Azərbaycanda qədim
yaşayış məskəni aşkar olunmuşdur
Azərbaycanda eradan əvvəl I minilliyin əvvəllərinə
aid yaşayış məskəni tapılmışdır.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya
İnstitutunun Şəki-Qax-Oğuz arxeoloji
ekspedisiyasının rəisi Nəsib Muxtarov bildirmişdir.
Onun sözlərinə görə, qədim
yaşayış yeri və nekropol Şəkinin
Cüyürlü meşəsinin ərazisində ağac əkmək
üçün yer qazan zaman aşkar edilib: “Ərazidə
aparılan ilkin arxeoloji araşdırmalar bu abidənin
yaşının 3900-3800 il əvvələ, son tunc, ilk dəmir
dövrünə aid olduğunu deməyə əsas verir.
Qazıntılar zamanı çoxlu insan və heyvan skeletləri,
mətbəx və süfrə qabları tapılır. Hələlik
ərazinin mədəni qatı 70 sm təşkil edir.
Qazıntılar təxminən 2 ay davam edəcək”.
Xalq qəzeti.- 2013.- 9 aprel.- S. 8.