Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının iclası olmuşdur.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Mülki Məcəllənin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsi ilə əlaqədar Ali Məhkəmənin sorğusuna baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 3-nə təyin edilmiş iclasında baxılacaqdır.

 

 

Xalq qəzeti.- 2013.- 4 aprel.- S. 3.