Azərbaycan Dillər
Universitetində akademik Zərifə
xanım Əliyevaya həsr olunmuş “dəyirmi
masa” keçirilmişdir
Aprelin 10-da Azərbaycan Dillər
Universitetində (ADU) görkəmli oftalmoloq
alim, akademik Zərifə
xanım Əliyevanın 90 illik yubileyinə
həsr olunmuş “Qayğıkeş ana, vəfalı ömür-gün
yoldaşı” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
ADU-dan
AzərTAc-a bildirmişlər ki, əvvəlcə Sevil Əliyevanın
sözlərinə bəstələnmiş “Ana”
mahnısı səslənmişdir.
Tədbirdə
universitetin dosenti Sevda Zamanova akademik Zərifə xanım Əliyevanın
90 illik yubileyinin keçirilməsi haqqında Prezident
İlham Əliyevin
2013-cü il 7 fevral tarixli
Sərəncamının əhəmiyyətini qeyd
etmişdir. S.Zamanova gözəl ana və həyat
yoldaşı, intellektual keyfiyyətləri özündə
birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz
töhfələr vermiş böyük oftalmoloq alim Zərifə
xanım Əliyevanın həyatı, elmi fəaliyyəti ilə bağlı
geniş məlumat vermişdir.
Zərifə
xanım Əliyevanın müasir, müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, bütün mənalı
ömrünü vətəninin və xalqının tərəqqisinə
həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider
Heydər Əliyevin vəfalı ömür-gün
yoldaşı, sədaqətli dostu və etibarlı
silahdaşı olduğu diqqətə
çatdırılmışdır. Elmi fəaliyyəti ilə
yanaşı, qəlblərində
daim Azərbaycan sevgisi yaşadan, Vətənin qüruru
sayılan iki övlad yetişdirmiş Zərifə xanım Əliyevanın
qazandığı fəxri adlar, elmi titullar, mükafatlar
sırasında ən şərəflisinin “ana” adının
olduğu vurğulanmışdır.
Bildirilmişdir ki, qısa
ömür sürmüş görkəmli akademikin işıqlı obrazı yüksək
vətənpərvərlik və humanizm rəmzi kimi həmişə
bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq və qədirbilən
xalqımızın qəlbində əbədi
yaşayacaqdır.
Sonra
ADU-nun tələbələri akademik Zərifə Əliyeva
haqqında Azərbaycan və rus dillərində elmi məruzələrlə
çıxış etmişlər.
“Dəyirmi
masa” müzakirələrlə davam etmişdir.
Xalq qəzeti.- 2013.- 11 aprel.- S. 7.