiyi çoxsaylı görüşləri sumqayıtlılar həmişə xoş
duyğularla, minnətdarlıqla yada
salırlar.
Onlardan biri –
ötən əsrin
60-cı illərində Sumqayıta Ucarın
Çiyni kəndindən gəlib
nəhəng boru-prokat zavodunun marten sobasında əmək fəaliyyətinə başlamış Ağamirzə Əhədov tariximizin
ən böyük azərbaycanlısı olan
Heydər Əliyevlə
görüş və təmaslarını həyatının
ən qiymətli anları
kimi xatırlayır, bu barədə həmişə öyünclə
danışır. Ulu öndərin 90 illik
yubileyi ərəfəsində
müsahibim övlad məhəbbəti ilə sevdiyi,
özünə mənəvi
ata saydığı Heydər Əliyev barədə sonsuz sevgi ilə
söhbət açdı:
– Mənim
ulu öndər Heydər Əliyev haqqında təəssüratım,
fikirlərim və xatirələrim tükənməzdir. Ən
əvvəl ona görə ki, 1969-cu ilin iyul ayından başlayaraq
onun bütün fəaliyyəti gözümüz
qarşısında keçib. Gördüyü bütün
işləri, tədbir, görüş və qəbulları
radio, televiziya və mətbuatda ardıcıl izləmişik.
İkinci bir tərəfdən, o, Azərbaycana rəhbərlik
etdiyi 34 il müddətdə ən çox Sumqayıta səfər
edib, şəhərin
inkişafını, problemlərinin həllini şəxsi nəzarətində
saxlayıb. Sumqayıt haqqında bu tarixi sözlər məhz
ona məxsusdur: “Sumqayıtda Azərbaycanın bütün
guşələrindən, şəhərlərindən,
bölgələrindən vətəndaşlarımız
toplaşıblar, məskunlaşıblar, burada bir ailə –
sumqayıtlılar ailəsi qurublar... Bu, Sumqayıtın
xüsusiyyəti, əhəmiyyətidir. Ona görə də
Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik
şəhəridir, ölkəmizin dayağıdır,
gözəl bir guşəsidir”.
Rəqəmlərin
dili ilə desək, ümummilli lider
Heydər Əliyev 16 dəfə Sumqayıtda olub. Bu
görüşlərin mən, demək olar ki, əksəriyyətinin
iştirakçısı kimi Heydər Əliyevi çox
yaxından müşahidə etmiş və onu yaxından dinləmişəm.
Bundan əlavə, bu dahi insanla mənim üç şəxsi
görüşüm olub. Həmin görüşlərin təəssüratı,
təsiri və təravəti bu gün də yaddaşımda
yaşamaqdadır, həyatımı mənalandırmaqdadır.
Bu üç görüşün hər biri mənim
üçün unudulmaz tarixdir. Bu xatirələrimi sistemləşdirib
qələmə almaq fikrindəyəm. Ulu öndərin Azərbaycan xalqına
xidmətləri barədə
qənaətlərim isə “Tufanlardan keçən
ömür” adlı kitabda
toplanıb.
Xatırladaq
ki, respublika rəhbəri ilə ilk görüş metallurq fəhlə Ağamirzə Əhədovun
taleyində dönüş nöqtəsi olub. Bundan
sonra iqtisadçı ixtisasına yiyələnib. Ulu
öndərin sadə əmək
adamlarının mühüm mövqelərə irəli
çəkilməsi siyasətinə
uyğun olaraq, Ağamirzəyə də məsul vəzifələr
tapşırılıb. Bu yol
onu, nəhayət,
Sumqayıtın nüfuzlu
“Karvan” kommersiya mərkəzinin direktorluğuna gətirib. Müsahibim
böyük
rəhbərlə ilk görüşünü belə
xatırlatdı:
–Ötən əsrin 70-ci illərinin ortaları idi. Boru-prokat zavodunun marten sexində
elektrik-mexanik işləyirdim.
Bir gün zavoda səs yayıldı ki, yaxın günlərdə
respublika rəhbəri
Heydər Əliyev zavoda gələcək. Bu o demək idi
ki, o, mütləq
marten sexində də
olacaq. Çünki o vaxt belə
bir deyim vardı ki, zavod martendən başlayır. Doğrudan da,
bizim marten sexi Azərbaycan metallurgiyasının
döyünən ürəyi
idi. Burda adi fəhlə
ayda 400-500 manat məvacib alırdı.
Amma son günlər kefimiz pozulmuşdu. Kollektivin
üzvü, Oruc Şamilov adlı həmkarımız öz
şəxsi “Volqa” avtomobili ilə Ermənistanda səfərdə
olarkən əlindən
xata çıxmış
və buna görə, xalqımıza
pislik etməyə fürsət axtaran ermənilər onu həbs etmişdilər. Heç nədən iş yoldaşımızı
itirmişdik. Bu da kollektivdə müəyyən psixoloji gərginlik və narahatlığa səbəb
olmuşdu.
Heydər
Əliyevin zavoda gəlmək xəbəri
bizdə iş yoldaşımızı həbsdən
xilas etmək barədə böyük ümidlər yaratdı. Kollektiv bu barədə söz açmağı və əvvəlcədən
hazırladığımız məktubu Heydər Əliyevə təqdim etməyi mənə həvalə etdi. Nəsə, həmin gün gəlib çatdı.
Zavodun çoxminli və çoxmillətli fəhlələri
Heydər Əliyevi böyük sevinclə qarşıladılar. Təbii ki,
o, zavodla tanışlığa
bizim sexdən başladı. Mən böyük
həyəcan keçirirdim.
Amma imkan tapıb sözümü dedim, xahişimi rəhbərə
çatdırdım. O böyük
insan mənə diqqətlə qulaq asdı. Rəhbərin səmimi, sınayıcı
baxışları indi
də yadımdadır.
Heydər Əliyev diqqətlə mənə
baxıb ümidverici,
xoş bir təbəssümlə gülümsədi
və qətiyyətlə
dedi: – “Yəqin ki, sizin Oruc
Şamilov tezliklə kollektivə qayıdacaq!” Sonra o, başqa qayğılarımızla
maraqlandı. Dedi
ki, gəncsiniz, təhsil alın, gərəkli ixtisaslara yiyələnin,
bu odun içərisində
çox işləmək
olmaz.
Aradan üç gün keçdi. Dördüncü gün Oruc artıq sexdə bizimlə bir yerdə idi. Hamımız uşaq kimi sevinirdik. Bu hadisə hamımızın yaddaşına həmişəlik həkk oldu. Biz respublika başçısının sadə insanlara şəxsi diqqət və qayğısından çox məmnun qalmışdıq və hər kəs bu hadisədən özünə görə bir nəticə çıxartmışdı. Mənim çıxartdığım nəticə bundan ibarət idi ki, sözüm yerə düşməmişdi. Kollektivin arzu və istəyini rəhbərə mən çatdırmışdım və ona görə bu xoş sonluğa görə mən başqalarından daha çox sevinir və qürurlanırdım. Həmin hadisədən sonra mənim həyatımda, sanki bir dönüş anı yarandı və o vaxtdan Heydər Əliyev həmişəlik mənim həyatıma daxil oldu. Mənə elə gəlir ki, sanki o, Oruc Şamilovu deyil, şəxsən məni dardan qurtarmışdı, həmin yaxşılığı o şəxsən mənim üçün etmişdi. Bu əhvalatdan sonra mən Heydər Əliyevi özümə yaxın bir insan sayır, onun uğurlarına daha çox fərəhlənir və sevinirdim. Onun tövsiyəsi ilə qiyabi ixtisas təhsili də aldım...
Müsahibim ulu öndərlə
ikinci görüşünü
belə xatırlatdı:
– Heydər Əliyevlə ikinci görüşüm tamam başqa müstəvidə və fərqli şəraitdə baş verdi. Mən artıq ixtisasım üzrə şəhərin xidmət sferasında məsul vəzifədə işləyirdim. SSRİ Ali Soveti sədrinin müavini, Sov. İKP MK Siyasi Bürosunun üzvü Yuri Kuznetsov Sumqayıta gəlmişdi. Onu şəxsən Heydər Əliyev özü müşayiət edirdi. Yüksək çinli rəsmi qonaqlar bizim obyektə də baş çəkməli oldular. Onları qarşılayanlar arasında mən də var idim. İlk görüşümüzdən neçə illər ötsə də Heydər Əliyev qətiyyən dəyişməmişdi. Əvvəlki kimi gümrah, gülümsər və pozitiv enerjili idi. Biz üz-üzə gələndə o, köhnə tanışlar kimi gülümsündü və məni yaxına çağırdı. Mən marten sexindəki görüşü məmnunluqla ona xatırlatdım. O, mənimlə çox səmimi görüşdü və şəhərin xidmət sahəsindəki şəraitlə bağlı bir neçə sual verdi. O vaxt Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi Şənlik Əliyev idi. Mənim cavablarımı rusca təkrar etməklə yanaşı, o, Yuri Kuznetsovun eşitməsi üçün vacib sayılan faktları da söhbətə əlavə edirdi. Heydər Əliyev onların ətrafına toplaşan izdihamı özünəməxsus cazibədar baxışları və isti təbəssümü ilə salamlayaraq qonaqla birlikdə uzaqlaşdılar.
Ümummilli
liderlə müsahibimin
üçüncü
görüşü isə dövlət müstəqilliyi illərində olub.
– Mənim
üçüncü görüş kimi çox yüksək
qiymətləndirdiyim həmin hadisə Heydər Əliyev müstəqil dövlətimizin
Prezidenti olanda baş verdi. Bu görüş Azərikimya İstehsalat
Birliyinin Yaponiyadan generator almasına həsr olunmuş
mərasimdə baş tutdu.
Biz,
şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi Heydər Əliyevi
qarşılamaq üçün meydançaya toplaşmışdı. Prezident Heydər
Əliyev maşından düşdü və
o, çox qəribədir,
birbaşa bizə tərəf gəldi.
Öncə mənə əl uzatdı, hal-əhval tutdu, işimi, şəxsi
vəziyyətimi xəbər aldı. Onun
nadir
yaddaşı çoxları kimi məni
də heyran qoydu. Bizim axırıncı
görüşümüzdən 10 ildən də çox vaxt keçmişdi. Amma o mənimlə, sanki
dünən ayrılmış yaxın bir
adamı kimi danışırdı. Mən
xoşbəxtliyimdən az qala
bihuş olmuşdum. Ətrafdakılar
isə daha çox
heyrətlənmişdilər. Onların bir
çoxu məni Prezidentin
köhnə dostu və ya
yaxın qohumu zənn etmişdi.
Atalar
nahaq deməyib ki, ürəkdən ürəyə yol var. Heydər
Əliyev dərin zəka,
möhkəm yaddaş sahibi
olmaqla yanaşı, həm də olduqca həssas və fəhmli bir
insan idi. O, adamları
kitab kimi
oxumağı, ürəklərindən keçənləri
duymağı bacarırdı. Ona görə
onun ətrafında daim
nəsə sehrli bir
ünsiyyət və anlaşma mühiti duyulurdu. O, öz fikirlərini, düşüncə və
duyğularını xalqa olduqca
rahat və sadə bir
dillə çatdıra bildiyi kimi, kütləni duymaq,
onların fikirlərini, istək və arzularını üzlərindən
oxumaq kimi nadir bir istedada
da malik idi. Heydər Əliyev sadə xalqın
içindən
çıxdığına görə həmişə əmək kollektivlərində, halal
insanların arasında olmağa can atırdı.
O, həqiqətən, xalqla ünsiyyətdən güc
alırdı.
Dünyanın
50 nəfərdən çox tarixi şəxsiyyəti
haqqında söz demiş məşhur tarixçi və
filosof Plutarx “İsgəndər Zülqərneyn” adlı
kitabını bu cümlələrlə başlayır:
“Oxuculardan xahiş edirik ki, onlar İsgəndər
şahın bütün məşhur hünərlərini təsvir
etmədiyimizə görə bizi günahlandırmasınlar. Biz tarix deyil, həyat yolunu yazırıq. İnsanın xarakteri, xeyirxahlıq və ya
naqislik heç də
həmişə ən şanlı əməllərdə deyil, on minlərlə insan qırğınına səbəb olan döyüşlərdən, saysız ordulara rəhbərlikdən və şəhərlərin
mühasirəsindən daha çox hər hansı bir
kiçik hərəkətdə, sözdə
və zarafatda açılır. Rəssam
bədənin başqa üzvlərinə
əhəmiyyət verməyib oxşarlığı
insanın xarakterini əks etdirən üzün və gözlərin ifadəsini doğru təsviri ilə əldə edir”. Məncə,
yuxarıda təsvir etdiyim detallar
da Heydər Əliyevin rəhbər xarakterini anlamaq
baxımından çox vacib
ştrixlərdir.
Mənim
Heydər Əliyev haqqında təəssüratım onun 10
il əvvəl aprelin 3-də sumqayıtlılarla son vida
görüşü ilə tamamlanır. O zaman dedikləri rəhbərin
sumqayıtlılara siyasi vəsiyyəti idi. Heydər Əliyev iclas
zalında onu dinləyənlərin
timsalında, sanki bütün
Azərbaycan xalqına üz tutub deyirdi: “... Sumqayıta
qayğı lazımdır. Mən həmişə bu qayğını göstərmişəm. Bu gün də buraya gəlməyim, sizinlə açıq, səmimi
söhbət etməyim mənim, Azərbaycan dövlətinin
Sumqayıta olan qayğısının təzahürüdür...
Burada ədalət olmalıdır. Burada hamıya diqqət olmalıdır. İnsanlar yalnız öz
biliyinə, bacarığına, bizim
dövlətçiliyimizə sədaqətinə görə
dövlət vəzifələri tutmalıdırlar...”
Dahi rəhbərin həmin çıxışında xalqımızı, xüsusən mənsəb sahiblərini ədalətə, birliyə çağıraraq Sumqayıta Azərbaycanın timsalı kimi baxdığını təkrar-təkrar vurğulayırdı. O tarixi çıxışın hər bir kəlməsi unudulması mümkün olmayan və icrası vacib olan çox ciddi tövsiyə və tapşırıqlardır. Onlara əməl etmək bizim borcumuzdur. Bu gün biz ulu öndərin xalqımız üçün gördüyü işlərin, tarixi xidmətlərin əvəzini onun yolunu, əməllərini davam etdirməklə qaytara bilərik. Bunun üçün ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, onun varislik siyasətinə dəstək verməliyik.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 4.