Binəqədi rayonunda ulu öndər
Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ağacəkmə
kampaniyası keçirilmişdir
Binəqədi Rayon
İcra Hakimiyyətinin təşəbbüsü
ilə ulu öndər Heydər Əliyevin
anadan olmasının 90 illik
yubileyi
münasibətilə təşkil olunan
silsilə tədbirlər çərçivəsində metronun “Dərnəgül ” stansiyası
yaxınlığındakı parkın ərazisində
ağacəkmə kampaniyası keçirilmişdir.
Kampaniyada rayon icra hakimiyyətinin başçısı Xaləddin
İsgəndərov, Milli Məclisin
deputatları Madər Musayev, Rafael İsgəndərov və ictimaiyyət
nümayəndələri iştirak
etmişlər.
Tədbirdə
idarə, müəssisə və təşkilatların
nümayəndələri, xüsusilə, gənclər
yüksək fəallıq nümayiş etdirmişlər.
Kampaniyada
ulu öndər Heydər Əliyevin əziz xatirəsinə
ehtiram olaraq 500 ədəd ağac, çoxlu sayda gül
kolları əkilmişdir.
Rayon
icra hakimiyyətinin məsul işçisi Tamilla Hacıyeva
xatırlatmışdır ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin
bütün dövrlərində respublikamızda ətraf
mühitin mühafizəsinə, ekoloji durumun
yaxşılaşdırılmasına, xüsusilə,
yaşıllaşdırmaya mühüm önəm vermiş,
bu məqsədlə geniş və çoxşaxəli
proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata
keçirilmişdir. Dahi rəhbərin müəyyən
etdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi
ilə öz real bəhrəsini verir. Dövlətimizin
başçısının təşəbbüsü ilə
2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi, habelə
son dövrlər davamlı olaraq genişmiqyaslı ağacəkmə
aksiyalarının keçirilməsi birbaşa ətraf
mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət
göstərir.
Qeyd
edək ki, rayon icra hakimiyyəti rəhbərliyinin dəstəyilə son bir ildə ətraf mühitin yaşıllıq
zonasına çevrilməsi, vətəndaşların
sağlam həyatının təmin olunması məqsədilə
ayrı - ayrı sahələrdə vaxtaşırı
ağacəkmə kampaniyası keçirilmiş, yüzlərlə
ağac əkilmiş, təmizlik və abadlıq işləri
aparılmışdır. Rayonun bütün idarə, müəssisə
və təşkilatları iməciliklərdə fəal
iştirak etmişlər.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 7 aprel.- S. 11.