Bərpa Agentliyi ulu öndərin
xeyir-duası ilə yaradılmışdır
Azərbaycan
xalqının böyük
oğlu, görkəmli tarixi şəxsiyyət, dünya
şöhrətli siyasi xadim,
ulu öndər Heydər Əliyevin 90 illiyi tamam olur. Bu günlər ulu öndərin xalqımız
qarşısındakı misilsiz
xidmətləri yenidən
xatırlanır, bu
böyük, dahi insanın
keçdiyi şərəfli həyat yoluna yenidən nəzər salınır, onun ölməz ideyalarının davamlı olaraq həyata keçirilməsindən danışılır.
Ulu
öndər hakimiyyətdə
olduğu dövrdə
işğal altında olan
torpaqlarımızın
azad olunması üçün bütün imkanları səfərbər
etmişdi. İnanırdı ki, gec- tez bu torpaqlar düşmən
işğalından azad olunacaq, məcburi köçkünlər
öz doğma yurd -
yuvalarına qayıdacaqlar.
Dağıdılmış qəsəbə və kəndlər, yollar və digər
kommunikasiya xətləri təmir
olunacaq və insanlar üçün əvvəlkindən
də gözəl şərait yaradılacaqdır. Ona görə
də ümummilli lider Heydər Əliyevin 12 iyul
1996-cı il tarixli fərmanı
ilə, Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları
nəticəsində işğal olunmuş və bununla əlaqədar
zərər çəkmiş Azərbaycan Respublikası ərazilərinin
bərpası və yenidənqurulması üzrə, baş
nazirin müavini Abid Şərifovun sədrliyi ilə Dövlət
Komissiyası yaradılmış və onun “hüquqi şəxs”
statusuna malik işçi orqanının yaradılması nəzərdə
tutulmuşdur. İşçi orqan kimi Bərpa Agentliyi
yüksək ixtisaslı idarəetmə işçilərinə
malik olmaqla, işğaldan azad olunmuş ərazilərin bərpa
işlərinin səmərəli aparılmasını
koordinasiya etməli və məcburi köçkünlərin
doğma torpaqlarına qaytarılması üçün
onların həyat və məişətində minimum tələbata
uyğun şəraitin yaradılmasını təmin etməlidir.
Agentlik
bərpa işlərinə başlamazdan əvvəl beynəlxalq
maliyyə institutları, beynəlxalq təşkilatlar, donor
ölkələr və Beynəlxalq qeyri-dövlət təşkilatlarının
qəbul edə biləcəyi və zərər çəkmiş
ərazilərin bərpası və yenidən
qurulmasının strateji prinsiplərini əks etdirən “Bərpa
Proqramı”nı
hazırlamış və
1998-ci ilin mart ayında həmin
proqramın
prezentasiyasını keçirmişdi. Proqrama vəsait
cəlb olunması məqsədilə həm Azərbaycanda, həm
də Yaponiyada Ümumdünya Bankı, Avropa Birliyi, BMT-nin
İnkişaf Proqramı və İslam İnkişaf
Bankının iştirakı ilə bir neçə konfrans
keçirildi ki, bu da indi
öz əməli nəticələrini
verir.
Torpaqlarımız
azad olunandan sonra Azərbaycanın
bu əraziləri bərpa etmək, məcburi
köçkünləri öz yurdlarına qaytarmaq,
onların rahat həyat şəraitini təmin etmək
üçün kifayət qədər imkanı
vardır. Azərbaycan
Respublikasında Ərazilərin
Bərpası və Yenidən Qurulması üzrə Agentlik
bu işləri yerinə yetirməyə hazırdır.
Qeyd
edək ki, beynəlxalq təcrübəyə əsasən,
münaqişə baş verən regionlarda bərpa və
yenidənqurma işləri beynəlxalq qurumlar tərəfindən
yalnız tərəflər arasında sülh sazişi
imzalandıqdan sonra maliyyələşdirilir.
Azərbaycanda isə işğaldan zərər çəkmiş
ərazilərin bərpası böyük sülh sazişi
olmadan belə, BMT və Avropa Birliyi kimi nüfuzlu beynəlxalq
təşkilatlar, Dünya Bankı və İslam
İnkişaf Bankı kimi böyük maliyyə
institutları və müxtəlif saylı donor ölkələr
tərəfindən maliyyələşdirilməyə
başlanmışdır.
Bərpa
Agentliyinin “Bərpa Proqramı”nın
reallaşdırılması istiqamətində xeyli iş
görülmüş, Ağdam, Tərtər, Füzuli,
Goranboy, Xanlar, Ağcabədi, Gədəbəy, Qazax, Tovuz,
Ağstafa rayonlarında, Naxçıvan MR-in azad olunan ərazilərində
əsaslı bərpa işləri həyata keçirilmişdir.
Füzuli rayonunun
Horadiz qəsəbəsi
müharibədən sonra
bütün infrastrukturu ilə
Bərpa Agentliyi tərəfindən yenidən qurulmuşdur.
Goranboyun Aşağı
Ağcakənd kəndində quruculuq işləri
aparılmış, yeni inzibati
bina, fərdi yaşayış evləri inşa edimiş, su təchizatı
ilə bağlı problemlər həll olunmuşdur
Bərpa
Agentliyi sonrakı illərdə ölkəmizdə gedən
quruculuq işlərinə dəstək verərək, yeni məktəblərin
tikintisində, bir sıra mədəniyyət, təhsil obyektlərinin
bərpasında və yenidən qurulmasında, təbii fəlakətlərin
qarşısını almaq üçün görülən
işlərin reallaşmasında yaxından iştirak
etmişdir. Agentlik mütəmadi
olaraq bu işləri davam etdirmişdir. Direktor Əli Məmmədov
agentliyin həyata keçirdiyi tədbirlərdən
danışaraq bildirdi ki, rəhbərlik etdiyi təşkilat
bir sıra obyektlərin tikintisini, bərpa işlərini davam
etdirmişdir. Belə ki, Yardımlı rayonunun Horavar, Honuba,
Osnakəran və Ləzir kəndlərində qəzalı vəziyyətdə
olan məktəblərin ərazisində yeni məktəb
binaları inşa edilmişdir. Büdcə vəsaiti hesabına
Bakı şəhərində “Hökumət Evi”
binasının əsaslı təmir işlərinin
aparılması Azərbaycan Respublikası Ərazilərinin Bərpası
və Yenidən Qurulması üzrə Agentliyə
tapşırılmışdır. Qeyd etmək
lazımdır ki, bina 1950-ci illərdə tikilib istifadəyə
verilmiş və uzun istismar müddətində mükəmməl
təmir işləri aparılmamışdır. Bu binada təmir və yenidənqurma
işləri 5 il ərzində bir neçə mərhələ
ilə yerinə yetirilmişdir.
Səudiyyə
İnkişaf Fondunun krediti və Azərbaycan Hökumətinin
vəsaiti hesabına Bakı şəhərində 5 məktəbin
tikintisi həyata keçirilmişdir. Bu məktəblər Nəsimi, Yasamal, Suraxanı, Binəqədi və
Xətai rayonları ərazisində yerləşir.
Əli
Məmmədov Quba rayonunda soyqırım qurbanlarının
uyuduğu qəbiristanlığın Qudyalçay çayının
daşqın və su sellərindən mühafizəsi
üçün aparılan sahilbərkitmə işlərindən
də danışdı. O bildirdi ki, agentlik burada 790 metr
uzunluğunda sahilbərkitmə qurğuları tikmişdir.
Kütləvi məzarlıq ərazisi ilə çayın
dib yüksəklikləri fərqinin 10-12 metr olduğu nəzərə
alınaraq bu ərazidə sahil yamacının
aşınmasının, baş verə biləcək erroziya
proseslərinin qarşısının alınması məqsədilə
tökmə torpaq dambadan ibarət mühafizə tədbiri
yerinə yetirilmişdir.
Agentliyin Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının və Milli Arxiv İdarəsinin
binalarında apardığı
təmir işlərindən də danışan direktor
dedi ki, hər iki obyektdə
müasir tələblərə cavab verən təmir və
yenidənqurma işləri aparılmışdır. Milli
Arxiv İdarəsinin sənədlər saxlanılan
bütün otaqlarında sənədlərin yanğından
qorunması üçün Yaponiyanın NOHMİ Bosai
şirkətinin texniki dəstəyi ilə Azərbaycanda ilk dəfə
olaraq Halocarbon (FM 200) qazına ən gözəl alternativ olan
Nitrogen (NN100 sistemi) qazı ilə avtomatik
yanğınsöndürmə sistemi və sənədlərin
uzunmüddətli saxlanılmasına xidmət edən
xüsusi havalandırma avadanlıqları
quraşdırılmışdır.
Hazırda
agentlik “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı” çərçivəsində
Oğuz, Zaqatala, Göygöl, Goranboy, Ağstafa və Tovuz
şəhərlərinin su təchizatı və kanalizasiya
sistemlərinin yenidənqurulması və tikintisi işlərininin
icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müvafıq sərəncamına əsasən Ərazilərin
Bərpası və Yenidənqurulması üzrə Agentliyə
həvalə olunmuşdur. Sərəncamın
icrasına dərhal başlanılmış və artıq
işlərin böyük hissəsi yerinə yetirilmişdir.
Azərbaycan
Respublikasınin Prezidenti cənab İlham Əliyevin fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisqdi
inkişafı Dövlət Proqramı”na uyğun olaraq,
resbublikanın regionlarında, xüsusilə cəbhə
bölgələrində, mövcud olan əmək
ehtiyatlarından səmərəli istifadə etmək, əhalinin
məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini
azaltmaq, infrastukturu yeniləşdirmək və yeni iş yerləri
yaratmaq istiqamətində sistemli tədbirlərin həyata
keçirilməsi üçün Ərazilərin Bərpası
və Yenidən Qurulması Agentliyi tərəfindən
ardıcıl iş aparılır. Belə ki, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 7 aprel tarixli
tapşırığına əsasən Qazax, Ağstafa,
Tovuz, Tərtər, Goranboy, Gədəbəy, Ağdam,
Ağcabədi və Füzuli rayonlarının cəbhə
zonalarında təmas xəttindən 3 kilometr məsafədə
yerləşən kəndlərin və həyat əhəmiyyətli
infrastrukturların bərpası işləri həyata
keçirilməkdədir.
Bu
günlər Azərbaycanda quruculuq işləri sürətlə
davam etdirilir. Ulu öndərin siyasi kursunu inamla davam etdirən cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı Cənubi Qafqazda lider dövlətə
çevirmişdir. Olkəmizdə ordu quruculuğu uğula
davam etdirilir. Azərbaycan
sülh yolu ilə torpaqlarını azad emək istəyir.
Əgər bu baş tutmasa biz öz torpaqlarımızı
başqa yolla azad etməyə qadirik. Torpaqlarımız azad
olunduqdan sonra Bərpa Agentliyi yaxın vaxtda məcburi
köçkün əhalimizin
öz doğma
yurdlarında məskunlaşması
üçün minimum şərait yaratmaq əzmindədir. Bərpa
Agentliyinin bütün kollektivi
o günü səbirsizliklə gözləyir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 12 aprel.- S. 5.