Ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyi
münasibətilə Suraxanı rayonunda tədbir
keçirilmişdir
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu rayonda Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbir
iştirakçıları əvvəlcə Heydər Əliyev
parkında ümummilli liderin abidəsini ziyarət edərək
önünə gül dəstələri düzmüş,
sonra isə Heydər Əliyev Mərkəzində dahi öndərin
həyatının və çoxşaxəli dövlətçilik
fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən
materiallar, fotoşəkillər və eksponatlarla tanış
olmuşlar.
Mərkəzin
elektron lektoriya zalında öz işinə başlayan tədbirdə
əvvəlcə bir dəqiqəlik sükutla ulu öndərin
əziz xatirəsi yad edilmişdir. Sonra rayon icra hakimiyyətinin
başçısı İlqar Abbasov çıxış
etmişdir. Başçı demişdir ki, Heydər Əliyev
Azərbaycanın ən böyük sərvəti hesab olunan
milli-mənəvi dəyərlər və mənəviyyatımızın
sözün böyük mənasında hamisi olmuşdur.
İ.
Abbasov qeyd etmişdir ki, mənsub olduğu xalqın tarixi
keçmişinə, mədəni irsinə və mənəvi
dəyərlər sisteminə böyük məhəbbət
duyğularıyla yanaşan ümummilli lider həm də bu dəyərlərin
qoruyucusu idi. Hələ ötən əsrin yetmişinci illərində
görkəmli dövlət xadimi, müdrik şəxsiyyət
kimi ulu öndər yaxşı bilirdi ki, aydın və dərk
olunmuş milli ideologiya hər bir xalqın irəliyə
doğru inkişafının yolgöstərəni və bələdçisidir.
Milli dövlətçilik və milli-mənəvi dəyərlər
sıx daxili vəhdətdədir. Yalnız milli kimliyi bəlli
olan və özünü bir millət kimi dərk edən
xalqın bitkin inkişaf proqramı ola bilər. Heydər Əliyev
nəinki bu proqramı yaratdı, həm də onu qəbul
etdirdi.
İlqar
Abbasov xatırlatmışdır ki, Heydər Əliyevin mədəniyyətimizlə
bağlı gördüyü işləri sayıb qurtarmaq
çətindir. Nizami Cəncəvinin məqbərəsinin bərpası,
Molla Pənah Vaqifə məqbərə tikilməsi, Gəncədə
Cavad xan kompleksinin inşa edilməsi, Hüseyn Cavidin nəşinin
uzaq Sibirdən Azərbaycana gətirilməsi, doğulduğu
doğma Naxçıvanda torpağa tapşırılması
və Cavidin müqəddəs
ruhuna hörmət olaraq məqbərənin ucaldılması,
eləcə də Bakıda bu böyük şairin adına
ev muzeyinin açılması məhz Heydər Əliyevin
adı ilə bağlıdır.
Bu
gün Azərbaycanda onlarla sənət adamının –
yazıçıların, şairlərin, musiqiçilərin,
rəssamların, memarların ev muzeyləri fəaliyyət
göstərir. Teatr, kino, musiqi, rəssamlıq və bir
çox başqa sahələrdəki inkişaf və tərəqqi
ilk əvvəl Azərbaycan dövlətinin, onun ümummilli
lideri Heydər Əliyevin diqqət və
qayğısının nəticəsində mümkün
olmuşdur.
Tədbirdə
Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Bakı Şəhər
İcra Hakimiyyəti başçısının müavini
Fidumə Hüseynova, Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəisi Əlikram Əliyev
çıxış etmişlər. Natiqlər bir daha
vurğulamışlar ki, ulu
öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə
göstərdiyi qayğı müstəqil Azərbaycanın
mənəvi həyatında əsaslı yüksəlişə
səbəb olmuşdur. Qədim zəngin maddi və mənəvi
mədəniyyətə malik xalqımız məhz dahi
öndərimizin mədəniyyət siyasəti nəticəsində
öz varlığı, mənəvi irsi, keçmişi ilə
fəxr edə bilər.
Sonra
mədəniyyət işçılərinin təşkil
etdiyi ədəbi hissə olmuşdur. Ümummilli liderin şərəfinə
yazılmış şeirlər, musiqi nömrələri səsləndirilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 12 aprel.- S. 6.