“İKT ili”ndə bir neçə irimiqyaslı layihənin həyata keçirilməsi nəzərdə tutulur

 

 Azərbaycan son illər sürətli inkişaf yolundadır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı daxili xarici siyasət ölkəmizi Cənubi Qafqazin lider dövlətinə çevirmişdir. Bu inkişafın nəticəsidir ki, bir sıra təşkilatların reytinq cədvəlində Azərbaycanın mövqeyi ildən -ilə irəliləyib.

 Respublikamız təkcə neft sektorunda deyil, digər sahələrdə uğurlu nəticələr qazanır, dünya birliyində öz mövqeyini möhkəmləndirir.Həyata keçirilən dövlət proqramları böyük müvəffəqiyyətlə reallaşdırılır. Cənab Prezident hər ilin yekunu ilə bağlı keçirilən müşavirədə növbəti ili inkişafımızın prioritet sahələrindən birinə həsr edir. “Ekologiya ili”, “Turizm ilibuna misal ola bilər. 2012-ci ilin yekunlarına həsr olunmuş müşavirədə isə 2013-cü iliİnfomasiya-kommunikasiya texnologiyaları ilielan etmişdir. Bu da təsadüfi deyil. Artıq Azərbaycan bu sahədə böyük uğurlara imza atmışdır.

 Rabitə informasiya texnologiyaları naziri Əli Abbasov bu yaxınlarda İKT-nin inkişafını konkret faktlarla açıqlamışdır. O, demişdir ki, bu gün Azərbaycan İKT-nin göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Eyni zamanda, son illərdə məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin İKT sektoru hər üç ildə 2 dəfə artıb son 8-10 ildə orta illik artım tempi 20-25 faiz təşkil edib bu artım tempi ümumdünya inkişaf tempini 2-3 dəfə qabaqlayır. Təkcə yola saldığımız 2012-ci ilin göstəricilərinə nəzər salsaq, 2012-ci il ərzində ölkə üzrə ümümdaxili məhsulun (ÜDM) həcmi 54 milyard manat, ötən illə müqayisədə real artım tempi isə 2,2 faiz təşkil edib.

 Hazırda RİTN ölkəmiz üçün strateji əhəmiyyəti olan böyük transmilli layihələrdə iştirakını, eləcə mühüm layihələrin icrasını da davam etdirir. Ölkə rəhbəri tərəfindən İKT-nin prioritet sahə elan edilməsi “İKT sahəsində böyük layihələrin başlanğıc iliadlandırılan 2013-cü ilin Azərbaycanın rabitə sahəsi, ümumilikdə respublikamız üçün əlamətdar hadisələrlə zəngin ilə çevriləcəyinə böyük ümidlər yaradır. Məlum olduğu kimi, Azərbaycan özünün ilk peykini fəzaya qaldırdı. Bu hadisə həqiqətən böyük uğur idi. Dünyanın hər yerindən bu hadisə böyük maraqla izləndi. İlk peykimiz olan “Azərspace-1” Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundanAriane Space” fransız şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırıldı geostasionar orbitə çıxarıldı. Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya, Şərqi Asiya ölkələrini əhatə edən peyk ölkəmizin bütün ərazisində internet digər rabitə, televiziya yayımı üzrə xidmətlər təqdim edəcək.

 Nazir Ə.Abbasov “İKT iliçərçivəsində həyata keçiriləcək digər bir mühüm layihənin Rabitə İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Neft Fondu tərəfindən hazırlandığını bildirib. Bu layihəyə görə, “Azərbaycanda evlərə optikamodeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksək sürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması nəzərdə tutulur. 2013-cü ildə artıq bu layihəyə 103,6 mln manat vəsait ayrılıb. Nazirin sözlərinə görə layihə üç il müddətində həyata keçiriləcək yüksək rentabellidir, 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi investisiya hesabına ödəniləcək. Əsas hədəf ucqar kəndlər daxil olmaqla, ölkə ərazisini 10-100 mbs. arasında sürətli internetlə təmin etmək genişzolaqlı internet istifadəçilərinin sayını təxminən 85 faizə çatdırmaqdır ki, bu da bizə 2017-ci ildə inkişaf etmiş ölkələrlə bir səviyyədə olmağa imkan verəcək.

Peykin buraxılması kimi mühüm mərhələnin ardınca, RİTN fevral ayında ölkənin İT şirkətlərinin fəaliyyətinin genişləndirilməsinə inkişafına yönələn daha bir tədbirin reallaşmasına başlayacaq 2012-ci ilin 6-9 noyabrında İnternet İdarəçiliyi Forumu Bakutel” İKT həftəsi çərçivəsində Bakıda keçirilmiş ilk “Azərbaycan-ABŞ İKT forumu”ndan sonra RİTN daha bir ilkə imza atacaq. Bu da İKT sahəsində böyük uğurlara imza atan Yaponiyadır. Bununla da ölkə daxilində RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün aparılan əhəmiyyətli işlərin, keçirilən görüşlərin, eləcə dünyanın müxtəlif ölkələri ilə İKT sahəsi üzrə imzalanan sənədlərin sırası daha da genişlənəcək. İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı üzrə aparıcı dövlətlər sırasında olan ABŞ, Yaponiya kimi ölkələrlə tərəfdaşlıq, onlarla imzalanan İKT üzrə əməkdaşlığa dair memorandumlar Azərbaycana qarşı tərəfə iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizdə İKT üzrə yeni inkişaf dövrünün başlanğıcını qoyur. Amma bu qarşılıqlı marağın ortaya çıxmasında ölkəmizin siyasi stabilliyi, son illərdə davamlı qazanılan artmaqda olan iqtisadi göstəricilərlə bərabər, respublikamızda aparılan islahatların nəticələrinə beynəlxalq təşkilatların verdiyi qiymət az rol oynamayıb. Belə ki, son illərdə Azərbaycanın İKT sahəsində nail olduğu inkişaf dinamikası müxtəlif beynəlxalq təşkilatların qiymətləndirmələrində yer alaraq, müsbət tendensiyalarla əks olunur.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2013.- 7 aprel.- S. 6.