Həmyerlilərimiz
beynəlxalq elmi-təcrübi konfransda
Astara Pedaqoji Kolleci elmi-praktik əlaqələrini
genişləndirir. İndiyə qədər Afina, Maunt-Abu,
Daşkənd, Moskva, Sankt-Peterburq, Nijni-Novqorod, Çelyabinsk
şəhərlərində keçirilən beynəlxalq
konfrans və forumlarda kollec uğurla təmsil olunmuşdur.
Bu günlərdə Kiyevdəki M.P.Draqomanov
adına Milli Pedaqoji Universitetdə keçirilmiş beynəlxalq
elmi-təcrübi konfransda Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə
elmləri doktoru, əməkdar müəllim, dosent Əlihəsən
Həmzəyev və kollecin müəllimi Azər Fərəməzov
da iştirak etmişlər. Konfrans “Beynəlxalq diplomdan
sonrakı təhsilin aktual problemləri: vəziyyəti və
inkişaf perspektivləri” kimi əhəmiyyətli bir
mövzuya həsr edilmişdi. 30-a yaxın xarici ölkədən
və Ukraynanının 50-dən artıq ali təhsil müəssisəsindən
olan görkəmli alimlər arasında iki gün ərzində
mövzu ətrafında müzakirələr getmişdir.
Mütəxəssislər fikirlərini
bölüşmüş, praktik olaraq dərslərdə
iştirak etmiş və təcrübə mübadiləsi
aparmışlar.
Konfransın plenar iclasını universitetin
rektoru, fəlsəfə elmləri
doktoru, professor, Ukrayna Milli Pedaqoji Elmlər Akademiyasının
akademiki, Ukrayna Milli Elmlər Akademiyasının müxbir
üzvü V.Andryuşenko açmışdır. Fəlsəfə
elmləri doktoru Əlihəsən Həmzəyevin
“Qloballaşma və beynəlxalq təhsilin fəlsəfi
problemləri” mövzusunda məruzə-təqdimatı dinləyicilərin
böyük marağına səbəb olmuşdur. Məruzə-təqdimatda
Azərbaycan və Ukrayna xalqlarının dostluq əlaqələrindən,
müasir Azərbaycan dövlətinin son dövrlərdə
beynəlxalq arenada əldə etdiyi uğurlardan və təhsil
sahəsində qazanılan nailiyyətlərdən qeyd
olunmuşdur. Məruzəçi xüsusilə
vurğulamışdır ki, cəmiyyətin inkişafı
konsepsiyasını və təhsil sahəsində onun innovativ
modelini ilk dəfə yeni, müstəqil Azərbaycanın
qurucusu və memarı ulu öndər Heydər Əliyev
yaratmışdır. Ulu öndərin yolunu layiqincə davam
etdirən Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində
böyük uğurlar əldə edilmişdir. Ə.Həmzəyev
Azərbaycan təhsilinin uğurları barədə
hazırlanmış video-çarxı
içtirakçıların nəzərinə
çatdırmışdır.
Konfransda fəal iştiraka, ən maraqlı və aktual məruzəyə görə M.P.Draqomanov adına Milli Pedaqoji Universitetin xatirə medalı və sertifikat Ə.Həmzəyevə təqdim edilmişdir
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 7.