Kulturologiyamilli inkişaf

 

Qərb  Universiteti  Azərbaycan Mədəniyyət Assosiasiyası,  Azərbaycan  Kulturoloqlar  Cəmiyyəti  ilə  birgə “Kulturologiyamilli inkişafmövzusunda kulturoloji  seminar keçirdilər.

Qərb Univesitetində keçirilən seminarı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyasının professoru,"Simurq" Azərbaycan  Kulturoloqlar Cəmiyyətinin  sədri  Fuad Məmmədov  açdı.

Seminarda  Azərbaycan Kulturoloqlar Cəmiyyətinin üzvləri- Azərbaycan Milli Aviasiya Akademiyasının “Dil və ədəbiyyat” kafedrasının müdiri, xalq şairi, professor  Nəriman Həsənzadə “Kulturologiya və  yaradıcı  fəaliyyət”, Azərbaycan Yaradıcılıq Fondu sədrinin birinci müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kəşanlı “ Kulturologiya və Azərbaycanın qeyri-hökumət təşkilatları”, Bakı Oksford məktəbinin departament rəhbəri Ceyhun Rzayev “Kulturologiya və Azərbaycanda təhsilin inkişafı”, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədr müavini,  BDU-nun dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru, polis polkovniki Tahir Behbudov “İntellektual inkişaf problemləri”,  Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü   Fuad Məmmədov “Kulturologiya və milli inkişaf” mövzularında məruzələr etdilər.

Professor Nəriman Həsənzadə kulturologiyanı insanın həyat fəaliyyəti haqqında strateji elm kimi qiymətləndirdi, Azərbaycan cəmiyyətinin inkişafında onun rolunu açıqladı və rəqabətqabiliyyətli inkişafı kulturoloji tədqiqatlar sahəsinin genişləndirilməsini tələb edən yaradıcı fəaliyyətin ruhi mədəniyyətin vəziyyətindən asılılığını da göstərdi. Həmçinin milli kulturologiyanın inkişafına professor Fuad Məmmədovun verdiyi ciddi töhfəni qeyd etdi və yüksək ixtisaslı, geniş profilli mütəxəssislərin hazırlanması, dövlət qulluqçularının ixtisasının artırılması, insan kapitalının inkişafı və respublika əhalisinin kulturoloji maarifinin inkişafı üçün onun tərəfindən nəşr edilmiş “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” dərs vəsaitinin yüksək elmi praktik əhəmiyyətini xüsusi olaraq nəzərə çatdırdı.

Rafiq Kəşanlı öz çıxışında Azərbaycanın qeyri-hökumət təşkilatlarının ruhi mədəniyyətin inkişafına verdiyi töhfədən. Azərbaycan xalqının mədəni irsinin qorunması və inkişafında “Simurq” AMA-nın xidmətlərindən danışdı.

Ceyhun Rzayev məruzəsində intellektual mədəniyyətin inkişafı üçün kulturoloji  tədqiqatların və Azərbaycan xalqının ruhi mədəniyyətinin flaqmanı olan milli təhsilin təkmilləşdirilməsinin əhmiyyətini açıqladı.

 Tahir Behbudov milli inkişaf üçün kulturologiyanın strateji əhəmiyyəti, respublikada kulturologiyanın institutlaşdırılması, uyğun kulturologiya mərkəzinin yaradılması məsələlərində Avropa hüquq sisteminə adaptasiya olunmasının zəruruliyi haqqında danışdı. Eyni zamanda, kulturologiya sahəsində ekspert fəaliyyətinin həyata keçirilməsinin vacibliyini, Azərbaycanda Kulturoloji Tədqiqat İnstitutunun yaradılmasi və bu məsələlər üzrə Mədəniyət və Turizm Nazirliyinə müraciət etməyin zəruriliyini qeyd etdi.

 Fuad Məmmədov dünya və milli  kulturologiyanın yaranma tarixi haqqında qısa məlumat verdi, onun tədqiqat metodologiyası və metodlarını, mədəniyyətin əsas anlayışlarını açıqladı. Dünya təcrübəsinə istinad edərək idarəçilik problemlərinin, universal  kulturoloji  bilikli siyasətçi və məmurların hazırlanması, məqsədlərinın formalaşdırılması və təkmilləşdirilməsi, düzgün dövlət qərarlarının qəbulu, ölkənin rəqabətqabiliyyətli inkişaf modelləri və texnologiyalarının təhlili üçün kulturologiya elminin strateji əhəmiyyətini əsaslandırdı. Mədəniyyət və Turuzm Nazirliyinin pozitiv rolunu qeyd edərək bəzi müəssisələr tərəfindən kulturologiyaya qeyri-professional yanaşmanı tənqid etdi.

Kulturologiyanın aktual problemlərinin müzakirəsi prosesində Kuba Respublikasının  Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Medina, “Simurq” AMA-nın birinci vitse-prezidenti, AMEA-nın akademiki Maqsud Əliyev, Bakı Dövlət Universiteinin professorları İzzət Rüstəmov, Əsədulla Qurbanov, Şahlar Əsgərov,  AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mustafa İsgəndərzadə, AMEA-nın Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunun baş elmi işçisi Əhməd Qəşəmoğlu, tibbi kibernetika sahəsində mütəxəssis Adil Şamilov çıxış etdilər.

 Çıxış edən alim və mütəxəssislər  Azərbaycanda  dövlət ququruculuğu və idarəçiliyi, insan kapitaləının  inkişafı üçün  kulturologiyanın strateji əhəmiyyətini qeyd etdilər. Milli kulturologiyanın inkişafının, onun elm və tədris fənni kimi institutlaşdırılmasının, kulturologiya  sahəsində  dissertasiya işlərinin keyfiyyətinin yüksəldilməsinə, kulturologiya universitetinin yaradılmasının dəstəklənməsinə yönəldilmiş tövsiyyələrin işlənib hazırlanması ilə bağlı təkliflər söylənildi. İştirakçılar  bütün səviyyələrdə dövlət qulluqçularının xüsusi  kulturoloji maarifinin həyata keçirilməsinin vacibliyini də qeyd etdilər.

Alimlər bu yaxınlarda çapdan çıxmış AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Simurq” AMA ilə birgə hazırladığı, Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq edilmiş “İdarəetmə mədəniyyəti.Xarici ölkələrin təcrübəsi.” monoqrafiyasına qiymət verdilər. Tələbələr və məmurlar üçün nəzərdə tutulmuş, dünyanın ən çox inkişaf  etmiş ölkələrinin çoxillik idarəetmə mədəniyyəti təcrübəsinin ümumiləşdirdiyi monioqrafiyanın Azərbaycan Dövlət Mükafatına təqdim edilməsi haqqında təklif irəli sürüldü.

Seminar iştirakçıları  milli  kulturologiyanın inkişafı və milli maraqlara cavab verməyən destruktiv proseslərdən müdafiə olunması üzrə ekspert-kulturoloqların təkliflərinin işlənib hazırlanması və Azərbaycan Hökimətinə göndərilməsi üçün nüfuzlu alimlərdən ibarət komissiya  yaratdılar.

 “Simurq” AMA-nın fəal  üzvləri- “Simurq” AMA-nın vitse-prezidenti, Azərbaycan  Respublikası “Prant”  Beynəlxalq İnformasiya  Agentliyinin prezidenti, beynəlxalq  mükafatlar  laureatı Yusif  Ələkbərovun  anadan olmasının 65 illik, “Sinam” şirkətinin layihə meneceri, fizika-riyaziyyat  elmləri namizədi  Firudin Əhmədovun  anadan olmasının 60 illik yubileyləri münasibətilə  və Fidan Fərəcovaya Assosiasiyanın  yaradıcı  fəaliyyətinin  inkişafındakı  xidmətlərinə  görə  Diplom və “Simurq” beynəlxalq  medalı təqdim edildi.

 

 

A.SADIQOĞLU

 

Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 9.