Tanınmış yazıçı-publisist Aqil Abbasın 60 illik yubileyi günündə Nizami Kino Mərkəzində “Dolufilmi yenidən nümayiş olunmuşdur

 

Aprelin 1-də tanınmış yazıçı -publisist, Milli Məclisin deputatı, əməkdar jurnalist Aqil Abbasın 60 yaşı tamam olmuşdur. Bu münasibətlə Nizami Kino Mərkəzində Aqil Abbasın eyniadlı romanı əsasında lentə alınmış “Dolu” tammetrajlı bədii filmi nümayiş etdirilmişdir.

AzərTAc xəbər verir ki, yazıçının özü, dostları, həmkarları, kinosevərlər filmin tamaşaçıları arasında olmuşlar.

Filmin nümayişindən əvvəl səhnəyə bu ekran əsərinin yaradıcı heyəti dəvət edilmişdir.

Əlamətdar gün münasibətilə yazıçı-publisisti  təbrik edən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov demişdir ki, film bu gün yubilyarın arzusu ilə yenidən nümayiş olunur. Yubilyara yeni-yeni yaradıcılıq uğurları arzulayan M.Hətəmov ona xatirə hədiyyəsi təqdim etmişdir.

Filmin rejissoru Elxan Cəfərov bu ekran əsərinin çəkilişdə əməyi olanların hamısına təşəkkür etmişdir.

Mərasimdə çıxış edən Aqil Abbas iştirakçılara minnətdarlığını bildirmiş, Qarabağ müharibəsində Vətən uğrunda son nəfəsinə qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlığına işıq salanDolufilmi haqqında məlumat vermişdir.

Aqil Abbas demişdir: “Bu gün Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərimə görə məni “Şöhrət” ordeni ilə təltif etmişdir. Bu yüksək mükafatı təkcə özümə deyil, bütövlükdə Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən qiymət kimi dəyərləndirir və dövlətimizin başçısına minnətdarlığımı bildirirəm".

SondaDolufilmi nümayiş etdirilmişdir.

Filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Aqil Abbas, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı xalq artisti Polad Bülbüloğlu, icraçı prodüseri Nadir Əliyevdir.

Ekran əsərində əsas rollarda Fuad Poladov, Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fərhad İsrafilov başqaları çəkilmişlər. Filmin çəkilişləri İsmayıllı, Şəmkir, Ağdam Ağcabədi rayonlarında aparılmışdır.

 

 

Xalq qəzeti.- 2013.- 2 aprel.- S. 3.