Azərbaycanda bələdiyyələrin
normal fəaliyyət göstərməsi üçün hər cür
hüquqi baza
vardır
Bu günlər xalqımız ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyini böyük
təntənə ilə qeyd edir. 1969-cu ildən başlayaraq
30 ildən artıq bir dövrü
əhatə edən Azərbaycanın ən yeni
tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm
nailiyyətlər bu dahi şəxsiyyətin müdrik
dövlətçilik siyasəti ilə bağlı olmuşdur. “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi”
kimi qiymətləndirilən həmin
dövrdə ulu öndərimiz tərəfindən
həyata keçirilən xilaskarlıq və quruculuq
missiyalarının məntiqi nəticəsidir ki,
hazırda demokratik və hüquqi
bir dövlətdə yaşayırıq.
Ali
Sovetin 15 iyun 1993-cü il tarixli iclasındakı
çıxışında ulu öndər Heydər Əliyev
ona göstərilən etimadı doğrultmağa
çalışacağını vurğuladı: “Sizi əmin
edirəm ki, bütün imkanlardan istifadə edib bu
böyük vəzifəni, ağır bir yükü
aparmağa çalışacağam və bu vəzifənin
ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm.
Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının
bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini
tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni
üzərimə götürərək öz məsuliyyətimi
anlayıram və bunların hamısını vəhdət
tutaraq əlimdən gələni edəcəyəm”.
Dahi
rəhbər ilk gündən fəaliyyətində
iqtisadi islahatların aparılması, bazar
iqtisadiyyatının bərqərar olması, Azərbaycanın
dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə
proqramının, aqrar islahatların həyata keçirilməsi
məsələlərinə mühüm önəm verdi. Ulu
öndər eyni zamanda demokratik, hüquqi dövlət quruculuğu
istiqamətində davamlı siyasət yeridərək, ölkədə
insan hüquq və azadlıqlarının başlıca
prinsiplərinin bərqərar olması üçün əsaslı
zəmin yaratdı.
Ümumiyyətlə,
Azərbaycanda istər hüquqi dövlət quruculuğu,
demokratik təsisatların yaradılması, istərsə də
sosial-iqtisadi, siyasi islahatlar da ümummilli liderimiz Heydər Əliyevin
adı ilə bağlıdır.
Yeri
gəlmişkən, bu məqamda ulu öndərimizin yerli
özünüidarə orqanının yaranması,
formalaşması ilə bağlı fəaliyyətinə də
toxunmaq istərdim. Əvvəla, etiraf edək ki, hələ
90-cı illərin ortalarında yerli özünüidarəetmə
orqanlarının fəaliyyəti barədə söz
düşəndə çoxları bələdiyyələrin
belə tezliklə ölkənin sosial həyatında
xüsusi rol oynayacağını təsəvvürünə
gətirmirdi. Lakin dünya təcrübəsinə
arxalanaraq həmin qurumların fəaliyyət dairəsini və
idarəetmədə oynayacağı rolu dəqiq qiymətləndirən
ümummilli liderimizin təşəbbüsü ilə yerli
özünüidarəetmə qurumlarının hüquqi
bazası hazırlandı, başqa sözlə, bələdiyyələr,
onların səlahiyyətləri və vəzifələri
haqqında qanunlar qəbul edildi. Ən mühüm cəhət
isə bu idi ki, bələdiyyələrin yaranması və
onlara seçkilərin keçirilməsi qaydaları 1995-ci il
noyabrın 12-də müstəqil Azərbaycanın qəbul
etdiyi ilk Konstitusiyanın müvafiq müddəalarında
öz əksini tapmışdı.
Xatırladım
ki, o vaxt əhali bələdiyyələr barədə
yalnız ümumi məlumata malik olduğundan yerli idarəetmə
orqanlarının fəaliyyətinin mahiyyəti ilə
tanış deyildilər. Ancaq bütün hallarda yeniliyə
münasibət, onun nəticələrini görmək həvəsi,
eyni zamanda “yerli özünüidarəetmə” kəlməsindəki
psixoloji cəlbetmə nəticələrin gözlənildiyindən
də yüksək olmasında həlledici rol oynadı.
Əslində
isə yerli özünüidarəetmə forması demokratik
təsisatların bir qoludur və hüquqi dövlətin
yaranmasında, idarəetməyə ictimai nəzarətin
formalaşmasında mühüm rol oynayır.
İllər
ötdükcə Azərbaycanın sivil dəyərlərinin
formalaşdığı Avropa məkanına inteqrasiyası
da dönməz və sürətli xarakter alır. Bu isə
öz növbəsində ölkəmizdə demokratik təsisatların
daha da dərinləşməsinə, hüquqi dövlət
quruculuğunun daha ardıcıl istiqamətlənməsinə
səbəb olur. Yerli özünüidarəetmə
orqanlarının fəaliyyətinin daha da formalaşması,
onların işinin dünyanın qabaqcıl ölkələrinin
təcrübəsinə uyğun olaraq qurulması isə
ölkəmizdə vətəndaş cəmiyyətinin
yaradılması istiqamətində həlledici mərhələlərdən
biridir.
Hələ
1999-cu ildə ilk bələdiyyə seçkilərinin
keçirildiyi ərəfədə ümummilli liderimiz Heydər
Əliyev seçkiləri müşahidə etmək
üçün ölkəmizə gəlmiş Avropanın
Yerli və Regional Hakimiyyətlər
Konqresinin nümayəndə heyətini qəbul edərkən
demişdir: “...Biz yaxşı bilirik ki, Avropa Şurasına
daxil olmaq eyni zamanda üzərimizə böyük məsuliyyət
götürmək deməkdir. Məsələn, indiyə qədər
Azərbaycanda bələdiyyələr olmamışdır.
Bu sahədə bizim məsuliyyətimiz də yox idi. İndi
seçkilər keçiriləcək, bələdiyyələr
yaranacaq, şübhəsiz ki, bələdiyyələrin
iş səviyyəsi Avropa Şurasında və başqa beynəlxalq
təşkilatlarda müəyyən qədər qiymətləndiriləcək.
Bu da respublikamıza olan münasibətə təsir göstərəcəkdir.
Amma biz özümüz bu çətinliklərə cəsarətlə
giririk, Avropa Şurasının qapısını üç
ildir döyürük və istəyirik ki, bu qapı ölkəmizin
üzünə açılsın. Başa
düşürük ki, bu, bizim məsuliyyətimizi daha da
artıracaqdır. Yəni, biz bunların hamısını
şüurlu edirik. Çünki biz Avropa Şurasının
tam bərabərhüquqlu üzvü olmaq, öz işimizi
Avropa standartlarına uyğun qurmaq istəyirik, hüquqi,
demokratik dövlət qururuq. Bu yol nə qədər çətin
olsa da, bizim üçün o qədər də vacibdir,
lazımdır”.
Göründüyü
kimi, ulu öndərimiz bələdiyyələrin
yaranmasını Azərbaycan üçün olduqca vacib məsələlərdən
biri saymış, bunu ölkəmizin dünyaya, xüsusilə
Avropaya inteqrasiyası, hüquqi və demokratik dövlət
quruculuğu istiqamətində əhəmiyyətli məsələ
hesab etmişdir.
Azərbaycanda
bələdiyyələrin inkişafında dövlət
maraqlıdır. Bu marağı qəbul olunmuş
qanunvericilik aktlarında, Prezident İlham Əliyevin təsdiq
etdiyi sənədlərdə, eləcə də bir çox
orqanların bu sahə ilə bağlı həyata
keçirdiyi tədbirlərdə görürük. Bələdiyyələrin
normal fəaliyyət göstərməsi üçün
ölkədə hüquqi baza vardır.
Burada
sədri olduğum Azərbaycan Qəsəbə Bələdiyyələrinin
Milli Assosiasiyası ilə bağlı bir məqama diqqət
yetirmək istərdim. Xatırladım ki, bu təşkilatın
yaradılmasının əsas məqsədi bələdiyyələrin
fəaliyyətinin əlaqələndirilməsinə, həmin
fəaliyyətin beynəlxalq hüquq normalarına və
mövcud qanunvericiliyə uyğun qurulmasına, ortaya
çıxan problemlərin birgə həllinə
yardımçı olmaqla respublikamızda yerli
özünüidarənin hərtərəfli
inkişafını reallaşdırmaqdır.
Milli
assosiasiya öz fəaliyyətini prioritet olaraq
özünüidarəetmənin inkişafı, vətəndaş
cəmiyyətinin qurulmasında və demokratik prinsiplərin tətbiqində
onların rolunun artırılması istiqamətləri
üzrə qurur, bu sahədə geniş və əhatəli
proqramlarla çıxış edir, təşəbbüslər
irəli sürür. Bələdiyyələrin qabaqcıl təcrübəsinin
öyrənilib yayılmasına, yerli özünüidarəetmə
orqanları ilə dövlət, qeyri-hökumət və donor
təşkilatları arasında əlaqələrin
qurulmasına, maarifləndirmə işlərinə xüsusi
diqqət yetirir.
Yaşayış
səviyyəsinin və sosial rifahın yüksəlişi
fonunda qəsəbə bələdiyyələri də yerli əhəmiyyətli
məsələlərin həllində fəallıqlarını
artırmışlar. İndi onlar öz səlahiyyətləri
çərçivəsində konkret tədbirlər həyata
keçirməyə çalışırlar. Bu işdə
onlara özündə bələdiyyəçilik
ideyasını birləşdirən Azərbaycan Qəsəbə
Bələdiyyələrinin Milli Assosiasiyası yaxından
kömək edir.
Milli
assosiasiya özünüidarəetmənin inkişafı, qəsəbə
bələdiyyələrinin yerli əhəmiyyətli məsələlərin
həllində fəaliyyətlərinin gücləndirilməsi
sahəsində geniş və əhatəli proqramlarla
çıxış edir, təşəbbüslər irəli
sürür, bələdiyyələrin qabaqcıl təcrübələrini
öyrənib yayır, onlarla dövlət, qeyri-hökumət
və donor təşkilatları arasında əlaqələr
qurur, maarifləndirmə işləri aparırlar.
Assosiasiyanın
fəaliyyət göstərdiyi müddətdə irəli
sürdüyü bir sıra təşəbbüslər qəsəbə
bələdiyyələrinin fəaliyyətini vahid istiqamətə
yönəltmiş, yerli əhəmiyyətli məsələlərin
həlli sahəsində işləri əlaqələndirmiş,
qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi
üçün geniş imkanlar açmışdır.
Azərbaycan
Qəsəbə Bələdiyyələrinin Milli
Assosiasiyası Avropa Yerli və Regional Hakimiyyətlər
Konqresinin sessiyalarında da fəal iştirak edir. Bu, təsadüfi
deyil. Belə ki, adı çəkilən konqres yerli özünüidarəetmə
hüququ ilə məşğuldur. Onun əsas məqsədi
Avropanın birləşmə prosesində, habelə Avropa
Şurasının işində yerli və regional hakimiyyətlərin
iştirakının təmin edilməsindən ibarətdir.
Konqresin prioritetlərinə, həmçinin demokratiyanın
yerli və regional səviyyələrdə
inkişafının dəstəklənməsi, demokratiya
yoluna yeni keçmiş dövlətlərdə səmərəli
inzibati strukturların formalaşdırılması prosesində
yardım göstərilməsi məsələləri aid
edilir.
Xatırladım
ki, Avropa Şurasının üzvü olan dövlətlərin
yerli və regional orqanlarının təmsil olunduğu bu məşvərət
qurumu 1959-cu ildən fəaliyyət göstərən
Avropanın Yerli və Regional Hakimiyyətlərinin Daimi Konfransını əvəz
edir. Konqres Parlament Assambleyası olduğundan onun üzvlərinin
sayı sabitdir. Quruma nümayəndələr bütün qitələrdən
olan yerli və regional hakimiyyətlər tərəfindən
göndərilir.
Konqresin
işinə tərkibində Avropa Şurasına üzv
ölkələrin nümayəndələrini birləşdirən
daimi Komitə rəhbərlik edir. Qurumun plenar iclasları hər
il Strasburqdakı Avropa Sarayında keçirilir. Daha çevik
və səmərəli fəaliyyətin təmin edilməsi,
konkret məsələlərin öyrənilməsi məqsədilə bir qayda olaraq,
müvafiq işçi qruplar yaradılır.
Konqresin bu yaxınlarda keçirilən
plenar sessiyasında Azərbaycan nümayəndə heyətində
təmsil olunduğumdan müəyyən təəssüratlarımı
qısaca oxucularla bölüşmək istərdim.
Toplantıda diqqəti Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
torpaqlarımızın 20 faizinin işğalı və bir
milyondan çox soydaşımızın qaçqın və
məcburi köçkün vəziyyətinə düşməsi
faktına yönəltdim. Sessiya iştirakçılarına
respublikamızda həyata keçirilən möhtəşəm
quruculuq tədbirləri, habelə bu işlərdə bələdiyyə
orqanlarının iştirakı barədə ətraflı məlumat
verdim. Avropanın qabaqcıl ölkələrinin nümayəndələrilə
görüş zamanı təcrübə mübadiləsi
baxımından səmərəli olacaq tövsiyə
xarakterli sənədlər əldə etdim.
Ümummilli
liderimizin elmi əsaslara söykənən
sosial-iqtisadi strategiyası 2003-cü ilin 15 oktyabr prezident
seçkilərindən sonra keyfiyyətcə yeni mərhələyə
qədəm qoymuşdur. Prezident İlham Əliyevin rəhbərliyilə
həyata keçirilən sosial-iqtisadi tədbirlər nəticəsində
Azərbaycanın mənzərəsi tamamilə dəyişmiş,
insanların həyat şəraiti
yaxşılaşmışdır. Cənab İlham Əliyev
paytaxtımızın, eləcə də bütün
yaşayış məntəqələrinin milli üslubda
inkişaf etməsi, təmizliyi, gözəlliyi, müasirliyi
ilə göz oxşaması üçün əlindən gələni
əsirgəmir. “Biz xalq üçün işləyirik. Məqsədimiz
də odur ki, ölkə vətəndaşları vəziyyətin
ildən-ilə daha da yaxşılaşmasını
görsünlər, bunu gündəlik həyatlarında hiss
etsinlər” - deyən Azərbaycan Prezidenti bu məqsədə
xidmət edən çoxşaxəli islahatları çevik
və işlək mexanizmlər üzərində
reallaşdırır, davamlı yüksəlişi təmin
etmək üçün ölkənin daxili potensialından səmərəli
istifadəni əsas vəzifə kimi qarşıya qoyur.
Bütün
bunları Binəqədi rayonunun timsalında aydın görə
bilərik. Cənab İlham Əliyev
Prezident kimi fəaliyyət göstərdiyi illər ərzində
müxtəlif obyektlərin, yolların, körpülərin təməlqoyma
və açılış mərasimlərində iştirak
etmək üçün dəfələrlə Binəqədiyə
gəlmiş, bu diqqət və qayğı rayonun dinamik
inkişafına, uzun illərdən bəri
yığılıb qalmış bəzi problemlərin həllinə
əsaslı təkan vermişdir. Ən əsası, bu səfərlərin
hər biri Binəqədi sakinlərinin həyatında
müsbət irəliləyişlərə səbəb
olmuş, onların yaddaşında xoş izlər
buraxmışdır.
Əminliklə
deyə bilərəm ki, rayonun yeni rəhbərliyinin
böyük səyi ilə əldə olunan uğurlar burada
yaşayan insanları dövlət
başçımızın ətrafında daha sıx birləşməyə,
tikinti-abadlıq, quruculuq işlərinə fəal şəkildə
qoşulmağa sövq etmişdir. Rayon icra hakimiyyəti
üzərinə düşən məsuliyyəti
düzgün qiymətləndirməklə, fəaliyyətini
dövlət başçısının
yürütdüyü çevik və səmərəli
inkişaf strategiyasının mahiyyətinə uyğun
qurmağa, idarəetmədə mütərəqqi prinsipləri
tətbiq etməyə, qarşıda duran vəzifələri
dəqiq müəyyənləşdirərək vaxtında və
düzgün icrasına nail olmağa çalışır.
Cənab
İlham Əliyevin apardığı siyasətin mahiyyətindən
irəli gələrək rayonda əhalinin sosial rifah
halının yaxşılaşdırılmasına,
abadlıq-quruculuq işlərinin daha sürətlə və
keyfiyyətlə aparılmasına, təhsil-səhiyyə
müəssisələrinə diqqətin
artırılmasına, xidmət və infrastruktur sahələrində
işin müasir dövrün tələblərinə
uyğunlaşdırılmasına, sahibkarların fəaliyyətinə
mane olan süni əngəllərin aradan
qaldırılmasına mühüm önəm verilir.
Binəqədidə
müşahidə olunan böyük canlanma, inkişaf və tərəqqi,
ilk növbədə, sistemli, ardıcıl və yeniliyə əsaslanan
mütərəqqi iş üslubunun bəhrəsidir. Rayon
icra hakimiyyəti ölkə başçısının
çevik və səmərəli iqtisadi islahatlar
strategiyasını rəhbər tutaraq, idarəçilikdə
mütərəqqi üsulların tətbiq edilməsinə
nail olmuşdur. Bunun nəticəsidir ki, son bir ildə bütün
sahələr üzrə yüksək makroiqtisadi göstəricilər
əldə edilmişdir. Real sosial-iqtisadi inkişaf isə quru
fakt və rəqəmlərdə deyil, hər bir sakinin
gündəlik həyatında, məişətində, maddi
rifah halında əksini tapır.
Hümbət HÜSEYNOV,
Azərbaycan Qəsəbə Bələdiyyələrinin
Milli Assosiasiyasının və Binəqədi
rayonu
Rəsulzadə bələdiyyəsinin
sədri
Xalq qəzeti.- 2013.- 18 aprel.- S. 10.