“Heydər Əliyev
və Azərbaycanda gənclər siyasəti”
Bakı Dövlət Universitetində “Heydər
Əliyev və Azərbaycanda gənclər siyasəti”
mövzusunda konfrans keçirilmişdir.
Konfransda universitetin rektoru, professor Abel Məhərrəmov,
millət vəkili Fəttah Heydərov, Bakı Şəhər
Gənclər və İdman Baş İdarəsinin rəisi
Raqif Abbasov, BDU-nun və digər ali məktəblərin
müəllim və tələbə kollektivləri iştirak
etmişdir.
Tədbiri giriş sözü ilə açan
universitetin rektoru Abel Məhərrəmov Azərbaycanda gənclər siyasətinin
əsasının müstəqil dövlətimizin memarı və
qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulduğunu, gənclərin inkişafına və onların
təhsilinə ulu öndərin daim böyük önəm
verdiyini vurğulamışdır.
Mərasimdə çıxış edən
Bakı Şəhər Gənclər və İdman Baş
İdarəsinin rəisi Raqif Abbasov gənclərimizin bir fərd,
əsl Azərbaycan vətəndaşı kimi
formalaşmasında ümummilli lider Heydər Əliyevin
danılmaz əməyi, misilsiz xidmətlərinin olduğunu,
ulu öndərin zəngin və möhtəşəm
dövlətçilik fəaliyyətində gənclər
siyasətinin hər zaman xüsusi yer tutduğunu
bildirmişdir. Natiq 1994-cü ildə dövlət gənclər
siyasətini həyata keçirmək və müxtəlif gənclər
təşkilatları arasında mərkəzləşmiş
koordinasiyanı təmin etmək məqsədilə Gənclər
və İdman Nazirliyinin yaradılması, 1996-cı il fevralın
2-də isə ulu öndər Heydər Əliyevin
iştirakı ilə Ümumrespublika Gənclərinin I
Forumunun keçirilməsindən, gənclər siyasəti ilə
bağlı ümummilli lider tərəfindən
imzalanmış fərman və sərəncamların mahiyyətindən
ətraflı danışmışdır.
Daha sonra Ağsaqqallar Şurasının sədri,
millət vəkili Fəttah Heydərov ulu öndər Heydər
Əliyevin azərbaycançılıq ideyası və bu
ideyanın layiqli davamçısı ölkə Prezidenti cənab
İlham Əliyevin daxili və xarici siyasətindən müəllim
və tələbələrə geniş məzmunlu nitq
söyləmişdir.
Tədbirin sonunda təhsildə, idmanda, intellektual yarışlarda fərqlənmiş tələbələrə diplom, hədiyyə və tələbə kartları təqdim olunmuşdur.
Leyla QURBANOVA
Xalq qəzeti.- 2013.- 4 aprel.- S. 3.