“Ulu öndər Heydər Əliyev
yaradıcılığımın əbədi mövzusudur”
Ümummilli lider
Heydər Əliyev – 90
Neftçala rayonunda ümummilli lider,
xalqımızın dahi oğlu Heydər Əliyevin və onun
həyat yoldaşı, görkəmli akademik, Azərbaycanda nəciblik
və xeyirxahlıq simvolu kimi daim sevilən, xatirəsi əziz
tutulan Zərifə xanım Əliyevanın 90 illik yubiley tədbirlərinə,
bu iki misilsiz şəxsiyyət haqqında çox dəyərli
əsərlər yazan yazıçı -dramaturq, Milli Məclisin
deputatı Hüseynbala Mirələmovla
görüşdən start verildi.
Rayonun əzəmətli mədəniyyət
sarayında keçirilən görüşü Neftçala
Rayon İcra Hakimiyyəti başçısının
ictimai-siyasi və humanitar məsələlər üzrə
müavini Gültəkin Sadıqova
açaraq bildirdi ki, bu gün bütün Azərbaycanda
olduğu bizim el-obamızda da əsil bayramdır- ulu öndər
Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın
anadan olmalarının 90 illik bayramı. Belə bir gündə
xalqımızın bu iki müstəsna şəxsiyyəti
haqqında dəyərli əsərləri ilə
bütün dünyaya səs salan yazıçı -dramaturq,
Milli Məclisin deputatı Hüseynbala
Mirələmovla görüşmək, onunla bərabər
rayonumuza təşrif gətirən Milli Məclisin
deputatları Eldar İbrahimov, Hadi Rəcəbli, Nizami Cəfərov,
görkəmli ədəbiyyatşünas alim Nizaməddin
Şəmsizadə, “Azərbaycan” jurnalının baş
redaktoru İntiqam Qasımzadə kimi nüfuzlu şəxsiyyətlərin
milli-mənəvi irsimizə çevrilmiş iki böyük
azərbaycanlı-Heydər Əliyev və Zərifə Əliyev
haqqında çox dəyərli fikirlərini dinləmək
həqiqətən Neftçalanın mədəni həyatında
tarixi bir hadisədir.
Sonra yazıçı-dramaturq
Hüseynbala Mirələmovun ədəbi-bədii,
siyasi-publisistika yaradıcılığından ətraflı
məlumat vermək üçün rayonun tanınmış
ziyalısı, dil - ədəbiyyat müəllimi Etibar Əbilova
söz verildi. Natiq bildirdi ki, Hüseynbala Mirələmov
ədəbi -bədii yaradıcılığı ilə bərabər,
Azərbaycan oxucusuna həm də siyasi publisistika
janrının usta yazarı kimi tanışdır. Belə bir
gündə və ümummilli lider Heydər Əliyevə
sonsuz məhəbbətini, Əliyevlər şəcərəsinin
üç görkəmli nümayəndəsinə olan sədaqət
və ehtiramını publisistik sözün bütün
koloriti ilə obrazlarını yaratdığı üç
möhtəşəm əsərində təkcə Azərbaycana
deyil, bütün dünyaya bəyan etmiş belə bir yazarla
görüşmək Neftçala oxucuları, ziyalı
mühiti üçün böyük bayramdır.
Bu gün tərəddüd etmədən
demək olar ki, yazıçı -dramaturq Hüseynbala Mirələmovu
təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə
bu qədər tanıdan da şübhəsiz ki, Moskvanın məşhur
“Molodaya qvardiya” nəşriyyatının “Görkəmli
adamların həyatı” seriyasında nəşr etdiyi “Heydər
Əliyev”, “İlham Əliyev” və
“Zərifə Əliyeva” əsərləridir. Dünyanın
23-dən çox dilinə tərcümə olunan bu əsərlər
haqlı olaraq yazıçının siyasi-publisistik
yaradıcılığının zirvəsi hesab olunur.
Natiq vurğuladı ki, Heydər Əliyev
kimi liderin siyasi portretini yaratmaq ilk baxışdan
çoxlarına asan görünə bilər. Düşünərlər ki, o bizim müasirimiz
olub, həyat və fəaliyyəti haqqında kifayət qədər
məlumat var. Ancaq bütün bunlar bu, dahi azərbaycanlının
bitkin obrazını yaratmaq üçün yetərlidirmi?
Əlbəttə yox... Çünki bunun üçün ulu
öndər Heydər Əliyevin ideallarına ən
azından Hüseynbala Mirələmov
qədər sadiq olmalı, onu daxili bir məhəbbətlə
sevməli, Heydər Əliyevi sözün yox, sözü Heydər
Əliyevin zirvəsinə qaldırmağı bacarmalısan
ki, qələmin qüdrəti aciz görünməsin. Bu mənada, alimlərimiz,
ədəbiyyatçılarımız, tənqidçilərimiz
haqlı olaraq bildirirlər ki, H.Mirələmov bu fenomenal XX əsr
Azərbaycan dahisinin monumental obrazını yaradarkən
publisistik sözün siyasi sehrindən ustalıqla yararlana
bilib.
Etiraf etmək lazımdır ki, yüz il
sonra da heç bir başqa əsəri oxumadan, təkcə
H.Mirələmovun qələmə aldığı “Heydər
Əliyev” kitabını oxumaqla, müstəqil Azərbaycanın
memarı və qurucusu olan bu dahinin şəxsiyyəti, siyasi
fəaliyyəti, vətənkeşliyi, qətiyyəti,
müdrikliyi və xalqının xilaskarlıq missiyası
haqqında müstəqil və zəngin məlumat almaq olar.
Bu seriyadan olan digər bir əsərdə
isə biz bu dahi şəxsiyyətin sədaqətli, dəyanətli
və nəcib xanımı Zərifə Əliyeva haqqında
bir əbədiyyət dastanı ilə tanış
oluruq. Müəllif bu əsərdə Zərifə
xanımı təkcə birinci şəxsin həyat
yoldaşı kimi deyil, qayğıkeş bir ana, sədaqətli
bir rəfiqə, narahat bir bacı, ziyalı və nəcib bir
Azərbaycan qadını kimi canlandırır. Onun
davranışı, səmimiyyəti, peşəsinə sədaqəti
hər bir Azərbaycan qızına, qadınına örnək
ola bilər. Çəkinmədən demək
olar ki, Zərifə xanım, əsərdən də göründüyü
kimi, əsil Azərbaycan xanımının simvolu olmuşdur
və yazıçı, Azərbaycan qadını simvoluna
çevrilmiş bu gerçək obrazı bütün cizgiləri
ilə əsərində göstərə bildiyi
üçün, ən azından qadınlarımızın
böyük sevgisini qazana bilmişdir.
Nəhayət, “Görkəmli adamların
həyatı” seriyasından olan sırada ikinci sayca
üçüncü – “İlham Əliyev” kitabı,
bütün mənalarda ləyaqətli bir varisin üzərinə
düşən siyasi,
mənəvi və vətəndaşlıq borcunu
necə böyük məsuliyyət və müdrikliklə həyata keçirdiyini nümayiş etdirir.
Əslində böyük bir dahinin bütün mənalı
həyatı boyu digər saysız-hesabsız xidmətlərilə
yanaşı, bir müstəsna xidməti də Vətəni, xalqı naminə
düşüncələrini, arzularını və
planlarını həyata keçirəcək bir varisi bu
missiyaya hazırlamaq olmuşdur.
H.Mirələmov siyasi publisistikanın
çox incə priyomları ilə bu missiyaya hazırlanan gəncin
hansı siyasi bir auditoriyadan, nəhəng simalarla ünsiyyət
imtahanından necə keçdiyini açıb göstərə
bilmişdir. İlham Əliyev diplomatiyanı əslində
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda
oxuyarkən deyil, daha erkən, yeniyetmə, gənc ikən
öyrənib. Onun ən böyük
müəllimi, ustadı şübhəsiz mahir siyasət
ustası, müdrik dövlət adamı – atası Heydər Əliyev
idi.
Kitabda gerçək faktlarla İlham
Əliyevin həyatda, siyasi fəaliyyətdə bu ailə, ata
məktəbinin, siyasət akademiyasının adını necə
doğrultduğu, çox qısa zamanda xalqının
sevimlisinə çevrildiyi mükəmməl əksini
tapmışdır. Bu gün artıq bütün
dünya etiraf edir ki, Prezident İlham Əliyev XXI əsrin
siyasi liderlərinə məxsus keyfiyyətləri ilə ən
parlaq şəxsiyyətlərdən birinə
çevrilmişdir.
E.Əbilov yazıçı-dramaturqun ədəbi-bədii
yaradıcılığı haqqında da düşüncələrini
bölüşərək qeyd etdi ki, “ Bir tikə
çörək” adlı hekayə ilə ədəbiyyata gələn
Hüseynbala Mirələmovun ədəbi aləmdə
artıq məşhur olan “60-cılar” nəslinə mənsub
olduğunu qeyd etsələr də, o bir yazıçı
kimi ədəbi zirvəni 80-ci illərin axırlarında fəth
etdi, desək, əsla yanılmarıq.
Bu çətin zirvəni o əlbəttə,
gərgin zəhmət, ədəbi axtarışlarda keçən
yuxusuz gecələr, ağrı-əzab dolu yaradıcılıq anları
hesabına fəth etdi. Mən “ağrı-əzab dolu yaradıcılıq
anları” ona görə deyirəm ki, müasir ədəbiyyatımızda
doğma və nisgilli Qarabağımızla bağlı ən
mükəmməl və dolğun əsərlərin müəllifi
məhz H. Mirələmovdur.
Onun Qarabağ faciəsinə həsr olunmuş “ Xəcalət” povestinin ilk oxucularından olan
ulu öndərimiz Heydər Əliyev bu ibrətamiz əsərin
ətrafında olan sadiq silahdaşlarına da oxumağı
tövsiyə etmişdir.
Yazıçının Qarabağ mövzusuna həsr olunmuş “Xəcalət”,
“Vicdanın səsi”, “Güllələnmiş
heykəllərin fəryadı”, “Yanar qar” kimi əsərlərini mütaliə etdikcə o qənatə
gəlirik ki, yazıçı təxəyyülünün
imkanlarından geniş istifadə etməklə
yanaşı, həm də o
ağrılı -acılı müharibə illərində
vuruşan əsgərlərimizlə bir olmuş, damarlarda qan
donduran ağlabatmaz hadisələrin şahidi olmuşdur. Atəşkəs illərində müharibə
iştirakçısı olmuş insanlarımızla, yurd həsrəti
çəkən qaçqın və köçkünlərimizlə,
ələmli şəhid valideynləri ilə dönə
-dönə görüşmüş, onların acı xatirələrini
dinləmiş və məhz bu səbəbdən də,
yaşı min ildən artıq olan ədəbiyyatımızı
öz qiymətli əsərləri ilə zənginləşdirmişdir.
Hüseynbala müəllimi əsasən
müasir mövzularda yazan yazıçı -dramaturq kimi
tanısaq da o, ötən il işıq
üzü görmüş “Sonuncu fateh” roman trilogiyası ilə
yaradıcılığında yeni bir mərhələyə
qədəm qoymuş oldu. “Sonuncu fateh” Nadir şaha həsr
olunmuş çox orijinal , dəyərli
bir əsərdir. Ədəbi janrlar içərisində
fikrimcə, ən çətin janr tarixi əsər
yazmaqdır və
əgər bu əsərin qəhrəmanı
xalqının tarixində müstəsna bir yer tutursa və həmin
tarixi şəxsin həyatı məlum səbəblərdən
işıqlandırılmayıbsa, çətinlik ikiqat
artır. Tarixi mövzuda roman yazan şəxs həm
də tarixi tədqiqat işi yazmış olur. Nadir şahın uşaqlıq
çağlarından tutmuş, faciəli ölümünə
qədər çox peşəkarlıqla öz romanında
canlandıran H. Mirələmov yuxarıda
sadaladığım hər iki işin öhdəsindən
çox məharətlə gəlmişdir.
Çıxış
üçün söz alan Milli Məclisin deputatı, sosial
siyasət komissiyasının sədri, siyasi elmlər doktoru,
professor Hadi Rəcəbli qeyd etdi ki, Vilhelm Ostvaldın
düşüncəsi ilə yanaşsaq, böyük insan
böyük işlər görən nəhəng
aparatdır, onların dünyaya gəlməsi çox nadir
hallarda baş verir. Azərbaycan xalqının
ümumilli lideri də bu nadir insanlardan idi və Türkiyənin
tanınmış siyasi xadimi Bülənt Ecevit nahaq demirdi ki,
“Heydər Əliyev min ildən bir yetişən dahilərdəndir”.
Əlbəttə, belə bir nəhəng siyasət
ustası, fenomen insan haqqında birdən-birə sənədli
publisistika janrında əsər yazmaq çox çətin və
məsuliyyətli bir vəzifədir. Heydər
Əliyev bizim müasirimiz olsa belə, bu, hələ o demək
deyil ki, biz onun haqqında hər şeyi bilirik. Bu
düşüncədə olan insanlar həmkarım, dostum
yazıçı -dramaturq Hüseynbala Mirələmovun “Heydər
Əliyev” kitabı ilə yaxından tanış
olduqdan sonra yanıldıqlarının şahidi olurlar.
Natiq qeyd etdi ki, Heydər Əliyev XX
-XXI əsrlərdə 30 ildən artıq xalqımızın
taleyinə məsuliyyət daşıyan, ona sərəncam
verən bir şəxs olub. Anacaq onun həyatı,
təkcə bu illərdə deyil, hələ Dövlət Təhlükəsizlik
Komitəsindəki fəaliyyəti illərində də həmişə
qürur hissi keçirdiyi ölkəsinin və
xalqının taleyi ilə sıx bağlı olub.
Filosoflar yazır ki, “insan
özünü təbiətin, Tanrının
yaratdığı dünyanın bir hissəsi hesab edəndə,
özünün bu dünyanın taleyinə məsuliyyət
daşıdığını başa düşəndə
o zaman şəxsiyyət olur”. Hüseynbala
Mirələmov təkzibolunmaz gerçəklərə, tarixi
faktlara istinad edərək Heydər Əliyevin gənc
yaşlarından xalqının taleyinə necə məsuliyyətlə
yanaşdığının publisistik mənzərəsini
yarada bilmişdir.
H.Rəcəbli yazarın bədii
yaradıcılığına toxunaraq qeyd etdi ki, “ədəbiyyat
həyatın gücgüsüdür” ifadəsini tərəddüd
etmədən Hüseynbala Mirələmovun qələmə
aldığı bütün əsərlərə şamil
etmək olar. Onun ədəbi
yaradıcılığının elə bir məhsulu yoxdur
ki, onun mövzusu
bizim yaşadığımız həyatın
reallıqlarının bədii təsvirindən uzaq olsun.
Milli Məclisin deputatı, Azərbaycan
Milli Akademiyasının müxbir üzvü Nizami Cəfərov
isə
çıxışında Hüseynbala Mirələmovun
artıq dünyada tanınan bir Azərbaycan yazarı
olduğunu bildirərək, ədibin istər müasir siyasi
publisistikada, istərsə də ədəbi-bədii yaradıcılıq
sahəsində möhtəşəm nümunəsinə
çevrilmiş əsərlərinə münsibətini
bölüşdü:
-Mənim Hüseynbala Mirələmovun
ədəbi yaradıcılığında ən çox
xoşuma gələn və haqqında geniş bir yazı
yazdığım “Gəlinlik paltarı” əsəridir. Müstəqilliyin, demokratiyanın, insan azadlığının
illər boyu gözlədiyimiz hansısa böyük nailiyyətlərinin
yanında həmişə insan mənəviyyatı ilə
bağlı problemlər olur. Bu ancaq
yazıçının səlahiyyətinə aiddir ki,
onları görə bilsin, çəkinmədən, obyektiv
şəkildə və bütün təbiiliklə əks elətdirsin.
Hüseynbala Mirələmov bunu bacardı.
Müəllifin dramaturji
yaradıcılığının ən populyar nümunəsi
“Xəcalət” dramı haqqında da fikirlərini bildirən ədəbiyyatşünas
alim bildirdi ki, bu əsər əsasında hazırlanan
tamaşa bu gün dünyanın bir çox teatr səhnələrində
böyük uğur qazanıb.Əlbəttə yalnız
mövzunu dünyaya təqdim etmək baxımından deyil, həm
də sənətkarlıq baxımından çox qiymətli
və böyük əsərdir. Onu da demək
istəyirəm ki, bu əsər həm də Akademik Milli Dram
Teatrının son illər uğurunu təmin edən bəlkə
də yeganə əsərdir.
H.Mirələmov qələminin
gücü həm
də ondadır ki, o
çox böyük ustalıqla insanın bu dövrün,
mühitin eybəcər çağırışlarına
necə cavab verməli olduğunu, cəmiyyətin problemlərilə
necə mübarizə aparmaq lazım gəldiyini göstərir.
Bəli, şəxsiyyət dünyanın ən
böyük əxlaqsızlığı sayılan yalanla
mübarizədə, ədalət naminə döyüşdə
və qələbədə öz varlığının dəyərini
təsdiq edir.
Yazıçı özünün
başlıca vəzifəsini “cəsarətlə həqiqəti axtarmaqda”,
bütün mürəkkəbliyi və ziddiyyətləri ilə
insan haqqında gerçəyi üzə çıxarmaqda
görür. Bu ümumi qayda Hüseynbala Mirələmovun
seçdiyi ədəbi janrların hamısına şamil
olunur.
Amma Hüseynbala Mirələmovun
şah əsərləri bu gün dünyanı dolaşan və
bu məclisdə haqqında haqlı olaraq geniş
danışılan, Əliyevlər şəcərəsinin
üç böyük şəxsiyyəti haqqında olan əsərlərdir.
Yalnız müasir müstəqil Azərbaycan dövlətinin
deyil, həm də müasir Azərbaycan millətinin
yardıcısı, qurucusu olan, onu təşkil edən bir
şəxsiyyətin həm bədii, həm publisistik, həm
siyasi, həm də sadəcə bir Azərbaycan vətəndaşı
kimi Heydər Əliyevin mükəmməl bir portretini
yaradıb.
Amma bu portret o qədər də mükəmməl
olmazdı, əgər, Hüseynbala Mirələmov eyni zamanda
bizim hörmətli Prezidentimiz, türk dünyasının
liderlərindən biri, bəlkə də birincisi olan cənab İlham Əliyevin də
portreti yaradılmasaydı. Ümummilli liderin
portreti bəlkə də tam olmazdı, əgər onun həyat
yoldaşı, 90 illiyini birgə qeyd etdiyimiz Zərifə
xanımın portreti yaradılmasaydı.
Ədəbiyyatşünas alim, filologiya
elmləri doktoru Nizaməddin Şəmsizadə
yazıçının “Heydər Əliyev” əsərinin qəhrəmanı
haqqında zamanın reallıqlarından
çıxış edərək bildirdi ki, Heydər Əliyevin
bu xalq, ölkə qarşısında bir böyük xidməti
vardı, əgər o baş tutmasaydı bu gün müstəqil
Azərbaycan adlı bir dövlət yox idi. Heydər
Əliyevin xidməti ondan ibarət idi ki, özünü
itirmiş, başı pozulmuş ilxı kimi özünü
qayadan atmağa hazırlaşan xalqın
qarşısını kəsdi, xalqı təşkil etdi,
topladı, Azərbaycan xalqının tarixdə yaşamaq
hüququnu təşkil edən bir əbədi qəhrəmana
çevrildi, xalq qəhrəmanına. Hüseynbala
Mirələmov bütün bu tarixi zərrə-zərrə
toplayaraq möhtəşəm və çox dəyərli
bir əsərdə birləşdirdi.
Heydər Əliyevin iti zəkası
bir Tanrı vergisi idi. Onun
hazırcavablığı, onun gələcəyi görmək
hissinin gücü, onun istənilən şəraitdən
çıxış yolu tapmaq qabiliyyəti heyrətamiz idi.
Gündəlik
dövlətçilik fəaliyyəti ondan gərgin
zehni əmək və psixoloji qüvvə tələb edirdi.
Onun iş qabiliyyətinin, inzibati fəaliyyətinin və
ictimai ruhunun digər bir nümunəsi yox idi. Bir
sözlə, o həqiqətən möcüzə idi.
Hüseynbala Mirələmov öz bu əsərində Heydər Əliyev
möcüzəsinin qeyri-adi keyfiyyətlərini sadəcə
təsvir etmir, əksinə tarixi sənədlər, hadisələr
və faktlarla oxucusuna təqdim edir və bu dahinin obrazı məhz
belə oxucunun fikir dünyasında canlanır.
Əlbəttə, Heydər Əliyevin
müasirləri, ətrafındakılar, hətta onu sevməyən,
ona paxıllıq edənlər belə onun dərin zəkasına,
məntiqinə, fenomenal yaddaşına, siyasi intuisiyasına,
polad iradəsinə və qətiyyətinə şübhə
ilə yanaşa bilmirdi və onun həqiqətən
Tanrının seçilmişlərindən olduğunu etiraf
edirdi. Əsəri oxuduqca adamda belə bir fikir
formalaşır ki, Heydər Əliyevin sahib olduğu
bütün nadir üstün keyfiyyətlər yeganə bir
hissdən – xalqına və ölkəsinə sevgidən
qidalanır.
Həyatda olduğu kimi əsərdə
də elm, ədəbiyyat və incəsənət sahəsində
istedadlı insanların nədən Heydər Əliyevin cazibəsinə
düşdüyünün, niyə bu zümrədən olan
adamlara onun daha böyük qayğı ilə
yanaşdığının, diqqət göstərdiyinin
sirrinə bir açar axtarırsan. Aydın
olur ki, Heydər Əliyev xalqın mənəviyyatını
qidalandırdıqları, dünyagörüşlərini zənginləşdirdikləri
üçün ölkəsinin bu adamlara böyük
ehtiyacı olduğundan onlara dəyər verir, layiq
olduqları qayğını göstərir.
Yazıçı Heydər Əliyevin
əzəmətli əlinin sığalı ilə
böyümüş, xeyirxah, nəcib bir ananın tərbiyəsi
ilə ərsəyə gəlmiş bir şəxsiyyətin
İlham Əliyevin tarixdə necə özünə yer
tapması haqqında ikinci əsərini yazdı. Bu o İlham Əliyevdir ki, türk
dünyasının möhtəşəm
yazıçısı Çingiz Aytmatov onun haqqında deyir.
“İlham Əliyev yeni dövrün lideridir.
Nəhayət, Azərbaycanın nəcib,
xeyirxah, dəyanətli
qadın simvoluna çevrilmiş Zərifə
xanım Əliyeva haqqında əsər. Belə bir fikir
mövcuddur ki, hər bir dahi kişinin arxasında
böyük bir
qadın dayanır. Mənə də elə gəlir
ki, dahi Heydər Əliyevin arxasında dayanan böyük
qadın-Zərifə xanım Əliyeva haqqında bu əsəri
yazmamaq olmazdı.
Hüseynbala Mirələmov yazır: “O həyat
yoldaşı və ana, həkim və alim, birinci xanım və
ictimai xadim kimi uca Tanrıdan öz taleyini yaşamaq haqqı
almış, ziyalı, əxlaqlı, humanist və əsl azərbaycanlı
ailəsində məsum, pak və bir körpə qız kimi
dünyaya gəlmişdi. Zərifə xanım
dindar deyildi. Ancaq xalqının dini etiqadına, əqidəsinə
dərin inam, hörmət və ehtiram ruhunda tərbiyə
almış, islam dəyərlərinin və
əxlaqının ən gözəl xüsusiyyətlərini
özündə birləşdirirdi. Böyüdüyü ailədə
Allaha və öz ölkəsinə sevgi öyrənmişdi
və ona görə də özünü ölkəsinin bir
parçası hesab edirdi... Zərifə Əliyeva
milli ünsiyyət mədəniyyətimizin etalonu və əxlaqi
zirvəsində dururdu. O, insan qəlbinə bir incəlik
və həssaslıqla daxil olmağı bacarırdı...”
Yazıçı bu kiçik bir
parça ilə belə Zərifə xanımı
qadınlarımızın idelı səviyyəsinə
qaldırmağa nail olur.
N.Şəmsizadə H.Mirələmovun ədəbi
yaradıcılığına toxunaraq qeyd etdi ki, respublika ədəbi
mühitində Qarabağ
mövzusunu ədəbiyyata gətirən və müxtəlif
əsərlərində bu problemin ağrısını,
acısını bizə təkrar-təkrar yaşadıb
milli yaddaşımıza ibrət dərsi kimi həkk edən
yazıçı-dramaturq Hüseynbala Mirələmov müvəqqəti
işğal olunmuş Vətən haqqında böyük vətəndaşlıq
amalı ilə yazan, sərt həyat həqiqətlərini
olduğu kimi əks etdirən realist nəsr ustasıdır.
O, “Güllələnmiş heykəllərin fəryadı”ndan
tutmuş bütün əsərlərində,
Qarabağ ağrılarında, torpaq itkisində, Vətəndəykən
qaçqınlıq və məcburi köçkünlük
qınağının əzablarında, bu insanların xəcalətində
oxucunun da payının olduğunu gizlətmir və onlara da bu hissləri yaşadır,
eyni zamanda amansız düşmənlə mübarizəyə, qisas almağa
çağırır.
H.Mirələmov, burada haqqında
danışılan “Xəcalət”i üstümüzdən
götürmək üçün “Yanan qar” romanını
yazdı. Sanki yazıçı
torpaqların xilası üçün bu romanında
yatmışları yuxudan oyadıb partizan müharibəsinə
çağırır. Əslində Hüseynbala Mirələmov bu
əsərində Qarabağ müharibəsinin bədii həllini
tapır. Əsər haqqında düşüncələrimi
bölüşərkən mən qarşıya belə bir
sual qoyuram: Hanı bu ölkənin partizan oğulları? Niyə
Qarabağda erməni dığalarına göz yummağa
imkan verməyən bir əli silahlı dolaşmır?...
Hüseynbala Mirələmovun Azərbaycan
ictimaiyyətini silkələyən, insanları
ayıqlığa, həssaslığa, paklığa,
saflığa, ülvi hisslərə sahib olmağa,
böyük məhəbbətə səsləyən, gəncliyimizin
sosial ifliclərini göstərən ən dəyərli əsərlərindən biri də
tənqidçilərin “azad insan ruhunun qüdrəti və
faciəsi” adlandırdıqları
“Gəlinlik paltarı” romanıdır. Roman bu gün
yazıçının oxucularının, xüsusilə də gənc
qızların ən çox mütaliə etdiyi əsərlər
sırasındadır.
Yazıçı ilə
görüşün ən maraqlı məqamı təbii
ki, onun öz oxucuları ilə üz-üzə
qalmasıdır. H.Mirələmov oxucuların
suallarına cavab verərkən qeyd etdi ki, bu gün onun ədəbi
yaradıcılığında iki baş mövzusu var - Heydər
Əliyev və
Qarabağ, torpaqların düşmən
tapdağından azad olması. Heydər Əliyev
əbədi mövzu olaraq qalır. Mən
yaxın bir neçə ildə bu dahi haqqında sənədli
bir roman yazmağa hazırlaşıram.
Qarabağ isə torpaqlar azad edilənə
qədər baş mövzu olaraq qalacaq. Güman edirəm ki, o gün uzaqda deyil. Bunu
dövlət başçısının həyata
keçirdiyi xarici siyasət kursu da, ölkənin iqtisadi
potensialının güclənməsi fonunda Milli Ordunun
Qafqazın ən güclü ordusuna çevrilməsi
faktı da tam
aydın şəkildə göstərir. Mən möhtərəm
Prezidentimizin məni daim daxilən duyğulandıran belə
bir ifadəsini xatırlatmaq istəyirəm: “Qarabağsız,
Şuşasız Azərbaycan ola bilməz.
Biz heç vaxt qoymayacağıq ki, əzəli
Azərbaycan torpaqlarında ikinci Ermənistan dövləti
yaransın.” Bu bütün Azərbaycana və
azərbaycanlılara bir çağırışdır.
Qarabağın azadlığı Azərbaycan
xalqının vicdanının hökmüdür. Nəyin bahasına olur-olsun bu hökmün həyata
keçməsini təmin etməliyik. İkinci
bir tərəfdən, bu, ulu öndər Heydər Əliyevin
ömrünün gerçəkləşdirməyə macal
vermədiyi müqəddəs arzusudur.
Sonda yazıçı Neftçala Rayon
İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevə
bu möhtəşəm yubiley tədbirinin keçirilməsinə
görə bütün qonaqlar adından dərin minnətdarlığını
bildirərək, xüsusi qeyd etdi ki, ümummilli lider Heydər
Əliyev irsinin yeni nəslə aşılanmasında,
çatdırılmasında belə tədbirlərin
böyük rolu var.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.-
2013.- 7 aprel.- S. 8.