Türkiyə və
Azərbaycan arasındakı əlaqələrdə tələbələr
də böyük bir körpüdür
Bu fikir İzmir Üniversitetinin rektoru Prof. Kayhan Erciyeş ilə
Dünya Azərbaycanlıları Konqresinin sədr
müavini Dr. Asif Qurbanın
görüşündə səslənmişdir. Həmyerlimizi
qəbul edən rektor bu gün Türkiyə və Azərbaycan
arasındakı əlaqələrin inkişaf tempini yüksək
dəyərləndirmiş və Türkiyəyə tələbə
axınının böyük əhəmiyyət
daşıdığını vurğulamışdır.
-Bu gün qardaş Türkiyə həm də
azərbaycanlı tələbələrin ən çox
üz tutduğu bir ölkədir, – fikrini söyləyən
Asif Qurban bu meyllərin ilbəil artdığını da
vurğulamışdır. Təkcə ötən il 150 azərbaycanlı
gənc dövlət, 2500 nəfər özəl xətlə
qardaş ölkədə oxumağa getmişdir. Türkiyədə
102 dövlət və 52 vakıf (özəl) universitet olmaq
üzrə 154 universitet vardır. Bu universitetlər Türkiyənin
bütün şəhərlərinə
yayılmışdır, bunlardan 58-i İstanbul, Ankara və
İzmir kimi üç böyük şəhərin
payına düşməkdədir. İzmirdə 3 dövlət
və 4 özəl universit yerləşir. İzmir universitetləri
mehriban və qonaqsevər mühiti, zəngin mədəniyyəti,
Aralıq dəniz iqlimi, tələbələrə əsaslanan
cəmiyyət, daha ucuz həyat şəraiti, Qərb və
Şərq, Avropa və Asiya arasında körpü, artan
iş imkanları, sadə viza imkanları, zəngin yemək mədəniyyəti,
əbədi dostluq munasibətləri ilə diqqəti cəlb
edir. Türkiyənin yataqxana imkanları çox
yaxşıdır. Bu sahədə tələbələrə
ciddi köməkliklər edilir. Hətta bir çox universitet
Azərbaycandan gedən tələbələrə
üstünlük verir və onları daha əvvəl yerləşdirir.
Görüşdə Türkiyə və Azərbaycanda ortaq təhsil və sosial sahələrdə aparılacaq işlərdən də bəhs edilmiş və xüsusi olaraq Azərbaycanın önəmli günlərinin İzmir Üniversitetində də qeyd olunması qərarlaşdırılmışdır. Bu çalışmaların daha uğurla davam edəcəyini vurgulayan Asif Qurban bu görüşlərin hər iki tərəf üçün çox faydalı olacağından məmunluğunu bildirmişdir.
Xalq qəzeti.-
2013.- 3 aprel.- S. 5.